Kraliçanın boyunbağısı. Александр Дюма
Читать онлайн книгу.də qəşəngdir, hökmdar, necə də qəşəngdir!
Birdən kraliçanın sifəti tutuldu. Bu o qədər ani oldu ki, kral dəyişikliyi sezmədi.
– İcazə verin, boyunbağını boynunuza taxım, – kral dedi.
– Bu boyunbağı çox bahalıdır. Odur ki onu nə siz, nə bir başqası mənim boynumda görməyəcək.
– Onu taxmayacaqsınız?
– Nə qədər ki kralın sandıqları boşdur, kasıblara verməyə pulu yoxdur, onu taxmaqdan imtina eləyirəm.
– Necə? Siz bunu ciddi deyirsiniz?
– Mən bilirəm ki, milyon yarım livrə hərbi gəmi almaq olar. Düzünü desək, Fransa kralına belə bir gəmi daha çox lazımdır, nəinki Fransa kraliçasına boyunbağı.
– O-o! – kral göz yaşları içində qışqırdı. – Sizin hərəkətiniz heç nə ilə müqayisəyə gəlməz! Sağ olun, sağ olun! Antuanetta, siz çox qəribə qadınsınız.
– Hökmdar! Mən boyunbağı yox, başqa bir şey istəyirəm.
– Xahişiniz nədir?
– Bir də Parisə getməyimə icazə verin.
– Bu asandır, ən başlıcası da baha deyil.
– Tələsməyin, tələsməyin! Mən Vandom meydanına getmək istəyirəm.
– Lənət şeytana!
– Cənab Mesmerlə[9] görüşmək arzusundayam.
Kral qulağını qaşıdı.
– Siz milyon yarım qiymətində hədiyyədən imtina elədiniz. Sizə bu şıltaqlığı etməyə icazə verə bilərəm. Ancaq bir şərtlə…
– Hansı şərtlə?
– Sizi şahzadə xanım müşayiət etməlidir.
Kraliça fikrə getdi.
– Xanım de Lambal sizi razı salırmı? – o dedi.
– Olsun. Mən isə dərhal əmr verəcəyəm, hərbi gəmi inşa etsinlər.
Kral, arvadının əlini öpüb sevincək halda onun yataq otağından çıxdı.
İsveçrəlilər gölü
Kral otaqdan çıxan kimi kraliça Andre de Taverneni yanına çağırtdırdı, sonra isə şaxtalı, təmiz səhər havasını udmaq üçün pəncərəyə yaxınlaşdı. Çox keçmədi ki, Andre içəri girdi.
– Hər şey yoluna qoyuldu, – kraliça dedi.
– O xəbər tutdu? – Andre soruşdu.
– Bilirsiniz, Andre, əgər günahın yoxdursa və sən Fransa kraliçasısansa, yalan danışmaq olmaz.
– Əlahəzrət doğru buyurur, – Andre qızararaq dedi.
– Sizin sevimli qardaşınız Filipin neçə yaşı var?
– Otuz iki.
– Onu elə indi görə bilərəm?
– Əlahəzrət icazə versə, iyirmi dəqiqə sonra sizin qulluğunuzda olacaq.
– Lap yaxşı. İcazə verirəm, hətta mən özüm də bunu istəyirəm.
Kraliça sözünü bitirməmiş qraf d’Artua gəlib çıxdı. Onlar mehribanlıqla salamlaşıb hal-əhval tutdular. Bir qədər sonra Filipin ardınca gedən Andre qayıdıb gəldi. O, qaragözlü, qəşəng bir zadəganın əlindən tutmuşdu.
– Əlahəzrət, bu mənim qardaşımdır.
Filip təzim etdi.
– Sizinlə görüşümüzdən gör nə qədər illər keçib, – kraliça dedi. – Əfsus, ömrün ən gözəl çağları…
– Mənim üçün hə, əlahəzrət üçün yox, çünki sizdən ötrü bütün günlər gözəldir.
– Yeni Dünya, görünür, sizin çox xoşunuza gəlib, cənab de Taverne. Çünki hamı qayıtdığı vaxt siz orada qalmışdınız.
– Əlahəzrət! – Filip cavab verdi. – Cənab de Lafayet Amerikanı tərk edəndə ona köməkçi ordunun komandanlığını qismən etibar eləyə biləcəyi zabit lazım idi. Cənab de Lafayet məni general Vaşinqtona tövsiyə etdi. O da məni xidmətə götürdü.
– Baxın, – kraliça qraf d’Artuaya tərəf döndü, – cənab de Tavernenin necə qəşəng sifəti və döyüşkən görkəmi var!
Filip bu dəfə qrafa doğru çevrilib təzim etdi.
– Cənab Filip de Taverne mən Fransaya gələrkən gördüyüm ilk fransızdır, – kraliça sözünə davam etdi. – Özümə söz vermişdim ki, qarşılaşdığım ilk fransızı xoşbəxt edəcəyəm.
Filip qızardığını hiss etdi. Soyuqqanlılığını qorumaq üçün isə dərhal dodağını dişlədi.
– Əla havadır! – kraliça sevinclə dedi. – Sabah buz əriyəcək. Kirşə isə mənə elə bu saat lazımdır.
– Əlahəzrət konki sürmək istəyir? – Filip soruşdu.
– Bəli, cənab de Taverne. Mən sizinlə ayrılmaq fikrində deyiləm. Qoluma girin.
Filip əmri yerinə yetirdi.
Kraliça pilləkənləri düşəndə meydanda təbillər, şeypurlar çalındı, silahlar cingildədi. Bütün bu təntənə görüşdən təsirlənmiş Filipin başını gicəlləndirdi.
Kraliça İsveçrəlilər gölündə görünərkən isə buz üstündə gəzənlər, sürüşənlər qışqırışdılar: “Yaşasın kraliça!” Bütün diqqət ona yönəldi. Ən zirək konkisürənlərin arasında xüsusi seçilən qraf d’Artua kraliçaya yaxınlaşıb soruşdu:
– Provans qrafının sizdən uzaq durduğunu sezdinizmi?
– Səbəb nədir?
– Məşhur sərkərdəmiz cənab de Süffrenin[10] bu axşam gələcəyini öyrənib. Sizin bundan xəbər tutmamağınızı istəyir.
– Cənab de Süffrenin gəlişindən xəbər tutmasam, qardaşımız nə udacaq?
– Cənab de Süffren Hindistandakı dəniz döyüşlərinin qəhrəmanıdır. Kral özü də bilmədən ona qarşı saymazyanalıq edir, siz də həmçinin. Cənab de Süffrenin gəlişindən məlumatlı olan Provans kralı isə dənizçini qarşılayır, üzünə gülümsəyir, ona xüsusi diqqət göstərir. Hindistan qəhrəmanının yan-yörəsində fırlanıb özü də Fransa qəhrəmanı olur. Provans qrafı, bir növ, mənim yolumla gedir. Axı mən də adamlara pul verib qardaşımın hərəkətlərindən, niyyətlərindən xəbər tuturam. Bunun mənə də faydası var, sizə də.
– Bu birliyə görə sağ olun. Bəs kralın məsələdən xəbəri varmı?
– Kral artıq xəbərdar edilib… Axşam görüşənə qədər!
– Axşam nə olacaq ki?
– Saray əhli kralın yanında ziyafətə toplaşacaq. Cənab de Süffren də oraya gətiriləcək.
– Çox gözəl. Deməli, axşama qədər!
Gənc şahzadə kraliçaya
9
10