Xiyabani. Панахи Макулу

Читать онлайн книгу.

Xiyabani - Панахи Макулу


Скачать книгу

      r o m a n

      

      Pənahi Makulu

      Redaktordan

      Cənubi Azərbaycan ədəbiyyatı bütöv Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi daima mütərəqqi ideyalarla əsərlər yaradan söz sahibləri ilə zəngin olub. Milli azadlıq ideyalarının daha qabarıq şəkildə ifadəsi, bəlkə də, Cənubi Azərbaycan ədəbiyyatı nümunələrində əks olunub. Şəhriyar, Piruz Dilənçi, Mir Mehdi Etimad, Həbib Sahir, Əbülfəz Hüseyni (Həsrəti), Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir və s. kimi qüdrətli söz sahibləri Cənubi Azərbaycan ədəbiyyatınında biri-birindən maraqlı əsər müəllifləri kimi iz qoyublar. Bu söz sənətkarlarından biri də Abbas Hacı Ələkbər oğlu Pənahi Makuludur. Makulu  1900-cü il-də Maku şəhərində ziyalı ailəsində doğulmuşdur. İlk təhsi-lini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli "Xeyriyyə" məktəbində almışdır. Çağının ziyalı insanlarından olan atası Hacı Ələkbər 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən olmuş, Cənubi Azərbaycanın de-mokratik hərəkatında yaxından iştirak etmişdir.

      Atasının zəngin dünyagörüşü, mütərəqqi ziyalı ol-ması, ədəbiyyata, şeirə rəğbət bəsləməsi, onu ədəbiyyat yo-lunda çalışmağa sövq etmişdir. Hələ məktəbdə oxuyarkən – on beş yaşından ana dilində bir sıra satirik şeirlər yazmağa başlayır. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifba-sına keçid problemi müzakirə edilən məclisdə o, özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyur.

      Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə öz istedadını nəsr sahəsində də yoxlayır. Onun "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında 1948, 1950-ci illərdə çap olunan ilk nəsr əsəri "Ye-ni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur. Bundan sonra Makulunun bədii yaradıcılığa həvəsi daha da artır. Bir-birinin ardınca İrandakı ictimai-siyasi prosesləri açıqlayan çoxlu hekayələr, povestlər, romanlar, felyetonlar yazır. 1950-ci ildə onun Bakıda müxtəlif illərdə yazdığı "Təb-riz gecələri" adlı hekayələr kitabı çapdan çıxır.

      Kitabda yer alan "Sirli çoban" hekayəsində müəllif demokratik-inqilabi hərəkatdan öncə Maku mahalında baş verən bir hadisəni qələmə almış, kəndlilərin əzablı həyatını, qəbilə başçıları arasındakı şəxsi ədavətlərin nəsillərə keç-məklə böyük bədbəxtliklərə səbəb olduğunu yüksək usta-lıqla təsvir etmişdir.

      "Gizli zindan" povestində yazıçı Rza şah və onun nəs-linin zülmkarlığını və hiyləgər sifətlərini ifşa etmiş, istibdada qarşı mübarizə aparan Kazım ağa, Tələt xala, Məlihə kimi bədii obrazlar yaratmışdır.

      Kitabdakı hekayələrdə ("İntiqam dəstəsi", "Təbriz ge-cələri", "Qırmızı aşıqlar") yazıçı ingilis-amerikan silahı zoru-na İran səltənəti sahiblərinin Azərbaycan xalqının milli azad-lıq hərəkatına divan tutmalarını, İranın hakim dairələrinə qarşı demokratların apardığı mübarizəni yüksək bədii bo-yalarla verməyə çalışmışdır.

      1928-ci ildə atasının ağır xəstəliyi ilə əlaqədar İrana qayıdan Abbas müəyyən həyati çətinliklərlə üz-üzə qalır. Bu səbəbdən də onun ədəbi yaradıcılığında bir müddət fasilə yaranır. Bu dövrdə o, siyasi fəaliyyətlə məşğul olur. 1936-cı ildə məhz siyasi görüşlərinə görə həbs olunur və Zənca-na sürgün edilir. 1941-ci ildən etibarən isə yazıçının ədəbi fə-aliyyətində yeni mərhələ başlanır. "Azərbaycan" qəzetinin fəal əməkdaşlarından biri kimi yazıçı o dövrün hadisələrini əks etdirən çoxlu felyetonlar, tənqidi məqalələr yazır. 1945-ci ildə yaranan, lideri Seyid Cəfər Pişəvəri olan Azərbaycan Demokratik firqəsinə üzv olur. Abbas Pənahi firqənin 1945-1946-cı illərdə keçirilən hər iki qurultayında iştirak edir. Milli hökumətdə Siyasi İdarənin rəisi olan Abbas bu dövrdə daha çox ictimai-siyasi xadim kimi fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında Milli Hökumət devrildikdən sonra Bakıya gələn yazıçı bundan sonra bütün ömrünü Şimali Azərbaycanla bağlayır. 1950-ci illərdən başlayaraq Pənahi yaradıcılığının ən parlaq dövrləri başlanır və o, bir-birinin ardınca gözəl sənət nümunələri yaradır.

      Cənubi Azərbaycan yazıçıları arasında tarixi roman-ların müəllifi kimi məşhur olan yazıçı bir-birinin ardınca "Mübarizlər", "Səttarxan", "Gizli zindan", "Xiyabani", "Hey-dər əmioğlu", "Xacələr" kimi tarixi romanlarını yazır. "Sət-tarxan" romanı yazıçının ilk irihəcmli əsəri olmaqla, Azər-baycan xalqının mübariz oğlu, böyük tarixi şəxsiyyət Səttar-xanın həyat və qəhrəmanlığına həsr olunmuşdur. "Səttarxan" romanının baş qəhrəmanı öz azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqıdır. Bu mübarizədə bütöv Azər-baycan iştirak edir. Yazıçı xalqın gücünü onun vəhdətində görür və bu, ana xətt kimi bütün əsər boyu ön plana çəkilir. Abbas Makulunun "Gizli zindan" romanı bir növ "Səttar-xan"ın davamıdır. Burada bir çox obrazlar olduğu kimi (mə-sələn, Mahmud və Sənubər) saxlanılmış, demokratik hərə-katın iştirakçılarının apardıqları mübarizə parlaq bədii bo-yalarla təsvir edilmişdir. Abbas Pənahinin bütün əsərlərini (istər hekayə olsun, istər povest, istərsə də tarixi roman) hə-yəcansız oxumaq olmur. Onun əsərləri sanki bir detektivə bənzəyir, başlandısa, nəyin hesabına olursa-olsun, tez başa çatdırmağa çalışırsan. Çünki yaradılan obrazların, təsvirlərin təsiri altından çıxmaq çətin olur, hadisələrə biganə qalmaq olmur. "Gizli zindan" romanında tarixi hadisələrə sadiq qalan yazıçı bəzən baş vermiş hadisələrin ilini, gününü belə dəqiqliklə göstərir ki, bu da, əlbəttə, belə mövzuda yazan sə-nətkar yazıçı üçün başlıca məziyyətlərdən biridir.

      "Səttarxan", "Xiyabani", "Heydər əmioğlu", "Xacələr" əsərlərində İranda müxtəlif dövrlərdə baş verən milli-azad-lıq hərəkatlarına, saray çəkişmələrinə, xalqın mütləqiyyətə qarşı mübarizəsinə həsr olunan çoxlu zəngin tarixi faktlar vardır.

      Pənahi Makulu əksər əsərlərini nikbin notlarla qur-tarır, əsas diqqətini Azərbaycanın gələcəyinə, xalqın vəhdə-tinə yönəldərək, vahid Azərbaycan ideyasını təbliğ edir. Tə-əssüf ki, böyük yazıçı, alovlu vətənpərvər Abbas Pənahi Azərbaycanın bu günkü müstəqilliyini görmədi.

      Böyük ideyalarla yaşayan, Azərbaycanın müstəqilli-yi, vahidliyi uğrunda alovlu mübariz Abbas Pənahi (Maku-lu) 1971-ci il sentyabrın 29-da vəfat etmişdir. Yazıçının vəfa-tından sonra – 1972-ci ildə onun "Səttarxan" romanı Mos-kvada 100 min tirajla çap olunmuşdur. Bu roman 1983-cü il-də Azərbaycan dilində 2 cilddə ikinci dəfə nəşr olunmuşdur. "Xiyabani", "Heydər əmioğlu", "Xacələr" əsərləri də ayrıca ki-tab şəklində çap olunmuşdur.

      Makulunun “Xiyabani” əsəri də ideyaları, azadlıq uğ-runda mübarizə əzminin qüvvətli ifadəsi baxımından yazı-çının “Səttarxan” əsərindən geri qalmır. Nasir öz ənənəsinə sadiq qalaraq, olduqca rəvan dil xüsusiyyətləri ilə, oxucunu yormayan dillə böyük bir azadlıq mübarizəsini təsvir edir. Təsvir olunan mübarizə, nəinki böyük şəhərlərin, böyük in-sanlarının dili ilə göstərilir, həm də bu mübarizə kəndbə-kənd, məhlə-məhlə izlənilir. Bu əsər mübarizə və azadlıq duyğularımızın ölməməsi yolunda mükəmməl hesab oluna bilər. Ortaq obrazlar, oxşar ideologiyalar onu göstərir ki, müəllif bütün yaradıcılığı boyu Cənubi Azərbaycanın azad-lığı üçün mübarizə aparmış və bu yolda qələmini heç zaman yerə qoymamışdır.

      I HİSSƏ

      1

            Ərvənəq, Ənzab, Şəbüstər və bütün Güney mahalının adamları kimi, Xamnə əhalisi də qürbətkeş idi. Çalışqan və zirək olsalar da, işsizlik


Скачать книгу