Hekayələr. Джек Лондон
Читать онлайн книгу.örtən dərinin qırağını qaldırdı və arasından ocağın qırağında oturub mübahisə eləyənlərə tamaşa etməyə başladı. Qızın yanaqları pörtmüşdü, gözləri alışıb-yanırdı, qəlbi iftixar hissi ilə aşıb-daşırdı, axı işlər müdirinin özü onu seçmişdi (Şimal diyarlarında o, Allahdan sonra birinci adam sayılırdı) – Lit-Litin qəlbini qadın marağı bürümüşdü, ona yaxşıca baxmağa, tamaşa etməyə tələsirdi. Günəşin şüalarından, düşərgə ocaqlarının istisindən, yağmurlu havadan kişinin sifətinin rəngi qızın atasının üzü rəngdə, qıpqırmızı bürünc rəngindəydi, onunla yanaşı duranda Lit-Lit ağ görünürdü. Bu, qızın xoşuna gəlirdi, sevinirdi ki, Foks belə cüssəli, qüvvətlidir, qızı təkcə onun iri, qara saqqalı bir qədər qorxudurdu, o, çox qeyri-adi idi.
Lit-Lit çox cavan idi, kişilərin necəliyindən heç baş açmırdı. Qız günəşin cənuba çəkilib üfüqün arxasında yox olmasını, günün göydə daha çox olmasını, gecənin, nəhayət, onun qarşısında geri çəkilməsini on yeddi dəfə görmüşdü. Bütün bu illər ərzində Snitşeyn qızını möhkəm qorumuşdu, onun pərəstişkarlarını yaxına qoymamışdı. Onu almaq istəyən gənc oçvuların təkliflərinə nifrətlə qulaq asıb hamısını rədd etmişdi, sanki qızın, doğrudan da, misli-bərabəri yox idi. Qoca tayfa başçısının tamahı cuşa gəlmişdi. Lit-Lit onun sərvəti idi. Özü də elə sərvəti idi ki, o bundan ancaq xırda-xuruş faizlər əldə etməklə kifayətlənməyib, ardı-arası kəsilməz çoxlu qazanc əldə etmək istəyirdi.
Lit-Lit hindu qəsəbəsində sanki monastırda böyümüşdü, indi o, narahatlıqla, qız marağı ilə onu aparmağa gələn kişiyə, bilmədiyi şeyləri ona öyrədəcək ərinə, başının ağasına, sözü onun üçün qanun olana, ömrünün axırınadək ona istiqamət verəcək, ona ağalıq edəcək adama tamaşa eləyirdi.
Yanaqları pörtmüş, gələcək qəribə taleyi barədə həyəcanlı fikirlərə dalan qız viqvamdan boylanırdı, ancaq vaxt ötürdü, işlər müdiri ilə atası toydan başqa hər şey barədə lovğa-lovğa danışırdılar. Qızın qanı qaraldı. Axşam düşürdü. Günəş get-gedə lap aşağı enirdi, işlər müdirinin getməyə hazırlaşdığı hiss olunurdu. Budur, dönüb getmək istəyir. Lit-Litin ürəyi düşdü, çünki kişi ayaq saxlayıb çiyni üstündən dedi:
– Hə, Snitşeyn, mənə alt paltarımı yuyan, üst-başımı yamayan arvad lazımdır.
Snitşeyn burnunun altında nəsə mızıldandı və dişsiz qarını – Vanidanini təklif elədi.
Foks etiraz etdi:
– Yox-yox! Mən qulluqçu deyil, arvad almaq istəyirəm. Son vaxtlar bu barədə fikirləşirəm, indi birdən ağlıma bir şey gəldi, bəlkə, sənin elə bir adamın oldu?
Snitşeyni möhkəm maraq hissi bürüdü, işlər müdiri ona yaxınlaşdı ki, işarası guya gözlənilmədən ortaya çıxmış məsələni müzakirə edə.
Snitşeyn təklif elədi:
– Katunu al.
İşlər müdiri etiraz etdi:
– Çolaqdır.
– Laskanı necə?
– O, itpaçadır. Ayaq üstündə olanda qıçları arasından sənin ən böyük köpəyin Kips asanlıqla keçə bilər.
Snitşeyn halını pozmadan təklifini elədi:
– Sinatini necə, alarsan?
Con Foks özünü yalandan qəzəbli göstərib qışqırdı:
– Bircə bu çatmırdı. Mən qoca-zadam məgər, qarılarını mənə vermək istəyirsən? Dişsiz qocayam? Topalam, koram? Ya da elə kasıbam ki, yer üzündə heç bir gözəl qız üzümə baxmaz?! Bilirsən mən kiməm? Mən işlər müdiriyəm, dövlətliyəm, qüdrətliyəm, güclüyəm, hakimiyyət əlimdədir, mənim bir sözümlə adamların canına üşütmə düşür, sözümdən çıxmağa cürət etmirlər.
Bütün bu sözlər Snitşeynin ürəyinə yağ kimi yayıldı, ancaq üzü sirli və müəmmalı idi. O, istər-istəməz işlər müdirini məcbur etdi ki, ilk addımı atsın. Snitşeynin çox sadə quruluşlu beyninə bir dəfəyə ancaq bir fikir hakim kəsilirdi, ürəyində tutduğunu Con Foksdan daha inadla əldə etmək istəyirdi. Con Foks nə qədər sadə olsa da, bir o qədər mürəkkəb idi, onun ağlında eyni zamanda bir neçə ideya dolaşırdı, bu da ona tayfa başçısı kimi bir şeyi inadla, hökmən əldə etməkdə mane olurdu.
Snitşeyn tayfa qadınlarının adını bir-birinin dalınca çəkirdi, Con Foks o dəqiqə bunları rədd edirdi, ona yaramadıqlarını deyirdi. Nəhayət, bütün bunlar onun zəhləsini tökdü, təzədən evinə yola düşmək istədi. Snitşeyn altdan-altdan ona göz qoyurdu, ancaq Foks axırda ayaq saxlayıb dedi:
– Gör nə deyirəm. Biz ikimiz də Lit-Liti yaddan çıxarmışıq. Bəlkə, o mənə yaradı?
Snitşeynin qaşqabağı açılmadı, ancaq ürəyində sevincinin hədd-hüdudu yox idi. Bax buna varam! Bir dəqiqə də ötsəydi, o özü Lit-Litin adını çəkəcəkdi, ancaq işlər müdiri özü ilk addım atdı.
İşlər müdiri ucadan ürəyindən keçənləri deyirdi:
– Hə, nə olar ki? Bunu bir yolla yoxlamaq olar, sınaqdan keçirək. Hə, demək belə, – o, səsini ucaltdı, – Lit-Lit üçün on yorğan, üç funtluq da əla tütün verrəm.
Ancaq Snitşeyn başını buladı, bu, açıq-aydın o demək idi ki, yer üzünün bütün yorğanları, tənbəkisi gözəllik mücəssəməsi olan Lit-Litin yerini verməz. Foks, nəhayət, ondan nə istədiyini tələb edəndə tayfa başçısı soyuqqanlılıqla bildirdi ki, ona beş yüz yorğan, on tüfəng, əlli funtluq tənbəki, iyirmi parça qumaş, on butulka rom, şarmanka verəcək, bundan başqa da işlər müdirinin iltifatını qazanacaq və ocağının başında yeri olacaqdır.
Foksu sanki iflic vurdu, ona görə də yorğanların sayı tez iki yüzə endirildi, onun dalınca da tayfa başçısı ocağın qırağında yer istəməkdən boyun qaçırdı, – ağdərili kişilərlə bu yerin qızları evlənə, bu, görünməmiş iş idi. Onlar daha üç saat sövdələşdilər, sonda razılığa gəldilər. Snitşeyn Lit-Lit üçün yüz yorğan, beş funtluq tənbəki, üç tüfəng, bir butulka rom alacaqdı. Həm də, şübhəsiz ki, işlər müdirinin iltifatını qazanacaqdı: Con Foksun fikrincə, o, on yorğan, bir tüfəngi qıza görə artıq verirdi. Gecəyarıdan ötəndə Foks evə qayıdanda təəssüflə fikrindən keçirdi ki, Snitşeyn ona kələk gəldi.
Yorulmuş, ancaq əldə etdiyi qələbədən sevincək olan Snitşeyn uzanmağa hazırlaşırdı ki, viqvamdan yavaşca sürünüb çıxmaq istəyən Lit-Liti gördü.
O, nəsihətverici şəkildə mızıldandı:
– Sən özün gördün, özün eşitdin. İndi görürsən ki, atan müdriklərin müdrikidir. Sənin üçün ən sərfəli ər tapmışam. Mənə qulaq as, nə deyirəmsə, onu elə, mən get deyəndə gedər, qayıt deyəndə qayıdarsan. Beləcə, biz bu ağ axmağı soyarıq, boyu uzundur, ağlı az.
Ertəsi gün ticarət işləri dayandırılmışdı. İşlər müdiri səhər yeməyindən əvvəl Mak Lini və Mak Teyvişi sevindirərək bir butulka viski açdı, itlərə iki pay yemək verdi, ən yaxşı mokasinləri geyinib gəzdi. Faktoriyanın yaxınlığında potlaça15 möhkəm hazırlıq görülürdü. Con Foks Lit-Liti almasını indiyədək
15