Mən, nənəm, İliko və İllarion. Нодар Думбадзе

Читать онлайн книгу.

Mən, nənəm, İliko və İllarion - Нодар Думбадзе


Скачать книгу
tut! – deyə İllarion qəflətən ağacdan hoppanaraq bağırdı, – tərpənməyin, yoxsa vuraram!

      – Qaçdıq! – deyə çığıraraq mən İlikonun ayaqlarından yapışdım.

      O, qorxudan dartınıb küpün içinə düşdü. İllarion məni tutdu.

      – Kimsən? De, yoxsa öldürərəm!

      – Mənəm, İllarion! Öldürmə! – titrək səslə yalvardım.

      – Bəs o biri hanı?

      – Bilmirəm!

      – Necə yəni bilmirsən, siz ki bir yerdəydiniz! Tez bu küpün ağzını bağla, yoxsa canını alaram. Səninlə söhbətim hələ sonradır! – deyə İllarion mənə möhkəm bir şillə vurdu. Qabaqcadan hazırlanmış plana əsasən, fəryad qopardım.

      Tez qapağı örtdüm, üstünə böyük bir daş qoyub küpü torpaqda basdırmaq istəyirdim ki, birdən içindən səs gəldi:

      – Ey qadir Allah, İllarion Şevardnadzenin və Zurikela Vaşalomidzenin başına od yağdır! Mənə yaman kələk gəldiniz, imansızlar!..

      – Ey, kimsən? De, yoxsa başını əzərəm! – deyə İllarion tüfəngin lüləsini küpün içinə salıb qışqırdı.

      – Mənəm, İlikoyam. Tüfəngin lüləsini yuxarı çək, yekəburun şeytan, özünü günaha batırma!

      – Sən həşəratsan, İliko deyilsən! De görüm sənin bu küpdə nə işin vardı?

      Mən gülməkdən, az qala, boğulurdum.

      – Burax, qoy çıxım, İllarion!

      – Zurikela, get qonşuları oyat, qoy hamı gəlib bu taygöz porsuğa tamaşa eləsin!

      – İllarion Şevardnadze! Məni bütün kənddə biabır eləmə! Bəsdir, zarafatı burax!

      – Mən heç də zarafat etmirəm, bu saat küpün ağzını bağlayacağam, bir ay sonra səndən araq çəkəcəyəm!

      – Camaatı zəhərləyərsən! – mən dedim.

      – Zurikela! Deməli, məni keçi qiymətinə satdın, əclaf!

      – Yaxşısı budur, istiotlu tütünü, teleqramı yadına sal!

      – Bəsdirin məni ələ saldınız, dinsizlər!

      – Gəl onu buraxaq, yazıqdır!.. – mən dedim.

      – Yaxşı! Amma əvvəl qışqırsın ki: “Mən gicəm!”

      – Gicəm, mən gicəm! – İliko qışqırdı.

      O, küpün içindən çıxıb gecənin rütubətli havasını ciyərlərinə çəkib darvazaya tərəf getdi.

      İllarion qışqırdı:

      – Hara getdin, a naşükür! Dayan, İliko, getmə! Zurikela, tez küpü çıxart! – İllarion dolu küpü mənə göstərərək əmr etdi…

      O gecə mən, İliko və İllarion səhərəcən yeyib-içdik, deyib-güldük.

      Gözətçi

      Məktəbdən qayıdarkən tarlada dəymiş üzümü görüb özümü saxlaya bilmədim. Çantamı budaqdan asdım və bir anda meynə sarınmış ağacın kəlləsinə çıxıb ləzzətlə yeməyə başladım. Qiyamət üzüm idi! Birdən:

      – Ey, ağacda kim var? Kimdi kolxozun malını belə talan edən? – deyə kimsə qışqırdı.

      Nəfəsimi içimə çəkdim.

      – Kimə deyirlər? Karsan, nədir?

      Aşağı baxanda ağacın altında küləş şlyapada, çiynində kəndir və balta olan İlikonu gördüm. Yanında da bir keçi. Keçi üzüm tənəklərinin qabığını xımır-xımır soyub yeyirdi.

      – De görüm, kimsən? Sənə kolxozun üzümünə daraşmağa kim icazə verib?

      – Şeytanam!

      – Düş yerə, yoxsa bu dəqiqə səni oradan salaram!

      – Düşmürəm!

      – Düşmürsən? Onda qal orda. Heç yerə tələsmirəm.

      İliko bir saat ağacın altında oturdu. Nəhayət, dözə bilməyib yenidən məni səslədi:

      – Lənət sənə, şeytan, axı orada nə edirsən?

      – Özümə yuva tikirəm! – dedim.

      – Yaxşılıqla deyirəm: düş yerə, öz xoşunla idarəyə gedək!

      – Səbir elə, hələ yeyib doymamışam!

      – Sən adamsan, ya çaxır tuluğu? Tez ol, düş yerə! Axırıncı dəfə deyirəm! Yoxsa bütün camaatı yığaram bura!

      Elə bu zaman İliko budaqdan asılmış çantanı gördü.

      – Aha! Əlimə keçmisən! İndi kim olduğunu bilərəm!

      İliko yerini rahatlayıb çantanın içindəkiləri yerə tökdü.

      – “Dekameron”, – deyə o, kitabın adını oxuyub bir kənara qoydu, – “Polad necə bərkidi”… “Adamyeyənlər arasında tək-tənha”, “Tristan və İzolda”… “Pələng dərisi geymiş pəhləvan”… Ay şeytan oğlu, axı sən kimsən, hansı məktəbdə oxuyursan ki, nə dəftərin, nə qələmin var?! – deyə tamam ümidini itirmiş İliko hirsləndi.

      – İliko dayı, mənəm, Zurikelayam!

      – Oh, ay ikiüzlü şeytan, canımı boğazıma yığdın! İki salxım üzüm də dər düş aşağı.

      Ağacdan düşüb İlikonu bərk-bərk qucaqladım.

      – Necəsən, İliko dayı?

      – Hələ bir soruşur da, utanmaz! Düz bir saatdır məni avara eləmisən! Hər şey boşa çıxdı, vəssalam.

      –Nə “boşa çıxdı?”

      –Yarım ildir ki, tarla gözətçisi işləyirəm, bilirsən… Mənə at veriblər. Keçən dəfə çolaq Sipitonun inəyi tarlaya girmişdi. Atdan sıçrayıb, inəyin quyruğundan yapışdım! Dönüb dala baxdım ki, at yoxdur! Atın dalınca qaçdım, canıyanmışı güclə tutdum, dönüb baxdım, inək yoxdur. Xülasə, axırda ikisini də qaçırtdım. Dünən də ümumi iclasda sədr məni o ki var tənbeh elədi ki, öz vəzifənə vicdanla əməl et, yoxsa işdən çıxardacağam. Ağacda oğru görüb düşündüm ki, tutub apararam idarəyə. Sonra görək sədr nə deyir?! İndi nə edəcəyimi bilmirəm!

      – Apar məni kontora!

      – Dəlisən? İstəyirsən bu gözümü də nənən çıxartsın?

      – Bəs indi nə edəcəksən?

      – Sədrin yanına bu keçini aparacağam!

      – Keçi kimindir?

      – Necə yəni kimindir? Mənim! Saqqalını qırxmışam ki, tanımasınlar. Deyərlər ki, gözətçi öz keçisini tutub! Onsuz da bir dəri, bir sümükdür. Mənə ancaq zərəri dəyir.

      – Birdən tanıdılar?

      – Yox, canım! Heç özüm də inanmıram ki, bu keçi mənimdir. Üzüm üçün sağ ol, boğazım lap qurumuşdu.

      – Xudahafiz, İliko!

      – Zurikela,


Скачать книгу