Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. Адорно

Читать онлайн книгу.

Avtoritar şəxsiyyətin necəliyi - Теодор В. Адорно


Скачать книгу
haqqında olan fərziyyələrlə kobud təcavüzkar hərəkətlər haqqında ittihamların qarışdırılmasıdır. Belə ki, məsələn, “yəhudi qanı” haqqında ideya, “irqin ləkələnməsi” qorxusu (“qan” sözünü burada yalnız metaforik mənada anlamaq lazımdır) “donor-yəhudilərin qanı ilə zəhərlənmələr” haqqında isteriyaya qədər gedib çıxır. Eləcə də yəhudilərin növbələrdə qalanları dirsəkləri ilə itələmələrindən tutmuş guya işgüzar münasibətlərdə rəhmsizliklərinə qədər təcavüzkarlıqları haqqında təsəvvürlər yaranır. Bu antisemitizmə məxsus geriləyən “mifik” xüsusiyyət haqqında nəticə çıxartmağa imkan verir. Mənəvi dispozisiyalar bir tərəfdən, anlaşılmaz “yad mentallığın” qarşısında qorxunu zəiflətmək üçün, və digər tərəfdən proyeksiya edilənə reallığın xüsusiyyətləri vermək üçün fiziki reallığa keçir. Ehtimal ki, bu ikinci aid edilmə, bütün antisemitlərin nə üçün istisnasız olaraq yəhudilər xüsusi fiziki əlamətlərə görə tanımaq mümkün olduğunu inadla iddia etdiklərini izah edəcəkdir.

      5067 (analığın ifadə edilmiş xüsusiyyətləri ilə boylu-buxunlu qadın, 48 yaşına uyğun görünür) E və RES şkalaları üzrə yuxarı ballarla qarışıq təsadüfün illüstrasiyası üçün nümunə kimi seçilib. O, yəhudilərin “təcavüzkarlığın” fiziki və psixi aspektlərinin arasında heç bir fərq qoymur:

      “Onların işgüzar münasibətlərində kobud təcavüzkarlığını sevmirəm. Bu hətta təcavüzkarlıqdan da böyük bir şeydir. Onlar həmişə insanları qırağa sıxışdırırlar. Müharibə vaxtı sonsuz növbələrdə dayanmaq lazım olanda neçə dəfə mən əsasən yəhudilərin itələşməyə başladıqlarını müşahidə edirdim. Mən yəhudilərə əsl nifrət hissi bəsləyirəm”.

      Başqa hallarda təcavüzkarlıq haqqında ideyadan onu “sırtıqlıq” kimi sosial mənada xüsusi izah etmək üçün istifadə edirlər: bəzən bu standart danlaqlar arxasında gizlənmiş mexanizmə ötəri baxmaq mümkün olur.

      Güman ki, o, bütünlə orta sinfin nümayəndələrinin yüksək sosial fəallığı ilə kompensasiya edilən çox güclü sosial təcrid olunma hissi ilə bağlıdır. Bu emosional fonda yəhudiləri rəftar sferasının klassik nümayəndələri kimi qəbul edilirlər, ola bilsin ki, onlara hətta paxıllıq edirlər, çünki onlar bir-birini təcrid etməyiblər, əksinə, hər yerdə “əlaqələrə” malikdirlər. Bu ideya həqiqi qrup nümayəndələrinin guya özlərini sıxışdırılmış hesab etdikləri, həmçinin bir növ cəmiyyət barədə təsəvvürü özündə əks etdirən qohum qəbiləliyi ilə sıx bağlıdır.

      Müsahibə alınanlardan sonuncusu belə sözlər tapır:

      “Güman olunur ki, onlar hər şeyi bilirlər, bütün ipləri öz əllərində saxlayırlar. Bu istənilən başqa tərəfin nümayəndələri arasında mövcud əlaqələrdən daha sıx olan qəbiləyə bənzəyir. Onların hər yerdə hər şeyə qadir, hər işi düzgün yerinə yetirə bilən dostları var”.

      Nəticə etibarilə, bizim materialımızda sıxışdırılmış şəhvət əsasında təcavüzkarlıq haqqında stereotipdən əmələ gələn nümunələr var. Fikir yayılıb ki, yəhudilər təmiz xristian əxlaqının miqyasları ilə toxunulmayıblar.

      Əgər yəhudilərin “cəlallı yeməkləri” hələ tənqidə məruz qalmırsa, deməli onda onlara yazılan qarşısıalınmazlıq, seksual sferada nifrət doğuran hissiyyat dözülməz münasibətlə qarşılaşır.

      Bu nöqteyi-nəzər haqqında təsəvvürü F118, yad qruplara olan nifrəti böyük ehtimalla azlıqlardan daha çox işçi təşkilatlara yönəlmiş ictimai təminat sferasından 42 yaşlı tibb bacısı (A-S üzrə orta və RES və F şkalaları üzrə yuxarı ballara malikdir) müsahibəsində verir.

      O, yəhudiyə ərə gedəcəyini ağlına belə gətirmir. Sonra o danışdı ki, həqiqətdə yəhudi ərə getmək imkanı olub. Bir dəfə, yayı evdə keçirmək üçün Nyu-Yorkdan qayıdanda, onun qardaşı ilə bir büroda işləyən çox ziyalı vəkillə tanış olmuşdu. Onun əla təhsili var idi və o, bir neçə xarici dil bilirdi. Onlar dəfələrlə görüşmüşdülər və o üç həftə ərzində tez-tez onu görürdü, o günə qədər, nə vaxt ki, o ona dedi: “mən sizə özündən bir şey danışmaq istəyərdim. Siz mənim ailəmlə tanış olmadınız bu mənim planlarıma daxil deyildi. Ancaq burada mən sizdən soruşmaq istədiyim bir detal var, məhz, siz yəhudiyə ərə getməyə etiraz etməzdiniz?” O dedi ki, onda belə hiss yarandı ki, elə bil ona ağır zərbə vurdular. O yəhudiyə bənzəmirdi, və onun adı da yəhudi adı deyildi, o hətta uşaq xorunda hamı ilə birlikdə ifa edirdi, ona görə o hətta oğlanın yəhudi olmasını fikirləşmirdi. O sadəcə oturub, bir söz demədi – və bu cavab idi. Bu informasiyaya o hələ əlavə etdi ki, işləri pisləşdi, çünki pansionatdan bütün qızlar öyrəndilər ki, o yəhudidir, bu eləcə də işdə məlum oldu və onun üçün pis dönüş baş verdi.

      On il sonra o onu yenidən gördü, və qeyd etdi ki, o daha yəhudiyə oxşamağa başladı, bu halda o əlavə etdi ki, bu ehtimal ki, onun oğlanın yəhudi mənşəli olmasını bilməsi ilə bağlıdır. Hətta yəhudiyə ərə gedib, ona yəhudi-uşaqları doğmaq lazım olmağı fikri belə ona inanılmaz görünür.

      Bu qadının müqaviməti onun tanışının xarakterinin xüsusiyyətləri ilə deyil, sadəcə onun mənşəyi ilə bağlı olmağı diqqətəlayiqdir. Fərz etmək olar ki, bu stereotip şüurda şəhvətə qarşı yönəldilmiş köhnə uşaq tabusunu canlandırdı və yalnız sonra onlar fərdlər kimi yəhudilərə tərəf yönəldildilər.

      İlkin cazibə daha sonra qəbul etməmənin səbəbi olur.

      Aşağıda göstərilən nümunələrdə yəhudilərin qəbilə sədaqəti və onların təcavüzkarlığı barədə danlaqlar haqqında ümumi ideya arasında sıx əlaqə aydın görünür. Burada təsdiq etmək kifayətdir ki, qəbiləyə sədaqət təcavüzkar gəlməni istisna etmək üçün bəraət kimi meydana çıxır, çünki o həmişəlik tanınmasına cəhd etdiklərinin həyatını kədərləndirməyi arzu edən yəhudi olaraq qalacaq. Eyni zamanda bu ideya yəhudi cəmiyyətinin obrazının təsvirini, səmimi, ailəcanlı kimi, görünür, Amerika sivilizasiyasının ənənələrində möhkəm formalaşmış və texnologiya səmərəliliyinin qaydalarına tabe olanlar üçün qadağan edilmiş görünən yad qrup çərçivəsində arxaik yaranma kimi başa çatdırır.

      Yəhudi “qəbiləsinin” gizli cəzbedici gücü M102-nin (bütün şkalalar üzrə yuxarı ballar toplayıb) fikirlərində görünür:

      “Mənim məktəbdə tanıdığım Yəhudi uşaqları məşhur yəhudi sahibkarlarının oğul və qızı idilər və onlar əlbir idilər. Bunu necə dəyişdirmək mümkün olduğunu demək çətindir. Görünür, başqa insanların düşündükləri onları tamamilə maraqlandırmır. Bu onların təbii xasiyyətinin xüsusiyyətidir. Onları işgüzar həyatdan sıxışdırmağa çalışmaq düzgün olmazdı, çünki onlardan bəziləri ölkəmizin ən hiyləgər biznesmenlərdirlər. Onlardan əksəriyyəti yaxın vaxtlarda Almaniyadan gəliblər və mən güman edirəm ki, tezliklə onlar geri qayıdacaqlar. Bu insanların bəziləri fövqəladə zirəkdir, onlar hamısı yumruq kimi dayanırlar, həmişə öz kapitallarını artıraraq, ticarətdə müvəffəqiyyət qazanırlar. Almaniyada almanlara yəhudi-biznesmenlər lazım olacaqlar, onlar bütün pulları yığacaqlar və orada biznes quracaqlar. (Siz qadın-yəhudilər haqqında nə düşünürsünüz?) Onlardan bəziləri çox cazibədardır,


Скачать книгу