Cəmilə. Чингиз Айтматов

Читать онлайн книгу.

Cəmilə - Чингиз Айтматов


Скачать книгу
çox da qaqqıldaşmayın. O mənim qardaşım arvadıdır və elə güman eləməyin ki, arxasında heç kəsi yoxdur!” – demək istəyirdim.

      Belə dəqiqələrdə mən qəsdən çəkinmədən, yeri gəldi-gəlmədi söhbətə qoşulur və Cəmilənin yan-yörəsində hərlənənləri lağa qoymağa çalışırdım. Bundan bir şey çıxmadıqda isə özümü saxlaya bilməyib xoruzlanırdım.

      Cavanlar qəhqəhə çəkib gülüşürdülər:

      – Sən Allah, bir buna bax. Demə, onun cenesiymiş. Qiyamətmiş, heç xəbərimiz yox.

      Mən canımı dişimə yığıb özümü saxlayırdım. Ancaq qulaqlarımın qızardığını hiss edirdim. Hirsimdən gözlərim də yaşarırdı. Mənim cenem – Cəmilə isə məni başa düşürdü. Özünü gülməkdən güclə saxlayaraq ciddi görkəm alırdı:

      – Bəs siz elə güman eləyirsiniz ki, cenelər küçədə tökülüb qalıb, – deyə o, cigitlərə təşəxxüslə cavab verirdi. – Bəlkə, sizdə küçəyə tökülüb, bizdə isə yox! Gedək, qaynım. Sizi görüm… – O, başını dik tutaraq özünü göstərir və çiyinlərini lovğa-lovğa oynadırdı. Mənimlə birlikdə uzaqlaşdıqda isə sakitcə gülümsəyirdi.

      Mən onun bu təbəssümündən həm pərtləşdiyini, həm fərəhləndiyini görürdüm. Bəlkə də, o zaman öz-özlüyündə belə fikirləşirdi: “Eh, səfeh! Əgər mən istəsəm, heç kəs qabağımı kəsə bilməz. Bütün ailənizlə izləsəniz də, bacara bilməzsiniz”. Belə hallarda günahkarcasına susurdum. Bəli, mən Cəmiləni qısqanırdım. Ona pərəstiş edirdim. Fəxr edirdim ki, o mənim cenemdir. Onun gözəlliyi, müstəqilliyi, onun sərbəstliyi ilə fəxr edirdim. Biz onunla ən səmimi dost idik və bir-birimizdən heç bir şey gizlətmirdik.

      Həmin günlərdə ayılda kişilər az idi. Bundan istifadə edən bəzi cavanlar qadınlarla həyasızcasına rəftar edir və onları adam yerinə qoymurdular, guya onların sağına-soluna keçmək lazım deyil, əl eləyən kimi kefin istədiyin qaçıb yanına gələcəkdir!

      Bir dəfə ot biçini zamanı bizim uzaq qohumumuz Osman Cəmiləyə sataşmağa başladı. Osman da o biri cavanlar kimi güman edirdi ki, heç bir qadın onun sözündən çıxmaz. Cəmilə onun əlini hirslə özündən uzaqlaşdırıb kölgəsində uzandığı tayanın altından qalxdı.

      – Əl çək! – deyə incikliklə ondan üz çevirdi. – Siz ilxı dayçalarından bundan başqa nə gözləmək olar!

      Tayanın altında özünü yayıb uzanmış Osman yaş dodaqlarını nifrətlə büzüşdürdü.

      – Pişiyin ağzı ətə çatmayanda deyər ki, iy verir… Nə əzilib-büzülürsən, özün də lap sinov gedirsən, burnunu çox dik tutma.

      Cəmilə kəskin bir hərəkətlə ona tərəf döndü:

      – Bəlkə də, gedirəm. Ancaq bizim taleyimiz belədir. Sən axmaq isə gülürsən. Yüz il də tək qalsam, sənin kimilərin heç üzünə tüpürmək istəmərəm; adamın ürəyi bulanır. Müharibə olmasaydı, görüm sənin üzünə heç baxan olardımı?

      – Mən də elə onu deyirəm də! Müharibə olduğu üçün sən ər qamçısı görməmisən, ona görə də belə qudurmusan, – Osman gülümsədi. – Eh, mənim arvadım olsaydın, gör avazın belə gələrdimi?..

      Cəmilə dönüb ona nə isə demək istədi, lakin susdu, başa düşdü ki, onunla ağız-ağıza verməyə dəyməz. Nifrətli baxışlarla bir xeyli ona baxdı, sonra çimçinə-çimçinə tüpürdü və yabanı götürüb uzaqlaşdı.

      Mən tayanın dalında, arabanın üstündə dayanmışdım. Cəmilə məni görən kimi tez dönüb başqa tərəfə getdi. Mənə elə gəlirdi ki, onu deyil, məni təhqir ediblər, mən rüsvay olmuşam. Ürəyim yana-yana onu danladım: “Axı sən niyə belələri ilə ağız-ağıza verirsən, niyə onlarla danışırsan?”

      Cəmilə o gün axşamadək qaşqabaqlı gəzdi. Mənimlə nə bir kəlmə danışdı, nə də üzü güldü. Mən arabanı Cəmilənin yanına sürəndə o, içinə salıb büruzə vermədiyi inciklik haqqında mən heç bir şey soruşmayım deyə yabanı tez ot qalağına sancıb onu birnəfəsə qaldırdı və qabağınca gətirərək üzünü onun dalında gizlətdi. O, otu boşaldır və dərhal o biri ot qalağına tərəf yollanırdı. Araba tez doldu. Mən uzaqlaşanda qanrılıb geri baxdım. Cəmilənin yabanın dəstəyinə söykənərək bir neçə dəqiqə məyus durub nə haqda isə fikirləşdiyini, sonra isə təzədən işə girişdiyini gördüm.

      Biz axırıncı arabanı yüklərkən Cəmilə durub günəşin batmasına xeyli tamaşa etdi; bu dəqiqələrdə o elə bil yer üzündə olan hər şeyi unutmuşdu. Çayın arxasında, qazax çöllərinin qurtaracağında yorğun düşmüş axşam günəşi təndirin ağzı kimi alovlanırdı. O, göydəki, yumşaq buludları öz şəfəqi ilə qızardaraq üfüqün arasına ağır-ağır çəkilir və aşağılarda artıq qaranlığın çökdüyü bənövşəyi stepə son işığını yayırdı. Cəmilə qüruba elə dilsiz bir məftunluqla baxırdı ki, sanki şirin yuxu görürdü. Zərif sifəti parıldayırdı, yarıaçıq qalmış dodaqlarında məsum bir gülüş vardı. Bu zaman Cəmilə hələ də ona demək istədiyim məzəmmətli sözlərə elə bil cavab verərək mənə tərəf döndü və elə tərzdə danışdı ki, sanki aramızda gedən söhbəti davam etdirirdi.

      – Sən isə, kiçinə bala, onun haqqında fikirləşmə, qoy cəhənnəm olsun! O da insandır yəni… – Cəmilə bunu deyib susdu, sönən günəşi süzərək köksünü ötürdü və dalğın halda sözünə davam etdi: – Osman kimilər insanın qəlbini nə başa düşür? Yox, heç kəs bunu başa düşmür… Bəlkə də, belə kişilər dünyada heç yoxdur…

      Mən atları döndərənədək Cəmilə bizdən kənarda işləyən qadınların yanına qaçdı. Mən onların bərkdən fərəhlə güldüklərini eşitdim. Ona nə üz verdiyini demək çətindir, günün qürubuna baxarkən, bəlkə, başına təzə bir fikir gəlmişdi, bəlkə də, yaxşı işlədiyi üçün fərəhlənmişdi. Mən arabada, hündür ot qalağının üstündə oturub Cəmiləyə baxırdım. O, ağ ləçəyini başından çəkib saldı və qollarını geniş açaraq yenicə çalınmış kölgəli çəmənlə rəfiqəsinin arxasınca qaçdı. Külək onun paltarının ətəyini yellədirdi. Birdən mənim də üstümdən qüssə götürüldü: “Osmanın laqqırtısı haqqında fikirləşməyə dəyərmi?”

      – Hə-ə, getdik! – deyə mən tələsib atları qovdum. Həmin gün briqadirin mənə tapşırdığı kimi, başımı qırxdırmaq üçün atamı gözləməyi qərara aldım. Bu müddət ərzində Sadığın məktubuna cavab yazmağa başladım. Bu işdə də bizim öz qaydamız vardı: qardaşlarım məktubu atamın adına yazırdılar, ayıl poçtalyonu onları anama verirdi. Məktubları oxumaq və cavab yazmaq isə mənim borcum idi. Mən məktubu oxumamışdan qabaq bilirdim ki, onu Sadıq yazmışdır. Çünki onun məktubları sürüdəki quzular kimi bir-birinə oxşayırdı. Sadıq məktubu həmişə bu sözlə başlayırdı: “Cansağlığı haqqında məktub”. Sonra isə, bir qayda olaraq, yazırdı: “Bu məktubu poçtla səfalı, gül-çiçəkli Talasda yaşayan qohum-əqrəbama, istəkli, son dərəcə əziz atam Colçubaya göndərirəm…” Sonra anamın, daha sonra öz anasının, onlardan sonra isə cərgə ilə bizim hamımızın adı


Скачать книгу