Mauqli. Редьярд Джозеф Киплинг
Читать онлайн книгу.dalınca başqa səslər də gəldi:
– Onu tez çıxardın. Yoxsa yerində dingildəyən bu qurbağa balası bizim balalarımızı əzib tapdalayacaq.
Kaa güldü:
– Bu balaca insan hər yerdə özünə dost tapır. Ey insan balası, kənara çəkil. Siz də, ey zəhərli tayfa, balalarınızı yaxşı gizlədin. Mən indi divarı deşəcəyəm.
Kaa üçkünc başını yerdən bir insan boyu qaldırıb bürcə yaxınlaşdı. Onun divarlarını başı ilə döyəcləyib ən zəif yeri tapdı. Sonra bir neçə metr geri çəkilib yaydan çıxan ox kimi başı ilə həmin yerə güclü zərbə endirdi. Bürcün divarında yekə bir deşik yarandı. Bir azdan açılmış deşikdə Mauqlinin balaca başı göründü.
Balu o dəqiqə özünü şagirdinin yanına verdi:
– Yaralanmısan? – Sizə baxanda mən salamatam. Onlar sizə nə yaman divan tutublar! Hamınız qan içindəsiniz.
– Qana batan tək biz deyilik, – deyə Bahirə məğrurluqla yerə sərilmiş onlarca meymun cəsədinə işarə etdi.
Kaa nəhəng başını uşağın sifətinə yaxınlaşdırdı:
– İnsan balası bu imiş? Ey balaca insan, bax ki, mən qabığımı dəyişəndə böyür-başımda olmayasan. Yoxsa səni meymunla səhv salaram.
İstənilən insan bu cür yaxınlıqdan əfi ilanı görsəydi, vahimədən bağrı çatlayardı. Lakin cəngəllikdə böyümüş Mauqli məğrur görkəm alıb Balunun öyrətdiyi kimi danışdı:
– Səninlə mən qan qardaşıyıq – sən və mən! Bu gün sən məni ölümdən xilas etdin. Ey Kaa, bil ki, sən acanda mənim ovum sənin olacaq. Düzdür, mən hələ balacayam, ancaq keçiləri ürküdüb ovçuya tərəf qovmağı bacarıram. Mənim çevik əllərim var. Əgər tələyə düşsən, səni xilas edərəm. Mən hamınızın borcundan çıxacağam. Ey mənim müəllimlərim, ovunuz uğurlu olsun!
Kaa mehribanlıqla başını Mauqlinin çiyninə toxundurdu:
– Cəsur ürək, mərifətli danışıq! Bunlar ki səndə var, çox keçməz, bütün cəngəllik səndən danışar. İndi isə dostlarınla çıx get. Bir azdan burada baş verənləri sən görməsən yaxşıdır.
Bunu deyib Kaa meydanın ortasına tərəf süründü. Batmaqda olan ay Soyuq Kahanı gümüşü işığa bürümüşdü. Kaa yenə vahiməli səslə fışıldadı:
– Ey bandarloqlar, məni yaxşı görürsünüzmü?
– Görürük, Kaa. Yaxşı görürük, – hər tərəfdən qorxaq səslər eşidildi.
– Onda yaxşı-yaxşı baxın. Mənim rəqsimə tamaşa edin. Bu, aclıq rəqsidir.
Bunu deyib Kaa uzun bədəni ilə havada dəhşətli fiqurlar cızmağa başladı. O gah halqalar əmələ gətirir, gah bədəni yaratdığı halqadan başını keçirir, gah da dimdik durub özünü Soyuq Kahanın əcaib sütunlarına bənzədirdi. Bu rəqs bir neçə dəqiqə sürdü. Sonra Kaa rəqsinə ara verib iti, zəhmli baxışlarını bandarloqlara tərəf yönəltdi.
– Hamınız bir addım mənə yaxınlaşın!
Meymunlar hasarlardan, ağaclardan düşüb Kaaya yaxınlaşmağa başladılar. Hələ çıxıb getməyə macal tapmamış Balu və Bahirə də əfi ilana tərəf bir neçə addım atdılar. Baş verənlərdən heç nə anlamayan Mauqli əlini onların çiyinlərinə qoydu:
– Gəlin gedək. Qoca Kaa, deyəsən, çox hirslidir.
Ayı ilə bəbir diksindilər və Mauqli ilə birlikdə Soyuq Kahanı tərk etməyə tələsdilər. Hasarı aşdıqdan sonra Balu:
– Uu-f, – deyə dərindən nəfəs aldı. – Bir az da keçsəydi, mən öz ayağımla gedib Kaanın ağzına girəcəydim.
Baş verənlərin təsirində olan Bahirə də dilləndi:
– Mən bir də Kaa ilə ova çıxmaram. Aclıq rəqsini görəndə quş balası kimi ağlımı itirmişdim. Offf, ban-darloqlar dərimdə salamat yer qoymayıblar. Bütün bunların səbəbi sənin ağılsız hərəkətlərindir, Mauqli. Sən cəzalandırılmalısan.
– Doğrudur, – deyə Mauqli çiyinlərini çəkdi. – Sizin yaralanmağınızda mən müqəssirəm. Məni döyməyə haqqınız var.
Bahirə Mauqliyə beş-on şapalaq ilişdirdi. Bu, yüngül zərbələr olsa da, yeddiyaşlı uşaq üçün onlara dözmək çətin idi. Lakin Mauqli mətinliklə dözüb səsini çıxarmadı. Cəza qurtardıqdan sonra bəbir dedi:
– İndi min mənim kürəyimə, tez evə gedək.
Cəngəllik qanunlarının ən gözəl cəhəti də odur ki, cəza ilə birlikdə kin-küdurət də qurtarır. Bundan sonra heç kim keçmiş günahı müqəssirin üzünə vurmur.
Mauqli Bahirənin belində elə dərin yuxuya getdi ki, hətta onu öz doğma mağarasında yerə düşürəndə belə ayılmadı.
Böyük quraqlıq
Yer üzündəki bütün qanunların ən qədimi olan cəngəllik qanunları əsrlərin təcrübəsindən yaranmışdır. Bu qanunlar cəngəllikdə baş verə biləcək bütün hadisələri nəzərə alır və bütün mübahisələrin həlli yolunu göstərir. Mauqli də böyüdükcə cəngəllik qanunlarını daha dərindən öyrənirdi, lakin ona sözsüz əməl etməkdən təngə gəlirdi. Nəhayət, cəngəlliyə gəlmiş bir bəla zamanı o bu qanunların nə qədər güclü olduğunu başa düşdü.
Bir dəfə yaz vaxtı Mauqli həmişə çimdiyi dupduru göldə suyun azaldığını hiss etdi. Artıq o, həmişəki kimi uca qayaya çıxıb suya baş vura bilmirdi, çünki suyun dibindəki daşlara dəyə bilərdi. Bunu Baluya xəbər verdikdə qoca ayı fikrə gedib öz-özünə donquldandı:
– Əgər mən tək olsaydım, ovlağımı dəyişərdim. Ancaq özgə torpağında ov eləmək həmişə dava ilə qurtarır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.