Xatirələr. Hüseyn Şərif

Читать онлайн книгу.

Xatirələr - Hüseyn Şərif


Скачать книгу
N” nəşriyyatı / Bakı / 2022 / 152səh

      Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

      Ön söz

      Azərbaycan ədəbiyyatşünaslığı, ədəbi tənqid və tərcümə problemləri ilə yaxından məşğul olan görkəmli ziyalılarımızdan biri də Hüseyn Şərifdir.

      Hüseyn Şərif 1909-cu ildə Tiflisdə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxumuşdur. Yazıçının uşaqlıq və gənclik illəri Tiflisdə yaşayan Azərbaycan ziyalılarının ən fəal dövrünə təsadüf edir. “Şükufə” adlı ilk hekayəsi bu dövrdə Tiflisdə çıxan “Dan ulduzu” jurnalının səhifələrində dərc olunmuşdur. 1930-cu illərin əvvəl-lərində yazıçı bədii yaradıcılığını davam etməklə yanaşı pedaqoji fəaliyyət də göstərirdi.

      1934-cü ilin sonundan başlayaraq Bakıya köçən yazıçı burada müxtəlif məsul vəzifələrdə çalışır. Bu vəzifələr isə onu ədəbiyyata, xüsusən də tərcüməçilik sənətinə daha möhkəm bağlayır. O, əsasən rus ədədiyyatından onlarla tərcümələrin müəllifidir. Belə ki, A.N.Radişevin “Peter-burqdan Moskvaya səyahət”, V.T.Korolenkonun “Yurdsuz uşaqlar”, İ.A.Qonçarovun “Oblomov”, K.Markovun “Ata və oğul”, V.A.Aksyonovun “Həmkarlar”, L.Qrosmanın “Dostoyevski”, A.Buninin “Povest və hekayələri”ni, İ.Yefremovun “Dumanlı Andromeda”, A.Rıbakovun “Sürücülər”, F.Dostoyevskinin “İdiot” və başqa əsərləri dilimizə tərcümə etmişdir.

      Müxtəlif illərdə Azərbaycan Baş Mətbuat İdarəsinin rəisi, Azərbaycan KPMK Mədəniyyət şöbəsinin müdiri, Respublika Radio Komitəsinin sədri, Azərnəşrdə Tərcümə şöbəsinin müdiri və başqa vəzifələrdə çalışmışdır. 1936-1937-ci illər Hüseyn Şərifin Moskvada “Pravda” adına ikiillik Jurnalistlər İnstitutunda təhsil aldığı müddəti nəzərə almasaq o, ömrünün sonuna – 1989-cu il martın 25-ə kimi daim sənət adamları ilə, xüsusən də ədəbi aləmlə sıx ünsiyyətdə olmuşdur.

      Onun 1989-cu ildə nəşr olunan, hazırda sizə təqdim etdiyimiz “Xatirələr” kitabında böyük şəxsiyyətlərdən – Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mikayıl Müşfiq Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn, Cəfər Xəndan, Rəsul Rzayla olan dostluq tarixçəsindən səhifələr və maraqlı məqamlar öz əksini tapmışdır.

      Görkəmli ziyalı Hüseyn Şərifin qələmə aldığı xatirələr bu gün də öz aktuallığını saxlamaqdadır.

Rövşən Yerfi

      Bir neçə söz

      Min ildən xeyli artıq tarixə malik zəngin ım elə nümayəndələri, elə böyük xadimləri olmuşdur ki, onların adları yalnız respublikamızda deyil, Azərbaycandan çox-çox uzaqlarda, hətta dünya miqyasında dərin hörmətlə yad edilir.

      Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi kimi yazıçı, şair və mütəfəkkirlərimiz zərif, ahəngdar doğma dilimizin zənginləşməsinə misilsiz xidmət göstərmişlər.

      Klassik ədəbiyyatımızın görkəmli nümayəndələrini nəcib ənənələrini davam etdirən müasir yazıçılarımızın əsərləri də xalqa məhəbbət, vətənpərvərlik duyğuları ilə zəngindir. Onlar öz əsərlərində xalqımızın nəcib milli üs, gözəl adətlərini də yaşadırlar!

      Bununla belə, sənətkarlarımız heç vaxt milli udçərçivəsində qapanıb qalmamışlar. Onlar başqa xalqların da mədəniyyət və ədəbiyyat abidələrinə hörmətlə yanaşmış, xalqımıza xas olan dostluq, beynəlmiləlçilik kimi nəcib xüsusiyyətləri tərənnüm etmişlər.

      Bu cəhətlər xüsusilə Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Yusif Vəzir Çəmənzəminlinin, Səməd Vurğunun, Mehdi Hüseynin, Rəsul Rzanın, Süleyman iməsərlərində daha qabarıq şəkildə əks etdirilmişdir.

      Təbiidir ki, adı yaşadan, onu qeyb olmağa qoymayan insanın cəmiyyət, xalq üçün faydalı işi, əməlləri, təmiz mənəviyyatı, bəşəri keyfiyyətləridir!..

      Mən öz xatirələrimdə çoxusu ilə yaxın dost olduğum yazıçı və şairlərimizin məhz daxili, dərin aləmini, nctərzini, duyğularını, həyata baxışlarını, nifrət və sevinclərini əks etdirməyə çalışmışam.

      Bu çox çətin və mürəkkəb məsələdir. Böyük yytələb edən bir vəzifədir… Eyni zamanda şərəfli işdir!

      Axı Hüseyn Cavid kimi dahi şair və dramaturq, Mikayıl Müşfiq (görün özünə necə əbədi təxəllüs seçib Müşfiq, yəni şəfqətli, mərhəmətli, mehriban, ürəyiyumşaq) imincə ruhlu, misli bərabəri olmayan bir şair haqqında xatirə yazmaq heç də asan məsələ deyildir!

      Elə sənətkarlar ki, onların haqqında bizi uzun ddsusmağa məcbur ediblər. Cavid kimi pak və işıqlı bir simaya (doğma xalqını candan artıq sevən bir şəxsiyyətə) natəmiz və cinsi murdar satqınlar “xalq düşməni” adı vermişdilər. Hüseyn Cavid —“xalq düşməni”… Bundan da dəhşətli qəddarlıq olarmı?

      29 yaşlı Mikayıl da bədxahların və fitnəkarların onun istedadını gözü götürməyənlərin fitvası ilə “xalq düşməni” adı ilə məhv edildi!

      Onlara gec də olsa bəraət veriləndən sonra danışmaq və yazmaq imkanı yarandı…

      Mənim vəzifəmi müəyyən dərəcədə yüngülləşdirən – istər Cavid əfəndi, istərsə də Müşfiqlə yaxın dostluğum olmuşdur.

      Bu cür sənətkarlar haqqında xatirə yazmaq, onların necə insan olduqlarını geniş oxucu kütlələrinə tanıtdırmaq mənim üçün böyük xoşbəxtlikdir.

      Ümumiyyətlə isə deməliyəm ki, bu məcmuəyə daxil edilmiş bütün xatirələrim yazıçı dostlarımla şəxsi görüşlərimin, söhbətlərimin, ünsiyyətimin bəhrəsidir.

      Buna nə dərəcədə müvəffəq ola bildiyimi əlbəttə ki oxucular deməlidir. Son söz onlarındır!

      Yeri gəldikcə sülh üçün çapala

      Ömrü keşməkeşlər, ağır məhrumiyyətlər içində çmqüdrətli sənətkarlarımız Hüseyn Cavidlə uzun dddostluq etmişəm. Onunla çox görüşlərim, söhbətlərim olub. Müxtəlif mövzularda, müxtəlif məsələlərə dair… Səmimi və açıq söhbətlər… Şəxsiyyətə pərəstişin törətdiyi anvə qudurğanlığın müdhiş günlərində onun məktublarını, kağızlarını saxlaya bilmədim.

      Mən bu yazımda böyük sənətkarımızın, ustadımızın ömrünün bəzi səhifələrini əks etdirməyə çalışmışam.

      Bu sətirləri yazanda “Literaturnaya qazeta”nın 19 avqust 1987-ci il tarixli nömrəsində görkəmli yazıçı Anatoli Rıbakovun böyük minnətdarlıq duyğusu ilə oxuduğum “Зарубки на сердце” (Qəlbə vurulan yaralar), sərlövhəli çıxışının, oxucularla söhbətini xatırladım.

      Dərin ürək ağrısı ilə yazılmış bu çıxış, oxuculardan çoxu kimi, 1930-cu illərdə baş vermiş şəxsiyyətə pərəstişin dəhşətli günlərinin xatirəsini mənim də qəlbimdə canlandırdı… Yazıçının çıxışının bir yerində belə bir parça var:

      “Ölkədə özbaşınalıq və qanunsuzluqların mümkün olması şəraitini məgər Stalin yaratmışdımı? Stalin şəxsiy-yətinə pərəstiş həm çox böyük insan tələfatına, həm də iqtisadi itkilərə səbəb olmuşdu, lakin ən dəhşətli cəhət ənitkidir. İnsan həyatı qiymətdən salınanda cəmiyyətdə insanpərvərlik məfhumu aradan qalxır, mənəvi meyarlar heç dərəcəsinə endirilir, psixoloji mühit dəyişir. Hamının əvəzinə bir nəfər düşünəndə – adamların özləri daha düşünmürlər. Bir nəfər hamının əvəzinə həll edəndə adamlar müstəqil surətdə həll etməkdən əl çəkirlər… lkaz qala hər bir iş Stalin yoldaşın təşəbbüsü elan edi-ləndə – sadə adamlara nə qalırdı, onların təşəbbüsü necə olurdu?”

      Mən bu qorxunc günlərdə baş verən çox hadisənin canlı şahidi olmuşam. Qabaqcıl ziyalılarımızın böyük bir qismi, geniş məlumatlı, savadlı, mədəni, rövşənfikir nümayəndələrini “xalq düşməni” adlandıraraq mühakiməsiz-filansız məhv edirdilər.

      Bizim Cavid əfəndimizi də elə bu cür məhv etdilər.

      Ona hamı Cavid əfəndi deyərdi. O zaman


Скачать книгу