Napoleon. Евгений Викторович Тарле
Читать онлайн книгу.Genuya hökmranlığına tabe olmuşdu. XVIII əsrin sonlarından etibarən Fransa ərazisi hesab edilir.
2
Otön – Fransanın Burqundiya bölgəsində ərazi vahidi
3
Podporuçik – ordu və donanmanın kiçik zabit heyətində rütbə və belə rütbəsi olan şəxs, kiçik leytenant
4
Belletristika – bədii nəsr, bəzən ideya-bədii cəhətən zəif əsərləri də belə adlandırırlar.
5
Ballistika – mərminin silahın lüləsi içərisində və oradan çıxdıqdan sonrakı hərəkət qanunlarını tədqiq edən elm sahəsi
6
Poruçik – ordu və donanmanın zabit heyətində podporuçikdən yüksək kapitandan aşağı rütbə və belə rütbəsi olan şəxs, leytenant
7
Tüiliri sarayı – Parisdə, Sena çayının sağ sahilində yerləşən saray. 1871-ci ilədək bir çox Fransa monarxlarının əsas iqamətgahı olub.
8
Batareya – bir neçə top və minaatandan ibarət taktik vahid
9
Konvent – Böyük Fransa inqilabı dövründə qanunverici orqan
10
Termidor çevrilişi –1794-cü ilin 27 iyulunda baş vermiş dövlət çevrilişi
11
Yakobinlər – Fransanın inqilab tarixində mövcud olmuş siyasi cərəyan. Yakobinlərin hakimiyyəti dövründə (1793-1794-cü illər) bir sıra radikal islahatlar və kütləvi terror həyata keçirilib.
12
Barras – Böyük fransız inqilabı liderlərindən biri olan Pol Fransua Jan Nİkolya vikont de Barras
13
Burbonlar – 1589-1792 və 1814-1848-ci illərdə Fransa taxt-tacının sahibi olmuş hakimiyyətdəki sülalə
14
İki Siciliya Krallığı – İtaliyanin cənubunda Neapol və Siciliya krallıqlarının birləşməsi nəticəsində yaranmış dövlət
15
Direktoriya – 1795-ci il noyabrın 4-dən 1799-cu il noyabrın 10-dək Fransada icra hakimiyyəti funksiyasını həyata keçirmiş hökumət
16
Qrenadyor – XVII-XX əsrlərdə Avropa ordularında piyada qoşun növünün döyüşçüsü, qumbara atan əsgər
17
İoahim Murat – Napoleon ordusunda marşal rütbəsinə qədər yüksəlmişdi. 1808-1815-ci illərdə Neapol kralı olub. Napoleonun bacısı Karolina Bonapartla evlənib.
18
Draqun – bəzi Avropa dövlətlərində yaxşı təlim keçmiş həm süvari, həm də piyada döyüşçü dəstəsinin üzvləri
19
Hərbi hissə komandirinin tapşırığını icra edən, yaxud qərargah işlərini icra edən hərbi qulluqçu
20
Eşafot – edam kürsüsü
21
Leybnits – alman filosof və riyaziyyatçısı Qotfrid Leybnist (1646-1716)
22
Fransız siyasətçisi və diplomatı Şarl Moris de Taleyran-Periqor (1754-1838)
23
Eskadra – eyni və ya müxtəlif növ hərbi gəmilərin böyük birləşməsi
24
Cəbəlütariq – Atlantik okeanı ilə Aralıq dənizi arasında boğaz, su keçidi
25
Konstantinopol – İstanbul
26
Fransız siyasətçisi və dövlət xadimi Jozef Fuşe (1759-1820)
27
Tribunat – 1799-cu il konstitusiyasına görə Fransadakı dörd idarəetmə orqanından birinin başçısı
28
Dilican – dördtəkərli poçt və ya minik arabası