Beş həftə hava şarında. Жюль Верн

Читать онлайн книгу.

Beş həftə hava şarında - Жюль Верн


Скачать книгу
bunun sayəsində müəyyən elmi biliklərə də yiyələnmişdi. Onun öz fəlsəfəsi var idi, bu fəlsəfənin təməlində isə iki prinsip dayanırdı – sakitlik və nikbinlik! Co heç vaxt heç nədən şikayətlənmir, heç nədən çəkinmirdi. Bu adamın məziyyətlərindən biri də yaxşı görmə qabiliyyətinin olması idi. Böyüdücü şüşədən istifadə etməyərək belə, Yupiterin peyklərini görə bilirdi. Co bununla öyünmürdü, ancaq yeri gələndə həmin nadir bacarığından gözəl istifadə eləyirdi. O öz ağasına çox inandığı üçün ekspedisiyaya hazırlıq zamanı bu səfərə şübhə ilə yanaşan Kennedi ilə aralarında mübahisə yaranırdı.

      – Hə, mister Kennedi, artıq hər şey hazırdır, tezliklə yola düşürük, – Co bir dəfə böyük həvəslə dedi.

      – Əzizim Co, səni məyus etmək istəmirəm, ancaq doktorun təşəbbüsü ağılsızlıqdır. O heç yerə uçmayacaq.

      – Uçmayacaq? Siz onun hava şarını görmüsünüz? Əla şardır! Səbətin içində necə rahat oturacağımızı təsəvvür edirəm!

      – Belə çıxır ki, öz doktorunla, doğrudan da, səfərə getmək niyyətindəsən.

      – Doktorla dünyanın o biri başına da gedərəm, – Co qətiyyətlə dedi. – Onu heç tək buraxaram?! Yorulanda ona kim yardım edəcək? Uçurumdan keçmək lazım olanda kim ona öz qüvvətli əlini uzadacaq? Xəstələnsə, kim ona qulluq eləyəcək? Yox, mister Dik, Co həmişə doktor Fergüsonun yanında olacaq.

      – Sən yaxşı insansan, Co.

      – Axı siz də bizimlə gedirsiniz…

      – Əlbəttə. Daha doğrusu, Samueli bu ağılsız təşəbbüsündən daşındırmaq üçün sizi Zənzibara qədər müşayiət edəcəyəm.

      – Mister Kennedi, siz onu fikrindən daşındıra bilməzsiniz! Doktor bir işə başlamazdan əvvəl onu yüz dəfə ölçüb-biçir. Qərar qəbul olunandan sonra isə hətta şeytan da onu yolundan döndərə bilməz.

      – Buna hələ baxarıq, – şotlandiyalı mızıldadı.

      – Boş yerə özünüzə ümid verməyin. Lakin ən vacibi sizin getməyinizdir. Sizin kimi ovçu üçün Afrika möcüzələr diyarıdır. Ora getməyinizə peşman olmayacaqsınız. Yeri gəlmişkən, bilirsiniz, bu gün tərəzidə çəkiləcəyik.

      – Nə tərəzi?

      – Xəbəriniz yoxdur? Sizinlə birlikdə tərəzidə çəkilməliyik. Ancaq narahat olmayın, nə qədər ağır olsanız da, sizi arıqlamağa məcbur eləməyəcəklər. Necə varsınızsa, elə də aparacaqlar.

      – Mən çəkilməyəcəyəm… – Kennedi inamla dedi.

      – Bax bu olmadı! Axı dəqiq hesablama aparılmasa, şar havaya qalxmaya bilər.

      – Lənət şeytana! Mənə də elə bu lazımdır.

      – Nə danışırsınız, mister Kennedi?! Doktor indicə sizi aparmağa gələcək.

      – Dedim getməyəcəyəm.

      – İnanmıram ki, onu pis vəziyyətdə qoyasınız.

      – İndi görəcəksiniz!

      – Olsun! – Co güldü. – Özü burada olmadığına görə belə deyirsiniz. Ancaq sahibim sizə “Dik, sənin dəqiq çəkini bilməliyəm” deyən kimi, yekəxanalığıma görə məni bağışlayın, o dəqiqə yanına düşüb gedəcəksiniz.

      Elə bu vaxt Fergüson kabinetə girdi.

      – Dik, – doktor dedi, – sən də, Co, mənimlə gəlin. Hər ikinizin dəqiq çəkisini bilməliyəm.

      – Ancaq… – Kennedi dilini sürüdü.

      – Tərəzidə çəkiləndə şlyapanı çıxarmasan da olar, – doktor onun sözünü kəsdi.

      5

      Doktor Fergüson səfərə çıxmazdan əvvəl hər şeyi təfərrüatı ilə düşünmüşdü. Aydındır ki, fikrini ən çox hava şarı məşğul edirdi. Həcmi həddindən artıq böyük olmasın deyə onu havadan on dörd dəfə yüngül olan hidrogenlə doldurmağı qərara almışdı.

      Əgər doktor iki şardan istifadə eləyə bilsəydi, əlbəttə, bu daha yaxşı olardı. Çünki şarın biri partlayanda ballastı[9] atıb o biri şarda dayanmaq mümkün idi. Ancaq məsələ orasındadır ki, zərurət yarananda eyni qaldırıcı qüvvəni saxlamaqla iki şarı idarə etmək çox çətindir. Bu narahatlığı aradan qaldırmaq üçün doktor Fergüson müxtəlif ölçülü iki örtük sifariş edib birini o birinin içinə yerləşdirdi. Bir şardan o birinə klapan açılırdı, bu da lazım gələndə onları birləşdirməyə imkan verirdi. Hər iki örtük möhkəm parçadan hazırlanmışdı. Səyahət üçün nəzərdə tutulan alətlər isə bunlar idi: iki barometr, iki termometr, iki kompas, sekstant[10], iki xronometr[11] və teleskop.

      Fevralın 10-da bütün hazırlıqlar, demək olar, başa çatdı. Fevralın 16-da isə “Mətin” pərli paroxodu Qrinviç yaxınlığında lövbər saldı. Paroxodun kapitanı Pennet mehriban adam idi və elmi fəaliyyətini yüksək qiymətləndirdiyi doktor Fergüsonun yeni səyahətinə böyük maraq göstərirdi. Bu da səbəbsiz deyildi: Pennet hərbçi olmaqdan daha çox, alim idi. Ancaq bu, gəmisində dörd top saxlamağına maneçilik törətmirdi.

      “Mətin”in anbarı hava şarının yerləşməsi üçün xüsusi olaraq düzəldilmişdi. Fevralın 18-də şarı gəmiyə göndərdilər. Səbət və ləvazimatlar, lövbər və kəndirlər, ərzaq və Zənzibarda doldurulması nəzərdə tutulan su üçün yeşiklər – hamısı doktor Fergüsonun nəzarəti altında paroxoda yükləndi. Gəmidə doktorla onun dostu Kennediyə iki rahat kayut verildi. Şotlandiyalı getməyəcəyini təkrar-təkrar desə də, “Mətin”ə bir yığın silahla gəldi: iki qoşalülə, bir karabin, iki tapança. Ancaq bütün bu silahlar, eləcə də barıtqabı, patrondaş, qırma və güllələr Fergüsonun ona icazə verdiyi çəki həddini aşmırdı.

      Fevralın 19-da gəmiyə gələn səyahətçilərimiz gəmi heyəti tərəfindən hörmətlə qarşılandılar. Onu da deyək ki, şən Co tezliklə hamının sevimlisi oldu.

      London Coğrafiya Cəmiyyəti fevralın 20-də doktor Fergüsonla Kennedinin şərəfinə vida ziyafəti verdi. Məclisdə kraliçanın da teleqramı oxundu. Kraliça hər iki səyyaha uğur diləyirdi.

      Ertəsi gün “Mətin” Londonun ortasından axıb gedən Temza çayının mənsəbinə doğru yol aldı. Demək artıqdır ki, gəmidə bütün söhbət doktor Fergüsonun ekspedisiyası ətrafında olurdu. Doktora inanmaq üçün onu görmək və eşitmək kifayət idi. Səfərin uğurla nəticələnəcəyinə tezliklə heç kimin şübhəsi qalmadı.

      Səfər zamanı doktor zabitlərə əsl coğrafiya kursu keçdi. Fergüson əmin idi ki, altı min ildir bəşəriyyət üçün müəmma olaraq qalan Afrika on doqquzuncu əsrdə, nəhayət, öz sirlərini insanlara açacaq.

      İndi hər kəsi düşündürən bircə şey var idi: doktorun özü ilə götürdüyü ərzağın azlığı! Paroxoddakı zabitlərdən biri marağını gizlədə bilməyib Fergüsondan bunun səbəbini soruşdu.

      – Bəyəm siz səfərin nə qədər sürəcəyini düşünürsünüz? – doktor dedi. – Aylar


Скачать книгу

<p>9</p>

Ballast – tarazılığı saxlamaq üçün əlavə yük və ya ağırlıq

<p>10</p>

Sekstant – iki obyekt arasındakı bucağı ölçmək üçün istifadə olunan optik alət (red.)

<p>11</p>

Xronometr – astronomların, geodeziyaçıların, dənizçilərin işlətdiyi xüsusi dəqiq saat növü (red.)