KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

Читать онлайн книгу.

KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс


Скачать книгу
ortaq bir ölçü ilə ölçülür, həm də bunları ölçü vahidi olaraq müəyyən miqdar qızıla müncər etmək kimi bir texniki zərurət meydana gəlir. Bu ölçü vahidi özü getdikcə müəyyən hissələrə bölünmək yolu ilə genişlənib miqyas olur. Qızıl, gümüş, mis hələ pula çevrilməzdən əvvəl çəki hissələri şəklində belə bir miqyasa malik olur: məsələn, ölçü vahidi funtdursa, bu özü də, bir tərəfdən, unsiyalara və i. a. bölünür, digər tərəfdən, funtların birləşməsi yolu ilə sentnerlər və i. a. əmələ gəlir53. Buna görə də metal tədavülü şəraitində çəki miqyasının hazır adları həmişə pul miqyasının, yaxud qiymət miqyasının da ilkin adlarını təşkil edir.

      Dəyər ölçüsü və qiymət miqyası olmaq etibarı ilə pul tamamilə müxtəlif olan iki funksiya daşıyır. Dəyər ölçüsü vəzifəsini pul insan əməyinin ictimai təcəssümü olmaq etibarı ilə daşıyır, qiymət miqyası vəzifəsini isə müəyyən çəkili metal olmaq etibarı ilə daşıyır. Dəyər ölçüsü olmaq etibarı ilə pul son dərəcə müxtəlif əmtəələrin dəyərlərini qiymətlərə, fikrən təsəvvür edilən qızıl miqdarlarına çevirməyə xidmət edir; qiymət miqyası olmaq etibarı ilə pul qızılın bu miqdarlarını ölçür. Dəyər ölçüsü ilə əmtəələr bir dəyər kimi ölçülür; qiymət miqyası isə, əksinə, müəyyən miqdar qızılın dəyərini, onun başqa miqdarlarının çəkisi ilə ölçmək deyil, qızılın müxtəlif miqdarlarını onun müəyyən miqdarı ilə ölçür. Qiymət miqyası üçün qızılın müəyyən çəkisi ölçü vahidi kimi götürülməlidir. Eyni adlı kəmiyyətlərin hər hansı halda müəyyən edilməsində olduğu kimi, burada da ölçülərin nisbətindəki sabitliyin həlledici əhəmiyyəti vardır. Deməli, eyni miqdar qızıl nə qədər dəyişməz halda ölçü vahidi olursa, qiymət miqyası öz funksiyasını bir o qədər yaxşı yerinə yetirir. Qızıl ancaq ona görə dəyər ölçüsü ola bilir ki, o özü əmək məhsuludur və, deməli, potensial dəyişən dəyərdir.

      Hər şeydən əvvəl aydındır ki, qızıl dəyərinin dəyişilməsi onun qiymət miqyası olmaq funksiyasına əsla təsir etmir. Qızılın dəyəri hər necə dəyişilsə də, onun müəyyən miqdarlarının dəyərləri öz arasında eyni nisbəti saxlayır. Qızılın dəyəri hətta min dəfə aşağı düşsə də, 12 unsiya qızılın dəyəri yenə əvvəlki kimi bir unsiya qızılın dəyərindən on iki qat artıq olardı, qiymətlər müəyyən olunduqda isə qızılın müxtəlif miqdarlarının ancaq bir-birinə nisbəti nəzərdə tutulur. Digər tərəfdən, qızılın dəyəri düşdükdə və ya qalxdıqda bir unsiya qızılın çəkisi sabit qaldığına görə, unsiya hissələrinin çəkisi də sabit qalır; deməli, qızılın dəyəri hər necə dəyişilsə də, müəyyən qiymət miqyası olmaq etibarı ilə qızıl həmişə eyni xidmətləri göstərir.

      Qızılın dəyərinin dəyişilməsi onun dəyər ölçüsü olmaq funksiyasına da mane olmur. Bu dəyişilmə bütün əmtəələrə eyni zamanda təsir edir və buna görə də caeteris [başqa şərtlər eyni olduqda], əmtəələrin dəyərləri əvvəlkinə nisbətən bəzən yüksək, bəzən də aşağı qızıl qiymətlərində ifadə olunsa da, onların qarşılıqlı nisbi dəyərlərini dəyişdirmir.

      İstər bir əmtəənin dəyəri hər hansı başqa bir əmtəənin istehlak dəyərində ifadə olunduqda, istərsə əmtəələrə qızılla qiymət qoyulduqda bircə şey fərz olunur ki, həmin vaxtda müəyyən miqdar qızılın istehsalı filan qədər əməyə başa gəlir. Ümumiyyətlə əmtəə qiymətlərinin dəyişilməsinə gəldikdə, buna dəyərin sadə nisbi ifadəsinin yuxarıda şərh edilən qanunları tətbiq edilə bilər.

      "Pulun dəyəri sabit qaldıqda, bütün əmtəə qiymətləri ancaq bu şərtlə qalxa bilər ki, əmtəələrin dəyərləri qalxsın; əmtəələrin dəyəri sabit qaldıqda isə bütün əmtəə qiymətləri bu şərtlə qalxa bilər ki, pulun dəyəri düşsün. Həm də əksinə. Pulun dəyəri sabit qaldıqda, bütün əmtəə qiymətləri ancaq bu şərtlə düşə bilər ki, əmtəə dəyərləri düşsün; əmtəə dəyərləri sabit qaldıqda isə bütün əmtəə qiymətləri ancaq bu şərtlə düşə bilər ki, pulun dəyəri qalxsın. Buradan heç də belə bir nəticə çıxmır ki, pulun dəyərinin qalxması həmişə əmtəə qiymətlərinin mütənasib surətdə düşməsinə, pulun dəyərinin düşməsi isə əmtəə qiymətlərinin mütənasib surətdə qalxmasına səbəb olur. Belə bir nəticə ancaq dəyəri sabit qalan əmtəələr barəsində doğrudur. Məsələn, dəyəri pulun dəyəri ilə eyni zamanda və eyni ölçüdə qalxan əmtəələr öz qiymətlərini sabit saxlayır. Əgər bunların dəyəri pulun dəyərindən yavaş və ya sürətlə qalxırsa, onda bunların qiymətlərinin qalxması və ya düşməsi onların dəyərinin dəyişilməsi ilə pulun dəyərinin dəyişilməsi arasındakı fərqlə müəyyən olunur və i. a.

      Qiymət formasını nəzərdən keçirməyə qayıdaq.

      Çəkisi müəyyən olan metal miqdarlarının pul adları bir sıra müxtəlif səbəblər üzündən öz ilkin çəki adlarından tədricən fərqlənməyə başlayır. Bu səbəblərdən tarixən həlledici səbəblər aşağıdakılar olmuşdur. 1) Nisbətən aşağı inkişaf pillələrində olan xalqlar arasında xarici pulların işlədilməsi. Məsələn, Qədim Romada qızıl və gümüş sikkələr əvvəlcə xarici əmtəə olaraq tədavül etmişdir. Əlbəttə, bu xarici pulların adları yerli çəki vahidlərinin adlarından fərqlidir. 2) Sərvət artdıqca, çox nəcib metal az nəcib metalı dəyər ölçüsü funksiyasından sıxışdırıb aradan çıxarır: gümüş misi, qızıl gümüşü sıxışdırıb aradan çıxarır, hərçənd bu sıra qaydası qızıl və gümüş dövrlərinin şairanə xronologiyasına ziddir, Məsələn, funt sterlinq həqiqətən bir funt gümüşün pul adı olmuşdur. Lakin qızıl gümüşü dəyər ölçüsü vəzifəsindən sıxışdırıb aradan çıxardıqda bu ad, qızılla gümüşün dəyəri arasındakı nisbətdən asılı olaraq bəlkə də 1/15 funt və i. a. miqdar qızıla verilir. Pul adı olan funt ilə müəyyən miqdar qızılın adi çəki adı olan funt indi bir-birindən ayrılmış olur54. 3) Tam bir sıra əsrlər boyu hökmdarlar sikkəni arasıkəsilmədən saxtalaşdırmaqla məşğul olmuşlar, bunun da nəticəsində sikkələrin ilkin çəkisinin həqiqətdə ancaq adı qalmışdır55

      Bu tarixi proseslər sayəsində metalın çəki miqdarlarının pul adının öz adi çəki adından ayrılması xalqlar arasında bir adət şəklini alır. Pul miqyası, bir tərəfdən, tamamilə şərti olduğuna görə, digər tərəfdən isə, hamı tərəfindən qəbul edilməli olduğuna görə, ən nəhayət, qanunla tənzim edilir. Nəcib metalın müəyyən çəki miqdarı, məsələn bir unsiya qızıl, rəsmən müəyyən hissələrə bölünür və bunlara rəsmi surətdə müyyən adlar qoyulur, məsələn: funt, taler və i. a. Əslində pul ölçü vahidi olan belə bir hissə özü də yeni hissələrə bölünür və qanun əsasında bunlara öz adları verilir: şillinq, penni və i. a. Hər halda metalın müəyyən çəki miqdarları əvvəlki kimi yenə də metal pulun miqyası olaraq qalır. Ancaq hissələrə bölmək üsulu və bunların adları dəyişilir.

      Beləliklə, qiymətlər, yaxud əmtəə dəyərlərinin ideal surətdə çevrildiyi qızıl miqdarları indi pul adlarında, yaxud qızıl miqyasının qanunvericilik yolu ilə qoyulan hesab adlarında ifadə olunur. Bir kvarter buğdanın bir unsiya qızıla


Скачать книгу

<p>53</p>

2-ci nəşrə qeyd. İngiltərədə pul ölçü vahidi olmaq etibarı ilə bir unsiya qızılın bərabər hissələrin tam rəqəminə bölünə bilməməsi kimi qəribə hal belə izah edilir: „Bizim sikkə sistemimiz əvvəlcə ancaq gümüş işlədilməsinə uyğunlaşdırılmışdı, buna görə də bir unsiya gümüş həmişə bərabər sikkələrin müəyyən miqdarına bölünə bilər; lakin ancaq gümüşə uyğunlaşdırılmış sikkə sisteminə qızıl sonralar daxil edildiyinə görə, bir unsiya qızıl bərabər qiymətli sikkələrin tam rəqəminə bölünə bilmir“ (Maclaren. „History og the Currency“, London, 1858, p. 16).

<p>54</p>

Məsələn ingilis funtu öz ilkin çəkisindən 1/3-dən az hissəsinə bərabərdir, Şotlandiya funtu birləşmə ərəfəsində öz ilkin çəkisinin ancaq 1/36 hissəsinə, fransız livri 1/74 hissəsinə, İspan maravedisi 1/1000 hissəsinə, Portuqaliya reysi isə daha kiçik bir hissəsinə bərabərdir.

<p>55</p>

2-ci nəşrə qeyd. „İndi adı ancaq ideal olaraq qalan sikkələr hər bir millətin ən qədim sikkələridir; bir zamanlar bunların hamısı real sikkə idi və bunlar real sikkə olduğuna görə, hesab da bu sikkələrlə aparılırdı”. (Galiani. „Della Moneta“, p. 153).