Yalama. Ариф Алиев

Читать онлайн книгу.

Yalama - Ариф Алиев


Скачать книгу
içərdim. Elə bil qarnında ocaq qalayırlar, səni içəridən qızdırmağa başlayır…

      Hamı udqundu, amma heç kim cavab vermədi.

      Nəhayət, binadan ortaboylu, arıq bir kornet çıxdı və bizim əhatəmizə düşüb sual dolu baxışlarımızla üzləşəndə inildədi:

      – A kişilər, insafınız olsun, əvvəl, heç olmasa, bir stəkan çay verin…

      Biz onu az qala qucağımızda yeməkxanaya apardıq.

      Həmin axşam kornet çox maraqlı şeylər danışdı. Ən yaddaqalanı isə Xankəndi uğrunda döyüş oldu, çünki özü bu döyüşdə iştirak etmişdi.

      – Bayram günü alçalı qovurmaynan plovdan, şəkərbura-paxlavadan yeyib, kəlləni atıb yatmışdıq. Gecənin bir vaxtı səsə oyandım. Əvvəl elə bildim, vəziyyət xarabdır. Mənim beləliyimə baxmayın, yemək gələndə masadan qoparmaq olmur, sonra əziyyətini çəkirəm. Gördüm, yox, kişnəyən qarnım deyil, bayırda atlardır. Amma yuxum qaçmışdı. Durub həyətə çıxmaq istədim ki, bir az gəzişim, yüngülləşim. Bu vaxt uzaqdan atışma səsləri eşidildi. Həyəcan siqnalı verildi. Ermənilər toplarımız yerləşən məntəqəyə gözlənilmədən hücum etmişdilər. Gözlənilmədən deyirəm, çünki bir neçə saat əvvəl bizimlə bir yerdə Novruzu bayram edirdilər. Hətta keşiş şəhərin hörmətli ermənilərini başına yığıb qarnizon rəisi Əmənulla xan Qacarı təbrikə gəlmişdi. Nə isə… Düşmənə ələ keçirdiyi mövqedə möhkəmlənməyə, topların ağzını kazarmalara tərəf çevirməyə imkan vermək olmazdı. Süvarilərimiz bir həmlə ilə mövqeni geri aldılar. Ermənilər topçularımızı qırmışdılar, amma biz də orada qala bilməzdik. Bir tərəfdən qaranlıq, o biri tərəfdən qatı duman ermənilərin manevrlərini görməyə imkan vermirdi. Topların açarlarını çıxarıb özümüzlə götürdük və kazarmalara doğru çəkildik. General-mayor Qacarın əmri ilə piyadaların cinahlarında müdafiə mövqeyi tutduq. Yarım saat keçməmiş ermənilərin dörd tərəfdən güclü hücumu başladı. Düşmən sayca çox idi, bizi sıxışdırırdı. Yavaş-yavaş səhər açılır, duman çəkilirdi, amma qarışıqlıq yaranmışdı və bu qarışıqlıqda ermənilərin harada, bizimkilərin harada olduğunu dəqiq müəyyənləşdirmək çətindi, bəzən özün-özününkülərin atəşi altına düşürdün. Patronu qurtaranlar süngülərini taxırdılar, çox yerdə əlbəyaxa döyüş gedirdi. Belə şəraitdə süvarilər üstünlük əldə edirlər. Erməni atlıları isə bizdən az deyildilər. Bu vaxt erməni əsgərlərinin ön dəstəsinin yaxınlıqdakı kazarmaya soxulduqlarını və oradan darta-darta üç silahsız əsgərimizi çıxardıqlarını gördüm. Onları divara dirədilər. Erməni komandiri atdan endi və qılıncını çəkib irəli yeridi, ona nəsə deyən, görünür, mane olmaq istəyənlərə əhəmiyyət vermədi. Qan beynimə sıçradı. Nə olacağını fikirləşmədən atın başını çəkdim. Zabit üçüncü əsgərimizi də çapmağa imkan tapmamış qılıncı onun təpəsinə endirdim və çaparaq yanından keçdim. Arxadan ermənicə «Aleksan spanum», «komandir spanum» qışqırıqlarını eşitdim.

      – «Spanum» nədir? – deyə içərişəhərli Cəbrayıl bəy soruşdu. Kornetin əvəzinə Cavaxetiyada böyümüş Parmen cavab verdi:

      – «Spanum» – öldürüldü, cəhənnəmə göndərildi! Yəni moklulia[8]!

      Kornet təəccüblə gürcü zabitinə baxdı, təsdiq əlaməti olaraq başını tərpədib sözünə davam etdi:

      – Bəxtimdən dalımca atılan güllələr məni tutmadı, vıyıltı ilə yanımdan, başımın üstündən keçdi. Vəfalı atım məni bu qovğadan da çıxardı, ancaq özünü yaraladılar. Ermənilərin arasına çaxnaşma düşdü. Onlar Aleksanın meyitini atına çullayıb ruhlanmış döyüşçülərimizin həmlələri qarşısında geri çəkilməyə başladılar. Gecə 2-də başlayan döyüş səhər 6-da bitdi. Ətraf tam işıqlaşanda dəhşətli mənzərənin şahidi olduq. Xankəndi qarnizonundan yarısı qalmışdı. Ermənilərin itkiləri xeyli artıq idi.

      – İndi Xankəndi bizdədir? Burda müxtəlif şayiələr gəzir… – kornet sözünü bitirən kimi mən hamımızı maraqlandıran sualı verdim. Hər deyilənə inanmasaq da, iki gündə camaatdan eşitdiyimiz ziddiyyətli xəbərlər ürəyimizə şübhə xalı salmışdı.

      – Bizdə olmağına bizdədir. Amma vəziyyət dəyişə bilər. Hər şey ondan asılıdır ki, birinci kimə kömək yetişəcək: Zəngəzur tərəfdən ermənilərə, yoxsa Ağdam tərəfdən bizimkilərə.

      Qərargah rəisinin yavəri başını yeməkxananın açıq qapısından içəri salıb bütün zabitlərin Səlimovun yanına çağırıldığını dedi.

      İkimərtəbəli binanın birinci mərtəbəsindəki zal adamla dolu idi. Səlimov qabaqda dayanıb bizə baxır, çağırılanların toplaşmasını gözləyirdi. Zabitlərimiz ona pərəstiş edirdilər: kim 38 yaşında general olmaq istəməz? Amma Həbib bəy təkcə rütbəsinə və tutduğu vəzifəyə görə yox, həm də savadına görə böyük hörmətə layiq idi. O, orduda ali hərbi təhsil görmüş barmaqla sayılası zabitlərimizdəndi, hərb elmini və döyüş texnikasını gözəl bilirdi. Çox ağıllı gözləri, məğrur, adamın qəlbinə nüfuz edən baxışları vardı. Sanki bir nəzərlə qarşısındakının kim, nəyə qadir olduğunu müəyyənləşdirməyə çalışırdı. Amma bu baxışlarda zərrə qədər təkəbbür, soyuqluq görməzdin, əksinə, narahatlıq və qayğı hiss edərdin. Həbib bəyi əsgərlərin necə xidmət etdiyi ilə yanaşı, nə geydiyi, nə yediyi, harada yatdığı da maraqlandırırdı. Nazirlikdə ən yüksək mövqelərdən birini tuturdu, eyni zamanda heç vaxt «kabinet generalı» olmamışdı. Mən özüm Səlimovu döyüşdə görməmişdim, ancaq daha təcrübəli zabitlər onu qətiyyətli, cəsur, tələbkar komandir kimi tərifləyirdilər. Bilirdim ki, 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində mərdliklə vuruşub, müstəqil Azərbaycan Ordusuna ən böyük iki hərbi zəfərdən birincisini Muğan-Lənkəran səfərində məhz o qazandırıb. Ordunun ikinci uğuru isə general-mayor Cavad bəy Şıxlinskinin rəhbərliyi altında 1919-cu ilin sonunda həyata keçirilən və Zəngəzurun Azərbaycana qaytarılması ilə nəticələnən Dığ əməliyyatı hesab olunurdu. Fəxrlə təkrar deyə bilərəm ki, həmin əməliyyatda mən də iştirak etmişdim…

      Hamı yığışanda Səlimov sözə başladı:

      – Cənab zabitlər! Mənim sizi bura toplamağım onun üçündür ki, qarşımızdakı çətin vəzifənin məsuliyyətini hər birinizin dərk etdiyinə əmin olum. Bu çox vacibdir, çünki siz eyni məsuliyyəti əsgərlərinizə də aşılamalısınız. Şuşa qubernatoru Sultanovdan və dəstə rəisi general-mayor Novruzovdan məktub almışam. Yazırlar ki, Bağırbəyli istiqamətində müsəlman kəndləri tutulandan sonra Zəngəzur erməniləri ilə Dağlıq Qarabağ ermənilərinin birləşməsinə heç nə mane olmur və bu baş verərsə, Şuşa ilə Xankəndi son dərəcə kritik vəziyyətə düşəcək. Hər an hücum gözləyirlər, bizdən kömək istəyirlər. Kəşfiyyat məlumatlarına görə, daşnak generalı Dro Zəngəzurda 7 min partizan toplayıb. Gorusda polkovnik Qazarovun rəhbərliyi altında nizami piyada alayı hazır dayanıb. Əsgəran ətrafında Dəli Qazarın güclü dəstəsi mövqe tutub. Bizsə hələ hazırlıqlarımızı yekunlaşdırmamışıq, lazımi qədər qüvvə toplamamışıq. Ancaq şəraiti qiymətləndirdikdən və məsləhətləşdikdən sonra qərara gəldik ki, hərəkətə


Скачать книгу

<p>8</p>

Cürcücə: «Öldürüldü».