Qaraca qız. Сулейман Сани Ахундов

Читать онлайн книгу.

Qaraca qız - Сулейман Сани Ахундов


Скачать книгу
Əşrəfə olan şəfqətləri, məhəbbətləri vasitəsilə insani məziyyətləri ilə yanaşı, vətənləri və onun qarşısındakı vəzifələri üçün sağlamlıqlarını fəda edəcək qədər vətənpərvər olmaları təsvir edilmişdir. Nikolay İvanoviç üzərinə götürdüyü vəzifəni ömrünün sonuna qədər şərəflə, ləyaqətlə yerinə yetirən bir müəllim obrazıdır.

      S.S.Axundovun “Xatirələrim” əsərində toplanmış hekayələr öyrədici əsərlərdir. Şəhər həyatından daha çox kənd həyatına, təbiətlə ünsiyyətə üstünlük verən yazıçı povest və hekayələrində olduğu kimi, “Xatirələrim” əsərində də öz mövqeyinə sadiq qalır. Təbiətə səsləyən əsərləri ilə kiçik oxucularını maarifləndirməyə çalışırdı.

      Hörmətli məktəbli dostum, siz S.S.Axundovun “Xatirələrim” əsərindən aldığınız məlumatlardan biologiya, coğrafiya dərslərinizdə istifadə edərək əsərdəki həqiqətləri təhlil edə bilərsiniz, məktəbli yoldaşlarınızı bu maraqlı məlumatlarla tanış edə bilərsiniz. Məsələn, “İlanlarla mübarizə” hekayəsində uşaqlıqda çoxumuzda kərtənkələ haqqında yaranmış yanlış təsəvvür təkzib edilir və canlıların əhəmiyyəti haqqında öyrənmiş oluruq:

      “Bilmirəm, haradan çıxmışsa, guya kərtənkələlər ilanlara ağu verirlər, ona görən bunları da düşmənlər sırasına qoyub qırardıq. Bu barədə Tağı əmidən soruşduqda o belə cavab verdi:

      – Yalan sözdür; kərtənkələlərin zəhəri yoxdur. Özləri də zəhərli həşəratı yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. O ki qaldı ilana, onun iki zəhərli dişi var. Zəhər dişinin dibində nazik pərdəli iki tuluğun içindədir. İlan çaldıqda pərdələr yırtılıb zəhər yaralının qanına qarışır, onu zəhərləyib öldürür.

      Tağı əminin bu verdiyi məlumatdan sonra biz kərtənkələ qırmağı tərk etdik”.

      Azərbaycanın klassik uşaq ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan S.S.Axundovun əsərləri milli-mənəvi dəyərlərin qorunması, öyrədici, ibrətamiz xüsusiyyətləri ilə bugünkü nəsil üçün də öz əhəmiyyətini qoruyub saxlayır.

      Məktəbli dostum, bu kitabı diqqətlə mütaliə etməklə sizə göstərə bildiyimiz və bu qısa ön sözümüzdə göstərə bilmədiyimiz başqa istiqamətlərdə də dəyərli məlumatlar alacaqsınız, həyatla, təbiətlə daha yaxından tanış olacaqsınız.

      Sizə uğurlu mütaliə diləyirik!

Könül Aydın Nəhmətovafilologiya üzrə fəlsəfə doktoru

      QORXULU NAĞILLAR

      Əhməd və Məleykə

      Qışın orta ayı idi. Hamı soyuqdan qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına cəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işinə məşğul idi.

      Hacı Səməd 50 yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti qoca anasından, arvadından, 9 yaşında bir oğlundan və bir də 7 yaşında qızından ibarətdi.

      Hacı Səməd oğlu Məmmədi ibtidai şəhər məktəbində oxudurdu və bu ildən də qızı Fatmanı şəhər qız məktəbinə vermişdi. Hacı Səməd başqa müsəlman atalara bərəks1 olaraq uşaqlarının dərslərinə, ədəb və tərbiyəsinə çox fikir verərdi.

      Hacı Səməd işini qurtarıb yemək otağına gəldi. O, süfrənin başında əyləşdi, yeməyə başladılar. Şam qurtardı. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti idi. Bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. Bu da olmasaydı, gəzib-gördüyü vilayətlərdən danışardı. Buna görə də gözlüyü gözünə taxıb əlinə qəzeti götürəndə hamı sakit olub onun danışığını gözləyirdi.

      Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşcadan oxumağa başladı.

      Fatma bu sakitliyə davam etməyib qoca nənəsinə dedi:

      – Nənə, mənə bir qorxulu nağıl söylə.

      Fatmanın qardaşı Məmməd bacısından bu sözü eşidib dedi:

      – İndi ki qorxulu nağıl istəyirsən, bəs niyə o günü nənəm Məlik Məmməd nağılını söyləyəndə, div adı gələn vaxt nənənin qucağına qısıldın?

      – Yox, mən heç qorxmurdum, – deyə Fatma cavab verdi.

      Bu halda Hacı Səməd qəzeti yerə qoyub dedi:

      – Yaxşı, qızım, bu gecə nənənin əvəzinə mən sənə bir qorxulu nağıl söylərəm, bu şərtlə ki, qorxmayasan.

      – Yox, ata, qorxmaram, söylə.

      Hacı Səməd çaydan bir neçə qurtum içib başladı:

      – Qızım, biri vardı, biri yoxdu, şimal-şərqdə, meşə içində, çay kənarında Tatarcıq adında bir kənd vardı. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla2 güzəran edərdi. Qızım, həmin nağıl olunan kənddə Nurəddin adında bir kişi vardı. Bu Nurəddinin 10 yaşında Əhməd adlı bir oğlu, 6 yaşında Məleykə adlı bir qızı və Xədicə adında bir arvadı vardı.

      Nurəddinin sənəti əkinçilik idi və mal-qaradan ancaq bir atı vardı. Nağıl olunan zaman bahar və yay çox quraqlıq keçməyinə görə o vilayətdə taxıl susuzluqdan yanıb tələf oldu. Çox çəkmədi ki, ətraf və əknafda3 aclıq başlandı. Payızın əvvəlindən Nurəddin arabasını qoşub şəhərə kirayəçiliyə getdi. Orada qazandığı pulu 4 gündən, 5 gündən bir evinə göndərərdi. Külfəti də onunla güzəran edərdi.

      Əhməd kənd məktəbində oxuyurdu. Atası tərəfindən gələn məktubları asanca oxuya bilirdi. Bir neçə gün bundan əqdəm Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. Hər ikisi bu şeylərin tezcə alınmasını xahiş edirdi. Lakin 5 gün keçdi, 1 həftə keçdi, 10 gün keçdi, atalarından bir xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. Evdə pul və çörək də tükənmişdi.

      Bir dəfə, əziz balalarım, söz vaxtına çəkər, belə bir gecədə, qarlı çovğunun şiddətli vaxtında, Əhməd və Məleykə atalarının yolunu səbirsiz gözləyən zaman kim isə qapını döydü. Uşaqlar cəld:

      – Atam gəldi, – deyə qapıya tərəf yüyürüşdülər. Amma onun əvəzinə kürkə bürünmüş, əlləri əlcəkli, başı başlıqlı qonşuları Şəhabəddin içəri daxil oldu. O kişi Nurəddinlə bərabər arabaçılığa getmişdi. Bunu görcək Xədicənin ürəyini qorxu aldı.

      Uşaqlar:

      – Əmi, bəs atamız hanı? – deyə soruşduqları vaxt ondan cavab almadılar.

      Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlı-arabalı dərəyə uçub ölməyini xəbər verdi və onun cibindən çıxan 6 manatı verib cəld getdi.

      Xədicə ruhu qaçmış, nitqi tutulmuş halda içəri girdi və uşaqlarını bağrına basıb zar-zar ağladı. Bunların ah-naləsi, boranın


Скачать книгу

<p>1</p>

Bərəks – tərsinə, əksinə

<p>2</p>

Çarvadarlıq – yük heyvanı ilə muzdla yük daşımaqla məşğul olan adamın işi

<p>3</p>

Əknaf – kənar yerlər, ucqarlar