Amerika faciəsi . Теодор Драйзер
Читать онлайн книгу.başına nələr gəldiyini o özü görmüşdü. Halbuki o hələ gəncdir, indi zəngin və nü-fuzlu bir adamın yanında işləməyə hazırlaşır, bu adam isə, əgər istəsə, onun üçün çox şey edə bilər. Qoy Klayd yeni hə-yatını necə qura bildiyi haqqında anasına tez-tez məktub yazsın. Əmisinin xahiş etdiyi kimi, əvvəlcədən ona xəbər göndərərək, Klayd, nəhayət, Likurq şəhərinə yola düşdü. Lakin şəhərə gələn kimi, o dərhal fabrikə getmədi, çünki əmisi nə vaxt, hansı saatda fabrikə gəlməsini deməmişdi, bu-na görə o şəhərin yeganə böyük oteli olan “Otel Likurq”da özü üçün nömrə tutdu. O böyük səbirsizlik içərisində ya-şayacağı və işləyəcəyi bu şəhərin nə cür şəhər olduğunu gör-mək və əmisinin bu şəhərdə nə cür bir mövqe tutduğunu öyrənmək istəyirdi. Hələlik kifayət qədər boş vaxtı olduğu üçün (işə girdikdən sonra, yəqin ki, tezliklə əlinə belə bir für-sət keçməyəcəkdir) o çıxıb şəhəri dolaşmaq qərarına gəldi. Aşağı düşüb Sentral-avenyu küçəsinə çıxdı, bu küçə Likurq şəhərinin döyünən ürəyi və şah damarı idi. Onu bir neçə, ən çox izdihamlı və hərəkətli küçələr kəsirdi; bu kvartallar şə-hərin işgüzar, ticarət mərkəzini təşkil edirdilər: Likurq şəhə-rinin bütün həyatı və bütün əyləncələri yalnız burada cəm olmuşdu.
V FƏSİL
Lakin bu küçə ilə keçərkən Klayd dərhal bütün bun-ların son zamanlar alışmış olduğu aləmə heç oxşamadığını gördü. Burada hər bir şey xeyli kiçik miqyasda idi. Yarım saat əvvəl içindən keçib gəldiyi vağzal kiçik və cansıxıcı bina idi, o saat bilinirdi ki, bu vağzalın rahatlığını çox da böyük hərəkət və gediş-gəliş pozmur. Moqauk çayının o biri sahi-lində, şəhərin mərkəzi hissəsinin qarşısında yerləşən fabrik rayonu sadəcə qırmızı və boz binalar yığınından ibarət idi. Bu binalar üzərində bəzi yerlərdə fabrik boruları yüksəlirdi. Bu rayon iki körpü vasitəsilə şəhərlə birləşir və bu körpüləri beş-altı kvartaldan ibarət bir məsafə bir-birindən ayırırdı; körpülərdən biri vağzalın lap yanında idi, bunun üzərində böyük və qızğın hərəkət gözə çarpırdı – tramvay xətti də bu-radan keçir, sonra Sentral-avenyu küçəsinin bütün dolama-ları ilə uzanıb gedirdi. Yüksək evləri və orda-burda gözə çarpan mağazaları olan Sentral-avenyu küçəsi isə piyada və avtomobillərlə dolu çox izdihamlı və hərəkətli bir küçə idi. Oteldən çəpəki istiqamətdə otelin geniş aynabənd pəncərə-ləri Sentral-avenyu küçəsinə baxır, bu pəncərələr arxasında isə palma ağacları, sütunlar və bunların arasında kreslolar gözə çarpırdı, ağ kərpicdən tikilmiş yüz fut uzunluğunda, dörd mərtəbəli, görkəmli bir bina olan “Stark və K0” şir-kətinin böyük manufaktur mağazası yüksəlir və mağazanın gur işıqlandırılmış sərgilərindən ən yeni şeylər nümayiş etdirilirdi. Sonra küçəboyu digər böyük mağazalar, daha bir otel, avtomobil sərgisi və kinematoqraf binası yan-yana dü-zülmüşdü.
Klayd baş alıb yoluna davam edirdi. Birdən o şəhərin ti-carət mərkəzindən kənarda, ağaclar əkilmiş geniş bir küçə-yə çıxdı. Küçənin hər iki tərəfində gözəl malikanələr sıraya düzülmüşdü, bu malikanələrdən hər biri, Klaydın bu vaxta qədər gördüyü evlərdən daha geniş, daha rahat, daha sakit və hətta möhtəşəm idi. Bir sözlə, o elə ilk baxışda başa düş-dü ki, bu kiçik bir şəhərin küçəsi olsa da, xüsusi bir küçədir – zənginlik və hətta cah-calal küçəsidir. Burada nə qədər möhkəm dəmir hasarlar, çiçəklərlə haşiyələnmiş cığırlar, cərgə ilə əkilmiş ağaclar və kollar vardır! Evlərin qarşısında nə qədər bahalı, gözəl avtomobillər dayanıb gözləyir, yaxud küçə ilə uçub gedirdi!
Sentral-avenyu küçəsinə yaxın olan və ticarət kvartalla-rından başlanan bu geniş və qəşəng küçədəki mağazalarda isə sərgidə elə bahalı və qiymətli şeylər düzülmüşdü ki, bunları şəksiz, yalnız incə zövqlü, varlı adamlar ala bilərdi-lər: burada avtomobil, qiymətli daş-qaş, incə parçadan alt paltarları, dəri məmulatı və mebel satılmaqda idi.
Görəsən əmisi və əmisinin ailəsi harada yaşayırlar? Hansı küçədə olurlar? Hansı evdə yaşayırlar? Bəlkə əmisinin evi bu evlərdən daha qəşəng və daha böyükdür.
Klayd dərhal geri dönüb əmisinin yanına getməyi qə-rara aldı. Vaxtı itirmədən fabriki tapmaq lazım idi, yəqin fabrik çayın o biri sahilində, şəhərin o biri hissəsindədir. İndi o özünü nə cür aparmalı və nə etməli idi? Görəsən, əmisi ona nə cür iş verəcəkdir? Əmisi məktubunda oğlu Qilbertin adını çəkirdi. Görəsən, əmisi oğlu bu Qilbert nə cür adam-dır? O Klayd haqqında nə düşünəcəkdir?
Klayd dönüb Sentral-avenyu küçəsinə qayıtdı, vağza-ladək gəldi və tezliklə Semyuel Qrifitsin fabrikini tapdı. Bu, qırmızı kərpicdən tikilmiş, böyük bir bina idi. Bütün bina az qala başdan ayağa pəncərədən ibarət idi, hər halda yaxalıq istehsalı üçün sonradan tikilən hissəsi başdan ayağa pəncə-rələrdən ibarət idi. Binanın köhnə hissəsi, Klaydın sonralar öyrəndiyinə görə təzə hissə ilə bir neçə üstüörtülü keçidlə birləşirdi. Hər iki binanın cənub divarları, Moqauk çayının sahilinə baxırdı. Bu tərəfdən, River-Strit küçəsi boyu təqri-bən hər yüz fut məsafədən sonra bir qapı vardı və hər qapı ağzında xüsusi iş paltarı olan bir gözətçi dayanmışdı. Bina-nın içərisinə açılan bütün qapılar nömrələnmişdi, birinci, ikinci və üçüncü nömrələr altında yazılmışdı: “Yalnız xid-mətçilər üçün”, dördüncü nömrə altında isə “Kontor” yazıl-mışdı, beşinci və altıncı qapılar isə görünür mal qəbul etmək və mal çıxartmaq üçün idi.
Klayd kontora açılan qapıya yaxınlaşdı, burada heç kəs onun qabağını saxlamadı, o iki fırlanan qapıdan keçdikdən sonra, bir sürahi qarşısına çıxdı, sürahinin o biri tərəfində yəqin baş kontora açılan, kiçik bir qapı yanında, alçaqboylu, otuz beş yaşlı, kök və çirkin qadın olan telefonçu oturmuş-du.
– Sizə nə lazımdır? – deyə o Klayddan soruşdu.
– Mən mister Qilbert Qrifitsi görmək istəyirəm, – deyə Klayd azacıq əsəbi bir halda sözə başladı.
– Nə üçün?
– Mən onun əmisi oğluyam. Mənim adım Klayd Qri-fitsdir. Məndə əmim mister Semyuel Qrifitsin məktubu var. Qilbert yəqin ki, məni qəbul edər. – Klayd əlindəki məktu-bu qadına uzatdı və elə o dəqiqə qadının sərt və tamamilə laqeyd olan üzünün dərhal dəyişildiyini, hər halda iltifatlı olmasa da, daha ehtiramlı bir ifadə aldığını müşahidə etdi. Klaydın nəinki sözləri, eyni zamanda zahiri görkəmi də qa-dına öz təsirini göstərdi və o altdan-altdan qarşısındakı gən-ci maraqla gözdən keçirməyə başladı.
– Bu saat öyrənərəm, görüm burdadırmı, – deyə qa-dın daha nəzakətli bir səslə cavab verdi və telefonu götürüb mister Qilbert Qrifitsin kabinetinə zəng etdi. Görünür, tele-fonda ona cavab verdilər ki, mister Qilbert Qrifits bu dəqiqə məşğuldur, onu narahat etmək olmaz, çünki qadın cavabın-da belə dedi: mister Qilbertin əmisi oğlu mister Klayd Qrifits burada gözləyir. Onun əlində mister Semyuel Qrifitsdən məktub var. Sonra qadın Klayda müraciət edərək əlavə etdi:
– Xahiş