Hekayələr. Cəfər Cabbarlı

Читать онлайн книгу.

Hekayələr - Cəfər Cabbarlı


Скачать книгу
bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edəni qüvveyi-bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səmaya baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülün-xoş səsinə qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.

      Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağçanın dünya üzündə yaranmış ikinci bir cənnət, qızın isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazü-nəzakətlə yeriyirdi.

      Bu nəzakəti ilə nazənin qız hovuzun kənarına yetişib ən zərif xoş rayihə və yanaqları kimi qızarmış bir qızılgül dərib, şirmayı əli ilə abdal ləblərinə yaxınlaşdıraraq, gülün yarpaqları üstündə almaz qətrəsi kimi parlayan şəbnəmi-ruzigarı güldən daha zərif olan dodaqları ilə əmərək, bir vəhşi maral cəldlik və vüqarı ilə hovuz üstünə atılıb, qurulan kürsünün üstündə oturdu. Hovuzun kənarına atılanda, döşləri bahar yarpağı kimi əsib insanın ürəyini dəxi titrədirdi. Nazənin oturub atılanda, ay kimi parlayan üzünə tökülmüş saçlarını başının hərəkəti ilə çiyninə tökərək, iri və qara olduğu halda bir piyalə nur kimi şəfəq saçan gözlərini hovuzda üzən balıqlara dikdi.

      Ah, təbiətin səhər vaxtı bu bağçada yaratdığı lətafət, zərafət və mənzənin yüzdə, mində, hətta milyonda birini təsvir etməyə bu sadə qamışdan yapılmış aciz qələmdə qüdrətmi olacaq? Heyhat, yox və yenə yox!.. İnsanları mədəni edib dünyaları, dəryaları, səhraları, hətta asimanları belə aciz insanların təhti-təsərrüfünə və tabeliyinə keçirən qələm ağ kağız üzərində qara sətirlər yazmaqla qüvvəyi-bərqiyyədən daha müdhiş, daha qorxunc silahlar yaradıb insanları ay və zöhrələrlə belə bəhs etmək cəsarətinə malik edən qələm, gözəl, abad binaları viran, lakin viran, xaraba yerləri abad və laləzara döndərən qələm!.. Bu gün təbiətin yaratdığı bu mənzəreyi-fövqəladə qarşısında aciz, mat və mütəhəyyir!!!

      Qələmin belə aciz və bietibarlığını görəndə rəssamlara əl ataq! Əcəba, hansı rəssamdır ki, hovuz kənarında oturan nazənin qızın qızılgül kimi qızarmış yanaqlarını, yuxudan təzə ayıldığı üçün ahu baxışı ilə qırmızı, balıqlara baxan gözlərini, zalım cəlladlar şəmşiri kimi can almağa hazır olan qaşlarını layiqincə təsvir edə bilsin? Hansı rəssamdır ki, mahirliyinə məğrurən, o qanı axacaq qədər zərif və qırmızı olan dodaqlara, o xoşrəng gülün yapışıb bir-birindən seçilmədiyini təsvir edə bilsin? Heyhat, yenə yox! Onlar da, onlar da aciz! Mat və heyrət içində!

      Əcəba, bu qız kimdir və kimə qismət olacaq!?

      Bu qız Aslanın olub, adı Sitarə idi. Evlərində dörd adam yaşayırdı. Biri həmin qız, ata-anası və bir də bu qızın Mənsur adlı bir gözəl əmisi oğlu.

      Mənsur altı yaşında ikən, atadan və anadan yetim qalmışdı. Aslan onu götürüb öz himayəsi altında saxlayaraq, Mənsurun elmə həvəskar olmağına rəğmən onu oxutdururdu. Mənsur böyük bir həvəslə oxumaqla bərabər, çox zirək və fərasətli olduğu üçün, arif olanlar gələcəkdə bu yetim cavanı gözəl səadət gözləyəcəyini bilirdilər. Mənsur on səkkiz, amma Sitarə on beş yaşında idi. Sitarə də oxuyurdu.

      Aslan həmişə, hətta uşaqlıqdan bu vaxta qədər bunların mehriban dolanmağını görüb:

      – Sitarə! Səni Mənsura verəcəyəm! – Mənsura da – Mənsur! Oxu, oğlum, Sitarəni sənə verəcəyəm, – deyə hər ikisini oxumağa həvəsləndirirdi. Lakin Sitarənin o nazənin bədəni oxumağın möhnət və cəfalarına dayanmadığı üçün, Mənsur öz dərsindən sonra böyük zəhmətlərlə Sitarənin oxumağına çalışıb, gələcəkdə onunla bir yerdə dolanacağını nəzərdə tutaraq, min məşəqqətlə dərslərini öyrədirdi. Sitarə də Mənsuru çox sevirdi. Hələ uşaqlıqdan Aslanın sözləri bu iki cavanı həvəsləndirib, bir-birinə məhəbbət zənciri ilə bağlayırdı.

      Hər iki cavan gündə bağın içinə girib seyr edirdilər. Hələ iki il bundan qabaq hovuzun kənarında olan hündür çinar ağacının dibində bir-birindən ayrılmamağı əhd etmişdilər.

      Budur, iki ay idi ki, Sitarə müəllimlik senzi alıb qurtarmışdı. Amma Mənsur dərsini tamama yetirmək üçün hələ beş il də oxumalı idi.

      Amma heç kəs soruşmayır ki, bəs Mənsur hanı?

      Ah, Mənsur! Bədbəxt cavan hündür çinar ağacının dibində məhzun və qəmgin oturub, bahar buludu kimi göz yaşlarını axıdaraq, hərdənbir məlul-məlul Sitarəyə tərəf baxıb, həzin və ağlar bir səslə:

      – Ah, zalım zəmanə, rəhmsiz dövran, vəfasız övrətlər! – deyə ağlayır.

      Bəs Mənsur niyə tək oturub ağlayır?

      Budur, altı aydır Sitarə əhdini sındırıb, Mənsur ilə danışmaq belə istəmir. Hələ çoxdan atasına demiş ki:

      – Mən Mənsura getmək istəmirəm, qonşumuzda olan dövlətli Salmanın oğlu Həsənə getmək istəyirəm…

      Aslan bundan məhzun olub, nə qədər Həsənin biar, qumarbazın biri olduğunu deyərək, Sitarəyə nəsihət edirdisə, Sitarə eşitmək belə istəməyib:

      – Mən Mənsura deyil, Həsənə gedəcəyəm! – deyə təkid edirdi. Zira Sitarə görürdü ki, Mənsurun əlində bir dövlət yoxdur. Kim bilir, beş ilə öləcək və ya qalacaq? Həsən isə, dövlətli olduğu üçün hər gün Sitarəyə bəxşişlər alıb gətirirdi.

      Nəhayət, Aslan naçar qalıb, Sitarənin sözlərinə razı olmağa məcbur oldu. Budur, nişan gəlib, sabah toy olacaq, o biri gün də gəlin gedəcəkdir.

      Biçarə Mənsur bu altı ayda, ələlxüsus bu bir neçə gündə divanə kimi olmuş, əlində pul, yarında vəfa olmadığı üçün, hər gün bu ağacın dibində oturub canyandırıcı nalələrlə ağlayırdı. Bivəfa Sitarə bu nalələri eşidib, bu qanlı göz yaşlarını görürdüsə, səng-dilanə bir tövrlə yanından keçərək, o tərəf-bu tərəfə gedib, hələ bir qədər istehzayanə nazlarla Mənsurun yaralarına duz səpirdi. Biçarə Mənsur isə onlara müqabil ağlamaqdan başqa bir çarə tapmırdı. Çox vaxt biçarə Aslan bu nalələri görüb, Mənsurun yanına gəlib:

      – Oğlum, Mənsur, heç ağlama! Mən sənin üçün Sitarədən də gözəl bir qız taparam!


Скачать книгу