Ev. Натиг Расулзаде

Читать онлайн книгу.

Ev - Натиг Расулзаде


Скачать книгу
yeniyəm deyə, istədikləri vaxt məni narahat edə bilməzlər.

      – Bağışlayın,– qadının səsindən yorğunluq yağırdı, nasaz ciyərlərinin xırıltısı eşdilir, təngnəfəs olurdu, yəqin ki, canında salamat yer yoxdu. Sısqa vücuduna keçirdiyi, geyimdən başqa nəyə desən oxşayan tünd rəngli formasız cübbəyəbənzər bir şey geyimdən kasad olduğunu göstərirdi. O dəqiqə gənc AT və rəis qızını, onların kasıbyana, köhnə, lakin tərtəmiz geyimlərini xatırladım.

      – Bağışlayın,-qadın təkrar etdi, ayaqlarını sürüyüb otağa girəndə olan-qalan boşluğu işğal etdi.

      –Üzr istəyirəm,– zorla gülümsəməyə çalışan qadının ölçüsüz nəzakəti məni qıcıqlandırmağa başlayan anda əlində çöl güllərindən kiçik gül dəstəsi göründü. -Sizə gətirdim…Xoş gəlmisiniz.

      Düşdüyüm yerin təlaşından fikrim özümdə deyildi və qadının son sözlərini eşidəndə elə bildim məni ələ salır. Amma haqq naminə demək lazımdır ki, onun səsində qətiyyən istehza notu yoxdu. Qeyri – ixtiyari gül dəstəsini aldım, haraya qoyacağımı bilməyib əlimdə yellətməyə başladım.

      –Çox mütəəssir oldum,-burnumun altında mızıldandım,-çox xoşdur…

      Qadın dəvət gözləmədən çarpayıya oturdu. Nə qədər çalışsam da heyrətimi gizlədə bilmədim, o da heyrətli baxışlarımı görüb astadan dedi.

      пароараримимпвмсеьмотпримблмлмлмьбмдбмьмбдбмдолаьлмьмльтврсьь

      – Oğlum bu çarpayıda ölüb,-bir qədər susub hüznlə davam etdi.-Bu, inişil yayda olub. Qan qusdu, tez inkişaf edən vərəmə yoluxmuşdu. Elə uşaqlıqdan zəif idi. Qəfildən də bu xəstəlik… Teleqrafçı dalbadal teleqram göndərdi, amma cavab çıxmadı. Dərman yoxdu, beş aydı qatar da gəlmirdi.-Qadın sanki uzun söhbətdən yorulmuş kimi susdu, nəfəsini dərdi.

      Əlimdəki gül dəstəsi ilə yatağı göstərib:

      – O burada ölüb?-deyə soruşdum.

      Çimçəşdiyimi ifadə edən bu hərəkəti görmək üçün çox da diqqətli olmaq lazım deyildi.

      Qadın nəfəsini dərib sualımı eşitməyibmiş kimi əvvəlki halıyla davam etdi:

      – Onu vağzalın arxasında, buraya yaxın bir yerdə dəfn etdik…. Qəbrin belə yaxında olmasına rəis etiraz etmişdi, amma mən xahiş etdim, dedim ki, uzağa getmək mənimçün çətin olar, o da icazə verdi. Onu dəfn etdik, ehsan verdik. Hər şey yerli-yerində oldu. Altı gündən sonra qatar gəldi. Doğrudur, həkim gəlməmişdi, dava-dərman da gətirməmişdilər. Qatar heç dayanmadı da. Bəlkə də qatarda həkim vardı, oğlum sağ olsaydı belə, həkim ona kömək edə bilməyəcəkdi. Bəlkə də qatarın gecikməyi xeyirliyəydi. Ömrünün son saatlarını da ümidlə yaşadı, qatarı gözlədi, qurtuluşunu o qatarda görürdü. Əgər onun sağlığında qatar belə… Bu ona ağır zərbə olardı. Onun-oğulcuğumun iyirmi altı yaşı vardı…-Qadın ah çəkib qəfil yerindən qalxıb asta-asta qapıya sarı getdi. Çıxışda dönüb dedi:– Istəsəniz, onun qəbrini sizə göstərə bilərəm. Sağ olsaydı, yəqin ki, sizinlə dostlaşardı, elə həlim xasiyyəti vardı… Səhv etmirəmsə, siz onunla həmyaşsınız. Onun qəbrini sizə göstərə bilərəm,-qadın təkrar etdi, deyəsən mən də, başımı tərpətdim, o, əlavə etdi.-Hər halda gəlməyiniz yaxşı oldu. Bizə danışarsınız, böyük dünyada necə yaşayırlar… Amma yox, rəisin xoşuna gəlməz. Biz heç radio da işlətmirik, radiomuz isə var…Düzü radio xətti yoxdur, radio da qutu kimi durur, ölü qutu kimi, amma bir vaxtlar radio idi, axı canlı kimi danışırdı… Yox mənim xoşum gəlmir, heç kimin xoşu gəlmir yenilikləri öyrənməkdən. Biz belə alışmışıq, başa düşürsünüz? Yemək istəyirsinizsə, aşağı düşün, ərzaqla ərim və stansiya rəisinin qızı məşğul olur. Indi yemək vaxtı deyil, amma sizin üçün istisna etmək olar.– Sözünü bitirib qadın tələsmədən, keyləşmiş kimi qapını arxasınca örtüb gözdən itdi. Asta, qocafəndi yerişindən dəhlizin döşəmələri cırıldayırdı, sonra cırıltı səsi salona enən taxta pilləkəndə eşidildi. Qeyri-ixtiyarı əlimdəki gül dəstəsini oynatdım, fərqinə varıb kənara tulladım və stolun arxasında oturdum. Başımın içində hər şey bir-birinə qarışmışdı, diqqətimi toplamaq, düşüncələrimi yerbəyer etmək iqtidarında deyildim. Başıma gələnləri dərk edə bilmirdim, məntiqə sığmırdı, daha çox pis yuxuya bənzəyirdi, yatmış olsan da, bunun yuxu olduğunu bilirsən və pis yuxudursa, özünü oyanmağa məcbur etməyin səni xilas edər. Havalanmadığıma əmin olmaq üçün özümü çimdiklədim. Əslində lap yaxşı bilirdim ki, bu, gerçəkdi. Qəribədir, stansiyaya düşdüyüm vaxtdan təxminən iki saat keçməsinə baxmayaraq, nə qədər cəfəng vəziyyətə düşdüyümü anladığım halda hiss edirdim ki, yavaş-yavaş olanları qəbul etməyə başlayıram. Sanki belə də olmalıymış, bu həqiqətə bənzəməyən vəziyyətə uyğunlaşıram, bəlkə, ona görə ki, çoxdan uyğunlaşmış və bu həyat tərzini təmamilə təbii sayan adamlar göz qabağındaydı. Bütün bunların yuxu deyil, həqiqət olduğunu qapı taqqıltısı da təsdiq etdi. Izn alınmadan qapı açıldı və stansiya rəisi qapıda göründü.

      – Yəqin ki, acmısınız?– deyə soruşdu. Stolun arxasından qalxmadan başımı tərpətdim.

      Rəis sözünə davam etdi:

      – Yeni adam bizim üçün böyük hadisədir. Düzü, çaşıb- qalmışıq.

      Başımı təsdiqedici tərzdə yellədim:

      – Başa düşürəm.

      Rəis razılaşmadı:

      – Yox, tam anlaya bilməzsiniz. On dörd ildir mən bu stansiyanın rəisiyəm. On dörd il əvvəl ailəmlə buraya gəlmişəm. Məndən iki il sonra teleqrafçı gəlib. O, on iki ildə bizim stansiyada vaqondan düşdüyünü gördüyüm sonuncu adamıdır. Yerdə qalanlar bizdən əvvəl burada yaşayanlardır. Artıq bəziləri qocalıqdan, xəstəlikdən ölüb.Yaxınlıqda kiçik qəbiristanlıq da var.

      Susdu, alnını ovuşdurdu, sanki nəyisə xatırlamağa çalışırdı. Yaranmış fasilədən istifadə edib oturmağı təklif etdim:

      – Ayaqüstə qalmayın.

      – Nə? Yox, yox. Hə, yadıma düşdü. Nə üçün gəldim? Yəqin başa düşmüsünüz ki, burada biz birgə yaşayırıq, bir növ kommuna şəklində, hərənin öz vəzifəsi var. Sizə təsərrüfatımızı göstərmək istəyirdim, ərzağı özümüz istehsal edirik. Nə isə, özünüz görəcəksiniz… İnəyimiz, toyuğumuz, bostanımız, meyvə bağımız var.– Sadaladığı şeylərə görə kişinin iftixar hissi keçirdiyi səsindən bəlli olurdu, o da hiss olunurdu ki, yenə də nəylərinsə adını çəkmək istərdi, amma gülünc görünməkdən ehtiyatlanırdı.-Hər şeyi yavaş-yavaş əldə etmişik, bəzi şeylər mənim gəlişimə qədər vardı. Ən yaşlı bizim indiki gözətçimizin atası idi. Çox yaşlanmışdı, cəmi üç il əvvəl vəfat edib, amma demək olar ki, ömrünün sonuna kimi vəzifəsini yerinə yetirib, asta-asta işləyirdi. Elə iş başında da öldü. Sonra nəvəsi,gözətçimizin oğlu öldü… Yəqin arvadı sizə danışıb. Bura onun otağıydı. Hə, belə. Nə deyəcəkdim? Hə, deməli, biz vəzifələri çoxdan bölüşdürmüşük və hərə öz işini görür. Sizə də iş tapılar. Başa düşürsünüz


Скачать книгу