Nilsin vəhşi qazlarla səyahəti. Selma Lagerlof

Читать онлайн книгу.

Nilsin vəhşi qazlarla səyahəti - Selma  Lagerlof


Скачать книгу
qədər məsafə qalmışdı, amma bu qaz da onun əlindən ucuz qurtuldu.

      O uçub yox olan kimi, dördüncü qaz gözə göründü. O elə alçaqdan, elə pis uçurdu ki, tülkü Smirre onu heç bir əzab-əziyyətsiz tutacağını zənn etdi. Amma bu dəfə o uğursuzluqdan qorxduğuna görə qazı tutmaq üçün cəhd etmədi. O qazın sakit uçmasına şərait yaratmaq qərarına gəldi. O da başqa qazların uçduğu istiqamətdə uçurdu. Amma o gəlib düz Smirrenin üzərindən uçanda elə bir alçaq məsafədən uçdu ki, Smirre şirnikləndi və özünü saxlaya bilmədi. Tülkü elə hündürə tullandı ki, quyruğu ilə qaza toxundu da. Amma qaz cəld bir hərəkətlə yön dəyişdirdi və həyatın xilas etdi.

      Smirre nəfəsini dərib özünə gəlməmiş cərgə ilə uçan daha üç qaz gözə göründü. Onlar da digər qazlar kimi həddən artıq alçaqdan uçurdular, Smirre onları tutmağa cəhd etsə də, əvvəlki hallarda olduğu kimi bu dəfə də cəhdi bir nəticə vermədi.

      Bundan sonra beş qaz daha uçaraq gəldi, amma bu qazlar başqalarından daha yaxşı uçurdular. Düzdür onlar da Smirreni şinikləndirən hərəkətlər edirdilər, amma tülkü bu dəfə özünü saxlayıb tullanmadı. Uzun müddət aradan sonra səmada tənha bir qaz göründü. Bu on üçüncü qaz idi. Bu qaz elə qoca idi ki, tükləri tamam bozarmışdı, bədənində bir dənə də qara ləkə qalmamışdı. Böyük ehtimal o uçarkən yalnız bir qanadından istifadə edə bilirdi. Çünkü onun uçuşu o qədər bərbad, o qədər yavaş idi ki, az qala yerlə sürünürdü. Smirrenin onun üçün havaya hoppanmağa ehtiyacı belə yox idi. O sadəcə olaraq qazın arxasınca qaçır, tullanır və onu düz gölə kimi müşayət edirdi. Amma hətta bu dəfə də o şikarını ovlaya bilmədi. Bu qaz da başqa qazlar kimi xatasız-balasız onun əlindən qurtula bildi.

      Sonuncu on dördüncü qaz ağappaq olduğu üçün çox gözəl görsənirdi. Və o böyük qanadlarını çaldıqca adama elə gəlirdi meşə işıqlanır. Elə parlaq idi bu on dördüncü qazın tükləri… Smirre bu qazı görəndə var gücünü toplayıb o qədər hündürə tullandı ki, başı ağcaqayın ağaclarının budaqlarına toxundu. Amma o bu qazı da tuta bilmədi.

      İndi bir müddət ağacların altında, meşədə sakitlik hökm sürürdü. Adama elə gəlirdi bütün vəhşi qazlar artıq burdan uçub getmişdir.

      Birdən tülkünün yadına öz əsiri düşdü, o başını qaldırıb cavan palıd ağacının budaqlarına baxdı. Bəli elə onun gözlədiyi baş vermişdi-oğlan orada yox idi.

      Amma Smirrenin bu barədə çox düşünməyə vaxtı yox idi, çünki artıq göldən qayıdan ilk qaz budaqların altı ilə asta sürətlə uçurdu. Bugün bəxti heç gətirmirdi, amma Smirre yenə də onun geri qayıtmasına şad idi və o yay kimi gərilib var gücü ilə qazı tutmaq üçün havaya tullandı. Amma tülki vaxtı və istiqaməti düzgün hesablaya bilmədyinindən qazın lap yaxınlığına tullandı, ona toxuna bilmədi. Sonra ikinci qaz gəldi, sonra üçüncü, sonra dördüncü…Beləcə bütün qaz dəstəsi sonda həmin o qoca boz və ağ, parıldayan lələkli qaz olmaqla gəlib onun başının üzərindən uçub keçdilər. onların hər biri həm asta sürətlə həm də alçaqdan uçurdular. Gəlib ona lap yaxınlaşanda isə sanki “ məni tuta bilməzsən”, məni tuta bilməzsən” deyərcəsinə ona çox yaxın uçurdular. Smirre onların arxasınca qaçırdı, bir neçə metr hündürlüyə tullanırdı, amma sona kimi də onlardan heç olmasa birini də tuta bilmədi.

      Bu Smirrenin indiyə kimi yaşadığı ən dəhşətli gün idi. Vəhşi qazlar onun başının üzərindən səyahət etməyə davam edirdilər. Onlar gəlib gedirdilər, bir müddər sonra yenə eyni şey təkrarlanırdı. Bütün günü meşənin başına hərlənən, alman tarlalarında, yaşıl çəmənlərində yeyib yağlanan, kökələn, dadlı vəhşi qazlar. Onlara hətta bir neçə dəfə toxunmuşdu da. Amma heç bir halda öz boş qarnını onların hesabına doyura bilməmişdi.

      Qış hələ yerini yaza tam verməmişdi və Smirrenin yadında yaxınlara kimi gecə-gündüz boş, sərgərdan gəzib-dolaşmağı yadına düşdü, o zaman tülkü boş-boş gəzirdi, qarşısına ovlamaq üçün bir dovşan da çıxmırdı. Siçovullar isə donmuş torpağın altındakı yuvalarında gizlənmişdilər. Toyuqları da fermerlər hinlərə salıb qapılarını bağlamışdılar. Amma qışın aclığı bugünkü səhv hesablamalar qədər çətin gəlmirdi tülküyə. Bu gün onun üçün çox uğursuz keçirdi.

      Smirre heç də cavan tülkü deyildi. Bir neçə dəfə itlər onun dalınca düşmüşdülər, bir neçə dəfə də güllə vıyıltısını düz qulağının dibində hiss eləmişdi. Ovçu tulaları onu təqib edərkən onlardan gizlənib həyəcanla ölümünü gözlədiyi anlar da olmuşdur, öldürülmək təhlükəsi də yaşamışdır bir neçə dəfə. Amma indiyədək yaşadığı heç nə, heç nə bu günkü məyusluqla müqaisə edilə bilinməzdi. Bu gün tülkü hər dəfə vəhşi qazlardan birini buraxanda ölçüyəgəlməz bir məyusluq yaşamışdır.

      Səhər yenidən təqib başlayanda Smirre elə həvəsli görsənirdi ki, qazlar onun bu canfəşanlığını yenidən görəndə təəcübləndilər. Smirre öz yerini biruzə verməyi sevirdi. Onun dərisi parlaq qırmızı rəngdə, sinəsi ağ, burnu qara idi. Özü də şələquyruq idi. Təqibdən sonra tülkünün dərisi rəngini dəyişmişdi, özü qan-tər içində idi. Gözlərinə qaranlıq çökmüşdü. Geniş açılmış ağzından dili eşiyə çıxıb sallanırdı. Ağzından köpük gəlirdi.

      Hətta gunorta vaxtı Smirre elə yorulub əldən düşdü ki, tərpənməyə taqəti qalmadı. Onun gözünə uçan yağlı, dadlı vəhşi qazlardan savayı heç nə görsənmirdi. O yer üzərində gördüyü hər bir kölgəyə hoppanırdı. Hətta bir neçə dəfə yazıq kəpənəklər onun qurbanına çevrildilər.

      Vəhşi qazlar isə ara vermədən elə hey uçuşurdular. Bütün günü Smirrenin əzabı beləcə davam etdi. Onlar Smirrenin bu halına heç acımırdılar. Smirre isə əldən düşmüş, ac-yalavac və məyus halda hələ də hoppanırdı. Onlar yenə yaxından uçur Smirreyə acıq verirdilər, onlar başa düşürdülər də tülkü daha onları görə bilmir, yalnız onların gölgələrinin arxasınca havaya atılır.

      Smirre tamam taqətdən düşüb quru yarpaqların üzərinə zəif və gücsüz halda çökəndə az qala ruhu bədənindən çıxacaqdı. Hə, bax bu zaman qazlar onunla məzələnməyi saxladılar.

      –Hə, cənab Smirre, indi sən bilirsən Kebnekeysdən olan Akkaya yaxın gələnin aqibəti necə olur. Qazlar ona qışqırdılar. Bununla da onlar onu rahat buraxdılar.

      ÜÇÜNCÜ BÖLÜM

      NILSIN FERMAYA MÖHTƏŞƏM SƏYAHƏTI

      Elə bu ərəfədə Skonedə çox söz söhbət yaradan, müzakirələrə səbəb olan, hətta qəzet səhifələrinə belə çıxan hadisələr baş verirdi. Çoxları baş verənlərə inanmaqda çətinlik çəkirdi, çünki bunun uydurma olduğunu sanırdılar, bu axı izahedilməz bir durum idi.

      Hər şey belə idi: Bir dişi dələni Vomb gölünün sahillərində qoz ağacın altında tutdular və onu yaxınlıqdakı fermerin evinə gətirdilər. Bu xəzli quyruğu olan gözəl, balaca heyvanın seyrinə böyüklü-kiçikli ətrafda yaşayan hər kəs yığışmışdı. Dələnin ağıllı seyr edən gözləri, balaca xal-xal ayaqları vardı. İnsanlar bütün yayı onun çevik hərəkətlərinə, məharətlə qoz sındırıb yeməyinə, çıxartdığı müxtəlif oyunlara tamaşa edib əylənirdilər. Onlar çox tez bir zaman


Скачать книгу