Rübailər. Омар Хайям

Читать онлайн книгу.

Rübailər - Омар Хайям


Скачать книгу
bulud lalә üzün oxşarkәn,

      Dur get sәni gözlәyir qәdәhdә badәn,

      İndi bu göy otlar ki, edirsәn tamaşa

      Bir gün göyәrib çıxar sәnin qәbrindәn.

      «Yol tapdı bağa bülbülümüz sәrxoş ikәn…»

      Yol tapdı bağa bülbülümüz sәrxoş ikәn,

      Mey camını vә gül üzünü gördü gülәn,

      Gәldi mәnә hal dili ilә bildirdi:

      Anla ki, ötәn ömrü tapa bilmәzsәn.

      «Kam almadı heç bu dünyadan bir aqil…»

      Kam almadı heç bu dünyadan bir aqil,

      Sәn göylәri ya yeddi vә ya sәkkiz bil,

      Öldünmü, sәni ya qurd yesin bir çöldә,

      Ya gorda qarışqalar yesin, fәrqli deyil.

      «Novruz günü lalә tәk qәdәh al әlinә…»

      Novruz günü lalә tәk qәdәh al әlinә,

      Hәmdәm ola bir lalәyanaqlın da sәnә,

      Mey nuş elә şadlıqla ki, birdәn bu fәlәk

      Rәhm etmәyәrәk son qoyacaq mәnliyinә.

      «Madam ki sәnә bir dәfәlikdir ölmәk…»

      Madam ki sәnә bir dәfәlikdir ölmәk,

      Öl, bir dәfә qurtul, bu zәiflik nә demәk.

      Var-yox bir ovuc damar, dәri, qan vә sümük –

      Bunlar, elә bil heç olmayıb, qәm nә gәrәk?!

      «Madam ki, hәqiqәti yәqin anlamırıq…»

      Madam ki, hәqiqәti yәqin anlamırıq,

      Ömrü gümana bağlamaq olmaz artıq,

      Әn yaxşı budur piyalәdәn çәkmәyәk әl,

      Xoşluqla içәk, olaq nә sәrxoş, nә ayıq.

      «Torpaq ki olub hәr heyvanın tapdadığı…»

      Torpaq ki olub hәr heyvanın tapdadığı,

      Bir qız saçıdır, ya ki sәnәmlәr yanağı,

      Kәrpic ki, durur hәr sarayın bürcündә

      Şahlar başı olmuş o, vәzirlәr ayağı.

      «Xoşbәxt o ki bu dövrdә azad yaşamış…»

      Xoşbәxt o ki bu dövrdә azad yaşamış,

      Az-çox nәyi var, razı qalıb şad yaşamış.

      Ömrün qısa müddәtin qәnimәt bilmiş,

      Meydәn vә gözəldәn alaraq dad, yaşamış.

      «Xәyyam, günah üçün bu matәm nә demәk…»

      Xәyyam, günah üçün bu matәm nә demәk?

      Qәm çәkmәyinin faydası varmı, de görәk?!

      Onlar ki günahsızdır, edilmәzlәr әfv,

      Әfv mәhz günahkarlaradır, qәm nә gәrәk!

      «Xәyyam ki tikәrdi xiymәlәr6 fәlsәfәdәn…»

      Xәyyam ki tikәrdi xiymәlәr6 fәlsәfәdәn,

      Qәm tәndirinә düşüb kül oldu birdәn,

      Kәsdi әcәlin qayçısı ömrün ipini,

      Satdı onu dәllali-qәza heç neçәdәn.

      «Tәrkibini bu tәbiәtin böylә edәn…»

      Tәrkibini bu tәbiәtin böylә edәn,

      Öz etdiyini qüsurlu etmiş o nәdәn?

      Yaxşı elәmişsә nә üçün bәs dağıdır?

      Pisdirsә әgәr bu eybi bәs kimdir edәn?

      «Sirlәrdәn iraqda heç kimin yoxdu yolu…»

      Sirlәrdәn iraqda heç kimin yoxdu yolu,

      Bu qanqaralıqda hәr kәsin qәlbi dolu.

      Yalnız qara torpaqdır әsl mәnzilimiz,

      Mey iç ki, bu әfsanәlәrin yoxdu sonu.

      «Zövqün qәdәhindә meyi-gülrəng xoşdur…»

      Zövqün qәdәhindә meyi-gülrəng xoşdur,

      Ud nәğmәsi ilә naleyi-çəng xoşdur,

      Zahid ki xәbәrsizdi şәrab camından,

      Bizdәn uzaq olsa әlli fәrsәng7 xoşdur.

      «Haqq axtarana gözəl, ya çirkin birdir…»

      Haqq axtarana gözəl, ya çirkin birdir,

      Aşiqlәr üçün küfr vә ya din birdir,

      Mәcnuna geyim ya atlaz olsun, ya palaz,

      Vurğunlar üçün kasıbla zәngin, birdir.

      «Bir arifi gördüm, mәnә röyada dedi…»

      Bir arifi gördüm, mәnә röyada dedi:

      – Yatmaqla heç insanın açılmaz bәxti,

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Var – çat, yetiş.

      2

      Dam – tor.

      3

      Kibr – təkəbbür.

      4

      Naqus – zəng.

      5

      Padzəhr – zəhərin əksi.

      6

      Xiymə


Скачать книгу

<p>6</p>

Xiymə – çadır.

<p>7</p>

Fərsəng (fərsəx) – məsafə ölçüsü, təxminən 5-6 km-ə bərabər idi.