Paris Notrdam kilsəsi. Виктор Мари Гюго

Читать онлайн книгу.

Paris Notrdam kilsəsi - Виктор Мари Гюго

Скачать книгу
itle>

Böyük salonda misteriya1

Düz üç yüz qırx səkkiz il altı ay on doqquz gün bundan əvvəl parislilər paytaxtın üç hissəsində – Qədim şəhərdə, Universitet məhəlləsində və Yeni şəhərdə gurlayan kilsə zənglərinin səsinə yuxudan oyandılar.

Bütün Paris əhalisini 1482-ci il yanvarın 6-da həyəcana gətirən bu təntənə ta qədim zamanlardan bəri Fransa paytaxtında birlikdə keçirilən Xaç bayramı2 və Təlxəklər bayramı idi. Həmin gün müxtəlif şənliklər olacaqdı. Qrev meydanında əyləncə ocaqları yanacaq, Brak ibadətxanası yaxınlığında ağac əkiləcək, məhkəmə binasında isə misteriya tamaşası veriləcəkdi.

Bu barədə qabaqcadan, Paris qalabəyisinin sinələrində ağ rəngli xaç olan yasəməni qamlot3 kaftan4 geyinmiş carçıları şeypur çalaraq bütün kü- çələrə və meydanlara xəbər vermişdilər.

Səhər tezdən başlayaraq şəhərin kişi və qadınları dəstə-dəstə hər tərəfdən bu üç məntəqəyə doğru axışırdılar. Hər kəs öz zövqünə görə seçirdi: kimi əyləncə ocaqlarını, kimi ağac əkməyi, kimi də misteriyanı. Camaatın əksəriyyəti məhkəmənin isti və böyük salonunda oynanılacaq misteriyaya baxmağa gedirdi. Məhkəmə binasının qarşısındakı meydana yaxın küçələr başdan-başa adamla dolmuşdu. Çünki hər kəs iki gün əvvəl buraya gəlmiş Flandriya5 səfarətinin həm misteriya tamaşasında, həm də yenə böyük salonda vaqe olacaq təlxəklər papası seçkisində iştirak etmək niyyətindəydi.

Bütün yer üzündə ən geniş bir bina sayılsa da, bu salona daxil olmaq çox çətin bir məsələ idi. Məhkəmə binasının qarşısındakı meydan camaatla dolduğundan pəncərələrindən meydana baxan şəhər sakinlərinə böyük bir insan dənizi təsiri bağışlayırdı. Oraya daxil olan beş-altı küçə böyük çay kimi arasıkəsilmədən hər dəqiqə yeni-yeni insan dalğaları axıdırdı. Getdikcə böyüyən dalğalar ətrafdakı evlərin tinlərinə sahilə çarpan kimi çarpırdı. Xalq binanın yüksək, qotik6 fasadının ortasındakı böyük pilləkəndən yuxarıya və aşağıya doğru axışırdı; bu cərəyan pilləkənin meydançasında ikiyə ayrılırdı. Fəvvarə hovuza tökülən kimi, pilləkən də arasıkəsilmədən meydana axırdı. Minlərlə insanın arasından qopan bağırtılar, qəhqəhələr və ayaq səsləri bitməz və tükənməz bir gurultuya dönürdü. Bəzən bu gurultu daha da qüvvətlənirdi: camaatı böyük pilləkənə doğru aparan axın dayanır, geriyə dönür və yeni dalğaya rast gəlib bir yerdə fırlanmağa başlayırdı. Bu o demək idi ki, ya şəhər qarovulu nişançılarından biri öz tüfənginin qundağı ilə kimisə vurmuşdu, ya da serjant7 atı şıllaqlayaraq ifrat hücuma qalxan xalqı dayandırmaq istəyirdi. Bu nəcib ənənələr keçmişin mirası olaraq əvvəlcə prevodan8 konnetabl9 idarəsinə, sonra isə atlı qarovulçulara keçmiş, bir müddətdən sonra isə heç bir nöqtəsi dəyişmədən bugünkü Paris jandarmeriyasına10 gəlib çatmışdı.

Qapıların ağzında, pəncərələrdə, bacalarda və damların üzərində minlərcə şəhərli qaynaşırdı. Onlar məhkəmə binasını, onun qarşısındakı qələbəliyi diqqətlə seyr edir və bundan məmnun qalırdılar. Parisdə indi də tamaşalara baxmaqdan böyük həzz alan insanlar vardır.

Bu salonun böyük paraleloqramının bir ucunda bütöv mərmər parçasından yapılmış məşhur bir masa var; bu masa o qədər uzun, geniş və qalındı ki, Qarqantuanın11 iştahasını qaldırmağa qadir idi: salonun o biri başında ibadətxana var idi; bu ibadətxanada XI Lüdovik öz heykəlini Məryəm qarşısında diz üstə qoydurmuşdu. O vaxt altı il əvvəl tikilmiş bu ibadətxana dövrün memarlıq incəliyinə xas məftunedici bir üslubda dərin işləmələr və qəribə heykəllərlə bəzədilərək hazırlanmışdı. İbadətxananın qapısı üzərindəki incə, kiçik və yuvarlaq pəncərə öz gözəlliyi ilə insanı xüsusilə heyran qoyurdu; bu pəncərə krujevalardan hazırlanmış ulduza bənzəyirdi.

Salonun tən ortasında, böyük qapının qarşısında ulduzlu parçalarla örtülmüş bir səhnə var idi. Bu səhnəyə ilk baxışda gözə çarpmayan xüsusi bir yol açılmışdı. Bura misteriya tamaşasına dəvət edilmiş Flandriya səfirləri və başqa yüksəkvəzifəli qonaqlar üçün nəzərdə tutulmuşdu.

Adətə görə, misteriya mərmər masanın üzərində oynanılmalı idi. Bununçün masa hələ səhər tezdən hazırlanmışdı. Masanın ehtişamlı mərmər lövhəsi üzərinə hündür taxta qəfəs qoyulmuşdu; hər tərəfdən göründüyü üçün o, səhnəni əvəz edirdi. Çöl tərəfdən naşıcasına qoyulmuş nərdivan səhnə ilə qarderobu birləşdirirdi. İştirak edənlər həmin nərdivanın iri pillələri ilə həm çıxmalı, həm də düşməliydilər.

İstər bayram, istərsə də edam günlərində nizam-intizamı qoruyan dörd nəfər məhkəmə pristavı mərmər masanın dörd tərəfində dayanaraq keşik çəkirdi.

Tamaşa məhkəmə binasının böyük divar saatları günortanı xəbər verəndə başlamalı idi. Camaat isə səhər tezdən buraya toplaşaraq vəd edilən tamaşanı gözləyirdi. Adamlar getdikcə artır və məcrasından çıxmış çay kimi divarlar boyu uzanır, sütunlar ətrafına toplaşır, divarların karnizlərinə, pəncərələrə dırmanırdılar. Səfirlərin gələcəyi vaxtdan xeyli əvvəl yorğunluq, hövsələsizlik, əyləncə günlərində adət olunan nəzakətsizlik dar bir yerə doluşmuş izdihamdan eşidilən səslərə kəskin və söyüşcül bir rəng vermişdi. Hər tərəfdən şikayətlər və lənətlər yağırdı. Hər kəs öz payını alırdı; nəzakətsiz flamandlara, şəhər rəisinə, Burbon kardinalına12, baş hakimə, əlidəyənəkli polislərə, Paris yepiskopuna qarşı küfr edirdilər. Bütün bunlar məktəblilərə və küçə uşaqlarına ləzzət verirdi. Onlar narazıları daha da qızışdırır, müxtəlif hərəkətləri ilə sanki onları iynələyirdilər.

Bu halda kilsə zəngləri saat on ikini vurdu, hər tərəfdən “nəhayət” nidaları yüksəldi. Kütlə hərəkətə gəlib daldalandı, hamı birdən-birə öskürməyə və burunlarını silməyə başladı. Tamaşaçılar misteriya başlamazdan əvvəl üst-başlarını düzəltməyə tələsir, münasib bir yer tapmağa və yaxşı görmək üçün ayaq barmaqları üzərinə qalxmağa çalışırdılar. Sonra araya dərin bir sükut çökdü; hamı boğazını uzadıb, ağzını açıb, gözlərini mərmər masaya dikmişdi. Heykəli andıran dörd serjant yenə əvvəlki kimi masanın ətrafında hərəkətsiz dayanmışdı. Camaat sübh açılandan üç hadisənin intizarındaydı: günorta vaxtının, Flandriya səfirlərinin gəlməsinin və misteriyanın başlanmasının.

Kütlənin səbri tükənməyə başlamışdı. Səhnə hələ də boş idi. Tamaşa başlamaq bilmirdi. Artıq səbirsizlik qəzəbə dönməyə başlamışdı.

Pıçıltıyla olsa da, kütlənin arasında acıqlı nidalar dolaşırdı:

– Başlayın misteriyanı!

– Rədd olsun flamandlar! Misteriyanı başlayın!

– Misteriyanı göstərin, flamandlar isə getsin cəhənnəmə!

– Yoxsa ibrətamiz bir tamaşa göstərmək üçün hakimin özünü dar ağacından asarıq.

Camaatın içərisindən bağırışdılar:

– Çox yaxşı sözdür! Başlanğıc üçün serjantlardan asarıq.

Bərk səs-küy qopdu. Zavallı serjantlar sapsarı saralıb əlacsız halda ətrafa baxırdılar. Onları kütlədən qoruyan kövrək ağac barmaqlıq insan seli qarşısında əyilirdi. Hər tərəfdən:

– Bas, bas! – səsləri eşidilirdi.

Böhranlı dəqiqələr idi. Bu zaman yuxarıda təsvir etdiyimiz otağın pərdəsi açıldı. Pərdənin arxasından bir adam çıxdı. Bu adam camaatı dayandırdı və sanki bir sehrbaz işarəsi ilə hiddəti marağa çevirdi.

Hər tərəfdən:

– Sakit

Скачать книгу

1

Misteriya (lat. ayin, ritual) – din ilə əlaqəsi olan orta əsr Avropa teatr janrlarından bir. Mistteriyanın süjeti adətən Bibliyadan, İncildən götürülərək komik məişət səhnələri ilə sintezini təşkil edirdi.

2

Xaç bayramı – İsa peyğəmbərin xatirəsi ilə bağlı keçirilən kilsə bayramı; dini rəvayətə görə, İsa peyğəmbər Müqəddəs Ruh tərəfindən İordan çayının suyunda xaçlanıb

3

Qamlot (yun. kamelos, fr. camelot – dənə) – yundan toxunmuş kobud parça

4

Kaftan – uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir.

5

Flandriya – Avropanın şimal-qərbində yerləşən tarixi ərazi: indiki Fransa, Belçika və Hollandiyanın bir hissəsini əhatə edirdi.

6

Qotik və ya qotika – Qərbi Avropanın orta əsr memarlığında: çatma tağ və qübbələri, çoxlu daş oymaları və bəzəkləri, həmçinin yuxarı qalxdıqca incələşən arxitektura formaları ilə fərqlənən memarlıq üslubu

7

Serjant (fr. sergent) – orduda, polisdə kiçik komanda heyətinin rütbə adı və bu rütbəni daşıyan adam: çavuş

8

Prevo (fr. prévôt – rəis) – feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru

9

Konnetabl – kralın hərbi məsləhətçisi

10

Jandarmériya (fr.) – burjuaziya ölkələrində siyasi mühafizə və inqilabi hərəkata qarşı mübarizə üçün xüsusi polis qoşunları

11

Qarqantua – XVI əsr fransız yazıçısı Fransua Rablenin “Qarqantua və Pantaqruel” romanından obraz; əsərdə iki nəhəng qarınqulu olan ata və oğul haqqında bəhs edilir.

12

Kardinal – xristian katolik kilsəsinin ruhani rütbəsi: Papadan sonra ikinci adam. Papa rütbəsinə namizədlər həmişə kardinallar arasından seçilir.