Qeyd dəftərçələri. Məktubları. Антон Чехов

Читать онлайн книгу.

Qeyd dəftərçələri. Məktubları - Антон Чехов


Скачать книгу
le>* * *

      A.P. Çexov yaradıcılığı boyu klassik rus ədəbiyyatının ən yaxşı nümunələrini yaradıb. O ixtisasca həkim olsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb…

      Qeyd dəftərçəsi

      1891–1904

      – Şərə müqavimət göstərmək olmaz, xeyirə olar.

      – Qadınlardan yazanda, istər-istəməz məhəbbətdən də yazmalısan.

      – Solomon müdriklik istəməkdə böyük səhvə yol verdi.

      – İv(aşin) məhəbbətdən qırıldatmağı bacarırdı, sevməyi isə yox.

      – Alyoşa: Ana, xəstəlikdən sonra ağlım azalıbdı, lap uşaq kimi olmuşam: gah allaha yalvarıram, gah ağlayıram, gah da sevinirəm…

      – Dyakonun oğlu itinə Sintaksis adını qoymuşdu.

      – O, arvadını teatra və simfonik konsertə aparan tələbələrə yox, cavan arvadının xoşuna gələcək artistlərə və müğənnilərə qısqanırdı.

      – Qardaşım şəhərin başçısı, sonra vitse-qubernator və ya departamentin direktoru, sonra isə nazirin dostu olmaq istəyir. Onun arzusu: vətənpərvərlik ruhunda bir məqalə yazacam, Moskovski vedomostində çap etdirəcəm, yuxarılarda oxuyub, məni departamenti idarə etməyə çağıracaqlar.

      – Kostyanın özü oxumurdu: nə səsi vardı, nə də avazı, amma konsertlər təşkil etməyi, biletlər satmağı, müğənni qadınlarla tanış olmağı yaman xoşlayırdı.

      – Sofyadan alma iyi gəldiyinə görə İvanın ondan zəhləsi gedirdi.

      – Sevən vaxtlarda keçirdiklərimiz, ola bilsin, normal vəziyyətdi. Sevgi insana necə olmaq lazım gəldiyini göstərir.

      – Kürəkən: – Bilin ki, ərinə xəyanət etməyən qadın yoxdu. Xəyanət boş şeydi. Bundan heç kəsə ziyan dəymir.

      – Əgər siz indi üçün işləyəcəksinizsə, işiniz əhəmiyyətsiz olacaq; gələcəyi nəzərdə tutaraq işləmək lazımdı. İndi üçün insanlıq ancaq cənnətdə yaşayacaq, insanlıq həmişə gələcəklə yaşamalıdır.

      – Bacım ayrılıq vaxtı: – Allah eləməsin, ölüb-eləsəm qızlarımı qanadınız altına alın.

      Riqqətə gəlmiş arvadım: Oy, söz verirəm.

      – Qız: Mən sizi ağlınıza, qəlbinizə görə sevirəm, o isə pulunuza.

      – Oğlan qıza ağıllı və ciddi adam təsiri bağışlamışdı, buna görə də onun evlənmək təklifi qızı heyrətə saldı.

      – Artist: Onu hamilə görəndə, bütün qadınlar mənə iyrənc və fağır göründü.

      – Artist: İndiki qadınlar ancaq qulluqçuluğa layiqdirlər, onların ən yaxşısı artistliyə gedir.

      – Artist: Bəli, bəlkə də yaxşı feldşer qadın tapa bilərsiniz, amma siz çalışın yaxşı arvad, ədalətli qadın tapın.

      – Var-dövləti atmırsan, fikirləşirsən ki, əvvəl-axır bu dövlətdən nəsə çıxacaq.

      – Sokolnikidə gəzərkən o, Yartsevə ana olmağın şirinliyindən danışır. Yartsev:

      – Deyin görək, uşağa olan istəyiniz ərinizə olan sevginizi azaltmırmı?

      – Bilmirəm. Mən sevib getməmişəm. Əvvəllər əzab çəkirdim, indi sakitləşmişəm, bu qərara gəlmişəm ki, məhəbbət yoxdu və məhəbbətin olması lazım da deyil.

      – Ruhanilərlə aktyorlar arasında ümumilik çoxdur.

      – Nina öləndən sonra məndə inam yaranıbdı ki, biz ölməzik.

      – O, ancaq bircə dəfə xoşbəxt olmuşdu – çətirin altında.

      – Qızlar mürəbbiyəni geyindirib-gecindirir və ona dərs deyirdilər.

      – Bütün bu şəkilləri ala biləcəyi fikri onda inam oyadırdı.

      – Bizim hamımız məhəbbət haqqında ancaq danışırıq və oxuyuruq, özümüzsə az sevirik.

      – Azad olmayan adamlarda anlayışlar da qarışıq olur.

      – Yataq otağı. Ayın ziyası pəncərəni elə işıqlandırır ki, hətta köynəyin düymələri də görünür.

      – Nəcib adam itdən də utanır.

      – Tərbiyəli olmaq sousu süfrəyə tökməmək deyil, tərbiyəli olmaq bunu başqası edəndə görməməkdir.

      – Paris. Qadına elə gəlirdi ki, fransızlar onun bədən quruluşunu görsəydilər heyran qalardılar.

      – Yaman gözləri vardı, nahardan sonra yatmış adamın gözlərinə oxşayırdı.

      – Kaftar köpəyin qeydlərindən: «İnsanlar aşpazın tökdüyü yaxantını və sümüyü yemirlər. Axmaqlar!»

      – Onun yadında kadet həyatından başqa heç nə qalmamışdı.

      – Ən çox işləyən kəndlilər ömrü boyu «zəhmət» sözünü dillərinə gətirmirlər.

      – Ariadna üç dildə gözəl danışır. Başında boş yer çox olduğundan o, dilləri tez öyrənir.

      – Qadını elə tərbiyə eləmək lazımdır ki, səhvlərini başa düşsün, yoxsa həmişə haqlı olduğunu güman edəcək.

      – Aradan beş il keçdi. Terexov Saxalində başa düşdü ki, əsas məsələ allaha qovuşmaqdı, necə qovuşmağın fərqi yoxdu.

      – İnsan inamsız yaşaya bilməz.

      – O, yağışın səsinə oyandı.

      – Gecələr yata bilmirdi, zavodun xiffətini çəkirdi.

      – Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdu, milli olan artıq elm deyil.

      – Kişi ilə qadın arasındakı fərq: qadın yaşlaşdıqca başı arvad işinə daha çox qarışır, kişi yaşlaşdıqca arvad işindən daha çox uzaqlaşır.

      – Evdə kimsə uzun müddət xəstələnəndə, ölümdən qorxan uşaqlardan başqa hamı daxilən onun ölümünü arzulayır. Məsələn, analarının ölə biləcəyi uşaqları dəhşətə salır.

      – Arxasınca getdiyi iş qəflətən ona çox əhəmiyyətsiz göründü və o, geri qayıtdı.

      – Məmurun (axmaq) arvadı oğlanlarla bir yerdə tərbiyə almışdı.

      – Tənhalar restorana və hamama söhbət eləməkdən ötrü gedirlər.

      – O, hökumətə keşiş kimi yaltaqlanır.

      – Pyes: aktyorlarda və ədəbiyyatçılarda ellik zəmanətdi: əgər onlar səni öz mühitlərinə qəbul etdilərsə, sən bütün Rusiyada məşhurlaşacaqsan.

      – Pyes: Belletrist – hərə öz istədiyi və bacardığı kimi yazır.

      – Elə qocalmışam ki, hətta, deyəsən, məndən it iyi gəlir, sənsə, bacı, hələ də cavansan.

      – Sorin: Mən dəhşətli dərəcədə ədəbiyyatçı olmaq arzusundaydım. Mən iki şey arzulayırdım: evlənmək və ədəbiyyatçı olmaq, amma nə onu eliyə bildim, nə də bunu.

      – Yemək istəyirsiniz?

      – Yox, əksinə.

      – Kenquruya bənzəyən gödək qollu və uzun boyunlu hamilə qadın.

      – İnsanlara hörmət eləmək böyük ləzzətdi! Mən kitab görəndə, müəlliflərin necə sevmələrinə, necə qumar oynamalarına fikir vermirəm, mən onların ancaq valehedici əməllərini görürəm.

      – Ancaq təmizləri sevmək eqoizmdi; özümüzdə olmayanı qadında axtarmaq məhəbbət deyil, məftunluqdu, buna görə də öz tayımızı sevməliyik.

      – Çepr: Mən anamdan qorxuram. Qorxuram ki, məni lənətləyər. Özümün onun haqqında olan fikirlərimdən qorxuram. Onun haqqında dəhşətli fikirlərim var.

      – Təmiz, həyati uşaq sevinci deyilən sevinc heyvani sevincdir.

      – Kim səmimidirsə, o haqlıdır.

      – Uşaqlar qışqıranda dözə bilmirəm,


Скачать книгу