Xudafərin körpüsü. Фарман Керимзаде

Читать онлайн книгу.

Xudafərin körpüsü - Фарман Керимзаде


Скачать книгу
rel="nofollow" href="#n1" type="note">1 fikirləri pıçıldanmayıb. Atasının işlərindən ona heç kəs danışmayıb. Mən yalvarmışam. Sultanəliyə də, İbrahimə də demişəm ki, oğullarım, məni sevirsinizsə, İsmayılı mənim əlimdən almayın. İkiniz atanızın yolu ilə getsəniz bəsdir. İsmayılımı mənə verin. Sizin yolunuz qandır, qadadır, ölümdür. Mən yazığam, gözümü tikməyə bir qibləgahım olsun. O qibləgah da hələ yeddi yaşı tamam olmamış körpəmdir…»

      – Ana, bəs niyə biz bu qaladan çıxıb getmirik? Mən o meşələri, qızılgüllü həyətimizi, evimizi görmək istəyirəm.

      – Gedərik, oğul, gedərik.

      …Şeyx Heydərin bəd xəbərini hamıdan əvvəl onun sevimli atı gətirmişdi; Ülkər qapıda ayaqlarını yerə döyüb kişnəyirdi, az sonra Sultan Yaqubun fərraşları2 həyətə doldular. Əbih Sultan saraydan fərmanla gəlmişdi. O, atının yüyənini dartıb saxlayanda Aləmşahbəyim eyvanda idi. Yas paltarı onun ağ sifətini, yaşlı mavi gözlərini, örpəyin altından görünən qızıl saçlarını daha da işıqlı göstərirdi. Əbih Sultan onu görəndə bir müddət danışa bilmədi. Aləmşahbəyim yaslı-yas lı da gözəl idi. Üstəlik, artıq duldur. Qardaşı Sultan Yaqub da, yəqin ki, bacısını bundan sonra heç bir hökmdara, şahzadəyə verməz. Çünki onda bacısı oğulları da taxt-tac davasına qalxmaq üçün imkan taparlar. Bu səbəbdən də sultan bacısını evləndirsə ancaq aşağı təbəqədən biri ilə evləndirər…

      Aləmşahbəyim səsini qaldırıb Əbih Sultanın üstünə qışqırdı.

      – Sənə kim icazə verib bu həyətə at üstündə girəsən? Şeyx Heydər yoxdusa da, Uzun Həsənin qızı hələ sağdır.

      Əbih Sultan atdan endi.

      – Hökmdar fərmanı gətirmişəm.

      – O fərmanları çox görmüşük. Rəiyyət qapısına aparmamısan. Çıx həyətdən, fərmanı göndər.

      Əbih Sultan atını həyətdən çıxarmalı oldu. Onun adamları evi mühasirəyə almışdı.

      Fərmani-hümayunu göndərdi. Aləmşahbəyim onu alıb oxudu. Qardaşı ona başsağlığı verir və onun Təbrizə gəlməsini məsləhət bilirdi. Amma bu məsləhətdə bir hökm də vardı. Yazırdı ki, təziyə məclisi Nəsriyyə məscidində başlayıb. Şeyxin oğullarının və əyalının sarayda olmağı vacibdir.

      Bu məktubdan sonra o yumşaldı. Ərinin təziyə məclisinin Təbrizdə başlaması ona hörmət idi. Heydərdən sonra Ərdəbildə oturmağı da yaxşı düşməzdi. Elə fərman gələn gün o, oğullarını da götürüb Təbrizə yola düşdü.

      «Səkkiz behişt» sarayında o qardaşı ilə üz-üzə gələndə kövrəldi. Gözləri doldu. Gözləyirdi ki, qardaşı ona başsağlığı verəcək, onun dərdini yüngülləşdirəcək. Amma…

      – O dərviş övladından ötrü gözyaşı da tökürsən?

      Bu sözdən sonra Aləmşahbəyim hər şeyi başa düşdü.

      – Qardaş, bu sənin işindi? Heydəri sən öldürtmüsən?

      – O özü atını öz ölümünə doğru dördnala çapırdı.

      – Sən öldürtmüsən?

      – Sən mənim ana ayrı olsa da, ata bir bacımsan. Ər eldən gələr, övlad beldən gələr, bəs qardaş haradan gələr? Mən onun qanını ala bilərəm. Neçə yüz adam deyirsən boynunu vurdurum. Bütün ölkədə qırx gün təziyə məclisləri saxlatdırım, matəm elan eləyim. Amma qardaşını başa düş. Bu sufi-salik3 taxtıma göz dikmişdi.

      Aləmşahbəyim məsələni anlayıb Çin ipəyindən tikilmiş üstü əjdahalı döşəyin üstünə çökdü. Bu, Sultan Yaqubun acığına gəldi.

      – Sən hökmdar qardaşının yanında oturursan?

      Aləmşahbəyimin ayaq üstündə dayanmağa taqəti qalmamışdı.

      – Gərək əvvəl məni öldürəydin…

      – Sənə məlumdur ki, qız olanda ağzına yastıq qoymaq adəti də var. Bundan da heç kimin kefi pozulmayıb. Mən isə bacımı istəməsəydim, onunla belə açıq-saçıq danışmazdım. Şeyx Səfi nəsli niyə sümüyünü gətirib bizim sümüyümüzə calayıb? Bir fikirləş. Nə üçün? Hökmdara yaxın olmaq, imkan düşən kimi onun başını bədənindən ayırıb özü taxta çıxmaq üçün.

      Aləmşahbəyim qardaşını dinləyir, gözünün önündə isə əri canlanırdı. Heydərin işıqlı, aydın gözləri ona baxıb gülümsəyirdi. Aləmşahbəyim bu gözlərdə xəyanət axtardı. Tapa bilmədi. Yox, orada məhəbbətdən özgə heç nə yox idi.

      Sultan Yaqub deyirdi:

      – Mən tez tərpənməsəm, o qılıncını mənim boynuma endirəcəkdi.

      Aləmşahbəyim indi də ərinin iri əllərini gördü. Heydər sağ əli ilə belindən açdığı qılıncı divardan asdı, sonra onun həmin əli qartal kimi göydə uçdu və Aləmşahbəyimin qızılı, ənbər qoxulu saçlarına endi. Elə sığalladı ki, bu əlin sığalından bir tük də incimədi.

      Sultan Yaqub danışmağa davam edirdi:

      – Ərin məni öldürəndən sonra meyitimin üstündə dayanıb deyəcəkdi ki, qardaşını cəhənnəmə vasil eləmişəm, indi nə qədər istəyirsən gəl yol saçlarını.

      Bu yerdə Aləmşahbəyim ərinin dodaqlarını gördü. Həmin dodaqlar onun saçlarından öpdü. Sonra aşağı sürüşdü, arvadının alnını, gözlərini öpüşlərə qərq elədi. Axırda da pıçıldadı:

      – Gözümün nuru, başımın tacı…

      Qardaşı nə qədər danışsa da, Aləmşahbəyim ona inanmadı. Qadın ayağa qalxdı, sonra da başını qaldırıb düz qardaşının gözlərinin içinə baxdı.

      – O, taxt-tac hərisi deyildi. Onun başının tacı vardı. Ölübsə də, o tac yenə də onundu.

      – Tac? Hanı onun tacı?

      – Qarşında dayanıb. Yaxşı bil ki, onun tacı həmişə yüksəkdədir. Heç vaxt ayaq altına düşməyəcək.

      Sultan Yaqub ucaboy, gövdəli cavan oğlan idi. Yeriyəndə yer titrəyirdi. Ağılda, tədbirdə olmasa da, boy-buxunda atasına çəkmişdi. Bu nəsil kişilərinin hamısı bax belə güclü, qüvvətli, Sara xatundan başqa bütün qızları zərif, incə, ucaboy idilər.

      Və indi həmin ucaboy, heybətli, qorxunc Sultan Yaqub zərif, gözəl bacısının düz qarşısında dayandı.

      – Mənim düşmənlərimə tac olan bacım. Bacı kimi gözümün işığısan. Amma sənin nə ərin olub, nə də uşaqların. Unut onları…

      Aləmşahbəyim qardaşının niyyətini anlayıb onun ayaqlarını qucaqladı.

      – Qardaş, qurbanın olum, çıxar xəncərini, doğra məni. Ancaq uşaqlarıma toxunma.

      – Qurd balası qurd olar.

      – Bəs mən?! Axı onlar mənim də övladlarımdır. Məni öldür, o körpələrə qıyma. Bu dünyada hökm versən də, o biri dünyada cavab verməli olacaqsan. Atalarını öldürdün, bəs deyilmi? Körpələr sənə nə eləyib? Axı sən onların dayısısan. Atamız Uzun


Скачать книгу

<p>2</p>

Fərraş – müxtəlif tapşırıqları yerinə yetirən xidmətçi

<p>3</p>

Sufi-salik – sufi yolçusu