Şerlok Homs və doktor Vatson. Артур Конан Дойл
Читать онлайн книгу.Karleyl (1795–1881) – Şotlandiya tarixçisi, satirik yazıçı və publisist. Eyni zamanda filosof və riyaziyyatçı kimi tanınırdı.
10
Evklid (təxm. M.ö. 325 – M.ö. 270) – qədim yunan riyaziyyatçısı. Evklid məşhur "Elementlər" kitabının müəllifidir.
11
Kriminalistika – məhkəmə sübutlarının (izlər, sənədlər, maddi sübutlar və s.) toplanılıb qeydə alınmasının, tədqiq və tətbiqinin xüsusi üsul, metod və vasitələr sistemini işləyib hazırlayan elm sahəsi
12
Edqar Allan Po (1809–1849) – ABŞ yazıçısı, detektiv janrda yazan ilk Amerika yazıçılarından biri. Onun yaratdığı Kavaler Ögüst Düpen isə ədəbiyyatda ilk xəfiyyə obrazı sayılır.
13
Dünyanın ilk detektiv müəlliflərindən sayılan fransız yazıçısı Emil Qaborionun 1866-cı ildə çıxan “Dul qadın Lerujun işi” romanı nəzərdə tutulur.
14
Skotlənd-Yard – London polis idarəsi
15
Kremon skripkaları – İtaliyanın Kremon şəhərində istehsal edilən skripkalar
16
Stradivarius (1644–1737) və Amati (1505–1577) – söhbət məşhur italyan skripka ustası Amati və onun davamçısı Stradivariusdan gedir.
17
Silindr – təpəsi hündür, kənarları (dövrəsi) bərk şlyapa
18
Covanni Bokkaçço (1313–1375) – italiyalı yazıçı və şair. "Dekameron" romanı ilə məşhurdur.
19
Ruletka – burada: fırlanan oxa sarınmış ensiz metal lentdən ibarət uzunluq ölçü aləti