Qaraca qız. Сулейман Сани Ахундов

Читать онлайн книгу.

Qaraca qız - Сулейман Сани Ахундов

Скачать книгу
üstündə qaldı, amma onun özünü sel götürüb yüzü aşağı axıtdı. Qaraçılar suya tökülüb hər ikisini sudan kənara çıxartdılar. Bunların ikisi də bihuş qalıb, yerə sərilmişdi. Yüzlərinin rəngi ölü rəngi kibi idi. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini huşa gətirdilər. Qaraca qızın bədəni bir neçə yerdən daşlara dəyib qaralmış idisə də, bir qorxusu yox idi. Amma zavallı Yasəmənin başı bir neçə yerdən yaralanmışdı. Lakin rəhmdil olan bu cavan arvad özünə gələn kibi yaralarını unudub Qaraca qızı sordu. Qaraçılardan biri Qaraca qızı qucağına götürüb Yasəmənə göstərdi.

– Bax, Yasəmən, budur, Qaraca qız sağdır, arxayın ol.

Yasəmən: – Allah, sənə şükür, – deyib dua etdi. Sonra yenə bihuş olub, gözləri yumuldu. Qaraçılar Yasəmənin yaralarını sarıyıb Qaraca qız ilə bir yerdə çadırlarına apardılar və hər ikisinə yer salıb rahət etdilər. Axşam Yusif gəlib evə çıxdı və yoldaşlarından bu xəbəri eşidib çox qəzəbləndi və dedi:

– Bən bilirdim ki, bu, uçuqdan çıxmış qız axırda bizim başımıza bəla gətirəcəkdir!

Qaraçılar Yusifi sakit edib dedilər:

– Allahın köməkliyi ilə heç zad olmaz. İmdi hər ikisinə rahətlik lazımdır; durun, bayıra çıxaq ki, səs-küy olmasın. Burada yalnız Yasəmənin sevdiyi Hüsniyyə qalar.

Hüsniyyəyə yüzlərini tutub dedilər:

– Hüsniyyə, sən qal, bunlara qulluq et!

Qaraçıların cümləsi Yusif ilə bərabər bayıra çıxdılar, çadırda ancaq təkcə Hüsniyyə qaldı. Bu Hüsniyyə Yasəmənin istəkli dostu və həmsirri idi. Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yavuq yuxuya getdi, amma Yasəmən qızdırma içində sərsəm kimi bir dəqiqə rahət olmadı. Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib, səhərə kibi gözlərini yummadı. Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı. Zavallı Yasəmən qızdırmanın əsərindən tora düşmüş quş kibi yerində çabalayırdı. Yasəmənin gözləri həmişə yumulu idi.

Gecə yağış yağmağa görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı törədən çaylağın suyu imdi13 enib əvvəlki halına düşmüşdü. Onun həzin şırıltısı, quşların cəh-cəhi və qülğüləsinə14 qarışmışdı. Qaraca qızın sevgili şəlaləsi günün şöləsindən parıldayırdı. Axırda Yasəmən gözlərini açdı. Biçarənin lalə kibi yanaqları solub, zənbəq15 rənginə düşmüşdü. Yasəmən Hüsniyyəni tanıdı. Zəif səs ilə ona dedi:

– Hüsniyyə, Yusif haradadır?

– Bayırdadır, bacım, çağırımmı?

– Çağır, hamını çağır… Ölürəm…

– Qorxma, bacım, ölməzsən, bu gün haradan olmuş olsa, sənin üçün həkim tapıb gətirdəcəyəm! – bunu deyib Hüsniyyə bayıra çıxdı və bir azdan Yusif başqa qaraçılar ilə bərabər içəri girdi.

Qaraçılar Yasəmənə yürək verirdi. Yasəmən dedi:

– Yox, əzizlərim, bən ölürəm!.. Yusif, əlini bənə ver!.. Vəsiyyətimə qulaq as… Əmələ gətirməyə söz ver!..

Bir az dayanıb, yenə tazədən başladı:

– Yusif, budur, 4 ildir ki, sənə övrətəm! Bu vəqtə kibi səndən döyüşdən, söyüşdən başqa bir şey görmədim… Cavan ömrümü çürütdün… Bənə bin zülm və cəfa etdin. Bunların hamısını sənə halal edirəm! Ancaq sən də bənə söz ver ki, bundan sonra Qaraca qız ilə mehriban dolanıb, onu incitməyəcəksən!..

Yasəmən səsini kəsdi. Çadırda bir müddət xamuşluq16 oldu. Sonra Yusif dedi:

– Bu yoldaşlarımızın hüzurunda vəsiyyətini yerinə yetirməyimə söz verirəm, övrətim! Sən bəni bağışla, sənə çox əziyyət vermişəm!

Bu sözlərdən Yasəmənin üzü şad oldu və Hüsniyyəyə dedi:

– Bacım, Qaraca qızı sənə və səni də Allaha tapşırıram. Ondan müqəyyəd17 ol!.. Ah! Gözlərimə qaranlıq çökür!.. Boğurlar… Yusif… Hüsniyyə… Qaraca qız!..

Yasəmən canını Xudaya təslim etdi.

Yasəmənin vəfatından sonra Yusif arvadına verdiyi əhdə bir müddət vəfa etdi, amma sonra təbiətində qoyulmuş fəna sifətləri yenə aşkar olmağa başladı. Hüsniyyə bacardığı qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq iş orada idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qız ilə pul qazanmaq üçün hər gün səhər mənzildən çıxıb bir də axşam qayıdırdı. Hüsniyyə zavallı yetimin yüzünə baxanda sualsız da anlayırdı ki, o biçarə Yusifdən nə zülm və əziyyətlər çəkir. Axır vaxtlarda Yusif bir pis əmələ də mürtəkib18 olmuşdu. Böylə ki, əlinə pul düşən kibi içib məst olurdu və hər kəs qabağına düşürdüsə, onun ilə söyüşüb, savaşırdı.

Yusifin böylə vəqtlərində Qaraca qızın günü daha da qara olurdu.

Bir dəfə Yusif və Qaraca qız yol ilə gedirdilər. Bunlar bir dəstə atlı cavan oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə toya gedirdilər. Bunlar Yusifgilə təklif etdilər ki, bir az çalıb oxusunlar. Yusif razı oldu. Qaraca qızın oxuyub-oynamağı cavanların o qədər xoşuna gəldi ki, onlar biri-birinin acığına Qaraca qızın qavalını ağ və qara pul ilə doldurdular və sonra:

– Sağ ol, çox yaşa, Qaraca qız! – deyib atlarını sürdülər.

Yusif çox şadlıq ilə Qaraca qızdan pulları alıb cibinə tökdü və dedi:

– Gəl, qızım, sən ayı ilə o kölgədə əyləş, bən də gedim, o görünən kənddən, çörək və sənin üçün də fındıq və kişmiş alım.

Bu xəbərdən Qaraca qız əsla şad olmadı. Bilirdi ki, bu görünən kənd erməni kəndidir və Yusif də oraya içməyə gedir. Amma bunun ilə böylə bir söz demədi.

Bunlar yoldan kənara çıxıb bir kolluğa tərəf yüz qoydular. Yusif bir böyük kol seçib ayını oraya bağladı və Qaraca qıza dedi:

– Otur burada, ağıllı qızım! Bu saət19 gələcəyəm.

Yusif getdi. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya getdi. Ayı bir müddət sakit uzandı, sonra durub zəncirini dartmağa başladı. Kolun budağı ayının gücünə davam etməyib qopdu. Ayı özünü asudə görüb bir müddət kolluqda gəzdi, sonra yüzünü meşəyə tərəf dutub getdi. Yusif kəndə getdiyi vəqtdən yarım saət keçmişdi. Qaraca qız yuxudan hələ oyanmamışdı. Axırda Yusif məst halında o tərəf-bu tərəfə yırğalanayırğalana gəlib çıxdı. Yusif Qaraca qızı yatmış görüb və ayını öz yerində tapmayıb ayağı ilə Qaraca qızı öylə bərk vurdu ki, yazıq qız dik ayıldı.

– De görüm, ayı hanı, mürtəd qızı, mürtəd?

Qaraca

Скачать книгу

13

İmdi – indi

14

Qülğülə – hay-küy, qışqırıq

15

Zənbəq – zanbaq

16

Xamuşluq – sakitlik

17

Müqəyyəd – muğayat

18

Mürtəkib – pis, yaramaz iş edən, cəzaya layiq hərəkət edən

19

Saət – saat