Hekayələr. Эдгар Аллан По

Читать онлайн книгу.

Hekayələr - Эдгар Аллан По


Скачать книгу
e>

      QARA PİŞİK

      Danışacağım bu heyrətləndirici əhvalata inanacağınızı sanmıram, sizi inanmağa da məcbur etmirəm. Mənim özümün inanmadığım bir şeyə sizləri inandırmağa çalışmağım dəlilik olardı. Bununla belə, dəli deyiləm və xəyal da görməmişəm. Amma sabah öləcəyim üçün bu gün içimi boşaltmaq istəyirəm. Məqsədim müxtəlif düşüncələr, fərziyyələr irəli sürmədən hər kəsə açıq, qısa şəkildə evimdə olub-keçənləri başa salmaqdır. Bu hadisələr ən sonda məni dəhşətə salıb şiddətli, çox böyük sıxıntılar içində qıvrandırdı və çökməyimin səbəbi oldu. Bununla belə, bunları açıqlamağa çalışmayacağam. Mənə dəhşətdən başqa bir şey verməyən bu hadisələr başqalarına qorxunc gəlmədiyi kimi, şişirdilmiş də görünə bilər. Bəlkə, irəlidə, məndən daha sakit, daha şüurlu və daha az təsir altında qalan biri danışacağım şeylərin bir-birini təbii formada izləyən hadisələrdən başqa bir şey olmadığını ortaya qoyub gördüyüm qarabasmanı gerçəklik sadəliyinə endirəcəkdir.

      Uşaqlığımdan bəri itaətkarlığım və hər kəsə, hər şeyə mərhəmət hissim diqqət çəkirdi. Bu mərhəmət hissi məndə o qədər çox idi ki, dostlarımın ələsalmalarından yaxamı qurtara bilmirdim. Xüsusilə də heyvanlara qarşı belə idim və ailəm bir çox heyvan bəsləməyimə göz yummaq məcburiyyətində qalırdı. Vaxtımın çoxunu bu heyvanlara ayırır, ən yaxşı dəqiqələrimi onları bəsləyib əzizləyəndə yaşayardım. Bu qəribə xüsusiyyət yaşım artdıqca bir hobbiyə çevrildi; insana çox bağlı və sadiq bir iti sevənlərə bu zövqü anlatmağım gərəksizdir. Eqoistlikdən tamamilə uzaq və heç bir mənafe gözləməyən heyvanın sevgisi ilə insanın heç də sağlam təməllərə dayanmayan dostluğu bir-birindən çox fərqlidir.

      Gənc yaşımda evləndim və arvadımın zövqlərinin də mənimkilərə uyğun olduğunu görərək çox sevindim. Mənim ev heyvanlarına aludəliyimi görən arvadım rastlaşdığı ən yaxşı heyvan çeşidlərini evə daşıdı. Quşlarımız, qızılbalıqlarımız, əla bir itimiz, dovşanlarımız, kiçik bir meymunumuz və bir pişiyimiz oldu. Çox iri və gözəl olan bu pişik qapqara və son dərəcə ağıllı idi. Onun ağlından söhbət açılmışkən, köhnə inanclara heç də bel bağlamayan arvadım qədim bir inanca görə bütün qara pişiklərin başqa cildə girmiş ifritələr olduğunu deyirdi. Arvadım bunu zarafatla deyərdi, indi ağlıma gəldi deyə bunu qeyd elədim. Adı Pluton olan bu pişik ən çox sevdiyim, baxdığım heyvan idi. Onu, sadəcə, mən bəsləyərdim. Evin içində hara getsəm, arxamca gələrdi. Küçədə belə məni müşayiət edərdi.

      Dostluğumuz bu yolla illərlə davam etdi. Təəssüflər olsun ki, içki aludəçisi oldum (söyləməyə utanıram), xasiyyətim tamamilə dəyişdi, pisliyə tərəf yönəldi. Hər keçən gün bir az daha əsəbi, cəncəl, başqalarının hislərinə qarşı sayğısız oldum. Arvadıma da ağzıma gələni deyirdim. Getdikcə daha da pisləşərək döymək həddinə qədər çatdım. Bu arada evdəki heyvanlar da xasiyyətimdəki dəyişiklikdən paylarını almaqda gecikmədilər. Yalnız baxımsız qoymaqla qalmayaraq onlarla pis davranmağa da başladım. Bununla belə, Plutona olan hədsiz sevgim ona qarşı sərt davranmağıma, demək olar ki, mane olurdu. Amma dovşanları, meymunu və iti ətrafımda görüncə təpikləmədən özümü saxlaya bilmirdim. İçkinin təsiri ilə xəstəliyim getdikcə artırdı; əyyaşlıqdan betər xəstəlik varmı?! Artıq xeyli yaşlanmış Pluton da təpiklərdən “payını” almağa başladı.

      Bir gecə şəhərin meyxanalarını gəzib evə dönəndə pişiyin məndən qaçmaq istədiyini gördüm. Heyvanı tutdum; pişik qorxudan çaşbaş qalıb əlimi dişlədi. O anda şeytan qəlbimə girdi və sanki ruhuma sahib oldu, hər tərəfim pislik etmək istəyi ilə titrədi. Elə bil mən özüm olmaqdan çıxmışdım, məni cin idarə edirdi. Cibimdən iti, qatlama bıçaq çıxarıb açdım və yazıq heyvanın boğazından tutaraq bir gözünü oydum. Bu qəddarlıq anını danışarkən titrəyir, utandığımdan yerin dibinə girirəm.

      Səhər ağlım başıma gələndə etdiklərimi qorxu və peşmanlıqla xatırladım. Amma bu duyğular çox çəkmədi, yenidən içki aləminə qərq olaraq etdiyim bu pisliyi yaddaşımdan sildim. Bu arada pişik yavaş-yavaş sağaldı. Oyulmuş gözünün çuxuru nə qədər qorxunc görünsə də, daha əzab çəkmirdi. Həmişəki kimi evin içində gəzirdi, çox təbii olaraq məni görəndə qorxuyla qaçırdı. Əvvəllər məni çox sevən heyvanın bu hərəkətini görəndə üzüldüm, amma bu hissiyyat getdikcə qıcıqlanmaya çevrildi. Bundan sonra məni uçurumun kənarına gətirən PİSLİK bütün ruhumu əhatə etdi. Bu ruhi vəziyyəti fəlsəfədə tapmaq mümkün deyil. Yaşadığıma inandığım qədər, pisliyin də insanlığın ilk və təməl instinktlərindən biri olduğuna, insan xarakterinə istiqamət verən duyğuların birini əmələ gətirdiyinə inanıram. Bütün şüurumuzda və məntiqimizdə sırf qəbul edilmiş olduqları üçün pozmağa meyilli olduğumuz adət-ənənələr, qanunlar yoxdurmu? Məhz bu pislik istəyi məni uçuruma sürükləyən son güc oldu. Sırf əziyyət vermək, xarakterimə zidd davranış göstərmək üçün məsum heyvanlara pislik edirdim.

      Bir gün səhər pişiyin boynuna ip keçirib onu bir ağacın budağından asdım. Amma buna baxmayaraq onu asarkən gözlərimdən yaş süzülürdü və onun mənə olan əvvəlki sevgisini xatırlayır, bu zülmə layiq olmadığını anlayırdım. Bu günahı ruhumun heç bir şəkildə bağışlanma ehtimalına qovuşmaması üçün işləmişdim.

      Eyni günün gecəsi “Yanğın!” çığırtılarına oyandım. Alov hər tərəfi əhatə etmişdi və bütün ev yanırdı. Arvadım, mən və xidmətçi özümüzü çətinliklə bayıra ata bildik. Heç nəyi xilas etmək mümkün olmamışdı. Əlimdə-ovcumda nə vardısa, yanğın hamısını silib-süpürmüş, məni acınacaqlı vəziyyətə salmışdı. Bu hadisə ilə işlədiyim cinayət arasında bir əlaqə quracaq qədər aciz vəziyyətdə olmaq istəməzdim. Amma hər şeyi əksiksiz demək, sizə tam məlumat vermək istəyirəm. Yanğının ertəsi günü dağıntının ətrafında dolaşdım. Evin bütün divarları dağılmışdı. Dağılmayan, sadəcə, evin ortasındakı yatağımın söykəndiyi divar idi. Suvaq yeni olduğundan yanğın buranı dağıda bilməmişdi. Bu divarın ətrafına xeyli insan toplaşmışdı; böyük diqqətlə gözlərini bir yerə dikib baxırdılar. “Çox qəribədir, çox təəccüblüdür..” sözləri məndə maraq oyatdı. Yaxınlaşdım və divara baxanda sanki xüsusilə çəkilmiş kimi böyük bir pişik rəsmi gördüm. Forması qüsursuz idi. Heyvanın boynunda bir ip var idi. Bunu görəndə çaşqınlıq və qorxu içində qaldım. İlk olaraq kabus gördüyümü düşündüm (o an başqa cür düşünmək mümkün deyildi). Handan-hana ağlım yerinə gəlməyə başlayanda xatırladım ki, pişiyi evə bitişik olan bağçadakı ağacdan asmışdım. Yanğın çıxar-çıxmaz bağçaya doluşan adamlardan biri pişiyin boynundakı ipi kəsmiş və hər halda, evdə yatanları oyandırmaq məqsədi ilə heyvanı pəncərədən içəri atmışdı. Bu arada dağılan divarlar öldürdüyüm heyvanı möhkəm qalan divara sıxışdırmış və alovun təsirindən yanan cəsəddən əriyib çıxan yağ gördüyüm formanı əmələ gətirmişdi. Məsələni məntiqimi və düşüncəmi işlədərək həll etməyimə baxmayaraq, faciəvi mənzərə düşüncələrimi alt-üst edirdi. Tam bir ay pişiyin qorxunc şəkli ağlımdan çıxmadı və peşmanlığa bənzər, amma ondan çox uzaq bir hissiyyata qapıldım və pişiyin yoxluğunu hiss etməyə başladım. Daha tez-tez baş çəkdiyim meyxanalara gedib-gələrkən eyni rəng və bənzərlikdə bir pişik axtarmağa başladım.

      Bir gecə, yarıayıq vəziyyətdə rəzil bir meyxanada oturanda gözüm böyük bir rom çəlləyinin üstündə uzanmış qara cismə sataşdı. Çəlləyə yaxınlaşdım və bunun qara bir pişik olduğunu gördüm. Bu, Pluton qədər iri və ona bənzəyən bir pişik idi. Ancaq Plutonun bütün tükləri qapqaraydı, bu pişiyinsə sinəsini əhatə edən ağ tükləri vardı. Heyvana toxunanda o saat yatdığı yerdən qalxdı, miyovuldadı, əlimi yaladı və bu tanışlıqdan duyduğu sevinci hiss etdirdi. Tam istədiyim, axtardığım pişik idi. Meyxanaçıya heyvanı mənə satmağı təklif etdim. O, pişiyin sahibi olmadığını və onu ilk dəfə gördüyünü söyləyərək aparmağıma icazə verdi. Heyvanı sığallamaqda davam edirdim. Evə getmək üçün qalxanda baxdım ki, mənimlə gəlmək istəyir. Çıxdım, heyvan da arxamca gəlməyə başladı. Qovmadım, arabir dayanır, onu əzizləyirdim.

      Evə tezliklə alışdı və arvadımın sevimlisi oldu. O ki qaldı mənə, tezliklə bu pişikdən də diksinməyə başladım, belə olacağını heç gözləmirdim. Bilmirəm niyə, amma heyvanın mənə olan bağlılığı bezdirir, məni əsəbiləşdirirdi. Amma Plutona etdiklərimi düşünəndə


Скачать книгу