Al yelkənlər. Александр Грин

Читать онлайн книгу.

Al yelkənlər - Александр Грин


Скачать книгу
– Menners yalvardı. – Sən axı məni eşidirsən, görmürsən batıram, xilas elə!

      Lonqren susmaqda davam elədi; sanki qarşısındakının ümidsiz bağırtılarını heç eşitmirdi. Bir azdan qayıq o qədər uzaqlaşdı ki, Mennersin qışqırıq səsləri, demək olar, eşidilmədi və bütün bu müddət ərzində Lonqren yerindən qımıldanmadı. Menners dəhşət içində hönkürür, matrosa and verir, balıqçıların yanına qaçıb yardım istəməsini yalvarır, pul vəd edir, hədələyir və lənətlər yağdırırdı, lakin Lonqren bütün bunlara cavab olaraq bəndin lap kənarına yaxınlaşıb dalğalarda yırğalanan qayığı hələ ki nəzərdən qaçırmamağa çalışdı. “Lonqren, – indi biçarənin səsi sanki quyunun dibindən gəlirdi, – xilas et!” Onda soyuq havanı ciyərlərinə çəkən və söylədiklərinin küləyə tab gətirməsi üçün bacardığı qədər dərindən nəfəs alan Lonqren var gücü ilə qışqırdı:

      – O da sənə belə yalvarırdı! Menners, nə qədər ki sağsan, bu barədə düşün və yaddan çıxarma!

      Qışqırıq səsləri kəsildi və Lonqren evə getdi. Yuxudan oyanan Assol atasının sönməkdə olan lampanın qarşısında oturub dərin fikrə getdiyini gördü. Atasını haylayan qızının səsini eşidən Lonqren Assola yaxınlaşıb qızcığazın yanağından öpdü və aşağı sürüşmüş yorğanını üstünə çəkdi.

      – Əzizim, yat, – dedi, – səhərin açılmasına hələ çox var!

      – Bəs sən nə edirsən?

      – Assol, bu gün qara oyuncaq düzəltdim, yat!

      Səhərisi gün Kaperna camaatı oturub-durub itkin düşmüş Mennersdən danışdı. Bir də axtarışların altıncı günü tapılan dükan və meyxana sahibi ölüm ayağında olsa da, qəzəbdən od püskürürdü. Onun hekayəti sürətlə ətraf kəndlərə də yayıldı. Menners axşamacan dənizlə əlbəyaxa olub; qayığın kənarlarına və döşəməsinə bir xeyli çırpılan, mərhəmət nədir bilməyən azğın dalğalarla var gücü ilə mübarizə aparan, hər an batmaq təhlükəsi ilə üz-üzə qalan dükançını sonda Kassetə yön alan “Lukresiya” paroxodunun heyəti xilas edib. Soyuqdəymə və yaşadığı dəhşətin sarsıntısı Mennersin günlərini qısaltdı. Həyatının son qırx səkkiz saatını yaşayan dükançı elə hey Lonqreni lənətlədi, yer üzünün mümkün olan bütün bəlalarına mübtəla olmasını arzuladı. Can verən Mennersin ölüm ayağında sabiq matros haqqında söylədikləri Kapernanın sakinlərini sarsıtdı. Lonqrenin batmaqda olan birisinə yardım əli uzatmasından imtina etməsi, baş verənləri soyuqqanlıqla izləməsi hər kəsi mat qoydu. Bir də ki matrosun vaxtilə necə ağır təhqir olunduğunu, ədalətsizliyin qurbanı olan arvadı Merinin ölümündən necə qüssələndiyini çoxları anlamaq iqtidarında deyildi. Əvəzində onlar Lonqrenin susmasına təəccüblənir, bunu nifrət qarışıq heyrətlə qarşılayırdılar. Beləcə, matros dükançının son nəfəsində ona yağdırdığı lənətlərə heç bir cavab verməyib susdu. Üzərinə tuşlanan nifrət dolu baxışları sanki görməyən Lonqren həmin o tufanlı axşamda olduğu kimi heykəltək yerindən qımıldanmadı və özünü təmizə çıxarmaq üçün bir kəlmə belə söyləmədi. Onun bu susqunluğunun arxasında nifrətdən daha dərin bir duyğu gizlənirdi və bunu ətrafda hər kəs hiss edirdi. Əgər Lonqren Mennersin ölümə qarşı uğursuz mübarizədə son çırpıntılarını görərkən nəsə söyləsəydi, hər hansı əl-qol hərəkəti, ya da vurnuxması ilə qarşısındakının fəlakətinə sevindiyini büruzə versəydi, balıqçılar onu anlayardılar. Amma o hər kəsdən fərqləndi, soyuq vüqarını nümayiş etdirdi, anlaşılmaz sükutu ilə özünü ətrafdakılardan üstün tutdu, bir sözlə, bağışlanmayacaq hərəkətə yol verdi. Bundan belə qarşılaşanda heç kəs ona təzim etmədi, əl uzatmadı, salamlaşmadı, hətta baxışlarını yan qaçırdı. O, kənd işlərindən həmişəlik uzaq düşdü; qarşısına çıxan oğlan uşaqları elə hey arxasından çığırdılar: “Lonqren Mennersi batırıb!” O bunların heç birinə məhəl qoymadı. Deyəsən, meyxanada, ya da sahildə balıqçıların onu görərkən susduqlarını, hətta taunlu xəstə ilə rastlaşıblarmış kimi bir kənara çəkildiklərini də heç vecinə almadı, qulaqardına vurdu. Mennersin aqibəti Lonqrenlə ətrafdakılar arasında onsuz da çoxdan yaranmış soyuqluğu tamamilə möhkəmlətdi. İndi bitkinləşən bu soyuqluq tərəflər arasında davamlı qarşılıqlı nifrət doğurdu və bu hissin kölgəsi Assolun da üzərinə düşdü.

      Qız rəfiqələrsiz böyüyürdü. Kapernada yaşayan otuza yaxın həmyaşıdı ailə tərbiyəsindən irəli gələn kobudluğu canlarına süngərtək çəkmişdi. Onlar nüfuz yeri saydıqları valideynlərinin təsiri ilə balaca Assolu həmişəlik öz himayə və diqqətləri kənarında saxladılar. Bu, sözsüz ki, tədricən baş verdi, böyüklərin öyüd-nəsihəti və övladlarını qızcığazın yanında görərkən geri haylamaları getdikcə qorxulu qadağa şəklini aldı. Evlərində baş verənlərlə bağlı vaxtaşırı eşitdikləri dedi-qodu və mühakimələr uşaq təfəkküründə matrosun evinə münasibətdə dərin qorxuya səbəb oldu.

      Lonqrenin qapalı həyat tərzi də qorxulu şayiələrin sürətlə yayılmasına rəvac verdi; deyilənlərə görə, guya nə vaxtsa haradasa kimisə qətlə yetirib, elə bu səbəbdən də onu daha gəmiyə yaxın buraxmırlar, özüsə “cinayətkar vicdanını heç cür susdura bilmədiyi üçün” qaraqabaq və adamayovuşmazdır. Uşaqlar oynayarkən əgər Assol onlara yaxınlaşardısa, qızcığaz oradan şəksiz qovulurdu. Bununla sakitləşməyən dəstə ona palçıq atır və ardından ələ salaraq deyirdi ki, guya atası vaxtilə adam əti yeyib, indisə saxta pullar düzəldir. Zavallı qızcığazın yaşıdlarına hər yaxınlaşma cəhdi acı göz yaşları, üzündə cırmaq izləri və ictimai fikrin digər təzahürləri ilə başa çatırdı. Nəhayət, ünsiyyət cəhdindən əl çəkən Assol, bununla belə, atasına vaxtaşırı eyni suallar verməkdə davam etdi:

      – Ata, axı bizi niyə sevmirlər?

      – Eee, Assol, məgər onlar sevməyi bacarırlar? Sevməyi bacarmaq lazımdır, bu onların biləcəyi şey deyil, – Lonqren söyləyirdi.

      – Bacarmaq necə olur ki? – qız israrla soruşurdu.

      – Bax belə! – Lonqren qızını qollarının arasına alıb kədərli gözlərindən möhkəm-möhkəm öpür və Assol atasının bu hərəkətindən xoşhal olub gözlərini qıyırdı.

      Assolun sevimli əyləncəsi atası axşamlar, ya da bayram günlərində yapışqan bankalarını, alətləri və yarımçıq qalmış işini bir kənara qoyub, önlüyünü çıxarıb damağında tənbəki çubuğu dincini almaq üçün əyləşəndə onun dizlərinə dırmaşıb qolları arasında yerini rahatlaya-rahatlaya oyuncaqların müxtəlif hissələrinə toxunmaq, onların təyinatı barədə sorğu-suala tutmaq idi. Beləcə, ata qızına həyat və adamlar haqqında bir az əfsanəvi, bir az da fantastik mühazirə söyləməyə başlayırdı. Lonqrenin əvvəlki həyat tərzinin sayəsində bu mühazirədə əsas yer təsadüflərə, əcaib, heyranedici və qeyri-adi macəralara yer verilirdi. Qızına gəmi iplərinin, yelkənlərin, dənizdə lazım ola biləcək digər mayehtacların adlarını çəkə-çəkə tədricən özü də əyləncəyə dalır, izahlardan müxtəlif epizodlara keçirdi. Bu epizodlarda gah braşpil2, gah sükan çarxı, gah dorağacı, gah da hansısa qayıq əsas rolda çıxış edirdi. Bununla da kifayətlənməyən Lonqren daha


Скачать книгу

<p>2</p>

Braşpil – gəmilərdə lövbəri qaldırmaq üçün mexanizm