Qəm yağışı. Xaliq Azadi Məmmədov

Читать онлайн книгу.

Qəm yağışı - Xaliq Azadi Məmmədov


Скачать книгу
bilməyən bədən daha tab gətirə bilmədi, məchul bir gücə təslim oldu. Baysalın həyatdan getməyi dost-tanışları qəmgin etsə də, gözlənilməz olmadı. Onun günü-gündən sap-sarı saralmağı, qurumağı hamını çoxdan hazırlamışdı belə finala.

      Dostlar, iş yoldaşları yığıldıq. Son mənzilə yola saldıq cavan bir insanı…

      19 yaşlı qarı- bəli, mən səhv salmamışam- 19 yaşlı bir qoca qarı söykənmişdi mənə. Dilsiz-ağızsız, yalnız inildəməyə gücü çatan heysiz. bədbəxtliyə düçar bir neçə aya qocalmış qız-qarı…

      İnqa özünə gələ bilmirdi. Saatlarla susur, bəzən verilən suala cavab vermirdi. Kimlərsə incimişdi, İnqanın susmağını saymamazlıq tək qəbul edənlər də olmuşdu. Axı, daxilində dağ boyda dərdi gəzdirən bir insanın həmsöhbət olmağı, gülümsəməyi asan idimi? Onun hər baxışı, hər «ah» çəkməyi yalvarış idi, köməyə çağırış idi. Mənim üçün çox ağır idi bütün bunların şahidi olmaq.

      – Belə olmaz, İnqa! Ayrıl dünənindən, özünü ələ al. Danış bizimlə, çıx gəz bizimlə, başını qat. Bütün ömrün qabaqdadır.

      Xeyri yox idi sözlərimin!

      – Məni qorxudursan, İnqa! Mən bacarıqsızam sənin qarşında!

      Başını tərpədir, “hə”, “yox”, “bilirəm” deyir, amma heç nə dəyişmirdi.

      Nə etmək lazım olduğunu isə bilmirdim. Yemək üçün ona alınan nə olsa da əl vurmurdu. Vursa da, mənim xahiş və tələblərimə son qoymaq xatirinə bir azacıq.

      Bir aydan artıq keçmişdi ki, İnqa üçün təcili yardım çağırmaq lazım gəldi. Feldşer müayinə edə-edə:

      – Nə yemisən? – dedi.

      – Heç nə…

      – Haçan, heç nə?

      – Bilmirəm!

      Biz də bilmirdik.

      İndi İnqanın vəziyyəti çətin idi. Təzəcə ailə həyatına qədəm qoyan gənc qadının aldığı aramsız zərblər, ər itgisi, ilk uşağının itgisi onu az qala dəli olmağa gətirib çıxarırdı. Nə qədər çalışsaq da, inqanı evdən bayıra çıxarmaq, nəyləsə başını qatmaq mümkün deyildi. Vaxtilə dünya gözəli adına layiq sayıla biləcək bir qız, indi, sözün həqiqi mənasında quru cəsədi xatırladırdı. Onun xarici görkəminin nə dərəcədə dəyişməsini sözlə ifadə etmək çətin məsələydi. Nə yeyirdi, bilən yox idi. O qədər ağlamışdı ki, göz yaşları yox idi, səsi də ki yalnız pıçıltı idi.

      Arada iki dəfə bayıra çıxara bildim, amma, köməyi olmadı. Qrupumuzda adam qalmamışdı, hamısını İnqanın yanına gətirmişdim. Düşünürdüm, dost-tanışları görmək bəlkə ona ruhi dəstək ola, qəm-kədəri unutdura. Heç nə dəyişə bilmədim. Dərd məni götürmüşdü, nə edəcəyimi bilmirdim.

      Axır bu qərara gəldim ki, anasını çağırım. Bilirdim ki, anası xəstədir, elə varlı da deyil. Məsləhətləşib, aviapoçta ilə bir məktub yazdıq, vəziyyəti başa saldıq. Hər ehtimala qarşı, ona 75 manat da pul göndərdik. Əgər yol pulu olmasa, istifadə etsin.

      Haradasa, 10–12 gün keçmiş, anası gəldi. 40–42 yaşlı, arıq, amma gözəl, orta boylu bir qadın idi. İnqanın bu vəziyyətini görəndə az qaldı dəli osun.

      – Mən dünya gözəli böyüdüb yola salmışdım, boylu-buxunlu, gözəl həyata layiq. Nə görürəm, Allah! Qayıdaq, qayıdaq öz evimizə, bala. Sənə yaşamaq lazımdır.

      İki-üç gün idi, Zina xala gəldiyi. Üçüncü axşam dərs in biri olmadığı üçün institutdan tez çıxdıq. Belə qərara gəldik ki, İnqaya baş çəkək.

      Bir xeyli oturduq onlarda. Anası istəyirdi İnqa qayıtsın evlərinə. Amma, nə vaxt ki, anası İnqanın onunla qayıdıb getməyi barədə bir söz deyəndə İnqa dəli olurdu. Bircə ifadəni təkrar edirdi:

      – Yox! Yenə, yox!

      Xeyli oturduq, artıq dağılışmaq vaxtı idi. Evə getməyə hazırlaşdım ki, anası da mənimlə qalxdı ayağa, çıxdı çölə.

      – Mümkünsə, 10 dəqiqə dayana bilərikmi?

      – Buyurun, əlbətdə! – dedim.

      – Azad, oğlum, belə başa düşürəm ki, sən İnqanın xatirini çox istəyirsən, ona pis həyat arzulamazsan? – Zina xala sanki ağlayacaqdı!

      – Bu nə sözdü, Zina xala! Əgər İnqanın sevincinə səbəb ola biləcək hansısa bir yol bir səbəb tanısaydım, inanın nəyim var verməyə hazır olardım.

      – Elə bir yol var! – Zina xala dedi.

      – Deyin, Zina xala. Məndən nə asılıdırsa, edəcəm.

      – Mənə kömək et. İnqanı yola gətirək. Sən görürsən onun düşdüyü vəziyyəti. Hanı bir il qabaqkı İnqa? Bir dəri, bir sümük, belə getsə pis olacaq, çox pis olacaq işlər.

      Bu həqiqət idi.

      – Azad, səni demirəm, bu diyarda İnqanın başqa heç kimsəsi yoxdur. Körpəsini itirib, həyat yoldaşı sağ deyil. Bu dərddən, bu dəhşətdən onu aralamaq lazımdır. İnqa səni öz yaxını sayır. Bu üç gündə sənə necə inandığını, güvəndiyini gördüm. Sənə qulaq asır, sənə güvənir. Kömək et, kömək et, xilas edək mənim qızımı!

      Arvad ağlayırdı.

      – Getsin, bircə illiyinə getsin. Hətta, yarım il olsun. Sağalsın, dərddən azad olsun, yenə qayıtsın!

      Mən indi başa düşdüm Zina xalanın məqsədini. Bu insan Anadır, övladını xilas etmək istəyir! Nə olar, bəlkə də belə yaxşıdı. Yarım il, bir il İnqa üçün kömək olardı.

      – Bilmirəm, İnqa mənə qulaq asacaqmı, nə dərəcədə mənim sözüm keçəcək, bilmirəm. Amma, İnqa icazə verdiyi qədər başa salmağa çalışacam, xahiş edəcəm, inanın!

      – Bax, sabah saat neçədə gələ bilərsən?

      – İstəyirsiniz nahar fasiləsində, istəyirsiniz, axşam 5-də.

      – Gəl, oğlum, gəl. 5-də gəl. Naharda gəlsən, tələsərsən.Gəl işdən sonra, 5-də. Gəl başa salmağa çalış. Mən neynəyim, bala, gücüm çatmır.

      Mən söz verdim.

      – Başa düşdüm sizi, hökmən gələcəyəm!

      Olduqca qəmgin halda xudahafizləşib getdim.

      İnqanın çıxıb buradan getməsi iki tərəfli və ağır sual idi. Bir tərəfdən, əgər, qəlbimin dərinliyində axtarış aparsaydım, yəqin ki, görərdim ki, İnqanın anası ilə getməsini mən istəmirəm! Mənim üçün əziz olan bir insanın, dostun çıxıb getməsi ağır idi, istəmirdim mən bu ayrılığı!

      İndi bu günümdən o illərə mən başqa müstəvidən baxıram. O vaxtlar çox suallara indinin, yəni 30 il sonranın baxışları ilə baxmaq qeyri mümkündür. Bir də ki, hər bir insanın hərəkətini başa düşməyin ən yaxın yolu, o insanın qəlbini görmək, ürəkdə yaşanan səbəbləri başa düşməyə çəhd etməkdir.

      Bu, sualın bir tərəfi, qaldı, ikinci tərəfi.

      İkinci tərəfdə isə, İnqanın yaxşı yaşamaq şansı, bu ağır


Скачать книгу