Heraklın on iki qoçaqlığı. Группа авторов
Читать онлайн книгу.bərk olduğunu xatırladı. Ona demişdilər ki, heyvana nə ox, nə də qılınc batmır. Odur ki, Herakl daha etibarlı silah düzəltmək qərarına gəldi. Bu məqsədlə o, cavan bir palıd ağacını kökündən çıxarıb budaqlarını kəsdi, özü üçün dəmir kimi möhkəm bir toppuz hazırladı. Həmin toppuz budur, baxa bilərsən.
Bu sözləri deyib qonaq yekə bir dəyənəyi Molarxa uzatdı. Molarx ehmalca ondan yapışdı, lakin ağır olduğundan qaldıra bilmədi. Öz-özünə düşündü ki, əgər meşə ilahı Heraklın toppuzunu ona göstərirsə, deməli, yolunu gözlədiyi cəsur cəngavər artıq dünyada yoxdur. Qonaq gülümsəyərək dəyənəyi qıçlarının arasına qoydu və sözünə davam etdi:
– Herakl toppuzu düzəltdikdən sonra ağaca dırmaşıb dərin yuxuya getdi. On gün, on gecə yatıb Nemey şiri ilə çarpışmaq üçün qüvvə topladı. Nəhayət, Herakl yuxudan ayıldı və şirdən səs-səmir gəlmədiyini görüb onu axtarmağa yollandı. Meşədən təzəcə çıxmışdı ki, yolun kənarındakı təpənin üstündə daşdan yonulmuş nəhəng bir şir gördü. Herakl fikirləşdi ki, yəqin, bu qəribə heykəli ətraf kəndin sakinləri daşdan yonublar. O arxayın-arxayın dayanıb ustalıqla hazırlanmış bu heykələ tamaşa etməyə başladı. Lakin qəfildən bu dəhşətli "heykəl" daş başını qaldırdı və qorxunc bir nərə çəkərək sıçrayıb ayağa qalxdı. Herakl diksindi, amma qorxmadı. Dərhal qızıl oxu çıxarıb kamana qoydu. Bu müdhiş heyvanın gözünü nişan alıb oxu atdı. Nemey şiri tez gözünü yumdu, qızıl ox heyvanın zireh kimi möhkəm göz qapağına dəyərək şimşək kimi parıldadı və cingiltilə yerə düşdü. Oxun parıltısından gözləri qamaşan əcaib şir nərildəyə-nərildəyə meşə boyu qaçmağa üz qoydu. Herakl onun dalınca daha bir ox atdı, lakin bu ox da şirin daş kimi dərisinə dəyib yerə düşdü. Şir sürətlə qaçıb təpələrin arasında gözdən itdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.