Hekayələr. Проспер Мериме
Читать онлайн книгу.şeirlər toplusu; 1820-ci ildə nəşr edilib.
32
Lesli Çarlz-Robert (1794-1859) – ingilis portret rəssamı.
33
Politexnik İnstitutu – Parisdə ali təhsil ocağı; institutun çoxsaylı inqilabçı tələbələri olmuşdur. Ali məktəb müxtəlif ixtisaslı hərbi mühəndislər (artilleriyaçı, minaaxtaran və.s) yetişdirmişdir.
34
“Xoş sabahın müjdəçisi, gözəl torağay!” – U. Şekspirin “Romeo və Cülyetta” faciəsindən ifadə.
35
Kurtizan qadın – yüksək cəmiyyətdən olan kişilərlə pul müqabilində yaxınlıq edən yüngül əxlaqlı qadın (eskort).
36
Veryer meşəsi – Parisin altında, Versal yaxınlığında meşə.
37
Madam Sevinye – Sevinye Mariya de Rabyuten-Şantal (1626-1696) – fransız yazıçısı.
38
Şrot – Parisdə rəsm əsərləri satan məşhur tacir.
39
Larit ilə Santorun döyüş səhnəsi – qədim yunan mifologiyasında deyilir: Kentavrlar yarı adam, yarı at olan əsatiri varlıqlardır. Laptiflər sülaləsinin hökmdarı Pirifoyun toyuna dəvət olunmuşlar. Şərabdan məst olan kentavr Evriton gəlinin namusuna təcavüz etmək istəyir. İki tayfa arasında müharibə başlayır. Qəzəblənmiş Pirifoy Evritonu cəzalandırır və toydan qovur. Larit ilə Santor da bu döyüşdə iştirak edən əfsanəvi varlıqlardır.
40
Tortonilər kafesi – Parisdə “İtalyan bulvarı”nda kafe.
41
Manton fabriki – XIX əsrin birinci yarısında Manton şəhərində (İngiltərə, Retlend qraflığı) silah zavodu; burada istehsal olunan silahlar ən yaxşılardan hesab olunurdu.