Kataloniyanı Xatırlarkən. Джордж Оруэлл

Читать онлайн книгу.

Kataloniyanı Xatırlarkən - Джордж Оруэлл


Скачать книгу
qüvvələrin ən geniş yayılmış şüarlarından biri "No pasaran!" idi. "No pasaran" ispan dilindən tərcümədə "Keçə bilməyəcəklər!" deməkdir. Könüllü döyüşçü Oruell silahı ilə düşmənin qabağını ala bilməsə də, qələmi ilə yalanların, pislikərin keçməsinə, dünyaya yayılmasına əngəl olmağa çalışmışdı.

Vilayət QuliyevAvqust, 2017, Budapeşt

      I

      Könüllülər dəstəsinə yazılmamışdan bir gün əvvəl Barselonadakı Lenin kazarmalarında italyan gənclə tanış oldum.

      Qərargah masasının önündə 25-26 yaşlarında, enlikürəkli, kürən saçlı cavan oğlan dayanmışdı. Dəri pilotkasını dəlisov əda ilə başının bir tərəfinə sürüşdürmüşdü. Çənəsini sinəsinə sıxıb yanakı dayanmışdı. Gözlərindəki heç bir şey anlamadığı aydın sezilən ifadə ilə zabitin masa üstündə qoyub getdiyi xəritəyə baxırdı. Sifətində adamı özünə çəkən hansısa qəribə ifadə vardı. Qarşımdakı heç nə fikirləşmədən kimisə öldürməyə hazır olan, yaxud eyni yelbeyinliklə həyatını başqasının yolunda qurban verməyə hayıfsılanmayan adamın sifəti idi. Adətən anarxistləri belə təsvir edirlər. O isə yəqin ki, kommunist idi. Görünüşündən qətiyyət və amansızlıq oxunurdu. Üstəlik gəncin üzündə dərin savad yiyəsi olmayanların bilik və qabiliyyət baxımından özlərindən üstün saydıqları insanlara duyduqları hörmət ifadəsini də oxumaq mümkün idi. Aydın görünürdü ki, xəritədən başı çıxmadığından bu işin çox böyük ağıl tələb etdiyini düşünür. Səbəbini bilmirəm, amma mənə elə gəldi ki, indiyə qədər həyatımda ilk andan bu qədər xoşuma gələn ikinci insana təsadüf etməmişdim. Təbii ki, söhbət qadınlardan getmir. Masa arxasında oturanların hansınınsa qəfil replikasından əcnəbi olduğum aşkara çıxdı. İtalyan başını qaldırıb cəld soruşdu:

      –Italiano?

      –No, Ingles. Y tu?

      –Italiano1

      Çıxışa yönələndə mənə tərəf bir addım atıb əlimi bərk-bərk sıxdı. Qəribə işdir! Heç gözləmədiyin halda tamamilə yad adama bu qədər rəğbət duyursan! Məndə elə təəssürat yaranmışdı ki, sanki qəlblərimiz bizi ayıran dil və ənənə uçurumunu adlayaraq bir bütöv halında birləşib. Özümün də qarşımdakı damın qəlbinə yatdığıma inanmaq istəyirdim. Eyni zamanda italyanla ilk tanışlığın yaratdığı təəssüratı həmişəlik yadda saxlamaq üçün onunla bir daha görüşməməyin zəruriliyini də anlayırdım. Təbii ki, bir daha görüşmədik. İspaniyada belə ani tanışlıqlar adi hal idi.

      İtalyan barədə yaddaşıma çox möhkəm həkk olunduğundan belə ətraflı danışdım. Əzik hərbi forma geymiş bu cavan oğlan üzünün həssas, eyni zamanda sərt ifadəsi ilə gözlərim önündə dövrün həyəcanlı ruhunun təcəssümünə çevrildi. Müharibənin həmin çağı haqqındakı xatirələrim – Barselona üzərində dalğalanan qırmızı bayraqlar, köhnə-kürüş geyimli əsgərləri cəbhəyə aparan uzun qatarlar, savaş acıları içərisində yaşayan boz, cansıxıcı cəbhəyanı şəhərlər, dağlardakı soyuq, nəm və çirkli səngərlər gözlərim önündə canlanır.

      Bu 1936-cı ilin dekabrında, yəni təxminən yeddi ay əvvəl olmuşdu. Lakin nədənsə məndə elə təsəvvür vardı ki, sanki görüşümüzün üstündən xeyli vaxt keçib. Sonrakı hadisələr 1935, hətta 1905-ci ildən yaddaşımda ilişib qalanlarla müqayisədə bu epozodu xatirimdən tamam sıxışdırıb çıxarmışdı. İspaniyaya qəzetlərə məqalə yazmaq kimi qeyri-müəyyən niyyətlə gəlmişdim. Sonra özüm də gözləmədən könüllülər dəstəsinə qoşuldum. Çünki həmin dövrün ab-havasına baxanda bu yeganə düzgün addım idi.

      Kataloniyada gerçək hakimiyyət hələ də anarxistlərin əlində idi. İnqilab özünün yüksəliş dövrünü yaşayırdı. Lap əvvəldən burada olanlar dekabr, yaxud yanvarda inqilab əhvali-ruhiyyəsinin başa çatacağını düşünə bilərdilər. Birbaşa İngiltərədən gələn adamın nəzərində isə Barselona hələ də qeyri-adi və cazibədar şəhər təsiri bağışlayırdı. Hakimiyyətin fəhlələrin əlində olduğu bir şəhərdə ilk dəfə yaşayırdım. Demək olar ki, bütün iri binalar müsadirə edilmiş, ya kommunistlərin qırmızı, ya da anarxistlərin qara-qırmızı bayraqları ilə bəzədilmişdi. Divarlara oraq-çəkic rəsmi çəkilmişdi, əsas siyasi partiyaların adları yazılmışdı. Kilsələr dağıdılmış, müqəddəslərin şəkilləri tonqallarda yandırılmışdı. Gah orada, gah da burada şəhəri gəzib kilsələri uçuran fəhlə dəstələri gözə dəyirdi. Bütün dükan və kafelərdə onların ümumiləşdirildiyini bildirən elanlar asılmışdı. Hətta yeşiklərini ənənəvi qırmızı-qara rənglə boyamış çəkməsilənlər də özləri ilə o yan bu yana daşıdıqları iş müxəlləfatının ümimləşdirildiyini deyirdilər. Xörəkpaylayanlar və satıcılar müştərinin düz gözünün içinə baxır, onlarla tay-tuş kimi davranırdılar. Yarınmaq bildirən, hətta hörmət ifadə edən sözlər müvəqqəti də olsa, lüğətdən çıxarılmışdı. Daha heç kəs müraciət edərkən “sinyor”, yaxud “don” sözünü işlətmirdi. Hətta “siz” də demirdilər. Hamı bir-biri ilə “sən”lə danışır, “yoldaş” -deyə çağırırdı. “Buenos dias”2 əvəzinə sadəcə “Salud!”3 deməklə kifayətlənirdilər.

      Ofisiantlara çay pulu vermək qanunla qadağan olumuşdu. Elə gəldiyim gün bununla bağlı ilk dərsimi aldım. Mehmanxananın müdiri lift xidmətçisinə xırda pul vermək istədiyimə görə abrımı ətəyimə bükdü. Şəxsi avtomobillər müsadirə edilmişdi. Taksi, tramvay və digər nəqliyyat növləri də qara-qırmızı rənglə boyadılmışdı. Hər tərəfdə inqilabi plakatlar gözə dəyirdi. Onlar divarlarda qırmızı və göyümsov alov dilləri kimi işıq saçırdılar. Tək-tük yerdə qalmış reklam lövhələri plakatlarla müqayisədə çirkli ləkələri xatırladırdı. Müxtəlif səmtlərə gedən insan kütlələri şəhərin mərkəzi küçəsini-Ramblası doldurmuşdu. Gecə yarıdan ötənə kimi radiodan inqilabi mahnılar səslənirdi. Lakin ən qəribə şey kütlənin görünüşü idi. Adamların paltarlarına baxanda şəhərdə daha bir nəfər də imkanlı şəxsin qalmadığını düşünmək olardı. “Abırlı” geyinənlər yalnız tək-tük qadınlar və xaricilər idi. Qalan hamı sadəcə iş paltarında gəzirdi. Onları ya göy rəngli kombinezonlarda, ya da könüllülərin geydikləri hərbi formalardan birində görmək olardı. Qeyri-adi mənzərə olduğundan həyəcansız baxmaq mümkün deyildi. Gördüklərimin çoxu mənə anlaşılmaz təsir bağışlayır, hətta xoşuma gəlmirdi. Mən hər şeyin zahiri ilə daxili mahiyyəti arasında uyğunluğun olmasına inanan insanlardanam. Burjuyların qaçıb dağıldıqları, yerdə qalanların məhv edildiyi, yaxud qorxudan fəhlələrin tərəfinə keçdiyi proletar dövlətində yaşadığıma əmin idim. O vaxt heç ağlıma da gəlməzdi ki, burjuyların çoxu sadəcə gizləniblər. Yaxud zamanlarını gözləyərək özlərini proletar kimi qələmə verirlər.

      Müharibənin nəhs havası da hər yerdə hiss etdiyim bu yenilik duyğusuna qarışmışdı. Şəhərin görkəmi tutqun və səliqəsiz idi. Evlərin, yolların təmirə ehtiyacı vardı. Hava hücumundan qorunmaq məqsədi ilə gecələr küçələri çox pis işıqlandırırdılar. Mağazaların piştaxtaları həmişə yarıboş


Скачать книгу

<p>1</p>

-İtalyansan?

–Yox, ingilisəm. Siz də?

–İtalyanam (İsp.)

<p>2</p>

Sabahını xeyir (İsp)

<p>3</p>

Salam (İsp)