Mavi Qatarın sirri. Агата Кристи
Читать онлайн книгу.Lap başımı itirmişəm. Yəqin, heç olmasa, sən sonadək mənə arxa olacaqsan, hə?
Mirel azca fikrə getdi. Sonra gülüb dedi:
– Mən sənə yaxşı yol göstərdim. Dediyimi eləməsən, borclu olduğun adamlar səni məhv edəcək. Məhv olmasan da, dilənçi halına düşəcəksən. Bu isə elə ölümə bərabərdir. Onda sən mənim nəyimə lazımsan ki?!
Ürəkdən sevdiyi qadının sözləri Derekə pis təsir etdi. Mireli acıqla süzdü. Sonra şlyapasını, paltosunu götürüb güllə kimi otaqdan çıxdı.
Yolboyu çox düşündü. Axırda qərara aldı ki, bu vəziyyətdə ən yaxşısı səbirli olmaqdır. Gəzə-gəzə turist şirkətlərindən birinə gəlib çıxdı. Fransaya bilet sifariş elədi.
– Ayın neçəsinə, cənab? – şirkət işçisi soruşdu.
– On dördünə. Ən yaxşı qatar hansıdır?
– Əlbəttə, ən yaxşısı «Mavi qatar» dır.
Derek başı ilə razılığını bildirdi. Bileti alıb cibinə qoydu. Geri çevrilmək istəyəndə az qaldı bir xanımla toqquşsun. Amma onu bu yox, başqa şey təəccübləndirdi. Derek bu gün həmin xanımı artıq ikinci dəfə görürdü. Birinci dəfə van Aldinin otağından çıxanda, ikinci dəfə isə indi.
Derek xanıma üzrxahlıq edib şirkətdən çıxdı. Birbaşa evə gəldi. Otağına keçib kürsüsündə oturdu. Çox qəmgin idi. Düşdüyü vəziyyətə gah acıyır, gah da gülürdü. Bu vaxt qulluqçu içəri girdi. Bildirdi ki, Nayton adlı bir nəfər onu görmək istəyir.
– Nayton? – Derek yerində qurcalanıb öz-özünə pıçıldadı. – Xeyir ola, onu bura nə gətirib?
– İçəri dəvət edimmi, cənab? – qulluqçu soruşdu. Derek başının işarəsi ilə razılıq verdi.
Bir dəqiqədən sonra artıq Nayton içəridə idi. Derek onun əsəbi olduğunu hiss etdi.
– Deyəsən, mənim yanıma gəlmək xoş deyil… – Derek gülümsündü.
– Hə, – Nayton sərt tonda dedi. – Kaş ki van Aldin sizin yanınıza başqa adam göndərəydi.
– Yaxşı, onda burada çox qalmamaq üçün gəlişinizin məqsədini deyin, – Derek Naytonun ona qarşı əsəbi münasibətinin səbəbini bilməsə də, nəzakətlə dedi.
– Cənab van Aldin məni sizin yanınıza bir təkliflə göndərib. Əgər siz Rutla boşanmağa razılaşsanız, cənab van Aldin sizə yüz min funt-sterlinq verəcək.
Hər ikisi susdu. Derekin qaşları çatılmışdı. Yüz min funt-sterlinq böyük puldur. Bu pul əylənmək, gəzib-dolaşmaq üçün Derekə xirtdəyəcən bəs edərdi.
– Əgər mən bu gözəl təklifi qəbul etməsəm, necə olar? – Derek istehza ilə Naytondan soruşdu.
– Cənab van Aldin dedi ki, təklifi qəbul etməsəniz, sizin üçün çox pis olacaq.
– Hə, hə, o bunu bacarar. Axı onun pulunun nə sayı var, nə hesabı. Amma get o sarsaq qayınatama de ki, rədd olsun onun özü də, təklif etdiyi rüşvət də! Aydındırmı?
– Aydındır! – Nayton bunu deyib getdi.
QATARLA SƏYAHƏT
Beləliklə, ayın on dördü gəlib çatdı. Rut və qulluqçusu artıq «Mavi qatar» da yerlərini tutmuşdular. Qatarın tərpənməsinə hələ bir qədər vardı. Rut birdən pəncərədən atasını gördü. Tez qatardan düşüb onun boynuna sarıldı:
– Atacan, bəs demişdin məni yola salmağa gələ bilməyəcəksən?
– Hə, qızım, demişdim. Vacib iclas vardı, – van Aldin Rutu qucaqlayıb dedi, – amma yüz elə iclas qurban olsun sənə. Heç nə səndən vacib deyil.
Rut atasının bu qayğıkeşliyindən kövrəldi:
– Səndən yoxdu, ata!
Qatarın fit səsi eşidildi. Ata-bala yenidən qucaqlaşdılar. Rut vaqona qalxdı. Qatar tərpəndi. Rut vaqonun geniş dəhlizində dayanmışdı. Birdən yanında duran qadına diqqətlə baxmağa başladı. İlk baxışdan bu alagöz xanım onun ürəyinə yatdı. Belə adamla dərdləşmək, ona ürək açmaq olardı. Rut gülümsünüb əlindəki jurnalı vərəqlədi. Amma fikri başqa yerdə idi. «Həyatımda hansı xoşbəxtliyi görmüşəm? – O, fikrindən keçirirdi: ‒ Axı onsuz da heç kim heç nə bilməyəcək. Belə isə niyə də xoşbəxt olmamalıyam?!» Bir az sonra Rut vaqon-restorana getdi. Orada boş yer tapmaq çətin idi. Ofisiant onu tək oturmuş bir qadının masasında əyləşdirdi. Təsadüfə bax, bu, Rutun vaqonda gördüyü alagöz xanım idi.
Rut atasıyla vidalaşdığı zaman yanında gülərüzlü bir qadının durduğunu gördü. İlk baxışdan bu alagözlü qadın onun ürəyinə yatmışdı.
Onlar bir-birinə ötəri gülümsədilər. Çox keçmədi ki, xörəkpaylayan hərəsinin qabağına bir qab şorba qoydu. Yemək bitəndən sonra çay gəldi. Aralarındakı sükutu alagöz xanım pozdu:
– Xanım, bağışlayın, ola bilər sualım sizə ədəbsiz görünsün. Amma soruşacağam: mənə elə gəlir ki, siz nə barədəsə dərin həyəcan keçirirsiniz, elədirmi?
– Siz tamamilə haqlısınız, – Rut köks ötürüb təsdiqlədi, – başağrısı olmasaydı, hətta niyə həyəcan keçirdiyimi də deyərdim. Çünki ilk baxışdan siz mənə doğma bir adam kimi göründünüz.
Bu qadının adı Katarina idi. Onun otuz üç yaşı vardı. On il yaşlı və kimsəsiz bir qadının qulluqçusu olmuş, onun nazı ilə oynamışdı. Həmin qadın öləndə bütün varidatını Katarinaya bağışlamışdı. İndi isə Fransada yaşayan xalası qızı ledi Tomplingilə gedirdi. Uzun illər onu unutmuş bu qohumu Katarinanın varlandığını eşidən kimi onu evinə qonaq çağırmışdı.
Qulluqçuluq həyatı Katarinaya başqalarına qayğı ilə yanaşmağı öyrətmişdi. Odur ki Ruta baxıb nəzakətli bir səslə dedi:
– Nə başağrısı, canım, buyurun.
– Onda gedək mənim kupemə.
Hər ikisi birlikdə kupeyə gəldi. Rut içəridən bir-birinə girişi olan iki kupe götürmüşdü. Onlar arxa kupedə oturdular.
Rut sözə başladı:
– Mən böyük bir bəlaya düşmüşəm. Çox xoşladığım bir kişi var. İndi Parisə onunla görüşə gedirəm. Biz gənc yaşlarımızdan bir-birimizi sevirdik. Amma bizi qəddarcasına ayırdılar. Ərim yaramaz adamdır, məni çox incidir, hamının içində rüsvay eləyir. Mən bu biabırçılığa dözə bilmirəm. Atam istəyir ki, boşanım. Amma xəbəri yoxdur ki, başqa bir adamla görüşə gedirəm. O bunu bilsəydi, mənə çox pis baxardı.
– Bəyəm fikirləşmirsiniz ki, bu, doğrudan da, çox pis işdir? – Katarina maraqla soruşdu.
– Fikirləşirəm. Amma daha gecdir. Yolun yarısından dönmək olmaz.
– Niyə olmaz?
– Çünki hər şey qabaqcadan planlaşdırılıb. Bir də ki bu məni gözləyən adam üçün çox pis olar. O buna dözməz.
– Narahat olmayın, hələ belə şeyə görə heç kim ölməyib.
– O