Dəccal. Фридрих Вильгельм Ницше

Читать онлайн книгу.

Dəccal - Фридрих Вильгельм Ницше


Скачать книгу
empty-line/>

      DƏCCAL

      1

      “Ən azlar”ın filosofu – Fridrix Nitsşe Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche) 1844-cü ildə Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Röken kəndində ana-dan olub. Atası Karl Lüdviq Nitsşe – Lüteran kilsəsinin keşişi (1813–1849), anası Fransiska Nitsşe (1826-1897) isə

      evdar qadın idi. Bütün şüurlu həyatını din əleyhinə mübarizəyə həsr edən Nitsşenin hər iki valideyni protestant ailəsində böyümüşdü.

      Nitsşe 1849-ci ildə atasının və 1850-ci ildə qardaşının ölümündən sonra ailəsiylə birlikdə Hamburq şəhərinə köçür və 1856-cı ilədək orada yaşayır. Yeniyetmə Nitsşe getdiyi ilk məktəbdə – Burqerskulda uşaqlardan uzaq gəz-diyi, tənhalığı sevdiyi və şagirdlərə qaynayıb-qarışmadığı üçün onu özəl məktəbə oxumağa göndərirlər.

      1854-cü ildə Hamburqdakı Dom gimnaziyasına daxil olduqdan sonra Fridrixin musiqi və ədəbiyyata meyilli olduğu üzə çıxır. 1858-1864-cü illərdə Şulpforta internat məktəbində təhsil alır. Çalışqan bir şagird olur, antik ədə-biyyatla maraqlanır, şeir yazır və musiqi bəstələyir.

      Atasız böyüyən yeniyetmə ilə müqayisədə yaşlı olan şair Ernst Ottlepp (1800–1864) bir ata kimi onun şəxsiyyə-tinin formalaşmasına böyük təsir göstərir.

      Nitsşe 1864-1865-ci illərdə Bonn Universitetinin klas-sik filologiya və ilahiyyat fakültəsinə daxil olur, lakin

      “Gənc Hegelçilər”in əsərlərini oxuduqdan sonra oranı tərk edir. 1865-1866-ci illərdə Leypsiq Universitetində filologiya üzrə təhsil alır. Bu dəfə o, “Gənc Hegelçilər”dən uzaq duran Artur Şopenhauer və Fridrix Albert Langenin əsərləriylə tanış olur. 1867-ci ildə könüllü olaraq Prussiya 2

      ordusunda bir illik xidmətə gedir. Lakin 1868-ci ilin mart ayında at çaparkən yıxılıb ağır zərbə alır və ordudan kə-narlaşdırılır. Geri qayıtdıqdan sonra təhsilini davam etdirir.

      1868-ci ildə Rixard Vaqnerlə tanış olması Nitsşenin həyatında önəmli hadisələrdən biri sayılır. 1870-ci ildə könüllü olaraq qatıldığı alman-fransız müharibəsində keçir-diyi xəstəliklər xeyli artdığına görə o, universitetdəki və-zifəsindən təqaüdə çıxaraq, sağlamlığını qorumaq üçün qışda İtaliya sahillərində, yayda isə İsveçrə dağlarında yaşayır və özünü tamamilə yaradıcılığa həsr edir.

      1883-cü ildə o, bir il əvvəl tanış olduğu rus əsilli qadın şair Lou Salomenin dəstəyi ilə “Belə Buyurdu Zərdüşt”ün ilk kitabını yazır. Bundan sonra, 1885-ci ilə qədər onun “Belə buyurdu Zərdüşt”ün ikinci, üçüncü və dör-düncü kitabları ilə yanaşı, “Yaxşı və Pisin hüdudlarından kənarda” (1885) və “Əxlaqın şəcərəsi” (1887) kitabları işıq üzü görür.

      "Belə buyurdu Zərdüşt" əsərindən sonra Nitsşe çox məhsuldar işləyir və bir-birinin ardınca kitablar yazmağa başlayır. Onun yaradıcılığının ən məhsuldar ili 1888-ci il hesab olunur. Həmin il ardıcıl olaraq “Vaqner hadisəsi”,

      “Bütlərin qürubu”, “Antixrist” (“Dəccal”), “Ecce Homo”

      adlı əsərlərini qələmə alır.

      1889-cu ildə yeniyetməlikdə yoluxduğu sifilis xəstəliyi nəticəsində psixoloji durumu tamamən pozulan Nitsşe dəli olur. O, 1900-cü ildə ağır xəstəlikdən vəfat edir.

      Nitsşenin yazılarının böyük hissəsi anarxizmə qarşı olsa da, anarxistlərin əksəriyyəti ondan xeyli dərəcədə təsirləniblər. Spenser Sunşayn yazır: “Nitsşedə anarxistlərin diqqətini çəkən çox şey var: Onun dövlətə nifrəti, ”sürü”-

      3

      lərin düşüncəsiz hərəkətinə nifrəti, ”antixristian” düşüncəsi, “üstinsan” yaratmaq arzusu…”

      Emma Qoldman, Emil Armand, Renzo Navator, Ru-dolf Roker kimi anarxist və post-anarxist filosof və yazarlar Nitsşedən təsirlənib və onun fikirlərinin təsiri altında olub. Nitsşedən təsirlənmiş ən böyük hərəkat isə faşizm hərəkatıdır. Adolf Hitler Nitsşenin bacısı Elizabetlə yaxşı münasibətdə olublar. Elizabet isə Nitsşenin əsərlərini faşizm ideyalarına uyğunlaşdıraraq onun faşist ideoloqu ki-mi qəbul edilməsinə çalışmışdır. Faşistlərdə Nitsşeyə duyulan marağın səbəbi onun ”üstinsan” arzulaması idi. Elizabet isə Hitleri inandırmışdı ki, Nitsşe “üstinsan” deyəndə üstün irqi – almanları nəzərdə tutub. Hitler də bunu qəbul edirdi. Bu səbəbdən Nitsşenin əsərləri onun ilham mənbəyi sayıla bilər.

      Karl Yunq, Alfred Adler və Ziqmund Freyd kimi alimlər psixoanaliz təlimini inkişaf etdirərkən Nitsşedən xeyli dərəcədə təsirləniblər. Nitsşenin yaradıcılığına ən böyük ziyanı bacısı Elizabet vurub. Əri intihar etdikdən sonra qardaşına daha çox diqqət ayıran bu qadın, onun bir çox əsərlərini istədiyi kimi təhrif və ixtisar edib. Məsələn, uzun illər “Dəccal”ın 35-ci bölümü əsərin heç bir nəş-rinə salınmayıb.

      “Dəccal” Nitsşenin yazmağı planlaşdırdığı dördhis-səli “Dəyərlərin yenidən dəyərləndirilməsi” əsərinin həm ilk, həm də yeganə tamamlanmış hissəsidir.

      Cəlil Cavanşir

      4

      Ön söz

      Bu kitab ən azlara məxsusdur1. Bəlkə də, onlardan heç biri hələ heç mövcud da deyil. Onlar mənim Zərdüş-tümü anlayan insanlar olacaqlar: mən özümü hələ bu gün qulaqları eşitməyə başlayacaq insanlarla necə qarışdıra bilərəm ki? Yalnız birisi gün mənə məxsus ola bilər. Bəziləri öldükdən sonra2 doğulurlar.

      Məni anlamanın şərtlərini və zərurətdən anlamağa başladıqları zamanı çox dəqiq bilirəm. İntellektual möv-zularda amansızca vicdanlı olmaq lazımdır ki, mənim sə-mimiyyətimə və ehtirasıma dözə biləsən. Dağlarda yaşamaq vərdişinə sahib olmalısan – dövrün siyasətinin və

      xalqların milli eqoizminin rəzil boşboğazlığını öz səviy-yəndən aşağıda görməyi bacarmalısan. Heç nəyi vecinə

      almamalı, laqeyd olmalısan; soruşmamalısan ki, düzgünlük faydalıdırmı, yoxsa şəxsiyyət üçün pis bir qismətə

      çevrilə bilər… Bu gün kimsənin soruşmağa cəsarət etmə-diyi suallara maraq; qadağan edilmiş şeylərə cəsarət; taleyini labirint üçün müəyyən etmək…

      Yeddi tənhalıqdan yaranmış bir təcrübə… Yeni musi-qilər üçün nəzərdə tutulan yeni qulaqlar. Ən uzaqda olanları görmək üçün yeni gözlər… İndiyə qədər lal olan həqiqətlər üçün yeni vicdan. Və ali bir üslubun qorunub saxlanması üçün böyük iradə… öz gücünü birləşdirmək, 1 Ən azlar : (Wenigsten) Nitsşenin özünəxas deyimlərindən “əksəriyyət-azlıq”

      tandemindən kənarda, “azlıqdan” da “az” olan şəxsləri xarakterizə edir.

      2 Öldükdən sonra: (posthum), yazarların ölümlərindən sonra nümayiş olunan əsərləri üçün istifadə edilir.

      5

      öz ilhamını… Özünə hörmət hissini; özünə sevgini; özünə

      münasibətdə qeyd-şərtsiz bir azadlığı…

      Bəli! Bunlardır mənim oxucularım; mənim həqiqi oxucularım; mənim əvvəldən müəyyən edilmiş oxucularım. Geridə qalanlar nəyə lazımdır ki? Qalanlar yalnız bəşəriyyətdir. Ruhun yüksəkliyi və gücü ilə – nifrətlə bə-şəriyyətdən yüksəkdə durmaq lazımdır…

      Fridrix Nitsşe

      6

      1.

      – Özümüzə baxaq. Biz Hiperborluyuq3 və çox yaxşı bilirik ki, başqalarından nə qədər kənarda yaşayırıq. “Sən nə qurudan, nə də dənizdən Hiperborlulara gedən yolu tapa bilməzsən”, – hələ Pindar bunu bizim haqqımızda dilə gətirmişdi. Şimaldan o tərəfdə, buzun, ölümün o biri üzündə – bizim həyatımız, bizim xoşbəxtliyimiz


Скачать книгу