Zolaqlı pijamalı oğlan. Джон Бойн

Читать онлайн книгу.

Zolaqlı pijamalı oğlan - Джон Бойн


Скачать книгу
əvvəl yemək otağında olmaq üçün, onu qabaqladı. Heç bir şey söyləmədən bir anlıq anaya baxdı. “Bu səhər makiyajını düzgün edə bil-məyib”, deyə düşündü, çünki gözlərinin ətrafı hər zaman-kından dahaqırmızı idi. Eynilə başına bir iş açıb ağladığı zamanonun da gözlərinin ətrafı qırmızı olduğu kimi…

      – Narahat olmağına ehtiyac yoxdur,Bruno, – Fyuri ilə yeməyə gələn,yola salma zamanı qapını bağlamaq üzrə olan atasına əl yelləyən gözəl,sarışın qadının oturduğu kürsüdəoturan ana: – Əslində möhtəşəm macəra olacaq. – dedi.

      – Nə macərası? Evdən qovuluram?

      – Xeyr, yalnız sən deyil, – Bir an gülümsəməyi düşünüb sonra imtina etdi. –Hamımız gedirik. Atan, mən, Qretel və sən. Dördümüz birlikdə.

      Bruno düşündü və qaşqabağını tökdü. Qretelin harasa göndərilməsi vecinə deyildi, çünki o “ümidsiz hadisə” idi, ona yalnız problem yaradırdı. Yenə də hamısının birlikdəgetməliolmaları bir az haqsızlıq kimi gəlirdi ona.

      – Yaxşı, hara? – deyə soruşdu. – Dəqiq hara gedirik? Niyəburada qala bilmirik?

      – Atanın işi… – deyəana açıqladı. – Nə qədər əhəmiyyətli olduğunubilirsən, elə deyilmi?

      – Bəli, əlbəttə! – Bruno başını yelləyərək cavab verdi. Çünki evlərinə çox qonaq gəlirdi; möhtəşəm uniformalı kişilər, murdar əllərindən uzaq dayanmalı olduğuyazı makinası ilə gələn qadınlar… Hamısı da atasına qarşı hər zaman çoxnəzakətli idilər. Atası haqqında aralarında danı-şarkən, onu diqqətlə izlədiklərini və Fyuriun onunla bağlı böyük şeylər düşündüyünüsöyləyirdilər.

      – Bəzən biri çox əhəmiyyətli olduğunda, – deyə ana davam etdi, – ona xüsusi bir vəzifə verən adam, bu işlə bağlı başqa bir yerə getməyin lazım olduğunuda söyləyə bilər.

      – Necə vəzifə? – deyə Bruno soruşdu.Çünki özünə qarşı dürüst olmalı olsa(adətən hər zaman dürüst olmağa çalı-şardı), atasının nə iş gördüyünü demək olar ki, dəqiq bil-mirdi. Yoldaşlarıyla bir gün məktəbdə atalarının işləri haq-qında danışmışdılar. Kari, atasının meyvəsatan olduğunu söyləmişdi. Bruno yoldaşının doğru söylədiyini bilirdi, çün-ki atası şəhər mərkəzində meyvə-tərəvəz dükanı işlədirdi.Denyil, atasının müəllim olduğunu söyləmişdi, bu da doğru idi, çünki uzaqdayanmalı olduğu böyük uşaqlara dərs deyir-di. Martin, atasının aşpaz olduğunu deyəndə, Bruno bunun da doğru olduğunu bilirdi, çünkiatası bəzən Martinı mək-təbdən götürməyə gələndə üstündə ağ iş köynəyivə önlük olardı.Lakin yoldaşları ondan, atasının nə iş gördüyünü soruşanda Brunobilmədiyini fərq etdi. Tək söyləyə bildiyi, atasının diqqətəlayiq biriolduğu və Fyuriun onun üçün böyük şeylər düşündüyü idi. Ah, eyni zamanda möhtəşəm uniforması da vardı.

      – Çox əhəmiyyətli vəzifədir. – deyən ana bir anlıq tərəd-düd edərək daha sonra əlavə etdi: – Xüsusi özəlliyə sahib birini tələb edən, xüsusi bir vəzifədir. Bunu anlaya bilərsən, elə deyil?

      – Hamımızın getməsi şərtdir?

      – Əlbəttə şərtdir.Atanın yeni vəzifəsini icra etməyə tək getməsini vəorada təklikdən əziyyət çəkməsini istəməzsən, elə deyilmi?

      – Düşünürəm ki, xeyr.

      – Onunla birlikdə olmasaq, atan hamımız üçün çox darıxar.

      – Ən çox kimin üçün darıxardı? Mənim üçün, yoxsa Qretel üçün?

      – İkiniz üçün də bərabər dərəcədə darıxardı, – deyən anası hər zaman ayrı-seçkilik etməməklazım olduğuna ina-nardı.

      Bruno anasının bu inancına hörmət edərdi, xüsusilə də ən çox onu sevdiyini bildiyi üçün.

      – Yaxşı, bəs evimiz? – deyə soruşdu. – Biz yoxkən evi-mizlə kim maraqlanacaq?

      Ana içini çəkib baxışlarını bir daha heç görə bilməyə-cəkmiş kimi otaqda gəzdirdi. Çox gözəl ev idi. Zirzəmini də nəzərə alsaq – bir də Brunonun,barmaq ucları üstə qalxaraq çərçivəsindən yapışıb Berlini başdan-ayağa görə bildiyi damdakı əyri şüşəli otağı əlavə etmək şərtiylə –beş mərtə-bəli idi.

      Aşpaz bütün yeməkləri zirzəmidə hazırlayardı, o əsnada Mariya və Lars masadaoturub söhbət edər və qadağan olunmuş sözlərdən də istifadə edərək nəyinsə müzakirəsini aparardılar…

      – Hələlik evin qapılarını bağlamaq məcburiyyətindəyik, – ana dedi. – Amma bir gün geri qayıdacağıq.

      – Yaxşı, bəsaşpaz? – deyəBruno soruşdu. – Lars və Mariya? Onlar bu evdə yaşamayacaqlar?

      – Onlar da bizimlə gəlirlər – deyə ana açıqladı. – Hələlik bu qədər sualyetər. Bəlkə də yuxarı çıxıb əşyalarının top-lanmasında Mariyaya köməketməlisən.

      Bruno kürsüdən qalxdı, amma heç yana getmədi. Mövzu bağlanmadansoruşması lazım olan daha bir neçə sual vardı:

      – Ora nə qədər uzaqdadır? Yəni, yeni iş. Bir mildən uzaqdır?

      – Aman Tanrım! – deyib ana güldü. Amma qəribə gülüş idi bu; çünkixoşbəxt görünmürdü və sanki Bruno görməsin deyə,üzünü digər tərəfə çevirmişdi. – Bəli Bruno, – deyə əlavəetdi, –bir mildən uzaqdır. Əslində daha çox uzaqdır.

      Brunonun gözləri bərəldi və ağzı “O” şəklində yumru bir forma aldı. Bir şeyə heyrətlənəndə həmişə olduğu kimi, qollarının uzandığını hiss etdi.

      – Berlindən ayrılacağıq demək istəmədin, elə deyil? – deyə soruşdu,sözlər ağızından çıxarkən nəfəs almağa çalış-dı.

      – Təəssüf ki, elədir. – başını kədərlə yelləyərək, – ata-nın işi bunu…

      – Yaxşı bəs məktəb? – Brunoanasının sözünü kəsərək soruşdu. Bunu etməməsilazım olduğunu bilsə də,vəziyyətə görə bağışlanılacağını hiss edirdi. – BəsKari,Denyil və Martin? Birlikdə əylənmək, vaxt keçirmək istəyəndə harada olduğumu necə biləcəklər?

      – Hələlik yoldaşlarına vidalaşmağınlazım olacaq. Amma əminəm, vaxtı gələndə onları yenidən görəcəksən. Və anadanışarkən bir daha sözünü kəsmə, lütfən!

      Qəribə və xoşagəlməz vəziyyətlər olsa daBrunonun, öyrədilən nəzakət qaydalarını tapdalaması üçün səbəb yox idi.

      – Onlarla vidalaşım? – Bruno anasına çaşqınlıqla baxdı.

      "Onlarla vidalaşım?" Sanki ağzı, çeynədiyi biskvit qırıntı-larıyla doluymuş, sözləri hələ udmamış kimi püskürərək söylədi.

      – Kari,Denyil və Martinlə vidalaşım? – deyə təkrar etdi. Səs tonu təhlükəlişəkildə qışqırmağa yaxınlaşırdı və evin içində bunu etmək icazəsi yox idi. – Amma onlar həyatım-dakı ən yaxşı üç yoldaşımdır!

      – Ah, yeni yoldaşlar taparsan. –Brunonun ən yaxşı üç yoldaşını itirməsi sanki asanbir şeymiş


Скачать книгу