Dəli Çəmənli. Vahid Çəmənli
Читать онлайн книгу.mpty-line/>
ISBN 978-5-4485-2217-8
Создано в интеллектуальной издательской системе Ridero
«Dəli Çəmənli» adlı kitab şairin oxuculara təqdim etdiyi ikinci kitabdır. Təxəllüsü Vahid Çəmənli olan Vahid Valeh oğlu Qasımov 27 iyun 1956- cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Atası Qasımov Valeh mahir aşıq olub. 40—50-ci illərdə, çox kiçik yaşlarında Çəmənlidə və ətraf kəndlərdə toy məclislərini idarə etmişdir. Atasının tez-tez evində təşkil etdiyi sazlı-dastanlı gecələr məclisləri Vahid Çəmənlinin həyatında dərin izlər buraxmışdır. Vahid Çəmənli 1972-ci ildə Çəmənli kənd orta məktəbini bitirmişdir. 1975—77 ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1980-cı ildə Bakı Maliyyə-Kredit texnikumunu bitirmiş, uzun müddət Dövlət Statistika Komitəsinin nəzdində olan Ümumittifaq Dövlət Layihə-Texnoloğiya İnstitutunda işləmişdir. Vahid Çəmənli ədəbi yaradıcılıqla çox erkən yaşlarından məşğul olur. Dövri mətbuatda tez-tez şeirləri çap olunur. 2011-ci ildə onun «Nə ömürdü, yaşadım» adlı şeirlər kitabı çapdan çıxmışdır. Bakı şəhərində yaşayır. Evlidir, iki oğlu var. Hal-hazırda şair-yazıçı Vahid Çəmənli müxtəlif mövzuda yazılar üzərində işləyir. Ümidvarıq ki, şair yaxın zamanlarda yeni şerlər kitabı ilə sizin görüşünüzə gələcəkdir.
Minnətdarlıq
Mənim əzizlərim; – dostlarım, qohumlarım, qonşularım, vətənimin övladları! Sizə müraciət edirəm. Hərvaxtınız xeyir!..Bilirəm, bəziləri bu kitabı görəndə adından təəccüblənəcək, bəziləri açıb vərəqləyəcək, bəziləri şəkillərinə baxıb təzədən yerinə qoyacaq. Amma siz, bir neçə manat halal qazancından keçib bu kitabı alanlar, mənim sözüm sizədir.
Mənim əzizlərim, bu kitaba qəlbimin bir parçasını qoymuşam. Elə siz də onun səhifələrində qəlbinizin bir parçasıni tapa biləcəksiniz. Bilirsinizmi niyə? Ona görə ki, bu kitab Çəmənli kəndinə, onun insanlarına, bir Çəmənli övladının keçirdiyi hiss – həyəcanlarına həsr olunduğuna baxmayaraq, ucsuz bucaqsız vətənimizin hər bir kəndinə aid ola bilər. Hər bir kəndimizin daşı -torpağı müqəddəsdir, çünki hər qarış torpağımız igid ata babalarımızın qanı ilə suvarılıb. Hər daşın altında bir aslan yatır.
Kitabda uşaqlıq xatirələrinə çox yer verillib. Bu da təbiidir. Uşaqlıq dövrü ömrümüzün ən şirin dövrüdür. Uşaqlıq dövrü gördüklərimizin, duyduqlarımızın, yaşadıqlarımızın yaddaşımızda silinməz izlər buraxdığı dövrdür, fikirlərimizin formalaşdığı dövrdür, – ona görə də şirindir, dadlıdır.
Hər deyilən sözdə bir ilahi güc, hər yazılan yazıda bir tarix yaşayır. Mənim dünyanın tarixi ilə bir işim yoxdur. Qoy, dünyanın tarixini dünyada yaşayan insanlar yazsın. Dünyanın xəritəsində kiçicik bir nöqtə olan, lakin sevgisi köksümə sığmayan doğma Çəmənlimin tarixi mənim ruhuma daha yaxındır. Düzdür, hər deyilən söz bir tarixdir, amma mən tarix yazmamışam. Mən, Çəmənlidə mənimlə bir zamanda yaşayan insanların sevgisindən söz açmışam. Kiçicik bir zaman kəsiyində gördüklərimdən, duyduqlarımdan yazmışam. Əminəm ki, kəndimin gələcək övladları bu ənənəni davam etdirəcək.
Kitabın hər sətrini oxuyanda üzünüzə xoş təbəssüm qonacaq, xəyalların qanadlarında öz kəndinizə, öz uşaqlığınıza dönəcəksiniz. Bu kitabı öxuduğunuz dəqiqələrdə mən də sizinlə olacam, sizinlə sevinəcəm, sizinlə kədərlənəcəm.
Amma kədərimiz az olacaq. Lap az… Olan da sadəcə təəssüf hissi:
– Aman Allah, ömür nə tez keçdi…
Bayaq dedim ki, əlinizdə tutduğunuz bu kitab yaşadığım, duyduğum həyatın bir parçasıdır. Bu həyatın müxtəlif anlarında mənimlə yanaşı addımlayan insanların zəhməti var burda… Hər kəsdən bir söz, bir cümlə, bir fikir ərəsəyə gətirib bu kitabı. O insanları bir-bir xəyalımda canlandırır, içimdə pöhrələyən minnətdarlığımı onlara bildirmək istəyirəm.
Ən birinci, məni dünyaya gətirən, duyğulu böyüdən anam Pərizada, atam Valehə bir övlad minnətdarlığımı bildirirəm.
Çəmənli torpağında doğulan, yaşayan hər bir həmkəndlimə sevgilərim, sayğılarm sonsuzdur. Mənim müasirlərim, ağsaqqallarım, ağbirçəklərim sizə minnətdaram. Həyatımın ən gözəl anları sizinlə bağlıdır. Sizin hər birinizi görəndə sevindiyim qədər heç zaman belə sevinməmişəm. Sizin hər biriniz mənim könlümün tacısınız. Mən sizi çox sevirəm.
On il nazımı çəkə-çəkə mənə elm öyrədən, tərbiyələndirən sevimli müəllimlərim Musa müəllimə, Səlbi müəlliməyə, Qara müəllimə, Bayram müəllimə, Kamil müəllimə, Şəmsəddin müəllimə, Sabir müəllimə, Xosrov müəllimə, Fərzəliyev Allahverən müəllimə, Paşayev Allahverən müəllimə,, Məmməd müəllimə, Zülfüqar müəllimə, məndə rus dilinə maraq oyadan İsmayıl müəllimə, Quliyev Musa müəllimə, Eyvaz müəllimə – bir sözlə, məktəbimizin bütün müəllimlərinə dərin minnətdarlığımı bildirirəm.
Şerlərini sevə-sevə oxuduğum, mənim qəlbimdə şerə, sənətə dərin məhəbbət oyadan, ilk şerimin ilk oxucusu Şahmar Əkbərzadəyə dərin minnətdarlığımı bildirirəm.
Uzun illər mənimlə dostluq edən, ən çətin anlarımda yanımda olan, dərd-sərimi bölüşdüyüm səmimi insan – dostum Mahir Hacıyevə dərin minnətdarlığımı bildirirəm. Əziz dostum, bu kitabın hər vərəqində, hər sətirində sənin səsin, sənin incə, mehriban qəlbin yaşayır.
İllər boyu mənimlə çiyin-çiyinə çalışan, gündəlik qayğılarımla maraqlanan, dərdimə şərik olan, sevincimə sevinən iş yoldaşlarıma minnətdaram. Şairi yaşadan diqqətdir. Həmişə mənə qarşı diqqətli olmusunuz. Sizinlə həyatda üz-üzə gəldiyimə görə, ömrümün enişli-yoxuşlu yollarında sizinlə birgə addımladığıma görə çox xoşbəxtəm.
Mömin ziyalı kimi sevib, xatirini əziz tutduğum Mir Yusuif Ağaya minnətdaram. Sizinlə olan ünsiyyətim mənim qarşımda yeni mənzərələr açdı. Ağdam camaatının sizə olan sayğıları sonsuzdur. Siz öz səmimiyyətinizlə Qarabağ torpağının ən urvatlı məkanı olan Seyid Lazım Ağa ocağının nurunu artırır, onu daha da şərəfləndirirsiniz.
Kitabın ərəsəyə gəlməsində təmənnasız olaraq böyük fədəkarlıq göstərən əziz ellim, şair-publisist Vidadi Ağdamlıya dərin minnətdarlığımı bildirirəm.
Bundan başqa, kitabın ərəsəyə gəlməsində maddi yardımını əsirgəməyən dostum Allahverənə öz minnətdarlığımı bildirirəm.
Həyat yoldaşım Təranə xanıma, övladlarım Valehə, Aydına dərin minnətdarlığımı bildirirəm. Siz olmasanız bu kitab da olmazdı. Səbrinizə, sevginizə, sayğınıza görə çox sağ olun.
Əziz oxucularım, sizə minnətdaram. Oxuduğunuz sətirlərdə qəlbinizi oxşayan tək bir cümlə olsa, deməli zəhmətim hədər getməyib.
Sizin Vahid Çəmənli.
Ön söz
Mən, Vahid Cəmənlinin”Dəli Çəmənli» kitabının əlyazmasıni oxuyandan sonrabu kitaba ön söz yazmağı özümə borc bildim. Belə qənaətə gəldim ki, bu kitab qəriblikdə çırpınan bir ürəyin döyüntüləridir. Doğma Qarabağa sevgi və həsrət bu kitabdakı hər bir yazının əsas sujet xəttidir.
23 iyul 1993 cü ildə Ağdam şəhəri və ona yaxın olan kəndlər işqal olduqdan sonra, Çəmənli kəndi də döyüş bölgəsinin qaynar nöqtələrindən birinə çevrilmişdi. Qarabağın işğal olması, Çəmənli kəndinin hər gün düşmənlər tərəfindən atəşə tutulması şairi narahat etmiyə bilməzdi. Bəli, bu kitab yuxusuz gecələrin, Vətən həsrətini çəkən bir şairin ürək çırpıntılarıdır.Kitabda müxtəlif mövzuda yazılan əsərlərdə dil, üslub xüsusiyyətləri gözəl işlənmişdir. Əsərdən görünür ki, şair harda olur olsun, hətta vətəndən uzaqda da olsa belə, həmişə gözləri Qarabağı gəzmiş, onunla nəfəs ala-ala yaşamışdır. Vahid Çəmənli özünü Vətənin bir damlası kimi görür və dediyi kimi damla dənizə can atdığı kimi, o da hər an Vətənə qovuşmağa can atır. Kitaba «Lə ilahə İllallah”kəlməsiylə başlayan Vahid Çəmənli, ümidini