Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya. Джейран Вейдаддиновна Пиралиева
Читать онлайн книгу.həyatında ən vacib mərhələ “Gənc Karuzo” filminə baxmasından sonra başlayır. Həmin filmdə, böyük neapollunu dövrünün görkəmli müğənnisi Mario del Monako səsləndirir. Əmisi Cəmaləddinin bağ evində Müslüm hər gün ən yaxşı trofey , köhnə və yeni, hələ ekranlara çıxmayan filmlərə baxa bilirdi. O, burda Lolita Torresin iştirakı ilə çəkilən “Sevimli ariya”, “Təlxək və yaxud hoqqabaz”, “Tarzan” filimlərini görür. Onun uşaqlıq illəri, həm xoş, həm də maraqlı, məzmunlu və mənalı keçir. Musiqi məktəbində təhsil almaqla yanaşı, həmçinin, Müslüm mahnı oxumağa böyük maraq və həvəs gostərir. Bu sətirlərdən bir daha aydın olur ki
Mütəmadi olaraq babasından yadigar qalan – Karuzo , Titto Ruffo , Batistini və başqalarının plastinka-vallarına qulaq asan gənc oğlanda müğənniliyə arzular yavaş-yavaş pərvazlanmağa başlayır. Vokal əsərlərin səs yazısına diqqətlə qulaq asan Müslüm eyni zamanda bas, bariton, tenor partiyalarını analiz etməkdən çəkinmir və buna böyük istəklə yanaşır. O, klavir götürərək əsərlərin hamısını ardıcıl oxuyur, sonra onları məşhur müğənnilərin oxuduqları mahnılar ilə müqayisə edir və özünirən necə oxumasımndı qiyur. Artıq on dörd yaşında onun səsində ayılma, dirçəliş əmələ gəlir, amma Müslüm kənar adamların və ailə üzvülərinin yanında oxumağa cürətə etmir, belə demənk mü, mün Hətta o, öz müəllimlərindən bunu gizlətməyə çalışır. İstedadlı gənc yalnız sinif yoldaşlarından çəkinmir. Təzə-təzə məlahətləşən səsi ilə o, həmyaşıdlarına uşaq multiplikasiya filmi olan “ Buratino”nun məşhur personajlarını, həmçinin, Qulliver filmindən “Mənim cırtdanım” mahnısını böyük həvəs və məharətlə məzəli formada oxuyur, onları əyləndirir.
Həmin zaman heç kim, hətta, ən nikbin adamlar, belə, təsəvvürlərinə gətirə bilməzdilər ki, bu cür nadir istedada malik olmaq Müslümə gələcək həyatında yararlı olacaq və o, hamının sevimli “Bremen musiqiçilərinin izi ilə” multiplikasiya filmindəki Xəfiyyə, Trubadur və Qaraçı obrazlarını parlaq səsləndirəcəkdi. Məktəbdə keçirilən konsertdə Müslüm bəstəkar Qara Qarayevin “Xəzər neftçilərinin mahnısı”nı oxuyur. İyirmi ildən sonra o, yenidən bu, mahnıya müraciət edir və onu oxuyur. Ancaq bu dəfə dövlət tədbiri üçün planlaşdırılan konsertdə, peşəkar musiqiçi kimi. Həmin zaman Müslüm bu mahnını güclü, şiddətli, qulaq batırıcı bariton səslə oxuyur. Bu, gənc Müslümün Bakı Konservatoriyasının böyük səhnəsində ilk çıxışı, həm də gələcəyə yüksəlmək üçün ilk istinad nöqtəsi olur.
Maqomayevlər ailəsinin yaşadığı böyük evin eyni mərtəbəsində, dövrünün görkəmli və məşhur müğənnisi Bülbül yaşayırdı. Həmin zaman Bakıda, bu binanı “artislər evi” adlandırırdılar. Yaşlı nəsilin nümayəndələrinə yaxşı bəllidi ki, həmin mənzillər qarışıq tipli olurdu. Müslüm dəfələrlə bu əfsanəvi ifaçının səsini, necə oxyumağını və şirin avazını divarın o biri tərəfindən eşitmişdi. Bülbülün oğlu Poladla Müslüm eyni həyətdə oynayır, uşaqlıq illərini bir yerdə keçirir, mənzildə olarkən divarı tıqqıllatmaqla bir-birinə lazım olan mesajları gilöndə. Bu, iki yeniyetmə həyətin “ali hakimiyyət” nümayəndələri Tom Soyer və Qek Finni kimi daima rəqabət aparır və onlardan hansının “Tarzan” kimi daha cəld və diribaş olduğuna aydınlıq gətirirməyə çalışırdılar. Uşaq vaxtı Müslüm-ün astronomiya elminə böyük həvəs və maraq gostərməsini xüsusilə qeyd etmək istərdim. Müslüm və Polad göy cisimlərini müşahidə etmək, ayda olan ləkəyə baxmaq üçün birlikdə müşahidə borusu düzəltmişdilər. Həmin borunu yaşadıqları binanın damında quraşdıran uşaqlar mütəmadi olaraq goy cisimlərini müşahidə edirdilər. Polad Müslümdən yaşca balaca olduğundan onlar ayrı-ayrı siniflərdə təhsil alırdılar. Ancaq buna baxma-yaraq məktəbin divar qəzetini bir yerdə tərtib edirdilər: artıq həmin zaman kəsiyində Müslüm özündə şəkil çəkməyə meylin və bacarığın olduğunu hiss.
Oxuduğum müsahibə və xatirələrdən aydın olur ki, Müslüm uşaqlarla birlikdə məxfi meloman cəmiyyəti yaratmağa müyəssər olur. İstək və arzularını həyata keçirmək istəyən yeniyetmələr babelin (Müslümün dostu: -C.P.) mənzilində yığışır, fikir mübadiləsi aparırdılar. Babel və dostu Kozlovski “Böyük teatr”ın ehtiraslı pərəstişkarları olmaqla bərabər, həm də vokal və caz musiqisinə qulaq asmağı çox xoşlayırdılar. Getdik-cə püxtələşən gənclər lent və val yazılarına qulaq asmaqdan tədricən təcrübəyə keçməyə üstünlük verir və bunu reallığa çevivirdilər. Bu zaman, Müslümdə musiqi ilə bağlı yeni ideya, yeni meyl meydana gəlir. Məlum olduğu kimi o, klassik, caz, neopolitan, estrada misiqilərini çox sevirdi. Gənclər klarnet ifaçısı İqor Aktyamovun yanında çox da böyük olmayan caz-band təşkil edirlər. Müslüm simli alətlərdə ifa edənlərdən dərnək yaradır və Fiqaronun kavatinasını iki skripkaya, o cümlədən arfa, violençeli və royala çevirərək yeni forma işləlayı hazı. Bir müddət keçdikdən sonra müəllimləri Müslümün musiqi bəstələmək qabiliyyə tini də, aşkarlayır, onu uşaq yaradıcılıq sinifinə keçirirlər. Burda o, A.S.Puşkinin əsərlərinə pyes və romnslar yazmağa başlayır.
Artıq gənc oğlan, nəinki tanışları, sinif yoldaşları və məktəb kollektivinin yanında, hətta, ondan kənarda da tanınmağa başlayır. Onda olan fitri istedad yavaş-yavaş sərhədini , miqyasını genişləndirir. Yeniyetmə oğlanın yaxşı, səlist oxumağını görən pe-daqoqlar musiqi ədəbiyyatı dərsində Müslümdən vokal illüstratoru kimi bəhrələnir, ona ariya və romanslar oxudurdular .
Nəhayət ki, qayğısız gənclik illəri sona çatır. Müslüm sevgi, məhəbbət “xəstəliyinə” tutulur. Hər bir gənc oğlan kimi onun da arzuları pərvazlanmaq mərhələsinə qədəm qoyur, bir mahnıda deyildiyi kimi: “bir qız çıxdı qarşıma, qaşları, sanki, aypara, hilal idi…” Məhəbbətin gücü getdikcə özünü büruzə verir və Müslüm özü ilə musiqi məktəbində oxuyan pianoçu Ofelya adlı gözəl azərbaycanlı qızı ilə evlənir. Bir ildən sonra bu nigah-dan Marina adlı qızları doğulur. Ancaq təəssüflər olsun ki, gənc ailə uzun ömürlü olmur və tezliklə dağılır. Hal hazırda Marina Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində ailəsi ilə birlikdə yaşayır. Sağlığında Müslümə ən yaxın və ən doğma Marina və onun oğlu Müslüm-Allen idi.
Əldə etdiyim informasiyaya əsaslanaraq deyə bilərəm ki, bir vaxtlar Marinanın akademik-kimyaçı babası onu dilə tuturmuş ki, gənc qız geodeziya və kartoqrafiya üzrə təhsil alsın. Ancaq o, bir şeyi yaddan çıxarırdı: axı Marina məktəbi pianoçu kimi bitirmişdi. Sonrası da o, böyük bəstəkar-dirijor Əbdül-Müslüm Maqomayevin nəticəsi və dahi musiqiçi Müslüm Maqomayevin qızı idi. Marina heç kimin gözləmədiyi, tamamilə başqa bir həyat yolu seçir. O, nə geodeziya-kartoqrafiya üzrə mütəxəssis, nə də ki, parlaq musiqiçi, pianoçu olur. Marina həyatın tələbi ilə yeni, özünəməxsus bir yolla gedir.
Ömrünün sonuna qədər Müslüm qızı Marina və nəvəsi Müslüm-Allen ilə gözəl və doğma münasibətdə olmuşdu. O, qızını hər zaman dəstəkləyirdi. Burda, Marinanın fortepiano sinifini qurtarmasını xüsusi ilə qeyd etmək lazımdı. Çünki bu, gendən gələn müsbət impulusların birbaşa təsiri nəticəsində baş vermişdi. Xatirələr kitabında Müslüm cavanlıq anlarını,