KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

Читать онлайн книгу.

KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс


Скачать книгу
istəyir, çünki pul bu əksliyin ancaq tərkib hissəsi kimi mövcuddur. Eyni müvəffəqiyyətlə katolisizmi saxlayıb papanı da aradan götürməyə çalışmaq olardı. Bu barədə ətraflı məlumat üçün mənim bu əsərimə bax: "Siyasi iqtisadın tənqidinə dair", səh. 61 və sonrakılar. [K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 67 və sonrakılar].

      42

      Nə qədər ki, iki müxtəlif istehlak şeyi mübadilə olunmur, çox zaman vəhşilər arasında təsadüf etdiyimiz kimi, bir şey əvəzində ekvivalent olaraq bir yığın müxtəlif şey təklif edilir, o vaxta qədər hətta bilavasitə məhsul mübadiləsi hələ öz astanasından irəli getməmiş olur.

      43

      Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, səh. 135 [bax: K. Marks F. Engels. Əsərləri. İkinci naşri, 13-cü cild, səh. 137]. „Qiymətli metallar… öz təbiətinə görə puldur“ (Galiani. „Della Moneta“, Kustodi nəşri. Parte Moderna, III çild, səh. 137).

      44

      Bu barədə ətraflı məlumat almaq üçün mənim indicə sitat gətirilən əsərimdə "Nəcib metallar" bölməsinə bax.

      45

      „Pul universal əmtəədir" (Verri, sitat gətirilən əsər, səh. 16).

      46

      „Qızıl və gümüş sikkə olmazdan əvvəl, bir metal olaraq öz dəyərinə malikdir“ (Galiani, sitat gətirilən əsər). Lokk deyir: „Gümüşün xassələri onu pul rolu oynamaq üçün yararlı etdiyinə görə, insanlar ümumi bir razılıqla gümüşə xəyali bir dəyər vermişlər“. Lo, əksinə, deyir: Necə ola bilərdi ki, müxtəlif millətlər müəyyən şeyə xəyali bir dəyər versinlər?.. Və necə ola bilərdi ki. bu xəyali dəyər saxlanıb qalsın?“ Məsələnin mahiyyətini onun nə qədər pis antadığını özünün bu sözləri göstərir: „Gümüş malik olduğu istehlak dəyərinə görə, yəni öz gerçək dəyərinə görə mübadilə olunurmuş; pul vəzifəsi daşımaq sayəsində isə əlavə bir dəyər də kəsb etmişdir.

      47

      „Pul onların“ (əmtəələrin) „nişanıdır“ (V. De Forbonnais. „Elements du Commerce Nouv. Edit Leyde, 1766, t.II, p.143). „Bir nişan olmaq etibarı ilə pulu əmtəələr cəzb edir“ (yenə orada, səh. 155). Pul şeyin nişanı və nümayəndəsidir" (Montesquieu, „Esprit des Loix“. Oeuvres. London, 1767, p.3). „Pul sadə nişan deyildir, çünki pul özü sərvətdir, pul dəyərlərin nümayəndəsi deyil, özü dəyərdir“ (Le Trosne, sitat gətirilən əsər. səh. 910). „Biz dəyər anlayışına diqqət yetirdikdə, şey özü ancaq bir nişan kimi nəzərdən keçirilir, həm də bu şey özlüyündə deyil, nə dəyərində olmasına görə əhəmiyyətlidir“ (Negel. „Philosophie des Rechts“, S. 100). Qızılın sadəcə bir nişan olması və nəcib metalların ancaq xəyali dəyərə malik olması təsəvvürünü iqtisadçılardan çox əvvəl yuristlər yaymışdılar; kral hakimiyyəti qarşısında nökərçilik edən bu yuristlər kralların sikkəni saxtalaşdırmaq hüququnu Roma imperiyası ənənələri ilə və pandektlərdə ifadə edilən pul anlayışları ilə bütün orta əsrlər boyu əsaslandırmağa çalışmışlar. Bu yuristlərin sədaqətli şagirdi olan Filipp Valua 1346-cı il dekretlərindən birində deyir: „heç kəs şübhə edə bilməz və şübhə etməməlidir ki, sikkə kəsmək, pul buraxmaq və sikkə haqqında hər cür sərəncam vermək hüququ, tədavülə sikkə buraxmaq, həm də öz istədiyimiz və səmərəli hesab etdiyimiz qiymətlə buraxmaq… Hüququ ancaq bizə və biz əlahəzrət krala məxsusdur". Roma hüququnda belə bir ehkam var idi ki, pulun dəyəri imperatorun verdiyi dekretlə təyin olunur. Pulu bir əmtəə kimi işlətmək qəti qadağan olunmuşdu. „Pulu isə heç kəs satın almamalıdır, çünki hamının istifadə etməsi üçün buraxılan pul dönüb əmtəə olmamalıdır“.

      48

      „Peru mədənlərindən bir unsiya gümüş çıxarıb Londona gətirmək üçün bir buşel taxılın istehsalına lazım gəldiyi qədər vaxt sərf edilərsə, bu məhsullardan birincisi ikincisinin təbii qiyməti olar; yeni, daha zəngin mədənlər tapılması nəticəsində iki unsiya gümüşü indiki bir unsiya gümüş qədər asanlıqla çıxarmaq olarsa, əvvvəllər 5 şillinqə olan bir buşel taxıl indi caeteris parious [başqa şərtlər eyni olduqda] 10 şillinqə olacaqdır“ (William Petty “A.Treatise of Taxes and Contribitions”, London, 1667, p.31).

      49

      C-b professor Roşer bizə öyüd verib deyir: „Pula verilən yanlış tərifləri iki əsas qrupa bölmək olar: pulu əmtəədən böyük bir şey hesab edən təriflər və pulu əmtəədən kiçik bir şey hesab edən təriflər“. Sonra pul haqqındakı əsərlərin rəngarəng kataloqu verilir, burada isə pul nəzəriyyəsinin həqiqi tarixini başa düşməkdən bir əsər-əlamət də görmək mümkün deyildir. Axırda da belə bir nəticə vardır: „Onu da inkar etmək olmaz ki, ən yeni iqtisadçıların çoxu pulu başqa əmtəələrdən fərqləndirən xüsusiyyətlərə az fikir verir“ (deməli, pul yenə də əmtəədən kiçik və ya böyük bir şeydir?)“… Bu belə olduğuna görə, Qanil və başqalarının yarım merkantilist münasibəti bir qədər əsaslıdır“ (Wilheilm Rosher. “Die Grundlagen der Nitionalokonomie”, 3 Aufl.. 1858, S. 207–210). „Böyük–kiçik–az–belə olduğuna görə–bir qədər“! Bu da anlayışlara tərif vermək adlandırılır! Həm də c-b Roşer belə bir eklektik professor boşboğazlığına təvazökarlıqla siyasi iqtisadın „anatomik-fizioloji metodu“ adını vermişdir! Amma hər halla elm ona bir kəşfinə görə minnətdardır, bu da ondan ibarətdir ki, pul „xoşagələn əmtəədir“.

      50

      Nəyə görə pul bilavasitə iş vaxtının özünü təmsil etmir, məsələn, nəyə görə kağız pul nişanı x miqdar iş saatını təmsil etmir – sualı sadəcə belə bir sualdan ibarət olur ki, nəyə görə əmtəə istehsalı əsasında əmək məhsulları gərək əmtəə forması alsın, zira əmtəə forması məhsulların əmtəələrə və pul əmtəəsinə bölündüyünü bildirir; yaxud belə bir sualdan ibarət olur ki, nəyə görə xüsusi əmək bilavasitə ictimai əmək, yəni öz əksliyi hesab edilə bilməz. Əmtəə istehsalı əsasında ,iş pulunun" bayağı utopizm olduğunu mən başqa bir yerdə müfəssəl nəzərdən keçirmişəm. („Siyasi iqtisadın tənqidinə dair“, səh. 61 və sonrakılar. [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci kəşri. 13-cü cild, səh. 67 və sonrakılar]). Burada ancaq onu qeyd edim ki, məsələn, Ouenin „iş pulunu” da „pul“ adlandırmaq, deyək ki, teatr biletinin də bela adlandırılması qədər əsassızdır. Ouen bilavasitə ictimailəşdirilmiş əməyi, yəni əmtəə istehsalına tamamilə əks olan istehsal formasını nəzərdə tutur. İş qəbzi ancaq, istehsalçının ümumi əməkdə fərdi iştirak payını və ümumi məhsulun istehlak üçün nəzərdə tutulan hissəsindən onun nə qədər pay istəyə biləcəyini göstərir. Lakin əmtəə istehsalını nəzərdə tutmaq və eyni zamanda da onun zəruri şərtlərini pul oyunbazlıqları vasitəsi ilə aradan qaldırmağa çalışmaq Ouenin heç xəyalına da gəlmirdi.

      51

      Vəhşilər və yarımvəhşilər


Скачать книгу