Hekayələr. Ömər Seyfəddin
Читать онлайн книгу.ola bilər?
– De, bilim.
Rəsan aralıq qapıya baxdı.
– Təbii ki, onsuz da bilməlisən.
Suat duruxdu:
– Söylə, əzizim.
İçəri girən xidmətçi qız boşqabları yığışdırmağa başladı. Bufetin önündə səliqə ilə üst-üstə qoydu. Örtüyü götürdü. Çıxınca Suat təkrar:
– Nə söyləyəcəkdin ki? – deyə soruşdu.
Rəsan nərmənazik, süni, aktrisa tövrlü, saxta bir qız deyildi. Son dərəcə həssas, doğru, səmimi, sərbəstdi. Ağır bir səda ilə:
– Artıq evlənməliyik, Suat… – dedi.
– Əlbəttə, Rəsanım. Biz onsuz da bunu planlaşdırmışdıq.
– Hə, amma ləngimədən evlənməliyik, ləngimədən. Bu ay, hətta bu həftə içində.
– İki-üç aya qalmaz, diplomu alıram. Hələ təhsilim bitməmiş evlənmək mənə bir az məhəllə uşaqlığı kimi gəlir.
– Məcburuq.
– Niyə?
– Çünki…
Gənc qız gözlərini aşağı dikdi. Uzun, qumral kirpikləri gözlərini tutdu.
– Uşağımız olacaq! – dedi.
– Hamiləsən, cicim?
– Hə.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.