Dələduz. Роберт Вальзер

Читать онлайн книгу.

Dələduz - Роберт Вальзер


Скачать книгу
yerdə deyil, məhz bu mətbəxdə sözün əsl mənasında seksərkərdə olmuş və belə demək mümkündürsə daim sıxıntı və acizlik çəkdiyi bir mövzuda, – söhbət erotik səhnədən gedir, – dəbdəbəli bir qələbə qazanmışdı. Ardı isə sizə məlumdur. Yəni bu qələbənin ardından həmin balaca qaşıqlarla sevincdən tullana-tullana dağa dırmaşmışdı ki, tam o əsnada Almaniyanın başqa bir yerində ziddiyyətli düşüncəli adamlar tərəfindən vurulmuş bir intellektual canını təslim etməkdəydi. Yenə də qayıdırıq bu alqışlama, əl çırpma məsələsinə. Yenə də bu məsələ bizə qaranlıq qalmaqdadı. Dələduzun Afərin! Əla! qışqırıqlarını onun səma mavisi nankorluğuna bağışlamaq olar, yəni onun bu qışqırığında yatan bol günəşli düşüncəsizlik, hardasa bizə aydın ola bilər. Axı o bütün bunları niyə edirdi? Yoxsa Rathenaunun ölümü ona uğurlu bir gələcəyin müjdəçisi kimi görünmüşdü? Əlbəttə bu düşüncəyə qapılmaq bəlkə də ona qarşı haqsızlıqdır. Amma etiraf etmək lazımdır ki, dul bir qadının ev əşyaları ilə tarixi əhəmiyyət daşıyan olduqca önəmli hadisələrin bir-birini bu cür davamlı şəkildə tamamlaması olduqca gülünc bir təsir yaradır ki, mən də həmin təsirin altındayam. Həqiqətən diqqətlə baxın. Bir tərəfdə bir qəhvə fincan məsələsi, bir içoğlanın məişət zəminində olduqca şirin görsənən davranışı. Digər tərəfdə isə bütün sivil cəmiyyətimizi silkələyən bir xəbər. Üstəlik bu ziddiyətlərə bir yenisini də əlavə edək. Bizim bu Dələduz və Rathenau şəxsən tanış idilər. Əlbəttə, tanışılıqları irəlidə nazir olacaq şəxsin bu kürsüyə gəlmə-sindən öncəki tarixə aid idi. Belə ki, bu bizim hər an kiməsə vurulmağa hazır olan Dələduzun bradenburq zadəganlığında bir malikanəyə zəngin bir sənayeçinin oğlunu ziyarətə getmişdi. Ziyarətin səbəbi isə Berlinin Postdam meydanında əvvəli və axırı görsənməyən insan və avtomobil selinin ortasında tam təsadüf nəticəsində rastlaşdığı adamın Dələduza yolüstü verdiyi “görüşümə gəlin” vədi olmuşdu. Bəli belə bir məşhur adamın haqqında danışılması belə ikrah oyandıran bir şəxsə görüş təklif etməsi sizə qəribə görsənə bilər. Amma bu tamamilə təbiidir ki, bunu sonra izah edəcəyik. Əlqərəz həmin “görüşümə gəlin” sözündən sonra gerçəkləşən ziyarət əsnasında bu iki şəxs divarları qobelenlərlə örtülü bir otaqda ikindi çayı içmişdilər. Həmin çay zamanı isə insanda bir qədər sayğı oyandıran yaşlı bir xidmətçi həm alman həm də əcnəbi ruhu daşıyan bu qəribə otağa girmiş və bu girişin ardından dərhal da itaətkar bir üslübda bir kölgə kimi sıvışaraq otağı tərk etmişdi ki, onun bu hərəkətindən xidmətçinin həyatda yeganə yaşama və varlıq səbəbinin, yəni bütün varlığının qüsursuz xidmətə həsr olunduğunu, onun bütün yaşayışının xidmət otaqlarındakı mühiti, əhvalı düzgün qiymətləndirməkdən ibarət olduğunu sezmək olardı. İkili isə ruhlarına təravət yayan çayın ardından birlikdə gəzintiyə çıxmış, gəzinti əsnasında adalardan, şairlərdən və buna bənzər ümumi mövzulardan danışmışdılar. İndi isə bu qorxunc və kədərli xəbəri Dələduz “kariyera üçün möhtəşəm son” deyə qarşılamışdı. Əlbəttə xəbər anında Dələduzun başqa şeylər düşünməsi də ehtimaldan kənar deyil. Amma onu mütləq demək lazımdır ki, özündə yunan nəşəsinə bənzər bir şeylər gizlədən, qədim dastanlardakı canlılıqdan parçalar göstərən bu qarşılanmada olduqca qəribə, məchulluq dolu ecazkar bir hal var idi. Bu halı öyrənmək üçün Dələduzun Berlində olarkən bir gün utancaq bir qız uşağı kimi davranmasını yada salaq ki, bəyzadələr toplantısında baş verən bu çəkingənlik zamanı Dələduz xeyli alçalmış, rəncidə olunmuşdu. Əlbəttə, o bu gün həmin utancaqlığı və küskünlüyü bir növ mülayimliklə xatırlayır ki, bu xatırlama da onun bu günlərdə yetişmiş bir adama çevrildiyinin sübutudur. Mənə qalsa Dələduz hər keçən gün özü ilə daha çox barışıq halda yaşamağa öyrəşir. Haqqında danışdığımız həmin bəyzadələr yığıncağında isə Dələduz bir tələskənlik, həddindən artıq cürətkarlıq, tezisinəşənlik etmək kimi bir qəbahətə bulaşmışdı ki, məclisdə iştirak edən bir neçə bəyazdə Dələduzun həddindən ziyadə çılpaq və belə məclislərə yaraşmayan rəsmiyyətini aşağılayıcı bir təbəssümlə qarşılamışdılar. Əgər fantaziyalara yer versəm onlarn bu sarkazm dolu təbəssümünü balaca bir uşağın burnuna vurulan çırtma ilə müqayisə edə bilərəm. Hərçənd belə bir alçaldıcı davranış, bu davranışlardan doğulan təəssürat Dələduzu öldürmədi. Əlbəttə belə kiçik aşağılanmalar, belə kiçik detallar insanı üzüntüdən öldürsəydi daha xoş olardı, ən azından əzabların səbəbkarlarının ölçüləri kiçilmiş olardı. Hər nəysə, indi bütün bunları kənara qoyaraq xidmətçi qız, dizə qondurulan busə və bir şaledə əldən-ələ keçən kitab haqqında söhbətə başlayaq. Müsaidənizlə.

      Şərab işində, xüsusən içmək, ən azı ailəsi üzüm bağlarına ömür vermiş Sanço Pansa kimi mütəxəssis olduğunu vurğulaya bilərik. Şərabın üstün məziyyətlərindən çox şey demək olar. Ən əsası şərabda insana üstünlük, üst bir duyğu verən bir şey gizlidir. Məsələn mən şərab içərkən geridə qalan əsrləri, o zamanlar yaşananları daha rahat anlayıram. Anlayıram ki keçmiş əsrlərin əsas qayəsi indiki zamanın içində bir yer tapmaq cəhdidir. Eləcə də indiki zamanın qayəsi gələcək zamanın içində öz varlığını bir küncə gizlətmək cəhdidir. Bundan əlavə şərab insanı peşəkar ruhşünas edir ki, şərab içən adam da peşəkar ruhşünas kimi hər şeyi ciddiyə alsa da hər şeyə ciddiyə aldığı qədər biganə qalar. Şərabın dostu olmaq çox önəmli bir mövzudur, əgər insan şərab dostudursa o qadınların da yaxın dostu, eyni zamanda onların sevdikləri şeylərin sadiq qoruyucusu olar. Qadın və kişi arasında ən ümidsiz əlaqələr, münasibətlər belə şərab qədəhinə düşüncə birdən-birə tumurcaqlanıb pardaxlanar. Hər yan çiçəklərə bürünər. Şərab üçün yazılmış bütün musiqilərə dərin sayğılarımı çatdırıram. Şərab üçün olan bütün nəğmələr ən gözəl nəğmələrdir. Keçən günlərin birində birisi şərabı qəsd edərək bu bir Datelə yaraşmır dedi. Nəzərinə çatdırım ki, datel orduda çavuşlar üçün istifadə olunan bir adlandırmadır. Bəli mən həmin gündən şəraba qarşı bu sözlərin söyləndiyi evə uzaqdan və soyuq baxışlarla baxıram. Hər baxışda içim ürpərir, diksinirəm. Orduda datel olmaq utanılacaq bir şeydirmi məgər? Məgər bu adamın adına xələl gətirirmi? Düzdür indi elə çağda yaşayırıq ki bütün ierarxiyalaşmalara çox ciddi fikir verilir. Yəni onların mənə belə baxması elə də səhv yanaşma deyil. Amma yenə də adam belə şeylərdən narahat olur. Nəysə, qısası məni diksindirən bu evin bir bağçası var ki, bizim Dələduzun da həmin bağçada öz yorğunluğunu üzərindən atmaq məqsədilə günlər keçirib, özü də nə günlər. Hələ bir səfərində Dələduzun həmin bağçada saçlarının, qarson qızların mərhəmətli əllərinin şəfqətlə gəzindiyi dağınıq saçlarının, lap renessans rəssamlarının işlədiyi uşaq İsanın saçları kimi lülə-lülə tökülərkən görüntüsünü xatırlamaq istəyirəm, bağça onda Dələduzun bu duruşu ilə hansısa monastra çevrilmişdi. Dələduz saçlarını daim səliqəli və təmiz saxlamağa çalışardı və mən indi onun saçlarını yuyularkən təsvir etməkdən özümü saxlaya bilmirəm, necə də gurlayan bir şəlaləni xatırladırdı bu saçlar. Şəlalənin sularının ənsəyə tökülməsi sanki müqəddəs yorğunluqlarda


Скачать книгу