Gözəlçə. Süzanna Şaybler
Читать онлайн книгу.mən də beləyəm.
Vivyen kresloya əyləşdi və qollarını sinəsində çarpazladı, bir qədər susub sanki çox vacib nəsə söyləyəcəkmiş kimi öskürdü:
– Bilirsiniz nə var? Siz mənim haqqımı verə bilərsiniz. Məncə, bu, vəziyyəti bir az asanlaşdırar.
Edvard fırlanan kreslosu ilə birlikdə döndü və gözlərini heyrətlə Vivyenə dikdi:
– Ah!.. hə… üzr istəyirəm. Məncə, nağd pul yarayar?
Onun pencəyinin iç cibindən çıxardığı pulqabını görəndə qızın üzünə işıq gəldi:
– Yalnız nağd!
Edvard masanın üstünə bir neçə dollar qoydu. Vivyen yerindən sıçrayıb tez onları götürdü, masanın küncündə – Edvardın düz qarşısında əyləşdi və pulları çəkməsində gizlətdi.
Edvardın baxışları istər-istəməz qızın ayaqlarına dikildi. O karıxdığını gizlətmək üçün nəzərlərini yayındırdı və narazılıq etdi:
– Siz mənim faksımın üstündə oturmusunuz. Bu sizi narahat etmir?
– Bilmirdim ki, buna faks deyirlər, – qız məftunluqla gülümsədi. – Ömrümdə ilk dəfədir ki, faksın üstündə oturmuşam. – O, yana əyilib yumru dalını qaldırdı, Edvardın faks kağızını dartıb çıxarmasına imkan yaratdı.
– Hər şey qaydasındadır, – Edvard mızıldandı və kağızı masanın o biri küncünə sürüşdürdü.
– Əntiqə! – Vivyen xısın-xısın güldü, masanın üstündə yerini rahatladı, uzunboğaz çəkməsinin zəncirbəndini açıb oradan bir ovuc prezervativ çıxardı. Qız prezervativləri kart açırmış kimi yayaraq Edvarda göstərdi.
– Seçə bilərsiniz! Qırmızı, yaşıl, sarı… Yasəmən rəngdə olanlar, təəssüf ki, qurtarıb. Amma əvəzində bir dənə qızıl medallısı var. Yalnız çempionlar üçündür!
O, ağzıbağlı prezervativi əlinə alıb əsl bazar alverçisi kimi onu Edvardın burnunun qabağına tutdu:
– Əla, dünyada ən üstün qoruyucudur! Bundan heç nə keçməz! Nədi, nə baxırsınız?
– Tam təhlükəsizlik zəmanəti! – Edvard zarafat etmək istədi.
– Nahaq lağ edirsiniz, əvvəl-axır siz də maşında təhlükəsizlik kəməri taxırsınız? – qız ağızdolusu güldü.
Bu söz Edvardın kefini açdı. O ayağa qalxdı, Vivyen prezervativi masanın üstünə qoyub onun şalvarının kəmərinə nəzər saldı. Qız bilmirdi ki, özü başlasın, yoxsa Edvardın hərəkətə keçməsini gözləsin. Bəlkə də, qızın təşəbbüs göstərməsi onun ürəyincə olacaqdı.
Nəhayət, Vivyen seçim etdi və Edvardın kəmərini aramla açmağa başladı.
– Bəlkə, əvvəlcə jileti? – Vivyen soruşdu.
– Yox, yox, – Edvard onun əlini saxladı, – mən sadəcə… istəyirdim ki, sizinlə söhbət edim.
– Söhbət edəsiniz? – Vivyen sualı təkrarladı. Sürətlə fikirləşməyə, Edvardın nə demək istədiyini anlamağa çalışdı. Olmaya, bu kişi telefonla seks həvəskarıdır?
Amma Edvarda bir də diqqətlə baxandan sonra qız bu nəticəyə gəldi ki, onun dediklərinin sətiraltı mənası yoxdur. Bəlkə, müştəri onu bəyənməyib?
– Buyurun, – kefi bir qədər pozulmuş Vivyen dilləndi. – Söhbət etmək də olar. Necə istəyirsiniz.
Edvard pencəyini soyunub onu kreslonun dirsəkliyinin üstünə qoydu. Vivyen ehtirassız səslə dostyana söhbətə başladı:
– Deyin görüm, sizin burada şəxsi işiniz var, yoxsa rəsmi? – qız maraqlandı. – Bəlkə, həm ondan, həm bundan?
– Rəsmi, – Edvard ona baxdı. – Hər halda, mənə elə gəlir.
– Rəsmi, – deyə qız alt dodağını dişlədi. – Elə isə, tapmağa cəhd göstərək. Siz, yəqin… yəqin ki,.. – o, gözlərini iri açıb fikrə getdi və nəhayət, bərkdən dedi:
– Siz vəkilsiniz!
Vivyenə qulaq asa-asa Edvard kresloda yerini rahatladı, ayaqlarını məxmər üzlüklü kətilin üstünə qoydu. Qız yazı masasından sürüşüb düşdü və onun yanında oturdu. Vivyen üçün bu şıq geyimli, şübhəsiz, yaraşıqlı kişinin onu istəməməsi ilə barışmaq çətin idi. Buna görə də yenidən cəhd göstərməkdə qərarlı idi. Hər halda, o, Vivyenə yüz dollar vermişdi və qız minnətdarlıq etmək istəyirdi.
– Vəkil? – Edvard güldü. – Niyə belə düşünürsünüz?
Qız iti nəzərlərlə ona baxdı.
– Çünki adam sizinlə darıxacağını elə uzaqdan hiss edir!
Zərbə hədəfə dəymişdi. Vivyen gördü ki, Edvardın üzündə məyusluq ifadəsi yarandı.
– Görünür, sizin vəkil tanışınız az olmayıb, – o cavab verdi.
Vivyen dodağını büzdü, barmaqlarının ucuyla onun yanını qıdıqladı və mənalı-mənalı gülümsədi:
– Hə… Bəziləri ilə ünsiyyət imkanım olub. – Bu yerdə Edvard ona tərəf əyildi. Vivyenə elə gəldi ki, kişi onu öpəcək, amma həmin dəqiqə qapı zənginin ahəngdar səsi gəldi. Qız həyəcanlandı, boynunu uzatdı.
– Kim olar?
Edvard da bir qədər özünü itirmişdi, amma bu çaşqınlığı zəng yaratmamışdı. Qısa fasilədən sonra o dilləndi:
– Şampan şərabı…
– Oho! Əladı ki! – Vivyen sevinclə yerindən sıçradı. – Onda qapını mən açım, heç olmasa, bir xeyrim dəysin!
Edvard bu dəfə maraq dolu baxışlarla qızı qapıyadək ötürdü.
Zəng ikinci dəfə çalındı. Vivyen dəhlizin qapısını taybatay açdı və ofisiantla üz-üzə gəldi. Ofisiantın əlində üstünə dəsmal salınmış boşqab və gümüşü vedrəcikdə buzun içinə qoyulmuş şampan şüşəsi olan gümüşü məcməyi var idi. O, nəzakətlə baş əydi:
– Axşamınız xeyir!
– Xoş gördük! – Vivyen ofisiantla dost kimi salamlaşıb qapını örtdü və onu qonaq otağına ötürdü.
– Hara əmr edirsiniz? – otel qulluqçusu dayanıb qıza baxdı.
– Hara qoysun? – Vivyen sualı Edvarda ünvanladı.
Ofisiant heyranlıqla Vivyenin çılpaq belini süzdü.
– Yəqin ki, bara, – Edvard dilləndi. Gözoxşayan mənzərədən təəssüf hissi ilə ayrılmalı olan ofisiant bara yaxınlaşdı. Vivyen dabanbasma onun ardınca getdi. Otel qulluqçusu məcməyini qoyub dönəndə az qaldı ki, qızla toqquşsun.
– Oh, pardon! – Vivyen gülümsədi və yana çəkildi, amma ofisiant da eyni tərəfə addım atdığından az qaldı ki, alınları bir-birinə dəysin. Vivyen şaqqanaq çəkib yoldan çəkildi.
– Sizin hesabınıza yazacağam, mister Lyüis, – ofisiant dedi və yerə mıxlanmış kimi qonaq otağının ortasında dayanıb gah Edvarda, gah Vivyenə baxdı.
– Nə