Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya. Джейран Вейдаддиновна Пиралиева

Читать онлайн книгу.

Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - Джейран Вейдаддиновна Пиралиева


Скачать книгу
vaxt balaca Müslüm əmisi Camalın və nənəsi Baydagül xanımın himayəsi al tında xoşbəxt yaşayırdı, özü də çox xoşbəxt yaşayırdı. Sual oluna bilər ki, valideyin qay ğısı və diqqəti olmadan xoşbəxt yaşamaq olarmı? Əlbəttə, bu, suala birmənalı cavab vermək çox çətindi. Amma mövcud vəziyyəti nəzərə alaraq tam əminliklə demək olar ki, diqqətsiz, kimsəsiz, tənha, ehtiyac içində yaşamaqla müqayisədə, bu cür həyat xoşbəxt bil hesab ol. Təmiz və səliqəli geyinmək, vaxtlı-vaxtında qidalanmaq, isti və bəyaz yorğan-döşəkdə yatmaq, məktəbli ləvzimatları və kitablarla təmin olunmaq, ən yaxşı şə hər məktəblərindən birində təhsil almaq və s. söylədiyim fikirlərin təsdiqi və bariz nümunəsi kimi qəbul oluna bilər.

             Müslümün böyüməsi, təlim-tərbiyəsi və əxlaqı ilə konkret olaraq əmisi Cəmaləddin və həyat yoldaşı Mariya İvanovna məşğul olurdular. Onların diqqəti, ayıq-sayıq iti nəzarəti altında kiçik Müslüm yaxşı əxlaq görmüş, tərbiyə və savad almışdı. Burda heç bir vacib amil nəzər diqqətdən kənarda qalmamalıdı. Bu, Müslümün Azərbaycanda, daha doğrusu, Bakıda böyüməsi idi. Sözsüz ki, Ayşət xanımın yaşadığı Çimkənd, Vışniy Volo çok, Barnaul kimi əyalət şəhərləri siyasi və mədəni mərkəz hesab olunan paytaxt Bakı ilə müqayisədə rəqabətə girə bilməzdi.

             Müslüm deyirdi: “Nizam-intizam bizim ailədə çox ciddi şəkildə qorunub saxlanırdı. Əmim özünə inanan kommunistlərdən idi. Onu ələ almaq, aldatmaq mümkün deyildi. Həmin zaman məni tərbiyə edən şəxs yüksək dövlət vəzifəsi tuturdu… Kifayət qədər oyuncaqlarım var idi. Təhsil almağım və musiqi ilə məşğul olmağım üçün münbit şərait yaradılmışdı. Yaxşı yadımdadı, nə vaxt ki, Mariya xaladan yalvararaq pul istəyirdimsə o, etiraz edirdi və deyirdi:

             Böyüyüb özün pul qazanarsan, onda başa düşərsən ki, pulu necə qazanırlar.”

             Bu cür, etirafların qarşısında Ayşət xanımın söylədiklərinə inanmaq gülünc, bəlkə də, “Məlikməmməd” nağılı qədər müəmmalı və möcüzəli g örünə. Sadəcə olaraq be lə məntiqsiz fikirlərin arxasında Ayşət xanımın diqqəti özündən kənarlaşdırmaq, özünü doğrultmaq, səhvlərini ört-basdır etmək, bir sözlə , əməllərini gizlətmək və s. niyyətlər dayanırdı.

             Müslümün anasından küsməsi və inciməsinin, həmçinin, uzun müddət onunla əlaqə, ünsiyyət qurmamasının bünövrəsində, məhz Ayşət xanımın soyuq, laqeyid, məsuliyyətsiz hərəkətləri və doğma övladına qarşı qayğısız münasibətdə olması dayanırdi. Bu, de facto belə idi.

             Həmin dövrdə, Müslümün həmyaşıdları uşaqlar üçün qalaydan hazırlanan balaca maşın və oyuncaqlarla oynayırdılar, Müslüm isə babasından miras qalan püpitrin üzərinə notları qoyub əlinə qələm alaraq təsəvvüründə canlandırdığı orkestrə dirijorluq edirdi. O, əvvəlcə skripkada ifa etməyə cəhd gostərmişdi. Müslüm də, başqa uşaqlar kimi hər şeyi öyrənməyi çox sevirdi, hər şeyə maraq və diqqət yetirirdi: mexaniki oyuncaqların necə düzəlməsi, onların iş prinsipi, ümumiyyətlə, bütün bunları öyrənmək üçün onları sökür, yığır, hərdən də sındırırdı. Bu, “texniki yaradıcılıq” Müslümü bütün həyatı boyu tərk etməmiş, hətta, yetkin yaşlarında onu məşğul etmişdi. Müğənni hər zaman kefini açmath və başını qatmama, birsözlə, məşğul olmath məqsədilə müasir elektron “oyuncaqlarla” məşğlus vene printinə həminll Hətta, son illər doğmaları, yaxınları, əzizləri onun kompüterdə oynadığını görəndə deyirdilər:

              “Lap, uşaq kimidir !”

             Müslüm isə bu sözlərdən qətiyyən inciməzdi və əksinə, əminliklə deyərdi:

              “Əgər insanda uşaqlıq əlamətləri itirsə, sadəlövcəsinə demək olar ki, qocalıq vaxtı artıq yetişibdi.”

             Uşaqlıq illərində, Müslüm mövcud təlabat və marağıni babasından yadigar qalan skripka ilə tamamlayırdı. O, skripkanı gah sökür, gah açıb içinə baxır, orda nə olduğu ilə maraqlanırdı. Sonda, bu, skripkanın sınması və yenidən kleylənməsi ilə nəticələnirdi. Həmin skripka sonralar musiqi aləti bərpa edən ustalar tərəfindən yenidən təmir olunaraq düzəldilmiş və hal hazırda Bakı müzeylərinin birində əntiq əşya kimi qorunubırakılıl.

             Bəstəkar-dirijor babasının həyat yolunu davam etdirən Müslümün ilk macəraları evlərindəki böyük royaldan başlamışdı. Royalın böyük, Müslümün isə balaca olması onlara “dostluq” etməsi üçün heç bir problem yaratmamışdı, əksinə, hər şey bir-birini daha yaxşı tamamlayırdı. Beləki, artıq üç yaşı olarkən Müslüm melodiyaları seçmək, yığmaq və götürmək qabiliyyətinə malik idi. Onun ilk bəstəsi beş yaşına təsadüf etmişdi və o, bunu bütün həyatı boyu yaddan çığartmamışdı. Çox sonralar Müslümün yaratdığı həmin bəstəyə şair Anatoli Qoroxov şeir yazır. Nəticədə, “Bülbülün saatı” adlı yeni mahnı ərsəyə gəlir…

             Xatirələrində nənəsi Baydagül xanımla bağlı olan maraqlı məqamları gündəmə gətirən və eyni zamanda özünün son dərəcə dəcəl, böyük sözünə baxmayan və nadinc uşaq olduğunu etiraf edən müğənni həmin anları xoş təəssuratlarla yaddaşının süzgəcindən keçirirdi və peşiman olduğunu təəssüf hissi ilə qeyd edirdi. O, xatirələr kitabında yazırdı: “Baydagül (yaz çiçəyi deməkdi: -M.M.) nənəmi çox sevirdim, ancaq çox eşitmirdim. Tez-tez istər və ya istəməz, hər şeydən öngə, uşaq arsızlığı, ağılsızlığı baxımından xətrinə dəyirdim, incidim və çalırdım. O, mənə nə isə, sözsüz ki, əhəmiyyətli bir şey deyirdi, amma mən artıq orda yox, küçədə olurdum, harda ki, məni eyni cür dəcəl, şuluqə nadinc uşaqylar girözl. Nə qədər nənəm məni çox istəyirdisə, mən bir o qədər onu incidirdim və xətrinə dəyirdim. İndi nənəmin hansı dərəcədə səbrli olması haqqında düşünürəm və onu gec də olsa başa düşürəm…”

             Onun uşaqlıq dövründə dəcəl, nadinc, şuluq olması və eyni xasiyyətli məhəllə uşaqları ilə oynaması heç də pis qarşılanmamalıdı. Bu, həmin yaşda olan oğlan uşaqları üçün normal hesab oluna bilər.

             O, kifayət qədər nənə nəvazişi və qayğısından bəhrələnsə də, baba sevincini yaşaya bilməmişdi. Çünki onun babası, böyük musiqiçi balaca Müslüm anadan olmazdan beş il əvvəl dünyasını dəyişmişdi.

             Müslümü həyatı boyu bir sual daim izləyib və düşündürüb, daha doğrusu, maraqlandırıb. O, bilmək istəyirdi ki, babası Əbdül-Müslüm həyatda necə adam olubdu? Əlbəttə, o doğma və yaxınlarının sözlərindən babası haqqında kifayət qədər informasiya ala bilmişdi. Lakin bütövlükdə bunlar onu qane etmirdi, beləki o, babası haqqında daha çox, daha mükəmməl, daha müfəssəl bilmək istəyirdi. Ona bəlli idi ki, babası çox əliaçıq, səxavətli, hamıya kömək edən bir insan olubdu. Müğənni xatirələr kitabında bəstəkar Üzeyir Hacıbəylinin Əbdül- Müslümə Peterburqdan ünvanlandığı bir təşəkkür məktubunu misal gətirərək onun bir hissərəɱn oxutular.

             O,


Скачать книгу