Dodaqdan qəlbə. Решад Нури Гюнтекин
Читать онлайн книгу.Mağaranın görünməz, qaranlıq bir yerindən xoş bir su şırıltısı gəlirdi, yosunlu daşların və daima nəm qayalığın üstündə yabanı otlar, bənövşəyi çiçəkləri olan tikanlar bitirdi, kənarlarından sarmaşığa bənzəyən zərif budaqlarda qaya üzümlərinin açıq-çəhrayı rəngli çiçəkləri sallanırdı.
Kənan ruhunda başqa bir aləm olan, özü də bu aləmdə yaşayan, sevən sənətkarlardandı. Uzaqdan baxanlara mənasız, susmuş, cansız kimi görünən ilk gəncliyini Kənan bu ikinci aləmdə, sönməyən bir gizli həyəcan, yarımxəyali bir məstlik içində keçirmişdi. Kənan bu xəyali dünyanı ilk dəfə “Zeybək bulağı”nda, Şəmi dədənin neyini dinlərkən hiss etməyə başlamışdı. Onun bu qoca dostu da bir başqa cür xəyal dəlisi idi. Bir adəti vardı: bir şey çalmazdan qabaq Kənana əvvəlcə onun sözlərini oxuyar, mənasını anladardı:
– Bax, oğlum! Ay doğur. Aşiq ay işığında ayaqyalın, başıaçıq, sevgilisini görmək üçün yol üstə çıxır. Yar artıq yuxudan oyanmalıdır. Çünki röyasına girməyən sevgilisi, indi elə bil onun qoynuna girmişdir. Sən bunları hələ başa düşməzsən, Kənan. İnsan sevgilisini çox istəyəndə onun xəyalını da görməz olur. İndi bunları gözünün qabağına gətir, sonra qulaq as, yoxsa sənin keçilərimdən heç bir fərqin olmaz, çaldığımı başa düşməzsən.
Dədə sözsüz bir parça çalmaq, sadəcə bir hiss ifadə etmək istəyəndə də bu adətini yaddan çıxarmazdı.
– Bax, indi qoyunları çağıracağam. Yum gözlərini. Qarşıdakı dağlardan sürülər enəcək. Bulaqlar başında sevgililər mey içəcək. Aşiqlər məşuqələrinin sünbül saçlarını qoxulayacaq. Mən çalarkən sən bunları düşün, sünbülləri qoxula…
Payızda havalar bulanmağa başlayar, göy üzündə buludlar dolaşar, külək yarpaqları qabağına qatıb qovardı. Saralmış çardaqlardan, yarpaqları tökülməyə başlamış ağaclardan meyvələr, salxımlar sallanar, yerə sərilmiş həsirlərin üstündə qızılı üzümlər quruyar, yollardan ardı-arası kəsilməyən üzüm səbətləri yığılmış arabalar, yüklü at karvanları keçərdi. Bozyaxa, əslində bu günlərdə xeyli canlanar, musiqi, qəhqəhə və mahnı səsləri hər tərəfi bürüyərdi. Səhərə qədər bağlardan çalğı səsi kəsilməz, yollarda əllərində məşəllər yanan dəstələr gəzişərdi.
Yayda gizli qalmış bütün kiçik sevda sirləri bu zaman aşkara çıxırdı. Axşamüstü bağın kənarındakı yoldan keçən qonşu gənclərə gizlicə çiçək atan, bağları bir-birindən ayıran çəpərlərin arasından ay işığında min nazla barmaqlarının ucunu öpdürən gənc qızlara bu vaxt məyus bir cəsarət gələrdi. Çünki bir də görüşmək üçün səkkiz-doqquz ay gözləmək lazımdı. Daha naz vaxtı deyildi.
Tikanlı yollarda, gənc qızların qırmızı, ağ, mavi geyimlərini artıq gizlədə bilməyən ağaclıqlarda əhd-peyman bağlanar, ayrılıq busələri verilər, lent uclarına saçlardan bağlanmış tellər dəyiş-düyüş edilərdi.
Kənan belə günlərdə yaman kədərli, süst görünərdi. Payızda sönən, solan, xarab olan şeylərin getdikcə artan kədərini o, yaşına yaraşmayan bir həssaslıqla hiss edirdi.
Şəmi dədə Kənanı hər il bir qədər daha böyümüş, onun musiqiyə olan həvəsinin daha da artmış olduğunu görürdü.
Yaxşı bir fürsət düşmüşdü. Qonşu evlərdən birinə olduqca gözəl kaman çalan bir reji13 məmuru köçmüşdü. Məsud bəy adlanan bu adam Kənanın böyük bir zövq və istedad sahibi olduğunu hiss edib, həftədə bir neçə saat ona dərs verməyə başladı. Kənan bu sahədə böyük bir sürətlə inkişaf edirdi.
Saib paşa Kənanın kaman çalmasından xəbər tutanda cin atına minmiş, hakimanə bir tərzdə:
– Qurdun balası qurd olar, – demiş, dərdi yenə təzələnmişdi. – Deyəndə ki, bu uşaqdan adam olmaz, mənə inanmırsınız. Məktəbinin müəllimlərindən utanıram. Hər dəfə görəndə şikayət edirlər. Onu sinifdən sinfə çox çətinliklə keçirirlər. O da mənim xatirimə. Fikrini kaman çalmağa vermək əvəzinə dərslərinə versə, ne olar? Yox, gərək atasına oxşasın. Bəli, gözümüz aydın, bacıoğlumuz çalğıçı olacaq, toylarda qaraçılarla birlikdə diringi çalacaqdır.
Saib paşa bir gün bağ qonşusu Münir bəylə qəhvə içərkən:
– Xeyirxahlığınıza görə sizə çox böyük etimad və hörmətim olduğunu bilirsiniz, – dedi. – Mühüm bir məsələ barədə zati-alinizlə məsləhətləşmək istəyirəm. Bilirsiniz ki, mənim bir avara bacıoğlum var, tənbəlin, fərsizin biridir. Üstündə göz olmaq, söz başa salmaq mümkün deyil. Əminəm ki, ondan adam olmayacaq… Allah xatasını başımızdan uzaq eləsin. On yeddi yaşı var. Min əziyyətlə bu il edadini14 bitirdi. Elə düşünməyin ki, bildiyi bir şey var. Bizim Cəmillə Sədi onun yanında Əflatundurlar (Saib paşa oğlanlarından birini fransız, digərini isə ingilis məktəbinə qoymuşdu, öyrəndikləri “gəl, get, otur, dur” kəlmələri idi, amma ataları bunu eşidəndə onları mükəmməl təhsil almış adamlar hesab edirdi). Kənanı ali məktəblərin birinə göndərməyin mənası yoxdur. Deyirəm, Zeytun burnu15 fabriki kimi bir hərbi sənət müəssisəsinə verək. Orada həm bir sənət öyrənər, həm də oralardakı möhkəm hərbi nizam-intizam onu düzəldər. Zati-alinizin İstanbulda tanışı çoxdur. Bəlkə birinə bu haqda bir neçə kəlmə yazasınız. Oğlanı da çağırım bir görün.
Münir bəy ipə-sapa yatmayan, kobud, qılıqsız bir küçə uşağı görəcəyini zənn edirdi. Amma gözəl boy-buxunu, incə, təndürüst görkəmi olan qəşəng qarayanız üzlü, gülümsər, mavigözlü zərif və həyalı bir gənc görəndə heyrət etdi.
Münir bəy az danışmasına, soruşulan şeylərə tək-tək sözlə cavab verməsinə baxmayaraq onun mülayim, həssas bir oğlan olduğunu başa düşdü, qonşusunun yanında böyük hörməti olmasından istifadə edərək, nəhayət, Kənanı İstanbula mühəndislik məktəbinə göndərməyə onu razı saldı.
Kənan İzmirdə anası, bacısı, Bozyaxa və Şəmi dədə ilə bərabər, bir də məsum, nakam ilk gənclik sevdasını qoyub gedirdi: Leyla!.. Leyla böyük vəzifəli bir mülkiyyə16 məmurunun qızı idi. Kənan Karantində, dayısıgilin evində olanda onu tez-tez görürdü. Bundan başqa, Leylagilin ailəsi də yay aylarında Bozyaxa bağlarına köçürdü. Lap kiçik vaxtı Leyla nadinc, şıltaq bir qız idi. Başqa uşaqlarla heç yola getməz, yalnız Kənanla yaxşı dolanardı. Aralarında ən çoxu iki yaş fərq vardı. Odur ki, Kənan ona böyük qayğı ilə yanaşar, bu balaca, dəcəl qızın hər əzabına dözər, bir sözünü iki eləməzdi.
Bu yay Bozyaxaya gələndə Kənan onun birdən-birə boy atdığının, gənc bir qız olmasının fərqinə vardı. Kənan artıq onunla danışmaq istəmir, bağarası yollarda rastına çıxanda dindirməmək üçün gözlərini yerə dikirdi. Leyla isə yenə əvvəlki kimi çox zarafatcıl, açıq-saçıq bir qızdı.
Bir gün yenə dar bağ yolunda rastlaşdılar, qız əlindəki çətirlə onun yolunu kəsdi.
– Keçə bilməyəcəksiniz, Kənan bəy. Məndən nə üçün incidiyinizi
13
Türkiyənin milli gəlirinin mühüm bir qismini təşkil edən tütün inhisarına nəzarət edən idarə.
14
Sultan Türkiyəsində orta məktəb.
15
İzmir civarında, hərbi zavodlar olan bir yer adı.
16
Sultanlıq dövründə Türkiyədə hərbi olmayan dövlət idarələri belə adlanırdı.