Seçilmiş əsərləri. Абдурагим-бек Ахвердов
Читать онлайн книгу.satır, kimi saman satır, kimi süd satır, kimi kömür satır. Meydanın üç tərəfi dükanlardı və bu dükanlarda əyləşənlərin yüzdən həştadı başmaqçı, lapçınçı, papaqçı, lavaşçı, səngəkçi11, kömür satandır. Yerdə qalan baqqal, əttar və parçaçıdır.
Dükanların qabağında Şah Abbas vaxtından qalma böyükböyük çinarlar var, hər çinarın üstündə iki yüz qarğa yuvası var, qarğa qırıltısından qulaq tutulur. O saat öz ürəyimdə dedim ki, bu ağacların altından ötən gərək başına çadır tutsun və ya bir çuval geysin, yoxsa gərək paltarından əl çəkə. Meydandan ötən vaxt gördüm çox adam bir yerə cəm olub, ortalıqda iki müsəlman bir-biri ilə bərk vuruşur, camaat nə qədər eyləyir bunları araşdıra bilməyir. Faytonçuya dedim:
– Dayanma, tez ol sür.
Faytonçu soruşdu:
– Bəs haraya düşəcəksən?
Dedim:
– Sür müsəlman qəsdinlərinin birinə.
Beş dəqiqədən sonra faytonçu Zərrabi küçəsinə12 çönüb bir qədər gedəndən sonra bir evin qabağında faytonu saxladı. Bura “Tehran” nömrələri idi.
Gəncədə əvvəl getdim məscidə və gördüm ki, mövluddur13. Bir yerdə xeyli məktəb uşaqları və camaat yığılıblar mövlud oxuyurlar.
Bəzi cavanlar da istəyirlər ki, nitqlər oxusunlar. Bir molla qoymayır, deyir ki, bəsdir, vaxt yoxdur, xörək vaxtı keçir.
Bir küncdə də bir neçə molla yığılıblar, molla Yusif gətirdiyi fitvaları oxuyub şadlıqlarından ləzgihəngi oynayırlar. Fitvada yazılmışdır ki: “Şəriət elmi az və qeyri elmlər çox oxuyan məktəblər haramdır, xilafi-şərdir. Halvanın və xeyrət plovlarının səvabı və lazım olmağını dananlar kafir və mürtəddirlər…”
Oradan çıxdım meydana. Gördüm bir hambal car çağırır ki, üç gündür Hacı Seyid Ağanın qızıl quşu qaçıbdır, ağa gündüzlər də ağlayır, gecələr də. Hər kəs tapsa, cənab Ağa cənnətin altımıncı qapısının açarını ona bağışlayacaqdır.
Oradan da gəzə-gəzə getdim əllafxanaya. Gördüm ki, əllaflar hamısı yığılıb bir qaraçı arvadın başına, taleylərinə növbətlə baxdırırlar.
Daha axşam yaxınlaşırdı. Başladım kluba getməyə. Yolum düşdü bir əllaf dükanının qabağından. Gördüm dükanın dalında bir yaxşıca uşaq oturubdur.
Dedim:
– Ağa, bu kimdir?
Dedi:
– Elə belə, sənin nə işin var, balam?!
Qərəz, getdim kluba. Gördüm bir neçə əməlli adamlar, əllərində birinci cərgə bilet, qapının ağzında boyunları çiynində durublar.
Dedim:
– Niyə gedib oturmursunuz?
Dedilər:
– Məktəb uşaqları ilə on dörd şahılıq bilet sahibləri yerimizi tutublar, “dur” deyəndə xəncərə, tapançaya baxırlar.
Qərəz, oturdum. “Nadir şah” oyunu başlandı. Nadir oğlunun gözünü çıxardanda, iki düşməni barışdıranda camaat o qədər güldü ki, hətta biri özündən getdi… hə, hə!.. Bir də gördüm ki, bufetdən bir “Bayatı kürd” səsi gəlir. Getdim ki, sakit eləyəm, çünki oyuna çox əziyyət eyləyirdi.
Gördüm qarabağlıdır, bərk keflənib, özü kimi bir dəstə keflənmiş müsəlman qardaşlardan başına yığıb, özü üçün xanəndəlik eyləyir.
Dedim:
– Qardaş, bəsdir. Oyuna, camaata çox əziyyət olur.
Dedi:
– Bircə de görüm altıaçılanı tanıyırsanmı?
Bir də gördüm vaxt keçir, getdim yatmağa. Mənzilə qayıdantək mehmanxana nökəri daxil olub paşpurt istədi. O saat təzə aldığım həmişəlik bəy paşpurtunu cibimdən çıxardıb verdim. Keçmişdə ildə bir dəfə rəiyyət paşpurtu alardım və orada da yazılardı:
“Mozalan Mirzə Xanqulu oğlu”. Amma təzə paşpurtda yazılmışdı: “Mozalanbəy Xanqulubəyoviç Qozqıranbəyov”. Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə, apardı. Bir az keçdi, gördüm qapını döyürlər, soruşdum:
– Kimsən?
Gördüm deyirlər:
– İçəri girməyə izin var?
Dedim:
– Hər kəssən, buyur.
Qapı açıldı. Bir balaca, gödək adam, başında Gəncə papağı, daxil oldu:
– Salaməleyküm.
– Əleykəssalam!
Sonra balaca şəxs başladı məndən üzr istəməyə:
– Bəy, bağışla, nökərlər səni tanımayıblar, sənə kəmetinalıq ediblər. Eşitmişəm nökər xurcuna yapışıb deyibdir ki, çamadanı da özün götür, sən də hirslənmisən.
Soruşdum:
– Bəs sən kimsən?
Dedi:
– Mənim adım qarabağlı balasıdır. Gəncədə hər kəsdən sual etsən ki, Bala Seyid kimdi, o saat məni nişan verər. Qarabağda, Bakıda, İrəvanda, hər yerdə mənim adım məlumdur və gələnlər birbaş mənim nömrələrimə düşürlər.
Dedim:
– Çox əcəb, seyid də mehmanxana saxlarmı?
Gördüm seyid pozuldu. Dedi:
– Bəy, mehmanxana saxlamaq məgər ki, xilafi-şərdir. Allaha şükür, şərab satmayırıq, nömrələrdə qumar oynanmır, cavanlar yığılıb keyf eyləmirlər. Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram, müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki,ölü yesə dirilər. Məgər bu xilafi-şər əməldir?
Dedim:
– Ağa seyid, mən deyəni sən başa düşmədin, mənim dediyim budur ki, seyid nömrə saxlamaz, seyid dükan açmaz, seyid hamballıq eləməz. Seyidsən, get xüms yığ, yəni kəndlərdə it qoruya-qoruya “tuğ” gəzdir, məscidlərdə özün üçün pul yığ. Nə mehmanxanabazlıqdır. On dörd şahı maya qoy, yeddi ərşin qədək al, sarı başına, düş kəndlərin canına. Bir ildən sonra inandırıram səni, yüzlükdən yorğan tikərsən, bu gecə dürüst fikir elə, peşman olmazsan!
Bala seyid mənim sözlərimə təbəssüm eyləyib soruşdu:
– Bir şeyə meyl edəcəksiniz, ya nə?
Dedim:
– Bir qədər xörək göndər.
Seyid “baş üstə” deyib getdi. Nökər boşqab, çəngəl, bıçaq, qaşıq gətirib stolun üstünə düzüb getdi. Sonra da bir boşqab plov gətirdi qoydu.
Plovu təzə yeyib qurtarmışdım, gördüm qapı açıldı, mənim köhnə Tiflis rəfiqlərimdən bir nəfər, Məşədi Həsən adlı, girdi içəri və üzünü mənə tutub dedi:
– Paho,
11
Səngə – səngək çörək çeşidi, səngəkçi – səngək bişirib satan.
12
Zərrab – metal pula sikkə vuran. Görünür, bu küçədə zərrablar varmış.
13
Məhəmməd peyğəmbərin təvəllüd günü.