Türk və dünya: munis tariximiz. Мурад Аджи

Читать онлайн книгу.

Türk və dünya: munis tariximiz - Мурад Аджи


Скачать книгу
TARİXLƏR7

      Yox, Rusiya haqqında söhbəti coğrafiyasından, xalqından, az qala qurunun (Yerin) səkkizdə birini tutan torpağından, Qərbdə və Şərqdə yerləşən bir ölkədən, çoxlu Avropa və Asiya dillərində danışan (və ya danışmayan) ölkədən başlamayacağıq. Bunlar XIX əsrdə də, ondan qabaq da məlum idi.

      Görünür, xalqların çoxluğu, torpağın genişliyi, uydurmaların bolluğu Şərqi Avropada bugünkü rusiyalıların müəyyən olunmasında bəzi mənasız söhbətlərə gətirmişdir. Ruslar – kimdir onlar? Rusiya – haradır bura?

      Gülünc vəziyyətdir: Sibirdə irqi açıqca seçilən minlərlə monqoloidlər yaşayırlar; bunların sifətində slavyanlığın heç izi də, kölgəsi də yoxdur. Ancaq özlərinə rus deyirlər, yalnız rusca danışırlar və rus adları daşıyırlar. Nə vaxt və necə bu aşkar asiyalılar slavyan oldular?

      Heç Rusiyanın tarixinə təəccüblənməyə dəyməz – bu, başdan-başa tapmacadır. Belə ki, ilk siyahıya almaya görə, 1917-ci ilə qədər Rusiyada 196 xalq yaşayırdı, sovet hakimiyyətindən sonra yüzə qədəri qalıb. Qalanlarını komissarlar sadəcə olaraq siyahıdan siliblər, rusların və ya başqa xalqların üstünə yazıblar; o zamanlar hakimiyyətin göstərişi ilə insanın milliyyətinə onun əmlakına baxılan kimi baxıblar.

      Sovet rejimində adını itirən birinci xalq kazaklardır. Bu qıpçaq nəsli olan əhalini kazaklıqdan çıxarıb rus yazdılar, onlar sovet dövrünün «ilk yeni rusları oldular».

      Rusiyada, axı hara Rusdur (orta əsrlərdə Rusiyaya Rus deyilirdi – T.H.) və hara rus deyil? Sərhədi kim cızmalıdır?

      «RUS» NƏ DEMƏKDİR?

      Bu barədə artıqlaması ilə söz deyilib. Mahiyyətcə çox sadə olan bu suala müxtəlif nəsillərdən olan şairlər, yazıçılar, filosoflar bir-birindən «gözəl» cavablar vermək üçün çox yarışıblar. Elmə əsaslanmayan, yalnız emosiyadan doğulmuş nə qədər cavab olar?

      Rusiyada təsdiqini tapmış rəsmi baxış belədir: «Şərqi Slavyan şüuru ilə özünü dərk etmiş qədim rusların etnik birliyi erkən feodal çağlarda qədim rus Kiyev dövlətinin (IX-XII əsrlərin Kiyev Rusu) bütövlüyü dövründə formalaşdırılıb».

      Bəs Kiyev Rusuna qədər nə olub? Bu, boş yerdə yaranmayıb ki! IX əsrdə Dnepr sahilinə gələn bu insanlar kimlər idi? Haradan gəlmişdilər? Niyə məhz IX əsrdə ora gəlib çıxdılar? Kiyev dövləti o qədərmi bütöv və güclü idi ki, üç əsrdən də az müddətdə onda yeni xalq formalaşsın? Belə olduqda aydın olmur ki, indi Kiyevin yerli-köklü əhalisi niyə rus yox, ukraynalı adlanır? Axı, guya Rus (dövlət nəzərdə tutulur T.H.) elə məhz Kiyevdir. Nəhayət, bəs niyə ukraynalıların və rusların mədəniyyətləri bir-birindən son dərəcə fərqlidir? Əgər bir kökdəndirsə, axı onlar eyni olmalıdır. Yoxsa yox?

      Kiyev Rusunun yaranmasına qədər Misirdə, Qədim Yunanıstanda, Qədim Romada sivilizasiyalar çiçəklənmiş və solmuşdu – hələ Qədim Şərqi demirəm. Bəs Kiyev Rusuna qədər indiki Rusiyanın ərazisində nə olmuşdu? Doğrudan da, səhra ki deyildi?

      Təəssüf ki, Rusda bu suallardan sükutla yan keçmək adətdir. Yaxud cavab əvəzinə yeni suallar və anlaşılmazlıqlar doğuran fərziyyələr söylənilir.

      Ancaq o uzaq zamanın sənədləri saxlanmışdır. Bütün dünya bunu bilir. Heç bir sirr yoxdur. Sirr ancaq rusların özü və Rusiyada yaşayan başqa xalqlar üçündür. Bu məlumatları sadəcə onlardan gizlədirlər və ya başqa cür, istədikləri kimi şərh edirlər. Niyə hər şey öz adı ilə deyilməsin? Kimə alatoranlıq işıqdan daha üstündür? Ancaq soxulcanlara!

      Məsələn, alman tarixçisi L. Müllerin əsərlərində RUS xalqının adı ilk çəkilən erkən sənədlər təhlil olunur – bu adam qədim Şərqi Avropa üzrə etiraf olunmuş avtoritetdir.

      «Berlin salnamələri», «Rus salnaməsi», Konstantin Baqryanorodnının «İmperiyanın idarə olunması haqqında» traktatı və s. mənbələr, hər yerdə eyni şey deyir: ruslar adı ilə skandinaviyalıları – varyaqları tanıyıblar.

      Belə çıxır ki, Rusiyanın irəlidə gətirilmiş sitatın götürüldüyü «Dünya xalqları» adlı ensiklopedik məlumat kitabı, yumşaq desək, dəqiq deyil. Əsil ruslar haqqında susub onun adını özünə götürmüş rus xalqından danışmaq kobud səhvdir. Bəli, IX-XII əsrlərdə Kiyev Rusunu həqiqətən ruslar qurublar. Ümumi məlum şeyi gizlətmək nəyə lazımdır? Niyə slavyanları Rusun (Kiyev Rus dövlətinin T.H.) «qurucusu» eləyirlər?

      «Bertin annaları»nda (salnaməsində – T.H.) məlumat verilir ki, ruslar 839-cu ildə Bizans səfirliyi ilə birgə Mömin Ludovikin (Ludovik Blaqoçestivıy) yanına gəlirlər. Bu, ilk, ən qədim yazılı məlumatdır ki, orada «ruslar» adında xalqdan danışılır.

      Onlar milli mənsubiyyətləri haqqında suala cavab verirlər ki, isveçlidirlər. Və buradaca müəllif aydınlaşdırır ki, «biz onlara normanlar deyərik». Belə çıxır ki, ilk ruslar slavyan deyillər. Hələ bu azdır, onlar özlərinin «slavyan» olmalarından tam xəbərsizdirlər. Onların kökü tamam başqadır.

      Təkcə yunanlar yox, eyni zamanda romalılar, ərəblər, qıpçaqlar, farslar – bütün dünya IX-XII əsrlərdə «rus» sözünü eyni mənada başa düşürdülər. Bu sözlə Rusiyada «varyaqlar» adı ilə məlum olan xalqı tanıyırdılar.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Tarixən İran bu gün fars dövləti kimi tanıdılan diyar deyil, irəlidə görünəcəyi kimi, bu, Qədim Vətənimizin Manna-Midiya, sonralar Azərbaycan adı ilə tanınmış Cənub hissəsidir. Toponim =ır (qədim türk tayfası) +an (qədim türk cəm şəkilçisi) yəni ırların (>uzların) yaşadıqları yer. T.Hacıyev.

      2

      Bunu qonşu ermənilərin Azərbaycanın qədim Qarabağ diyarına qarşı torpaq iddiasında əyani görürük. Tarixən dövlətçiliyi olmamış ermənilərin işğalçılıq, qəsbkarlıq, insan qırğını ideyalarına həmişə Eçmiədzin kilsəsi başçılıq etmişdir. T.H.

      3

      Qədim Rusiyada öz əvvəlki mövqeyini itirdiyinə görə həyat vəsaitindən, hüquqlarından məhrum edilmiş


Скачать книгу

<p>7</p>

Ruscada fəslin adı «Москальские истории»-dir. V. Dalın lüğətində «москаль» sözü belə şərh olunur. Mосквич (moskvalı), pycский (rus). Deməli, «moskvaçılıq», «rusçuluq» məzmununu bildirir. Deməli, Rusiya ərazisindəki qədim xalqların tarixi rolu, rus mədəniyyətinin yaranmasındakı iştirakı rədd edilibmiş. V. Dalın lüğətində moskalla bağlı belə kəlamlar var: «Kто идет? Черт. Ладно, абы, не москаль» (Kim gəlir? Şeytan. Təki moskal olmasın); «C москалом дружись, а камень за пазухой держи» (Bizdəki qarşılığı: İtlə dostluq elə. çomağı əlindən qoyma); «Знает москаль дорогу, а спрашивает» (Moskal yolu bilir, yenə soruşur– kütlük bildirir). XIX əsrdə yazıya alınmış bu kəlamlar, deməli, xalqda çoxdan olub. Bu, əvvələn, rus millətinin mənşəyində müxtəlif etnosların durduğunu, ikincisi, Moskvanın dövlət siyasətinin qərəzliyindən geniş xalq kütləsinin narazı qaldığını göstərir-T.H.