Detektiv ölüm yatağında. Артур Конан Дойл
Читать онлайн книгу.kimdir? Nə istəyir? Allah xatirinə, Staples, sənə neçə dəfə söylədim ki, iş saatlarında narahat edilmək istəmirəm?!
Xidmətçi itaətlə izahata başladı.
– Xeyr, onu görmək istəmirəm, Staples. İşimin bu şəkildə bölünməsinə icazə verə bilmərəm. Evdə yoxam. Belə söylə. O qədər əhəmiyyətlidirsə, səhər gəlsin.
Yenə itaətli mızıltılar.
– Başqa sözüm yoxdur. Ya səhər gələr, ya da gözləyər. İşimə mane olma.
Holmsu xəstə yatağında qıvrılan halda, kömək gətirməyim üçün dəqiqələri sayarkən xəyal etdim. Nəzakətin yeri deyildi. Dostumun həyatı pambıq ipliyindən asılı idi. Qorxaq xidmətçinin cavabı mənə çatdırmasını gözləmədən otağa soxuldum.
Adam hirsdən qudurmuş halda atəşin yanında yellənən kürsüdən ayağa qalxdı. Qarşımda dayanan adamın böyük, sarı sifəti, geniş çənəsi, qaşları altından hirslə yanan təhdid dolu, boz gözləri vardı. Qabarıq alnının ortasına dəbdəbəli şəkildə yana əyilmiş, kiçik, məxməri papaq kölgə salırdı. Adamın kəlləsi inanılmaz dərəcədə böyük idi, amma bədəninin alt tərəfinə nəzər saldıqda nə qədər kiçik və incə olduğunu görüb heyrətə düşdüm. Çiyinləri və kürəyi kiçikkən raxitlik keçirən adam kimi donqarlaşmışdı.
– Nə baş verir? – deyə cingiltili bir səslə qışqırdı. – Bu hörmətsizlik nə deməkdir belə? Sabah səhər görüşə biləcəyimizi söyləmədimmi?
– Çox təəssüf edirəm, – dedim, – amma vəziyyət, həqiqətən də, təcilidir. Cənab Şerlok Holms…
Dostumun adını eşidən kimi bu kiçik adamın üzündə qəribə dəyişikliklər yaranmağa başladı. Gözləri qəzəblə parladı. Gərilmişdi, partlayacaqdı.
– Holmsun yanından gəlirsiniz? – deyə soruşdu.
– Yanından ayrılalı çox olmadı.
– Holmsa nə olub?
– Çox xəstədir. Mən də buna görə gəldim.
Adam oturmağım üçün kürsü göstərdi və öz kreslosuna geri döndü. Bu sırada buxarının üstündəki aynadan onun üz ifadəsini tutmağı bacarmışdım. Sanki üzünə hiyləgər və iyrənc bir gülümsəmə qonmuşdu. Amma dərhal sonra səmimi olduğunu sandığım narahat bir şəkildə mənə doğru əyildi və mən yanılmış ola biləcəyimi düşündüm.
– Bunu eşitdiyimə kədərləndim, – dedi. – Cənab Holmsla zamanında işlə bağlı tanış olmuşduq; qabiliyyətini və xarakterini hər zaman təqdir etmişəm. Mən xəstəliklərlə nə qədər maraqlanıramsa, o da cinayətə eyni şəkildə maraq duyur. Onun üçün bir qatil mənim üçün bir mikrobla eynidir. Mənim də özümə görə həbsxanalarım var, – deyə yandakı masalardan birinin üstünə düzülmüş şüşələri göstərərək davam etdi. – O jelatin içində ən azğın canilər öz cəzalarını çəkməkdədirlər.
– Cənab Holms da sizi bu xüsusi marağınıza görə görmək istəyirdi. Sizə böyük hörməti var və Londonda ona kömək edə biləcək tək insan olduğunuzu düşünür.
Kiçik adam bir an diksindi və başındakı papaq yerə diyirləndi.
– Niyə? – deyə soruşdu. – Cənab Holms niyə ona mənim kömək edə biləcəyimi düşünür ki?
– Şərq xəstəlikləri haqqında məlumatlarınıza görə.
– Yaxşı, tutulduğu xəstəliyin Şərq mənşəli olduğunu haradan bilir?
– Çünki apardığı tədqiqatların birində sahildəki Çinli dənizçilərlə ünsiyyətdə olmaq məcburiyyətində qalıb.
Cənab Kulverton Smit məmnuniyyətlə gülümsədi və əyilərək yerdən papağını götürdü..
– Eləmi? – dedi. – Ümid edirəm vəziyyəti söylədiyiniz qədər ağır deyil. Nə qədər vaxtdır xəstələnib?
– Təxminən üç gündür.
– Sayıqlama varmı?
– Hərdənbir.
– Ay Allah! Narahat olmağa səbəb var. Bu çağırışa cavab verməmək insanlığa sığmaz. İşlərimin bölünməsindən heç xoşlanmıram, Dr. Uatson; amma bu məsələ fərqlidir. Sizinlə gələcəyəm.
Holmsun təlimatlarını unutmamışdım.
– Mənim başqa bir görüşüm var.
– Çox gözəl. O zaman tək gedərəm. Cənab Holmsun ünvanı məndə olmalıydı. Ən gec yarım saat ərzində orada olacağımdan əmin ola bilərsiniz.
Holmsun otağına geri döndüyümdə dərhal içəri girməyə cəsarət edə bilmədim. Mən yoxkən qorxduğum başıma gəlmiş ola bilərdi. Amma içəri girdiyimdə, bir az özünə gəldiyini görüncə rahatladım. Görünüşü dəyişməmişdi, amma sayıqlamalardan əsər-əlamət qalmamışdı; səsi normaldan zəif çıxsa belə, köhnə canlılığına qovuşmuşdu. – Həə, onu görə bildinmi, Uatson deyə soruşdu?
– Bəli, gəlir.
– Möcüzədir ki, Uatson! Möcüzə! Sən elçilərin kralısan.
– Mənimlə gəlmək istəyirdi.
– Bu ola bilməz, Uatson. Həqiqətən də, qeyri-mümkündür. Yaxşı xəstəliyimin nə olduğunu da soruşdumu?
– Ona Şərq sahilindəki Çinlilərdən danışdım.
– Əlbəttə! Uatson, sən yaxşı dost kimi əlindən gələnin ən yaxşısını etmisən. Artıq ortalıqdan çəkilə bilərsən.
– Diaqnozunu eşitmək istəyirəm, Holms.
– Təbii ki, istəyərsən, amma bu cənab otaqda heç kimin olmadığını düşünsə, diaqnozu daha dəqiq qoyar. Yatağımın arxasında sənə çatacaq qədər yer var, Uatson.
– Möcüzəsən, Holms!
– Təəssüf ki, başqa yolumuz yoxdur, Uatson. Otaq əslində gizlənmək üçün çox uyğun deyil, amma insanın şübhələnməyəcəyi şeylər belə başına gələ bilər. Nə isə Uatson, bir yolunu tapacağıq.
Sonra birdən-birə oturduğu yerdəcə diqqətlə ətrafı dinləməyə başladı.
– Təkər səsləri gəlir, Uatson. Məni sevirsənsə, tələs dostum! Və nə olursa-olsun yerindən tərpənmə! Nə olursa-olsun, oldumu? Danışma! Tərpənmə! Yalnız qulaqlarını açıb dinlə.
O, bunları söylədikdən sonra gücünü tamam itirdi; özündən əmin səsinin yerini yarıhavalanmış bir adamın alçaq səsli mızıltıları tutdu.
Gizləndiyim yerdən nərdivanlardan gələn ayaq səslərini, yataq otağının qapısının açılıb-bağlandığını eşidə bilirdim. Sonra xəstənin zorla aldığı nəfəs və xırıltı xaricində uzun bir səssizlik oldu. Qonağı yatağın kənarında dayanaraq xəstəyə baxdığını təsəvvür edirdim. Nəhayət, bu qəribə səssizlik sona çatdı.
– Holms! – deyə adam qışqırdı. Sonra yatan bir insanı qaldırmağa çalışan birinin israrlı səs tonuyla: – Holms! Eşitmirsənmi, deyə təkrarən bağırdı. – Holms?
Mən