Skelliq. Дэвид Алмонд

Читать онлайн книгу.

Skelliq - Дэвид Алмонд


Скачать книгу
üstündən uçub qarajımızın başına qonur. Mina yaxınlıqdakı hasarın üstündə oturub. O, balacanın şəklini çəkməyə başlayır, mən yaxınlaşanda isə deyir: “Çıx get. Sən təhlükəsən!”

      Bu vaxt qonşu otaqda qız həqiqətən ağladı və mən oyandım.

      Anam ona layla çalır, balaca isə ciyildəyir və zıqqıldayırdı. Pəncərənin o tayında quşlar civildəşirdi. Anam, nəhayət, uşağı yedizdirdikdən və o sakitləşdikdən sonra mən yerimdən qalxdım, fənəri götürdüm, əlimə keçəni tələsik əynimə keçirdib gizlicə valideynlərimin otağından adladım, əvvəlcə hamama girib aspirin götürdüm, sonra aşağı düşüb arxa qapıdan küçəyə çıxdım.

      İçində yemək olan qablar gizlətdiyim yerdə, zibil yeşiyinin içində idi. Düzdür, üstlərinə köhnə qəzet və bir qucaq alaq otu tökmüşdülər, qutular çevrilmiş və sous, demək olar ki, axmışdı. Qapağın birini araladım. Qırmızı şar sui yapışqan kimi olmuş və donmuşdu. Mən nəmlənmiş kökələri də həmin qaba boşaldıb qaraj tərəfə yollandım.

      – Səfeh, – özümü danlayırdım. – Gör bir nələr uydurmusan!

      Qarajın başında sarı dimdiyini geniş açaraq qaratoyuq oxuyurdu. Şəfəqin ilk şüalarında onun qara lələkləri qızılı və göy rəngə çalırdı.

      Mən fənəri yandırdım, dərindən nəfəs alıb içəri keçdim.

      O dəqiqə künclərdə yenə nəsə xışıldayıb qaçmağa başladı. Kiminsə pəncələri düz ayağımın üstündən addımladı, bu vaxt az qaldı əlimdəkiləri yerə salım. Bufetə çatıb uzaq divara qədər olan məsafəni işıqlandırdım.

      – Yenə sənsən? – o, xışıltılı səslə dilləndi. – Elə bildim getmisən.

      – Sizə bəzi şeylər gətirmişəm.

      O, gözlərini açdı.

      – Aspirin, – izah etdim. – Bir də iyirmi yeddi və əlli üç. Yaz kökəsi və donuz ətindən şar sui.

      – Sən göründüyün qədər də səfeh deyilsən… .

      Mən bufetin üstündən əyilib plastik qutunu ona uzatdım. O, qutunu götürəndə əlləri əsməyə başladı, mən yeməyi geri çəkəsi oldum.

      – Gücüm yoxdur, – yenə xışıltılı səslə dedi.

      Birtəhər bufetin o tərəfinə keçdim. Çöməlib oturdum. Ağzıaçıq qutunu ona yaxın uzadıb yeməyin üstünə işıq saldım. O, barmağını ora soxdu, yaladı və zarıldadı. Barmağını yenidən yeməyə soxdu və sousun içində olan paxla zoğunu dartıb çıxartdı. Dilini uzadıb barmağının ucundakını onun üstünə qoydu və ağzını marçıldatdı. Sonra o bu üsulla ət tikələrini, göbələkləri tutub ağzına atmağa başladı. Qırmızı sous dodaqlarından çənəsinə, oradan da qara pencəyinin üstünə axırdı.

      – A-a, – o zarıyırdı. – O-o-o…

      Yəqin, məhəbbətdən belə zarıyırlar. Yaxud da ki ağrıdan. Bəlkə, həm ondan, həm də bundan. Mən qutunu daha yaxına uzatdım.

      O elə hey barmağını ora soxur, yalayır, sorur, ağzını marçıldadır və zarıyırdı.

      Sorduğu barmaqları sosiska kimi şişmişdi.

      – Aspirini bura qoy.

      Mən sousun içinə iki həb qoydum. O, dərhal onları götürüb uddu.

      O saat da gəyirməyə başladı. Əlləri aşağı, dizlərinə tərəf uzandı. Başı tappıltı ilə arxaya düşdü.

      – İyirmi yeddi və əlli üç, – o pıçıldadı. – Tanrıların yeməyi.

      Mən qutunu yerə qoyub onun üzünə işıq saldım. Solmuş sifəti qırışmışdı, çat-çat di. Çənəsindən bir neçə nazik, rəngsiz tük çıxmışdı. Laxtalanmış qanı xatırladan sous dodaqlarında quruyub qalmışdı. Ondan toz, köhnə paltar və kəskin tər iyi gəlirdi.

      – Baxıb doydun? – o xışıldadı.

      – Siz hardan peyda olmusuz?

      – Heç yerdən.

      – Tezliklə buranı təmizləyəcəklər. Onda siz neyləyəcəksiniz?

      – Heç nə.

      – Siz neylə…

      – Heç nə, heç nə. Bir daha – heç nə.

      Yenə gözlərini yumdu.

      – Aspirini burda qoy.

      Mən qapağı açdım, dərman şüşəsini yerə qoydum. Yerdə bərk kürəciklər var idi. Birini götürdüm, işıq saldım. Xəz və dəri ilə örtülmüş xırda sümüklər idi.

      – Nə baxırsan?

      Kürəcikləri yerə atdım.

      – Elə-belə.

      Qaratoyuğun səsi getdikcə daha bərk gəlirdi.

      – Bacıma baxmaq üçün həkim gəlir. İstəyirsiniz bura gətirim?

      – Həkim-zad lazım deyil. Heç kim lazım deyil.

      – Siz kimsiniz?

      – Heç kim.

      – Sizə necəsə kömək edə bilərəm?

      – Yox.

      – Bacım çox xəstədir. Hələ lap südəmərdir.

      – Körpələr! Əmziklər, fırtıq, göz yaşları, selik.

      Mən ah çəkdim. Söhbətimiz dalana dirənmişdi.

      – Mənim adım Maykldır. Sizə yenə nəsə gətirim?

      – Heç nə. İyirmi yeddi və əlli üç.

      O, yenə gəyirdi. Ağzı qoxuyurdu. Özü də bu təkcə Çin yeməyinin yox, daim qidalandığı leşlərin, milçəklərin, hörümçəklərin qoxusu idi… Birdən onun boğazında nəsə quruldadı, o, böyrüüstə əyildi, sanki indicə qusacaqdı. Yıxılmasın deyə onu tutdum. Belində nəsə əyrilik, sanki möhkəm bir şey var idi. O çox bərk gəyirdi. Çalışırdım nəfəs almayım, çünki qoxu dözülməz idi. Amma əlimi belində gəzdirib o biri tərəfdə də nəyinsə qabardığını hiss etdim. Elə bil pencəyin altında daha bir cüt qatlanmış əl vardı. Lakin onlar elastik idi, mənə elə gəldi ki, indicə açılıb düzələcəklər.

      Xoşbəxtlikdən o qusmadı. Yenidən arxaya çəkildi və mən divara rahat söykənə bilsin deyə əlimi çəkdim.

      – Sən kimsən? – soruşdum.

      Qaratoyuğun səsi lap bərkdən gəlirdi.

      – Heç kimə demərəm, söz verirəm.

      O, əlini qaldırdı, mən fənərin işığında diqqətlə ona baxmağa başladı.

      – Mən kiməm? Demək olar ki, heç kim. Ancaq daha çox Artram, – o, səssiz güldü. – Artr İt. Artrit. O, sümükləri məhv edir. Əvvəlcə səni daşa döndərir, sonra isə daşı toza.

      Mən onun əllərinin şişmiş barmaqlarına toxundum.

      – Bəs belinizdəki nədir?

      – Pencək, bir az mən, qalanı isə artrit.

      Mən yenidən belindəkinə toxunmaq üçün


Скачать книгу