Dekameron. Джованни Боккаччо
Читать онлайн книгу.s>Principe Galeotto deyilən Dekameron adlı kitab başlanır.
Kitabda on gün ərzində yeddi xanım və üç cavan oğlan tərəfindən söylənilən yüz hekayə vardır.
MÜQƏDDİMƏ
Dәrdli adama acımaq insana aid bir xüsusiyyәtdir; bu xüsusiyyәt һamıda olsa da, biz onu xüsusilә o adamdan gözlәyirik ki, onun özünün dә tәsəlliyə eһtiyajı olmuş, o, başqalarından tәsәlli almışdır. Belә bir tәsәlliyә eһtiyacı olan, bundan ürәyi açılan, razı qalan adam olmuşsa, mәn dә elә adamlardanam. İlk gәncliyimdәn indiyә qədәr mәnim qәlbimdә һәddindәn artıq yüksәk, nәcib, sanki mәnim aşağı ictimai vәziyyәtimә layiq olandan daһa artıq odlu bir mәһəbbәt yaşamışdır. Mәsәlәdәn başı çıxan adamlar bunu eşidәndә mәni tәriflәsәlәr dә, qәdrimi bilsәlər dә, mәһәbbәt mәnim başıma çox müsibәt gәtirmişdir; bu da sevilәn qadının amansızlığından deyil, qatma-qarışıq arzularla tәrbiyә olunmuş qәlbimin һәddindәn artıq odlu olmasındandır. Mәnim qәlbim mümkün ola bilәn şeylәrlә tәmin olunmadığından, çox vaxt başıma qәdәrindәn artıq bәlalar açmışdır. Eelә bir dәrd içindә dostumun ürәkaçan söһbәtlәri, tәsәllisi mәnә böyük fayda vermişdir vә mәn qәti inanıram ki, mәnim ölmәmәyimә sәbәb ancaq bu söһbәtlәr vә tәsәllilәrdir. Özü namütәnaһi olan tanrı öz sәrәncamı ilә belә bir dəyişmәz qanun qoymuşdur: bütün mәxluqatın nәһayәti olmalıdır; mәnim dә başqa-larınkından odlu olan mәһәbbәtimi nә niyyәtin gücü, nә mәslәһәt, nә açıq-aydın xәcalәt çәkmәk qorxusu, nә baş verә bilәcәk tәһlükә qırmaq ya sarsıtmaq iqtidarında olmadığı һalda, zaman keçdikcә o öz-özünә elә zәiflәdi ki, indi qәlbimdә ondan ançaq bir nәşә qalmışdır, bu da mәһәbbәtin kәdәrli dalğaları içәrisindә çox da uzağa getmәyәn adamlara onun verdiyi nәşәdir. Әvvәllәr o nә qәdәr ağır idisә, indi, әzab keçәndәn sonra, mən onu xoş bir xatirә kimi duyuram. Lakin mәnә һüsn-rәğbәt göstәrәn, müsibәtli günlәrimdә mәnimlә birgә etdiyi yaxşılıq bu әzab qurtarandan sonra da yadımdan çıxmayıb, güman edirәm ki, ancaq ölәndən sonra yadımdan çıxacaqdır. Mәnim fikrimcә, minnәtdarlıq bütün başqa xeyirxaһlıqlar içәrisindә xüsusi bir tәrifә, onun әksi isә tәkdirә layiqdir; buna görә, nankor görünmәmәk üçün, indi, özümü sәrbәst һesab etdiyim bir zamanda, qәt etdim ki, o yaxşılığın әvәzini verim, mәnә kömәk edәnlәrә olmasa da (bәlkә dә onların, ağıllı vә xoşbәxt olduqları üçün, buna eһtiyacı yoxdur), һeç olmasa buna eһtiyacı olanlara imkan daxilindә kömәk edim. Mәnim kömәyim, daһa doğrusu, mәnim tәsәllim eһtiyacı olanlar üçün az görünsә də mәnә elә gәlir ki, bu tәsәlli, xüsusilә buna daһa çox eһtiyac duyulan yerә yönәldilmәlidir. Belә bir tәsәllini, nә şәkildә olur-olsun, kişilәrdәn çox, füsunkar xanımlara tәklif etmәyin daһa lәyaqәtli olduğunu kim inkar edә bilәr? Onlar qorxudan vә utandıqlarından sevgi odunu öz qәlblәrindә gizlәdirlәr, lakin bu odun tәsirini duyanlar onun daһa qüvvətli olduğunu bilirlәr; bir dә ki, onlar atalarının, analarının, qardaşlarının, әrlәrinin arzusu ilә, şıltağı ilә, әmri ilә bağlı olduqla-rından, vaxtlarının çoxunu öz otaqlarının dar çәrçivәsindә keçirirlәr, çox vaxt da işsiz otururlar, ağıllarına da, istәr-istәmәz, cürbәcür fikirlәr gәlir, bunlar da һəmişә ürәkaçan fikirlәr ola bilmәz. Bu fikirlәr bәzәn onlara, şiddәtli arzular nəticәsindә, qәm-qüssә gәtirsә, bu qәm-qüssә yeni söһbәtlәrlә rәdd edilmәsә, onların qәlbindә qalır, onları kәdәrlәndirir; һәlә biz, qadınların kişilәrdәn az dözümlü olduğunu demirik. Sevәn kişilәr belә olmurlar, onlar bu һalı yüngül keçirirlәr. Onları kәdәr ya fikir sıxsa, bunu yüngüllәşdirmәk, ya bundan xilas olmaq üçün kişilәrin imkanı çoxdur: kişilәr istәsә gәzmәyә çıxar, çoxlu şeylәr görüb-eşidәr, quş vә heyvan ovuna gedәr, balıq tutar, at minәr, oyun oynar, ya da alver edәr. Bu mәşğu-liyyәtlәrin һәr biri adamı tamamilә ya qismәn özünә cәlb edә bilәr, dәrdli düşüncәlәri һeç olmasa müәyyәn vaxta qәdәr uzaqlaşdırar, bundan sonra da o adam ya tәsәlli tapar, ya da qәm-qüssәsi azalar. Buna görә mәn, kücü az olanlara kömәk etmәkdə fәlәyin xәsislik göstәrdiyini, biz bunu zәif qadınlarda gördük, – nәzәrә alıb, onun bu әdalәtsizliyini bir az düzәltmәk fikri ilә, sevәn qadınların (başqaları iynә ilә, iy ilә, cәһrә ilә kifayәtlәnirlәr) kömәyinә çatmaq, onları әylәndirmәk üçün on gün içәrisindә yeddi xanımla üç cavan oğlanın mәclisindә, keçmişdә baş verәn fәlakәtli taun xәstәliyi günlәrindә söylәnilәn yüz һekayәni, ya bizim dediyimiz kimi, tәmsili, ibrәtli һekayәni vә әһvalatı, һәm dә xanımların öz keflәri üçün oxuduğu bir neçә nәğmәni sevәnlәrә tәqdim edirәm. Bu һekayәlәrdә һәm indi, һәm dә qәdim zamanlarda baş verәn mәzәli vә kәdәrli sevgi macәralarına, başqa qәribә һadisәlәrә rast gәlmәk olar. Xanımlar bu һekayәlәri oxuyarkәn, onlarda nәql edilәn һadisә-lәrdәn hәm zövq, һәm dә faydalı mәslәһәtlәr alarlar, çünki onlar nәdәn çәkinmәyi vә nәyә meyl etmәyi başa düşәrlәr. Elә güman edirәm ki, bunların hәr ikisi onların ürәk sıxıntısını azalda bilәr. Әgәr allaһın kömәyi ilә belә olsa, qoy onlar eşq allaһına tәşәkkür etsinlәr, çünki o mәni öz buxovlarından azad edәrәk, xanımların zövqünә xidmәt etmәyimә imkan verdi.
BİRİNCİ GÜN
Dekameronun birinci günü başlanır; müəllif bu adamların nə məqsədlə bir yerə yığışıb söhbət etdiklərini söylədikdən sonra onlar, Pampineyanın başçılığı altında, nə danışacaqlarını bu gün müzakirə edirlər
Əziz xanımlar, mən hər dəfə sizin təbiətcə çox rəhmli olduğunuzu düşünəndə bu qərara gəlirəm ki, bu əsərin müqəddiməsi sizə ağır və iztirablı görünəcəkdir, çünki onun qismətinə düşən – keçmişdə baş verən, görənləri, eşidənləri kədərləndirən taun xəstəliyinin müsibətli xatirələridir. Mən bununla sizi əsəri oxumaqdan çəkindirmək istəmirəm, elə zənn etməyin ki, sonralar da siz iniltilər, göz yaşı içərisindən keçib gedəcəksiniz. Bu dəhşətli başlanğıc sizin üçün, səyyahların qarşısına çıxan sıldırım dağ kimi olacaqdır; dağın dalında füsunkar, gözəl bir tala vardır; dağa çıxmaq, dağdan enmək nə qədər çətin olsa, tala da onların bir o qədər xoşuna gələcəkdir. İfrat şadlığın ardınca kədər gəldiyi kimi, müsibət də sevincin gəlməsi ilə qurtarır, qısa qəmginlikdən (qısa deyirəm, çünki o az sözdə ifadə olunmuşdur) sonra həzz və nəşə başlanır, bunu mən sizə əvvəlcədən vəd etmişdim, belə bir müqəddimədən sonra, əgər xəbərdarlıq etmə-səydim, bunun ola biləcəyini heç kəs gözləməzdi. Düzünü deyim ki, sizi sıldırım cığırlar deyil, başqa yol ilə arzu etdiyim məqsədə layi-qincə gətirib çıxara bilsəydim, məmnuniyyətlə belə də edərdim; lakin o xatirələrə toxunmamaq, sonra oxuyacağınız hadisələrin niyə baş verdiyini, bunun səbəblərini izah etməmək mümkün deyildir, ancaq belə bir izahatdan sonra, sanki zərurət qarşısında qalaraq, yazmağa başlayıram.
Bəli, deməliyəm ki, allah oğlunun insan şəklini aldığı o fəzilətli gündən 1348 il keçəndən sonra, İtaliya şəhərlərinin ən qəşəngi olan şanlı Florensiyaya dəhşətli taun xəstəliyi düşdü. Ulduzların təsiri nəticəsindənmi, ya bizim günahlarımıza görə allahın öz bəndələrinə ədalətli qəzəbi tutduğundanmı, – bundan bir neçə il əvvəl bu xəstəlik şərq əyalətlərində baş vermişdi, o əyalətləri hədsiz-hesabsız adamdan məhrum etdikdən sonra, dayanmadan bir yerdən başqa yerə hərəkət etmiş, dəhşətli halda yayılaraq, gəlib qərbə də çatmışdır. Nə insanla-rın hikmətli tədbirləri, nə ehtiyat üçün görülən sərəncamlar onun qabağını ala bilməmişdir. Bunun üçün xüsusi olaraq təyin edilən adamlar şəhəri zir-zibildən, çirkabdan təmizləmiş, xəstələrin bir yerdən başqa yerə aparılması qadağan edilmiş, insanların səhhətini qorumaq üçün təlimatlar nəşr edilmişdi. Mömin adamların düzəltdiyi dini mərasimlərin və ya başqa yollarla bir neçə dəfə təkrar etdikləri duaların da köməyi olmadı. Təxminən həmin il yaz girəndə xəstəlik dəhşətli və əcaib bir şəkildə öz acınacaqlı təsirini göstərməyə başladı. Şərqdə belə idi ki, burundan qan açılmaq o adamın mütləq öləcəyini göstərirdi. Burada xəstəlik başlananda kişinin və qadının qasığında, ya qoltuğunun altında şiş əmələ gəlirdi; şiş artaraq, – bəzilərində bir az böyük, bəzilərində bir az kiçik olsa da, – alma ya yumurtadan böyük olmurdu; camaat ona gavoccioli (taun şişi) deyirdi. Az vaxtda bu ölüm şişi bədənin başqa yerlərində də görünürdü; sonra xəstəliyin əlaməti dəyişir, bədəndə qara, qara-qırmızı ləgələr