Kapitan qrantın uşaqları. Жюль Верн

Читать онлайн книгу.

Kapitan qrantın uşaqları - Жюль Верн


Скачать книгу
axtarmağa özümüz gedək! “Dunkan” möhkəm və davamlı gəmidir. Onunla bütün dünyanı dolaşmaq olar. Gedək, Qlenarvan, gedək kapitan Qrantı tapaq!

      Elenin cəsarət və mərhəmət dolu təklifindən həyəcanlanmış Qlenarvan onu qucaqladı. Meri və Robert intizarlı baxışlarla Qlenarvanın cavabını gözləyirdilər.

      – Gedək! – Qlenarvan üzünü uşaqlara tutub dedi.

      Uşaqlar sevincdən qışqırdılar:

      – Urraaa!

      Qəsrin xidmətçiləri də uşaqlara qoşulub “ura” qışqırdılar.

      Bundan sonra Qlenarvan kapitan Con Manqlsa gəmini tez bir vaxtda səyahətə hazırlamağı tapşırdı. İki gündən sonra Qlenarvan, arvadı Elen, mayor Mak-Nabs, Meri və Robert, aşpaz və matroslardan ibarət heyətlə “Dunkan” gəmisi kapitan Qrantın axtarışı üçün yola düşdü.

      Gəmidə naməlum adam

      Səfərin ilk günü dəniz çox coşqun idi. Axşama doğru isə sərin külək əsməyə başladı. Bu vaxt Meri və Robert Qlenarvanın kayutunda idilər. Meri Qlenarvana ilə onun arvadı Elenə öz ailələri haqqında danışırdı:

      – Anam Roberti dünyaya gətirərkən ölüb. Atam isə əslən şotland idi. O düşünürdü ki, Şotlandiyanı İngiltərə əsarət altında saxlayır. Ona görə də Şotlandiyanın azadlığı üçün fikrində müxtəlif planlar qururdu. 1861-ci ildə, yəni üç il əvvəl atam Sakit okeandakı adaları tədqiq etmək üçün gəmi səyahətinə çıxdı. 1862-ci ilin mayınadək ondan tez-tez xəbərlər alırdıq. Amma sonradan xəbərlərin arası kəsildi. Çox keçmədi ki, biz gəminin qəzaya uğradığını eşitdik.

      Bunu deyəndə Merinin səsi titrədi, o kövrəldi və Roberti qucaqladı.

      Qlenarvan uşaqları qucaqladı.

      – Axı Qrant gəmi kapitanı idi, adaları tədqiq etmək onun nəyinə lazım idi? – Elen soruşdu.

      Meri göz yaşını silib dedi:

      – Atam kimsəsiz ada tapıb ora Şotlandiya adı vermək, orada azad Şotlandiya dövləti qurmaq istəyirdi.

      Qlenarvan və Elen kapitan Qrantın vətənpərvərliyinə, azadlıq eşqinə heyran qalmışdılar.

      Beləliklə, “Dunkan”ın ilk səyahət gününü gəminin sakinləri kayutlarında keçirdilər. Amma ertəsi gün külək dayanmışdı, hava sakit idi. “Dunkan”ın sərnişinləri göyərtəyə qalxaraq bu sakit və təmiz havanı doyunca udmaq, dənizin gözəl mənzərəsini seyr etmək istəyirdilər. Kapitan Con Manqlsın isə əhvali-ruhiyyəsi daha yüksək idi. O durmadan gəmini tərifləyirdi. Günortaya yaxın sərnişinlər göyərtəni tərk etdilər, təkcə mayor Mak-Nabsdan başqa. O, siqaret tüstülədə-tüstülədə öz-özünə nə barədəsə danışırdı. Mayor qəribə adam idi: heç vaxt əsəbiləşməz, ən təhlükəli vəziyyətlərdə belə təmkinini pozmazdı. Təklikdə siqaret çəkə-çəkə öz-özünə danışmaq isə onun sevimli adətiydi.

      Mayor bir neçə dəqiqə öz-özünə danışdı, sonra kayuta düşmək istədi. Bu vaxt göyərtədə qırx yaşlarında ucaboy, arıq, enli alnı, uzun burnu və yekə ağzı olan bir adam gördü. Mak-Nabsın yerinə kim olsaydı bu adamı görüb heyrətlənərdi, çünki indiyə kimi gəminin sərnişinləri arasında beləsinə rast gəlməmişdi. Amma mayor bu vəziyyətdə də təmkinini pozmadı.

      Bu zaman göyərtəyə qalxmış aşpaz naməlum adamı görüb öz-özünə donquldandı: “Lənət şeytana, bu adam hardan gəlib çıxdı? Yoxsa mister Qlenarvanın dostudur?”

      – Siz aşpazsınız? – naməlum adam soruşdu.

      – Bəli, – aşpaz cavab verdi, – amma mən sizi tanımıram.

      – Mən altı nömrəli kayutun sərnişiniyəm, – naməlum adam dedi. – Bəs kapitan hanı? O, gəmini başlı-başına buraxıb?

      Bu vaxt Con Manqls göyərtəyə qalxdı.

      – Budur, kapitan da gəldi! – aşpaz dedi.

      Naməlum adam dərhal kapitanın qarşısına keçdi və salam vermək üçün əlini ona uzatdı:

      – Sizinlə tanış olmağıma şadam, kapitan Berton!

      Con Manqls naməlum adamın salamını alıb təəccüblə dedi:

      – Mən kapitanam, amma Berton deyiləm.

      – Aha, yoxsa kapitanı dəyişiblər? Nə isə, dostum, siz “Şotlandiya” gəmisindən razısınızmı?

      – “Şotlandiya” gəmisi? – Con Manqls daha da təəccübləndi.

      – Məgər bu, “Şotlandiya” gəmisi deyil?

      – Əlbəttə yox! Siz “Dunkan” gəmisində üzürsünüz, – kapitan dedi.

      Bu vaxt Qlenarvan, Elen və Meri də göyərtəyə qalxdılar. Kapitan Manqls Qlenarvanı naməlum adama təqdim etdi:

      – Bu, mister Qlenarvandır. O, “Dunkan”ın sahibidir.

      Qlenarvan naməlum adamla mehribancasına salamlaşdı:

      – Deyəsən, mən sizi tanımıram.

      – Mən indi özümü təqdim edərəm, – naməlum adam dedi. – Adım Paqaneldir, coğrafiya alimiyəm. Araşdırma aparmaq üçün Hindistana gedirəm.

      – Axı biz Hindistana yox, tamam başqa istiqamətə gedirik.

      – Necə? – bayaqdan kefi kök olan Paqanel qışqırdı. – Bu necə ola bilər axı? Məni Hindistanda gözləyirlər. Əgər getməsəm, bu mənim nüfuzuma zərbə olar.

      – Bunda bizim günahımız yoxdur, – Qlenarvan dedi, – axı sizə kim deyib ki, bu gəmi Hindistana üzür.

      – Dayan, dayan, – Paqanel kapitana sarı çevrildi, – dediniz ki, bu, “Şotlandiya” gəmisi deyil?

      – Əlbəttə yox! – kapitan cavab verdi.

      – Aman Allah! – Paqanel dərindən köks ötürdü, – huşsuzluğum məni yenidən bəlaya saldı. Mən fikirli olduğumdan gəmiyə səhv minmişəm.

      Bunu deyib coğrafiya alimi “Dunkan”ın haraya və nə məqsədlə üzdüyünü soruşdu. Qlenarvan hər şeyi olduğu kimi ona danışdı. Paqanel kapitan Qrantın başına gələnlərə təəssüfləndiyini bildirdi:

      – İş ki belə gətirib və mənim Hindistana getmək niyyətim puça çıxıb, onda bu səyahətdə sonadək sizinlə olacağam!

      Paqanelin bu sözləri gəmidəkiləri sevindirdi. Axı o, coğrafiya alimi idi və bu səfərdə onun səyahətçilərə çox köməyi dəyə bilərdi. Beləliklə, “Dunkan”da yaxşı adamların biri də artdı.

      Kapitan Qrantın izi ilə

      “Dunkan” okean sularında qırx iki gün üzdükdən sonra Çiliyə çatdı. Gəmi limanda lövbər saldıqdan sonra Qlenarvan və Paqanel sahilə çıxaraq burada kapitan Qrant və ya “Britaniya” gəmisi ilə bağlı yerli sakinlərdən məlumat əldə etməyə çalışdılar. Amma nə qədər çalışsalar da, heç nə öyrənə bilmədilər. Onlar gəmiyə qayıdıb axtarışların sonrakı marşrutunu dəqiqləşdirməyə başladılar. Qərara gəldilər ki, Kordilyer dağlarını aşaraq Çilidən Argentina ərazisinə adlasınlar. Hamı bu qərarı bəyəndi. İndi bir şeyi dəqiqləşdirmək lazım idi: qarşıdakı uzun, yorucu, bəlkə də, təhlükəli səfərə


Скачать книгу