Hekayələr. Василий Шукшин
Читать онлайн книгу.ələ salırlar. Guya özlərinin nədənsə başları çıxır! – Baba, Petka demiş, get-gedə “qızışırdı”.
– Əşi, vecinə də alma, – Petka yenə məsləhət gördü.
– Şəhərdən gəliblər… Savadlı çıxıblar mənimçün! – Baba sandığında eşələnib pul götürdü və harasa getdi.
Bir saatdan sonra sərxoş qayıtdı.
– O-o! – Petka heyrətə gəldi (babası nadir halda içirdi). – Səndən nə əcəb?
– Baxırlar?
– Baxırlar. Yanlarına getmə. Gəl səni soyundurum. Niyə içmisən ki?
Baba skamyaya çökdü.
– Onlar qanırlar, bizsə yox! – ucadan səsləndi. – Deyirlər, babacan, sən səfehsən! Həyatdan baş çıxarmırsan. Onlarsa qanırlar! Pulun çox düşüb?! – Baba artıq qışqırırdı. – Çox düşübsə də, burnunu dik tutma! Mənsə ömrüm boyu namusla halal çörəyimi qazanmışam!.. İndi də bir kənarda oturub ağzıma su almalıyam, hə?! Sən heç ömründə əlinə balta da almamısan! – baba qapıya doğru çığırırdı.
Petka çaşıb-qalmışdı.
– Lazım deyil, lazım deyil, – babasını sakitləşdirməyə çalışırdı. – Gəl sənin ayaqqabılarını çıxardım. Boş ver onları!..
– Yox, qoy ürəyimi ona boşaldım… – Baba ayağa qalxmaq istədi, amma Petka onu saxladı:
– Baba, lazım deyil!
– Gözüm aydın, şəhərdən gəliblər. – Baba sanki sakitləşdi, bir az kiridi.
Petka qocanın uzunboğaz çəkməsinin birini çıxardı.
Baba yenə qızışdı.
– Deməli, məni ələ salırsan, hə? – Gözlərində yenə qığılcım çaxdı. – İndi sənə bir söz deyərəm, yeddi qatından keçər! – Çəkməsini götürüb otağa keçdi. Petka bu dəfə onu saxlaya bilmədi.
Babası otağa girib əlindəki uzunboğaz çəkməni düz televizora tolazladı.
– Görüm elə sizi də, dülgərinizi də!
Ekran çilik-çilik oldu.
Hamı yerindən dik atıldı. Petkanın xalası hətta zingildədi.
– Deməli, ələ salırsınız, hə?! – baba bağırdı. – Özün bircə dəfə əlində balta tutmusan?!
Petkanın atası babanı tutub saxlamaq istədi, amma qoca müqavimət göstərdi. Stullar gumbultuyla aşdı. Petkanın xalası yenə zingildəyib küçəyə qaçdı.
Petkanın atası, nəhayət, babanın öhdəsindən gələ bildi: qollarını arxaya burub dəsmalla bağladı.
– Ata, məni məcbur etdin, məcbur, – dəsmalı var gücü ilə sıxa-sıxa qəzəblə söyləndi. – Məni də, özünü də biabır elədin. Sağ ol!
Petka bərk qorxmuşdu, gözləri bərələ qalmışdı. Şəhərdən gələn qonaq kənarda dayanıb başını bulayırdı. Petkanın anası döşəməyə səpələnmiş şüşələri yığışdırırdı.
– Məni məcbur etdin… – Petkanın atası durmadan təkrarlayır və dişlərini qıcırdırdı.
Döşəmədə üzüqoylu uzanan baba saqqalını yerə sürtür və var gücüylə bağırırdı:
– Demək, sən məni ələ salırdın, hə?! Mənsə sənə bircə kəlmə deyərəm, yeddi qatından keçər. Əgər dediyin kimi səfehəmsə…
– Məgər mən belə söz demişəm? – qonaq soruşdu.
– Onunla ağız-ağıza verməyin, – Petkanın anası söhbətə qarışdı. – İndi özünü tamam itirib. Vicdansız.
– Məni özünüzlə birgə masa arxasına oturtmaq istəmirsiniz, eybi yoxdur! Amma de görüm… Hələ bir de görüm! – baba bağırırdı. – Ömründə bircə dəfə də olsun ağac kəsmisən? A-a!.. Özün də deyirsən ki, dülgərlikdən başım çıxmır! Kəndin yarısını bax bu qabar əllərimlə mən tikmişəm!..
– Özün məcbur elədin, lənət şeytana, özün, – Petkanın atası deyindi.
Elə bu vaxt Petkanın xalasıyla milisioner, yerli sakin Yermolay Kibyakov içəri daxil oldular.
– Oho! – qarşısındakı mənzərəni üzündə təbəssüm seyr edən Yermolay dilləndi. – Timofey əmi, bu nə haldır belə? A?
– Gör bu yaşında məni nəyə məcbur elədi, – Petkanın atası ayağa qalxaraq dedi.
Milis isçisi çənəsini qaşıyıb Petkanın atasını süzdü. Ev sahibi başıyla razılığını bildirdi və dedi:
– Lazımdır. Qoy orada gecələsin.
Yermolay furajkasını çıxarıb səliqəylə mıxdan asdı, planşetdən kağız-qələm çıxarıb masa arxasına oturdu.
Baba kirimişdi.
Petkanın atası az əvvəl baş verənləri nəql eləməyə başladı. Yermolay kobud ovcuyla yekə başındakı seyrək saçlarını sığallayıb öskürdü və köksünü masaya dirəyib başını azacıq sola əyərək yazmağa başladı.
“Vətəndaş Novoskolsev Timofey Makarıç, min…”
– Təvəllüdü neçədir?
– Min doqquz yüzüncü il.
“…Min doqquz yüzüncü ildə doğulub, əvvəllər dülgər işləyib, hazırda təqaüdə çıxıb. Xüsusi əlamətləri yoxdur.
Yuxarıda adı çəkilmiş Timofey bu ilin iyirmi beş sentyabrında evə möhkəm içkili halda gəlib. Həmin vaxt ailə televizora baxırmış. Üstəlik, qonaqlar da olub…”
– Film necə adlanırdı?
– Bilmirəm. Biz açanda artıq gedirdi, – ata aydınlıq gətirdi. – Kolxozdan idi.
“… Filmin adını xatırlamırlar. Bircə onu bilirlər ki, kolxozdandır.
Timofey də televizora baxmağa başlayıb. Sonra deyib ki, bu cür dülgərlər olmur. Hamı Timofeydən özünə gəlməyi xahiş edib. Amma o getdikcə bir az da qızışıb. Yenə deyib ki, həyatda bu cür dülgərlər olmur, qısası, gopdur. “Deyib ki, dülgərlərin heç də belə əli olmur”. Əllərini göstərib hamının gözünə soxmağa başlayıb, ondan növbəti dəfə sakitləşməsini xahiş ediblər. Onda Timofey sağ ayağındakı uzunboğaz çəkməsini çıxarıb (43-45 ölçülü, düyə dərisindən tikilmiş) və televizora tolazlayıb.
Sözsüz ki, hər şeyi, yəni ekranı çilik-çilik edib.
Milis baş serjantı KİBYAKOV”.
Yermolay ayağa qalxıb protokolu iki qatladı və planşetdə gizlətdi.
– Timofey əmi, gəl gedək.
Petka son anacan nə baş verdiyini anlamadı. Amma Kibyakovla atası qocanı ayağa qaldıranda babasını indi dustaqxanaya aparacaqlarını başa düşdü. Oğlan bərkdən ağladı və hönkürə-hönkürə babasını müdafiə etməyə başladı:
– Onu hara aparırsız? Baba, səni hara aparırlar? Lazım deyil, ata, qoyma!..
Atası Petkanı kənara itələdi, Kibyakovsa gülməyə başladı:
– Babana