Müharibə qadın simalı deyil. Светлана Алексиевич
Читать онлайн книгу.>
Hər şey haqqında ancaq kitablarda oxumuşduq.
Svetlana Aleksiyeviç
SVETLANA ALEKSİYEVİÇ
MÜHARİBƏ
QADIN SİMALI DEYİL
sənədli oçerk
II NƏŞR
Rus dilindən tərcümə edən:
Nərgiz Cabbarlı
Naşir:
Səbuhi Şahmursoy
Redaktor və korrektor:
Nizami Hüseynov
Texniki redaktor:
Aytən Paşayeva
Dizayn və qrafika:
Tamerlan İsmayılzadə
Orijinal adı:
Светлана Алексиевич, “У войны не женское лицо”
Svetlana Aleksiyeviç, “Müharibə qadın simalı deyil”, sənədli oçerk
© “XAN” nəşriyyatı / Bakı / 2021 / 492 səh. II nəşr
ISBN: 9088338766936
“Xan” nəşriyyatı “Ən yeni nobelçilər” layihəsi çərçivəsində növbəti kitabı təqdim edir. 2015-ci ilin Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” əsəri Böyük Vətən Müharibəsinə sə-nədli baxış kimi dəyərləndirilə bilər. Əsəri maraqlı edən cəhət yazıçı-jurnalistin onu müharibədə iştirak edən qadınların danışıqları əsasında qələmə almasıdır. Bir də müharibəyə “qadın baxışı” və “qadın gözü” ilə baxmağa çalışması… Siz əsərdə məhz bununla bağlı olaraq meydana çıxan çox təsirli səhnələrin, təsvirlərin və duyğuların şahidi olacaqsınız.
© “XAN” nəşriyyatı / 2021
2005
– Qadınlar ilk dəfə nə vaxt orduda peyda oldular?
– Eramızdan əvvəl dördüncü əsrdə Afinada və Spar-tada gedən yunan müharibələrində artıq qadın döyüşçü-lər var idi. Sonralar isə onlar Makedoniyalı İsgəndərin yü-rüşlərində göründülər.
Rus tarixçisi Nikolay Karamzin əcdadlarımız haqqın-da yazır: “Slavyan qadınları müharibəyə bəzən ataları və ərləri ilə birlikdə gedirdilər. Belə ki, 626-cı ildə Konstanti-nopolun işğalı zamanı yunanlar öldürülən slavyanlar ara-sında çoxlu qadın aşkar etmişdilər. Uşaqlarını tərbiyə edən analar onları döyüşçü olmağa da hazırlayırmışlar”.
– Bəs yeni dövrdə?
– İlk dəfə 1560-1650-ci illərdə İngiltərədə qadın əsgər-lərin xidmət etdiyi hospitallar yaratmağa başlayıblar.
– Bəs XX əsrdə?
– … İlk dəfə iyirminci əsrin əvvəllərində – Birinci Dün-ya Müharibəsində İngiltərə Krallığı Hərbi hava qüvvələ-rinə qadınları qəbul etməyə başladı. Krallıq yardımçı kor-pusu və avto-nəqliyyat qadın legionu yaradıldı – 100 min adamdan ibarət.
Rusiyada, Almaniyada, Fransada bir çox qadınlar da hərbi hospitallarda və sanitar qatarlarında xidmət etməyə başladılar. İkinci Dünya Müharibəsi zamanı isə bütün dünya qadın fenomeninin şahidinə çevrildi. Qadınlar ar-tıq dünyanın bir çox ölkələrində hərbin bütün sahələrin-də xidmət edirdilər: ingilis ordusunda 225 min, Amerika ordusunda 450-500 min, alman ordusunda – 500 min qa-dın vardı.
Sovet ordusunda milyona yaxın qadın döyüşürdü. Onlar bütün hərbi peşələrə yiyələnmişdilər. Hətta “kişi” peşələrinə belə. Bu səbəbdən də hərb sahəsində dil prob-lemi meydana çıxdı: o zamanlar “tankçı”, “piyada”, “av-tomatçı” sözlərinin qadın cinsi üçün qarşılığı yox idi, çün-ki bu işləri heç vaxt qadınlar icra etməmişdilər. Qadınla bağlı sözlər orada – müharibədə yaradıldı.
Tarixçi ilə söhbətdən
İNSAN MÜHARİBƏDƏN BÖYÜKDÜR
(kitabın gündəliyindən)
“Əbəs yerə öldürülmüş milyonlar
Qaranlıqda cığırlar tapdadılar…”
Osip Mandelştam
1978-1985-ci illər
Müharibə haqqında kitab yazıram…
Mən – müharibə haqqında kitab oxumağı sevməyən bir insan… Halbuki, uşaqlıq və gənclik illərimdə bu, hər kəsin ən sevimli məşğuliyyəti idi. Bütün həmyaşıdları-mın. Əslində, bunda təəccüblü bir şey də yoxdur – biz Qələbənin övladları idik. Qaliblərin uşaqları…
Müharibə haqqında xatırladığım ilk şey? Mənim üçün anlaşılmaz və qorxulu olan sözlər arasında yaşadı-ğım uşaq kədəridir. Həmişə müharibə haqqında danışır-dılar: məktəbdə və evdə, toylarda və xaç mərasimlərində, bayramlarda və yaslarda… Hətta uşaqların etdiyi söhbət-lərdə belə…
Qonşunun oğlu bir dəfə məndən soruşdu:
– Bu adamlar torpaq altında nə edirlər, görəsən?
Biz də müharibənin sirrini açmaq istəyirdik.
Elə o vaxtlardan ölüm haqqında düşünməyə başla-dım. Və artıq heç vaxt onun barəsində düşünməkdən vaz keçə bilmədim; o, mənim üçün həyatın ən vacib sirrinə çevrildi.
Bizdə hər şey öz başlanğıcını həmin sirli və qorxulu dünyadan götürür. Ailəmizdə ukraynalı babam – anamın atası cəbhədə həlak olmuş, haradasa macar torpaqlarında dəfn edilmişdi; belarus nənəmsə, yəni atamın anası par-tizan dəstələrində yatalaq xəstəliyindən ölmüşdü; onun iki oğlu orduda xidmət edirdi və müharibənin ilk ayların-daca itkin düşmüşdülər; üç övladından yalnız biri geri qayıtmışdı. Atam.
Əslində, bütün evlərdə vəziyyət eyni idi. Hər kəsdə. Ona görə də, ölüm haqqında düşünməmək mümkün de-yildi. Hər yerdə ölənlərin kölgəsi dolaşırdı.
Kənd uşaqları müharibədən sonra hələ uzun müddət “dava-dava” oynadılar. Bu zaman bir-birilərinə öyrəndik-ləri alman sözlərini qışqırırdılar: “Xende xox!”, “Tsur-yuk”, “Hitler kaput!”
Biz müharibəsiz dünya tanımırdıq, o, bizim üçün ye-ganə tanış aləm idi; müharibə adamlarısa – bizə doğma insanlar… Mən heç indi də başqa bir dünya və başqa cür insan tanımıram. Ümumiyyətlə, görəsən, belələri nə za-mansa olubmu?
* * *
Müharibədən sonra mənim uşaqlığımın kəndi “qa-dınlar kəndi” idi. Yəni arvad kəndi. Bu kənddə kişi səsi-nin eşidildiyini xatırlamıram. Yaddaşımda bu elə belə də qalıb: müharibə haqqında yalnız arvadlar danışır… Ağla-yır… Ağlayan kimi də oxuyurlar.
Məktəb kitabxanasında kitabların yarısı müharibə haqqındadır. Kənd kitabxanasında da, atamın tez-tez ki-tab dalınca getdiyi rayon mərkəzi kitabxanasında da… İn-di mənim “niyə” sualına cavabım var. Məgər bu təsadüf idi? Biz hər zaman müharibə edirdik, ya da müharibəyə hazırlaşırdıq. Yaxud da necə döyüşdüyümüzü yada salır-dıq. Heç vaxt başqa cür yaşamamışdıq, yəqin ki, başqa cür yaşamağı bacarmırdıq da. Heç başqa cür yaşamağın necə bir şey olduğunu təsəvvür