Hekayələr. Азиз Несин
Читать онлайн книгу.Hər nə varsa adını antik qoyub xırıd edirlər. Adamlar yaman korlanıb. Dünən, əl boyda bir uşaq mənim eşşəyimin boynundakı muncuqları oğurlayıb. O bunları aparıb əvvəl torpağa basdıracaq, sonra da oradan çıxardıb antik adı ilə satacaq. Evlərdəki ərgən qızlar da bicləşiblər. Əllərinə keçən hər daşı məharətlə ovur, onlara cürbəcür şəkillər verib satırlar. Onlar eşşək nalından medallar, köhnə pullar düzəltməyi də bacarırlar.
Amerikalı yenə başqa ölkələrdə də belə olduğunu təsdiqlədi. Mən qoca kəndlidən:
– Bəs sən nə ilə dolanırsan? – deyə soruşdum.
– Mən eşşək alıb-satıram, – dedi.
O bunu deyib quyudan su çəkdi və eşşəyə verdi. Eşşək su içərkən amerikalı birdən yerindən sıçrayıb heyvanın yanına getdi. Mən isə kəndli ilə söhbətimi davam etdirdim.
– Eşşək alıb-satmaq sənə sərf edirmi?
– Şükür Allaha… beş ildir bu işlə dolanıram.
– Məsələn, nə qədər qazanırsan?
– Bu, alıb-satdığım eşşəkdən asılıdır.
– Bir heyvanı nə qədər vaxta sata bilərsən?
– Bunu da bilmək olmaz. Bəzən üç ay, beş ay heyvan satılmır, bəzən də görürsən bir gündə beş eşşək satmısan…
Amerikalı yanıma qayıtdı. Çox həyəcanlı idi.
– Eşşəyin üstündə bir xalı parçası var.
Baxdım. Eşşəyin belində çox köhnə, palçıqlı bir çul vardı.
– Bu çirkli cındırı deyirsiniz?
– Siz nə danışırsınız? Bu, bir xariqədir, şah əsərdir. Siz kəndli ilə söhbət edəndə mən xalını diqqətlə gözdən keçirdim. Onun rəngi də işi kimi çox qiymətlidir. Hər kvadrat santimetrində düz yüz ilmək var. Dünyada buna bənzər bir şey görünməyib.
– Onu almaq istəyirsiniz?
– Əlbəttə! Amma kəndli onu alacağımı bilməməlidir. Mən bunları yaxşı tanıyıram. Duyuq düşüb malının üstünə dünyanın qiymətini qoyurlar. Nə qədər pul versən, gözləri doymaz. Ona görə elə edək ki, o, əsl məqsədimizi başa düşməsin.
Kəndli bizə baxıb:
– Bu kafir nə qırıldadır? – deyə soruşdu.
– Heç, – dedim, – bu yerlərdən xoşu gəldiyini deyir.
– Burada xoşagələn nə var ki? Çılpaq, kirəcli təpələrdir də…
Amerikalı mənə:
– Sizə antik şeyləri ucuz ala bildiyimi demişdim. İndi baxın, yenə bu fəndimi işə salacağam.
– Necə edəcəksiniz?
– Xalının adını belə çəkməyəcək, eşşəyi alacağam. Kəndli, çox ehtimal ki, xalının qiymətini bilmədiyi üçün köhnə çulu da eşşəyin üstündə bizə verəcək. Siz indi ona mənim bu eşşəyi almaq istədiyimi söyləyin!
Mən kəndlidən:
– Sən bu eşşəyi satırsanmı? – deyə soruşdum.
– Hə… satmaq istəyirəm…
– Onu neçəyə satmaq fikrindəsən?
– O baxır alıcısına!
– Biz almaq istəsək…
Kəndli güldü:
– Mənimlə zarafat edirsiniz? Bu qart eşşək sizin kimi bir bəyin nəyinə lazımdır?
– Sən onun fikrini çəkmə… Biz onu almaq istəyirik. Neçəyə verirsən?
– Dedim ki, o baxır alıcısına… Siz alacaqsınız, yoxsa bu kafir?
– O alacaq…
– O nə millətdəndir?
– Amerikalı…
– Hə… özgə deyilmiş… Özümüzünkü sayılır. Bəyim, bu, çox qart şeydir, de ki, bunu almaq ona əl verməz.
Məsələni amerikalıya dedim.
– Lap yaxşı, – dedi, – deməli, eşşəyi ucuz verəcək.
Mən kəndliyə:
– Eşşək qart da olsa, razıdır, – dedim.
– Əşi, bizim üçün ayıb olar. Sonra ölkəsinə gedib “türklər məni aldatdılar” deyər.
Bunu da amerikalıya tərcümə etdim.
– Türk kəndlisi çox saf, düzgün adamlardır, – dedi. – Başqa yerlərdə olsaydı, dərhal satmağa tələsərdilər. İndi ki o bu qədər təmizqəlbli adamdır, mən də eşşəyi onun dediyi qiymətə alacağam.
Kəndliyə:
– Amerikalı razıdır, – dedim.
– Yaxşı. Amma bu eşşək Amerikaya çatmamış yolda ölə bilər. Hər yerini qotur basıb.
– Sənə nə, kişi! Xəstə də olsa, almaq istəyir.
– Ay canım, bu qotur eşşək onun nəyinə lazımdır axı?
– Sənin nəyinə gərəkdi ki?
– Maraqlıdır da… – dedi. – Bircə bu amerikalı cənabdan soruşun, məgər onun ölkəsində heç eşşək yoxdur?
Bunu amerikalıdan soruşdum.
– Ona deyin ki, var. Amma beləsi yoxdur.
– Deməli, belə… Amerikan eşşəyi onun xoşuna gəlmir, türk eşşəklərini daha çox xoşlayır. Eh, daha nə etmək olar, babalı öz boynuna. Mən eşşəkdə olan bütün nöqsanları sadaladım. İndi bir qotur eşşək üçün daha bir əcnəbi qonağımızın xətrinə dəyməyək.
– Neçəyə?
– Sizin üçün on min lirəyə verə bilərəm.
– Nəəə? A kişi, dəli-zad olmamısan? Ən gözəl ərəb atını iki-üç min lirəyə verirlər.
– Elə isə eşşək onun nəyinə lazımdır, elə bir ərəb atı alsın da…
Onun nə qədər istədiyini amerikalıya dedim.
– Mən onların xasiyyətini bilirəm, – dedi. – Budur, gördünüz? Eşşək üçün on min lirə istəyən, yəqin ki, xalı üçün yüz min lirə istərdi. İndi mən bu eşşəyə on min lirə verərəm. Amma bunu eşidən kimi iyirmi min istəyəcək. Onu verməli olsan, əlli min istəyəcək. Ona görə də yaxşı sövdələşmək lazımdır…
Kəndliyə:
– Sən düzünü söylə, – dedim, – bu eşşəyi neçəyə almısan?
– Dilimə yalan gəlməz. Özüm də dəstəmazlıyam, yalan deyə bilmərəm. Mən bu eşşəyi dərisindən çarıqlıq çıxartmaq üçün beş lirəyə aldım. Bu gün də olmasa, sabah öləcək. O, başqa işə də yaramaz.
– A kişi, insafın olsun. Beş lirəyə aldığın bu heyvanı bəs nə üçün on min lirəyə satmaq istəyirsən?
– Qardaş, mən onu sizə satmaq fikrində deyiləm. Siz özünüz almaq istəyirsiniz… Dedim