Seçilmiş əsərləri. Ильяс Эфендиев

Читать онлайн книгу.

Seçilmiş əsərləri - Ильяс Эфендиев


Скачать книгу
ƏLƏR

      APARDI SELLƏR SARANI

      Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü…

      – Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl… mənə de.

      … Soltanın dərdi böyük oldu. Saçlarına dən düşdü. Lakin o evlənmədi. Könlünü əziz Gülnarının tək yadigarına bağladı.

      Saranın süd anası bir qaşqa ceyran oldu. Ata qızını kimsəyə tapşırmadı. Arxasına şəlləyib qoyun otardı, dağ güllərinin arasında yatırtdı.

      Sara ceyran südü əmə-əmə, qayalar arasında qaynayan durna gözlü bulaqlardan su içə-içə böyüdü, nazlı bir sona oldu.

      Dağlar onun gözəlliyinə heyran qaldı. Çiçəklər ona qibtə etdi. Aşıqlar hüsnünə dastan dedilər. Sorağı ellərə yayıldı. İgidlər dərdə düşdü. Ay dağlar arxasından boylanaraq ona baxdı, məftun oldu… Günəş onu görməyə tələsdi, lakin rəngi saraldı, getdi.

      Soltanın dərdi qaçdı. Könlü güldü.

      Sara igidlərə yoldaş, quşlara sirdaş oldu, cıdırlarda at çapdı, ox atmaqda taysız oldu.

      Güneylərdə oturaq oba qocaları ona baxaraq:

      – Qənirsiz gözəldir, – dedilər…

      İgidlər vurğunu idilər. Qız onlardan birini seçdi: Xançobana könül verdi.

      İgidlər alaçıq tikdilər. İçini pələng dəriləri ilə döşədilər. Aşıq çağırdılar. Məclis qurdular.

      Xançobana toy etdilər.

      Günəşdən eşq əmən xoş günlər başladı…

* * *

      Ay doğdu. El yaylağa köçdü.

      Xançoban sıldırım bir qaya başında oturub tütək çalırdı. Yamaca yayılmış qoyunlar başlarını sallayıb, onu dinləyirdilər.

      Muğan gözəli dağa çıxıb, Xançobana yanaşdı. Boynunu büküb igidinə baxdı. Baxışları həsrətliydi. Ay onun kədərli üzünə solğun bir nur çiləyirdi.

      Çoban çalırdı…

      Qızın yanağından mirvari dənələr yuvarlanırdı.

      Çoban çalırdı…

      Qız qolunu Xançobanın boynuna doladı, başını sinəsinə qoydu. Çoban soruşdu:

      – Sənə nə olub, gülüm?

      Qız başını qaldırıb, yana-yana sevgilisinə baxdı:

      – Sən yaylağa gedirsən, əzizim, – dedi, – bu ayrılıq mənə ağır gəlir. Elə bil ki, biz bir də görüşməyəcəyik…

      Çoban güldü:

      – Dərd çəkmə, gülüm, – dedi, – sənə dağ gülləri ilə bəslənmiş gözəl əmliklər gətirəcəyəm.

      … Xançoban qoyunlarını dəstələyib yola düşdü.

      Qız atası ilə Muğanda qaldı. Yay işləri görəcəkdilər. Qızıl sünbüllər biçəcəkdilər. Lakin bir gün hava tutuldu. Günəş buludlar arasında gizləndi. Araz “qan-qan” dedi.

      Yadelli bir şah doğma yurda basqın etdi. Yolu Muğandan düşdü. Sular kənarında bir pəri gördü, atının başını çəkərək:

      – Ey gözəl, – dedi, – kimin qızısan?

      Sara qara gözlərini şaha zillədi. Qürurla:

      – Atama Soltan deyərlər! – dedi.

      Şah əmr etdi. Soltan gəldi. Şah ona müraciətlə:

      – Mən sənin qızını özümə arvad eləmək istəyirəm, – dedi.

      Soltan ürəyindən vuruldu:

      – Ey şah! – dedi, – onun yarı var!..

      Şah “mərhəmət” göstərdi:

      – Mən səni dünya malından qane edərəm, kişi.

      Soltan acı-acı güldü:

      – Ey şah! – dedi, – dünya malı şahlara lazımdır, bizə bu azad çöllər də bəsdir.

      Şah qəzəbindən titrədi. Qızı göstərib:

      – Götürün! – dedi.

      Yad əllər Muğan gözəlinin gərdəninə dolandı. Qızın dodaqlarından nagahani bir səda qopdu:

      – Ata!..

      Ata, balası vurulmuş pələng kimi qıvrıldı. Ciyərlərində odlu gürzələr süründü.

      İmdad istəyən bir cüt qara göz ataya zillənmişdi. Qız yadlar əlində çırpınırdı. Ata yanırdı.

      Ürəklərə od salan o yaralı səs bir də eşidildi:

      – Ata!..

      Bu zaman göylər qeyzlə guruldadı. İldırım çaxıb qoca dağın şiş təpəsini parçaladı. Sular qayalara çarparaq hiddətlə səsləndi. Dərələr uğuldadı. Muğan titrədi. Onun gözəli gedirdi…

      Təbiətin qüdrətli səsi ataya qalibiyyət yolunu göstərdi. O, əlini qaldıraraq:

      – Dayanın, – dedi, – şaha bir sözüm var.

      Hamı bir an dayandı.

      O zaman ata, balasını iki qolları arasına alıb, çaya tulladı. Sular öz həmdəmini bağrına basıb, sürətlə axdı.

      Ata, şaha baxaraq, müdhiş bir təbəssümlə:

      – Sözüm bu idi, ey şah! – dedi.

      Günlər keçdi.

      Oba qızları dağlara tərəf uçan quşlara baxıb oxudular:

      Gedin deyin Xançobana,

      Gəlməsin bu il Muğana,

      Muğan batıbdır al qana,

      Apardı sellər Saranı,

      Bir ala gözlü balanı…

      GÖZLƏNİLMƏYƏN SEVGİ

      Darülfünunda dərslərin başlandığının dördüncü günü idi. Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

      Xidmətçilərin biri onlara yaxınlaşaraq:

      – Direktor gəldi, dedi.

* * *

      – İmtahanlar qurtarıb, yerimiz dolub, xala, – deyə direktor qadına baxdı.

      – Birtəhər elə, ağrın alım… rayonumuz çox uzaqdır. Ona görə gecikmişik, – deyə qadın quru, bir az da amiranə səslə cavab verdi.

      Qadının üzü tutuldu. Uzun, enli qara qaşları çatıldı. Çubuğunu dərindən sümürərək fikrə getdi. Pəncərənin qabağında dayanmış oğlan soyuq baxışlarla çölə baxırdı.

      O, hamıda təəccüb oyadan bir məharətlə imtahan verib riyaziyyat fakültəsinə daxil oldu. Özünü olduqca sakit və ciddi aparmasına baxmayaraq, az zaman içərisində fövqəladə istedadı ilə hamımızı heyran etdi. Ən güclü riyaziyyatçı, ən yaxşı radist idi. Qırx nəfər yaxşı şahmatçı ilə eyni zamanda oynayar və həmişə də qalib gələrdi. Bütün müəllimlərimiz ondakı səlis, axıcı natiqlik məharətinə qibtə edərdilər. Onun məharəti bunlarla bitmirdi. O, ən gözəl snayperlərdən hesab oluna bilərdi. Həmişə birinci mükafatı o qazanardı. O, az zaman içərisində bizim aramızda təsəvvürə gəlməz bir hörmət qazandı. O, hamıdan gözəl geyinir, başını dik və məğrur tutaraq gəzir, həmişə


Скачать книгу